Məhkəmə qərarları › İş №2-1(103)-3274/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3274/2025

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3274/2025 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı tələbinə dair işi üzrə Açar sözlər: ( torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olmasına dair arayışın verilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının İddiaçı, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil İlham oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 600 kv.m *** saylı torpaq sahəsinin mərhum atası X2 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” **** nömrəli ## ###### 1994-cü il tarixli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin *** №-li ##.##.1994-cü il tarixli sərəncamına istinad edərək və Badamdar qəsəbə nümayəndəliyinin təqdim etdiyi siyahıya əsasən, aşağıda qeyd olunan vətəndaşların hər birinə 600/altı yüz/ kv.m.fərdi tikinti üçün torpaq sahəsi ayrılmışdır - 18. Badamdar qəsəbəsində 600/altı yüz/ kv.m.fərdi ev tikmək üçün X3. Səbail rayon İcra Hakimiyyəti Başçısının **** nömrəli ## ###### 1994-cü il tarixli sərəncamı ilə X3 ayrılmış, Badamdar qəsəbəsi 2 yaşayış massivi, *** nömrəli, 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi RİHB-nin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmişdir. AZ ****** nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X3 ## #### 2001-cü il tarixdə ölmüşdür İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 600 kv.m-dən ibarət *** nömrəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan ##.##.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavab məktubunda bildirilmişdir ki, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 600 kv.m-dən ibarət *** nömrəli torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” barədə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 600 kv.m *** saylı torpaq sahəsinin mərhum atası X3 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ## ####### 2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli Qərardadı ilə Üçüncü şəxs Salman oğlu məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X3 Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində fərdi evin tikintisi üçün 4209 №li ##.##.1994-cü il tarixli Səbail İH başçısının sərəncamı ilə torpaq sahəsi ayrılmışdır. İddiaçı cavabdehə müraciət edərək, göstərilən torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh cavab məktubunda bildirmişdir ki, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. ##.##.2023-cü il tarixində iddiaçı cavabdeh quruma təkrar müraciət etmişdir. Buna baxmayaraq bu günkü tarixə qədər cavabdeh tərəfindən heç bir xəbər yoxdur. İddiaçı cavabdehın hərəkətlərinin əsassız hesab edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müraciətləri zamanı fərqli ərazi göstərmişdir. İdarənin mütəxəssisləri tərəfindən ##.##.2023-cü il tarixdə göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi üzərində digər şəxslər tərəfindən ümumi ərazidə salınmış yaşıllıq ağaclarının suvarılması üçün nəzərdə tutulan dəmir konstruksiyalı su çəni və yaşıllıq ağacları mövcuddur. Torpaq sahəsi mürəkkəb relyefli ərazidə yerləşməklə cənub tərəfdə maili ərazi ilə həmsərhəddir. Elektron kadastr məlumatlarına əsasən sahənin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İddiaçı tərəfindən təqdim edilən yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə uyğun olubolmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Şərti göstərilən torpaq sahəsinə Üçüncü şəxs Salman oğlunun müraciəti daxil olmuşdur. Həmçinin təqdim edilən yerləşmə cizgisi ##.##.2004-cü il tarixdə verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbi təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 600 kv.m *** saylı torpaq sahəsinin mərhum atası X2 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqanın nümayəndəsi apellyasiya şikayətini iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırmışdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən:

55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur.

65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

66. 1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.

“Yerquruluşu işlərinin aparılması qaydaları haqqında” Əsasnamə: Bənd 2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Bənd 3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Bənd 4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: -qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: -mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; -mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; -məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; -torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; -istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; -torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; -torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. -Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimata əsasən: - 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. - 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 600 kv.m *** saylı torpaq sahəsinin mərhum atası X3 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın ona verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan tələbi təmin etməkdən imtina edərkən qeyd etmişdir ki, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının vərəsəsi olduğu X2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 600 kv.m *** saylı torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısının **** nömrəli ## ###### 1994-cü il tarixli sərəncamı əsasında verilmişdir. Sözügedən inzibati akt hal-hazırda da qüvvədədir. İnzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquq müəyyənedici sənəd əsasında yaranır. Hüquq müəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquq müəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və apellyasiya şikayətinin dəlillərinə və ümumilikdə işin hallarına münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd etmək lazımdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” **** nömrəli, ## ###### 1994-cü il tarixli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin *** №-li ##.##.1994-cü il tarixli sərəncamına istinad edərək və Badamdar qəsəbə nümayəndəliyinin təqdim etdiyi siyahıya əsasən aşağıda qeyd olunan vətəndaşların hər birinə . 600/altı yüz/ kv.m.fərdi tikinti üçün torpaq sahəsi ayrılmışdır - 18. Badamdar qəsəbəsində 600/altı yüz/ kv.m.fərdi ev tikmək üçün X3. İşdə olan Səbail rayon İcra Hakimiyyəti Başçısının **** nömrəli ## ###### 1994-cü il tarixli sərəncamı ilə X3 ayrılmış Badamdar qəsəbəsi 2 yaşayış massivi, *** nömrəli, 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi RİHB-nin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Dövlət Arxivinin Bakı Filialının ## ####### 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” **** nömrəli ## ###### 1994-cü il tarixli Sərəncamının surəti göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin yerləşmə cizgisi sərəncama əlavə edilməmişdir. Səbail Rayon İcra Hakimiyyətinin # ##### 2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “...məhkəmənin ##.##.2026-cı il tarixli, *-*-*/*-****/**** saylı məktubuna baxılmışdır. Məktubda iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəsi H.H.Qasımzadənin həmin cizgini tərtib etmək üçün səlahiyyətinin olubolmaması, eyni zamanda həmin cizginin mötəbərliyinə dair məhkəməyə ətraflı məlumat təqdim edilməsi xahiş olunmuşdur. Sözügedən sənədlər barədə hər hansı məlumat Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar Qəsəbə İnzibati Ərazi X9 ## ##### 2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının **** saylı, ## ###### 1994-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə aid tərtib edilmiş yerləşmə cizgisinin mötəbərliyinə dair məlumatın təqdim edilməsi barədə Səbail RİHB-nın Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ünvanladığınız *-*-*/*-*****/**** saylı, ##.##.2026-cı il tarixli müraciətinizə baxılmışdır. Məlumat üçün bildiririk ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədlərinin daimi mühafizə məqsədilə dövlət arxivlərinə verilənə qədər dövlət,idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə müddəti ərizələr üçün 5 il, məktublar üçün 3 il müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edirik ki, qaldırılan məsələ ilə əlaqədar sənədlər toplusu Badamdar qəsəbə inzibati ərazi X9 arxivində aşkar edilməmişdir. Bu səbəbdən məsələyə münasibət bildirilməsi mümkün deyildir. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmə qərarının “Tətbiq edilən hüquq” hissəsində qeyd olunan normaların məzmunundan görünür ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, maraqlı şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması öz-özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Başqa sözlə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.2.2-ci maddəsinin tələbləri baxımından torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı həyata keçirilir. Hazırkı iş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” **** nömrəli ## ###### 1994cü il tarixli Sərəncamı ilə X3 ayrılmış torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi Bakı şəhəri Səbail RİHB-nin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən ## ###### 2004-cü il tarixdə tərtib edilmişdir. Başqa sözlə, müvafiq sərəncamın qəbul edilməsindən 10 il sonra məhkəməyə məlum olmayan şəraitdə və qaydada torpaq sahəsinə yerləşmə cizgizi verilmişdir. Məhkəmənin verdiyi sorğulardan, eyni zamanda qanunverciliyin təhlilindən Bakı şəhəri Səbail RİHB-nin Badamdar qəsəbə nümayəndəliyinin 2004-cü ildə yerləşmə cizgisinin tərtib etməkdə səlahiyyətli olması müəyyən edilmir. Nəzərə alınmalıdır ki, inzibati orqanlar yalnız qanunla müəyyən edilmiş sərhədlər daxilində fəaliyyət göstərə bilər. Başqa sözlə desək, inzibati orqanların səlahiyyətləri dar təfsir (potestas stricte interpretatur) olunmalı və şübhə halında “səlahiyyət əleyhinə prezumpsiya” (in dubiis, non praesumitur pro potentia) işə düşür. Yəni inzibati orqanın hansısa məsələyə dair səlahiyyətli olub-olmaması ilə bağlı tərəddüd olarsa, bu zaman belə prezumpsiya edilir ki, inzibati orqan həmin məsələni həll etməkdə səlahiyyətli deyil. Yuxarıda qeyd olunan hal, həm də o anlama gəlir ki, iddiaçıya münasibətdə torpaqayırma prosesi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən tamamlanmamışdır. Bundan başqa, apellyasiya baxışı zamanı məhkəmə tərkibi tərəfindən ## ##### 2026-cı il tarixdə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı İddiaçı və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil İlham oğlu hər ikisi eyni ərazini göstərərək bu ərazinin onlara məxsus olduğunu bildirirlər. İş materiallarında olan yerində müayinə protokolundan da görünür ki, tərəflərin göstərdikləri ərazi isə daş hasarla hasarlanmış və giriş-çıxış üçün dəmir qapı qoyulmuşdur. Qeyd edilən ərazinin bir hissəsi şam ağacları ilə əhatə olunan yaşılllıqdır. Tərəflərə dəmir qapının açılması təklif olunsa da, iddiaçı İddiaçı və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil İlham oğlu qapının açarının onlarda olmadığını bildirilmişlər. Göstərilənlərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.2.2-ci və 15-ci maddələrinin tələbləri baxımından cavabdeh haqlı olaraq iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Başqa sözlə, hazırkı halda iddiaçının iddia etdiyi torpaq sahəsinə dair təqdim etdiyi yerləşmə cizgisi qanunverciliklə müəyyən edilmiş qaydada tərtib edilmədiyindən tələb hüququnun mövcudluğu təsdiq edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar