Məhkəmə qərarları › İş №2-1(103)-3277/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3277/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3277/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2733/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin hərəkətlərinin qanunsuz sayılması, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə 1980-ci ildə başlamışdır. 1986-2003-cü illərdə Rusiya Federaisyası, Tümen vilayəti X4 Məhsuldarlığın Artırılması və Əsaslı Təmiri İdarəsində qazmaçı köməkçisi, qazmaçı və quyuların əsaslı təmiri üzrə usta işləmişdir. xx.xx.2003-cü ildə işdən azad olmuşdur. Ona güzəştli şərtlərlə yaşa görə əmək stajına görə əmək pensiyası verilməsi üçün müvafiq sənədlərlə birlikdə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilmişdir. İmtina məktubunda qanunsuz və əsassız səbəblər göstərilmişdir. Bunun nəticəsində isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin nümayəndəsi etirazda göstərmişdir ki, iddiaçı F.X1 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 20 ildən az (8 il 28 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1992-ci il və xx.xx.2004- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (5 il 3 ay 8 gün (xx.xx.1986-xx.xx.1991ci il tarixləri arasındakı dövr təşkil edir. Əlavə olaraq bildirirlər ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 5 iyul 1980-cı il tarixli ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.2003cü il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa, Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bununla əlaqədar olaraq, yuxarıda qeyd olunan dövrlər Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan tarixdən sonraya aid olduğundan həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “Pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əməkhaqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını verinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik yə ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Göründüyü kimi, İddiaçı qanunvericlikdə tələb olunan ümumi (20 il), eyni zamanda güzəştli is stajına malik olmadığından ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd olunanlardan da, aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2733/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşından, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2733/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. - İddiaçıya məxsus НВ seriyalı, 008789 nömrəli diploma əsasən İddiaçı 1981-ci il tarixdə M.Əzizbəyov adına X7 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1986-cı ildə Neft və Qaz yataqlarının işlənməsinin texnologiya və komleks mexanikləşdirilməsi ixtisasını bitirmişdir. - iddiaçının adına 05 iyul 1980-ci il tarixdə açılmış ПТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək faəliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1980-xx.xx.1981; xx.xx.1986-xx.xx.2003; xx.xx.2004-xx.xx.2006; xx.xx.2006- xx.xx.2011; xx.xx.2012-hal-hazıradək. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli 2022-249 nömrəli arayışa əsasən xx.xx.1986-xx.xx.2003-cü il tarixlərdə Cəmiyyətdə güzəştli şərtlərə pensiya hüququ verən peşələrdə işləmişdir. Arayışa əmək haqqı cədvəlləri əlavə edilmişdir. - İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 17-1/2-Ə- 215066/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №- li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf’nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdikləri sənədlərdə qeyd edilən məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı isə 20 ildən az (8 il 28 gün (xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1992-ci il və xx.xx.2004- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (5 il 3 ay 8 gün (xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr təşkil edir. Əlavə olaraq bildiririlmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 5 iyul 1980-cı il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa, Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bununla əlaqədar olaraq, yuxarıda qeyd olunan dövrlər Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan tarixdən sonraya aid olduğundan həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - 01 avqust 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - 01 avqust 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - 01 avqust 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - 01 avqust 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. 08 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında” Qanunun: Maddə 1. Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər: 1) “qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları; 2) “səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar: Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Rusiya Federasiyasında - Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi; 3) “kompetent təşkilatlar” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulanlarla bağlı qanunvericiliyin tətbiqi həvalə edilmiş orqan və təşkilatları; 4) “sığortaolunan şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs; 5) “ailə üzvü” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən ailə üzvü kimi müəyyən edilən və ya hesab olunan şəxs; 6) “yaşayış (yaşama) yeri” - Razılığa gələn Tərəflərin ərazilərində Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə qanuni əsaslarla daimi və ya müvəqqəti yaşayış yeri kimi müəyyən edilən və ya hesab olunan yer; 7) “sığorta stajı” - sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər; 8) “pensiyalar" - bu Müqavilənin 2-ci maddəsində göstərilən, Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə nəzərdə tutulan pul ödənişləri; 9) “pensiya kapitalı” - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pensiya kapitalı kimi müəyyən edilən məbləğ; 10) “fərdi məlumatlar” - bilavasitə və ya dolayı olaraq müəyyən edilmiş və ya müəyyən edilən şəxsə (fərdi məlumatların subyekti) aid istənilən məlumat; 11) “fərdi məlumatların email”- avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya belə vasitələrdən istifadə etmədən toplanması, qeydə alınması (yazılması), sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə edilməsi, ötürülməsi (yayılması, təqdim olunması, giriş hüququnun verilməsi), adsıziaşdırılması, bloklanması, silinməsi, məhv edilməsi də daxil olmaqla fərdi məlumatlarla həyata keçirilən hər hansı hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu; Maddə 2. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında- yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə; 2) Rusiya Federasiyasında - bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, qocalığa görə sığorta pensiyasına, əlilliyə görə sığorta pensiyasına, ailə başçısını itirməyə görə sığorta pensiyasına, həmçinin sığorta pensiyasına sabit ödənişə, sığorta pensiyasına sabit ödənişin qaldırılması və (və ya) artırılmasına və sığorta pensiyasına əlavəyə; yığım pensiyası və pensiya yığımının hesabına digər ödənişlərə; sosial pensiyalara; pensiyaya sosial (federal və ya regional) əlavəyə.

2. Bu Müqavilə bu maddənin 1-ci bəndində göstərilən pul ödənişlərinin təmin edilməsi üçün sığorta haqlarının ödənilməsi ilə bağlı Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil olunur.

3. Bu Müqavilə bu maddənin 4-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, bu maddənin 1-ci bəndində qeyd edilən müddəaları dəyişdirən və ya tamamlayan pensiya təminatı haqqında qanunvericiliklə tənzimlənən münasibətlərə də şamil olunur.

4. Razılığa gələn Tərəflər başqa hal barədə razılığa gəlməmişdirlərsə, bu Müqavilə əhatə olunan şəxslərin dairəsinin genişləndirilməsi, habelə yeni pensiya təminatı növlərinin müəyyənləşdirilməsi baxımından bu maddənin 1-ci bəndində göstərilən halları dəyişdirən və ya tamamlayan qanunvericiliklə tənzimlənən münasibətlərə şamil olunmur.

5. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya işçiləri və onların ailə üzvlərinə şamil olunmur. Maddə 3. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu Müqavilə onun 2- ci maddəsində nəzərdə tutulan pensiyalara münasibətdə Razılığa gələn Tərəflərin qanunvericiliyinin təsir dairəsinə düşmüş və ya düşən Razılığa gələn Tərəflərin vətəndaşlarına, həmçinin onların ailə üzvlərinə şamil olunur. Maddə 4. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Razılığa gələn Tərəflərdən birinin pensiya təminatı sahəsində qanunvericiliyinin tətbiqi zamanı digər Razılığa gələn Tərəfin vətəndaşları birinci Razılığa gələn Tərəfin vətəndaşları ilə bərabər hüquqlara malikdir və bərabər öhdəliklər daşıyırlar. Maddə 5. 1. Sığortaolunan şəxsin ərizəsinə əsasən təyin edilmiş pensiyalar ona bu pensiyaları təyin edən Razılığa gələn Tərəfin ərazisində ödənilə, yaxud digər Razılığa gələn Tərəfin ərazisinə köçürülə bilər.

2. Bu Müqavilədə başqa hal müəyyən edilməyibsə, Razılığa gələn Tərəflərin təyin etdiyi və ödədiyi pensiyalar sığortaolunan şəxsin digər Razılığa gələn Tərəfin ərazisində yaşaması ilə əlaqədar olaraq azaldıla, dayandırıla və ya ləğv edilə bilməz.

3. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığortaolunan şəxsin bir Razılığa gələn Tərəfin ərazisindən digər Razılığa gələn Tərəfin ərazisində yaşamaq üçün köçdüyü zaman ona təyin olunmuş pensiyanı, o cümlədən pensiyaya ödəmələrin və artımların ödənişini onu təyin edən Razılığa gələn Tərəf davam etdirir.

4. Sığortaolunan şəxs daimi yaşayış üçün üçüncü dövlətə köçdüyü zaman pensiyanı təyin edən Razılığa gələn Tərəf sığortaolunan şəxsin seçiminə əsasən ona təyin olunmuş pensiyaları ya öz ərazisində ödəməyə davam edir, ya da digər Razılığa gələn Tərəfin ərazisinə köçürür.

5. Bu maddənin 1-4-cü bəndlərinin müddəaları aşağıdakılara şamil olunmur: Azərbaycan Respublikası üçün - əmək pensiyasının sığorta hissəsinə əlavələrə, Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində əmək fəaliyyəti dövrü üçün pensiya məbləğinə, habelə pensiya təminatı öhdəliyinin sığortaolunan şəxsin ərazisində yaşadığı dövlətə məxsus olmasını müəyyən edən beynəlxalq sazişin normalarının tətbiq edilməsi ilə nəzərə alınmış sığorta stajına görə hesablanmış pensiya məbləğinə; Rusiya Federasiyası üçün - sığorta pensiyasına müəyyən olunmuş sabit ödənişinə, pensiya hüquqlarının pul formasında valorizasiyasına, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən sığortaolunan şəxsin və (və ya) onun ailə üzvünün yaşayış yerinin nəzərə alınması ilə müəyyən edilən sığorta pensiyasına əlavələrə, habelə pensiya təminatı öhdəliyinin sığortaolunan şəxsin ərazisində yaşadığı dövlətə məxsus olmasını müəyyən edən beynəlxalq sazişin normalarının tətbiq edilməsi ilə nəzərə alınmış sığorta stajına əsasən hesablanmış pensiya məbləğinə.

6. Sığortaolunan şəxsin (onun ailə üzvünün) ölümü ilə əlaqədar olaraq almadığı pensiya məbləğlərini almaq hüququna malik olan şəxslər bu məbləğlərin alınması üçün müvafiq ərizə və lazımi sənədlərlə Razılığa gələn Tərəflərdən birinin kompetent təşkilatına müraciət edirlər.

7. Razılığa gələn Tərəflərdən birinin kompetent təşkilatı digər Razılığa gələn Tərəfin ərazisində pensiyanın ödənilməsini həyata keçirdiyi halda, köçürmə ilə bağlı xərcləri ödəyir. Maddə 6. 1. Bir Razılığa gələn Tərəfin qanunvericiliyinə görə pensiyaların təyin olunmasına və ya ödənilməsinə təsir edə biləcək hallar digər Razılığa gələn Tərəfin ərazisində baş verirsə, o zaman birinci Razılığa gələn Tərəf bu halları öz ərazisində baş vermiş kimi nəzərdən keçirir.

2. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Razılığa gələn Tərəflərdən birinin qanunvericiliyinə uyğun pensiyanın təyin olunması və ödənilməsi sığortaolunan şəxsin eyni vaxtda bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan həmin və (və ya) digər növ pensiyanın digər Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun təyin olunması və ödənilməsi hüququna təsir etmir.

3. Rusiya Federasiyasında pensiyaya federal və ya regional sosial əlavənin tətbiq edilməsi zamanı Azərbaycan Resoublikasının qanunvericiliyinə əsasən təyin edilmiş pensiyalar nəzərə almır.

4. Rusiya Federasiyasında sosial pensiya sığortaolunan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təyin olunmuş pensiyaları almaması şərtilə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun təyin olunur və ödənilir. Rusiya Federasiyasında Azərbaycan Respublikasının vətəndaşlarına pensiya təyin olunarkən, onların Rusiya Federasiyasının ərazisində ən az bir il yaşaması şərtilə, hər iki Razılığa gələn Tərəfin ərazilərində yaşadığı dövrlər nəzərə alınır. Maddə 7. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu Müqavilənin tətbiq edildiyi sığortaolunan şəxslərə münasibətdə yalnız ərazisində əmək (muzdlu iş) və (və ya) digər (qeyrimuzdlu iş) fəaliyyətlə məşğul olduqları Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir. Maddə 8. Bu Müqavilənin 7-ci maddəsinə aşağıdakı istisnalar müəyyən olunur: 1) hər iki Razılığa gələn Tərəfin ərazilərində əmək fəaliyyəti (muzdlu iş) ilə məşğul olan sığortaolunan şəxslərə ərazisində daimi yaşadıqları Razılığa gələn Tərəfin qanunvericiliyi şamil olunur; 2) Razılığa gələn Tərəflərdən birinin ərazisində, adətən işlədikləri təşkilatda əmək fəaliyyəti (muzdlu iş) ilə məşğul olan və bu təşkilat tərəfindən digər Razılığa gələn Tərəfin ərazisinə müəyyən dövr ərzində işləmək üçün göndərilən sığortaolunan şəxslərə ezamiyyət müddətində, lakin 24 aydan çox olmamaq şərti ilə, birinci Razılığa gələn Tərəfin qanunvericiliyi şamil olunur. Səlahiyyətli orqanlar arasında fərdi qaydada əldə edilmiş razılığa əsasən, sığortaolunan şəxsi göndərən Razılığa gələn Tərəfin qanunvericiliyinin qeyd olunan tətbiqi müddəti 24 aydan çox olmamaqla uzadıla bilər; 3) bu maddənin 2-ci bəndinin müddəaları digər fəaliyyət növləri (qeyrimuzdlu iş) ilə məşğul olan sığortaolunan şəxslərə də şamil olunur… Maddə 9. 1. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər bir Razılığa gələn Tərəf öz qanunvericiliyinə uyğun olaraq onun ərazisində əldə edilmiş sığorta stajına (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalına - Azərbaycan Respublikası üçün) görə pensiya təyin edir.

2. Razılığa gələn Tərəflər pensiya hüququnun müəyyən edilməsi zamanı onların ərazisində, habelə keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının və X6 Sosialist Respublikasının ərazisində əldə edilən sığorta stajını (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalını - Azərbaycan Respublikası üçün) nəzərə alırlar. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olan digər respublikaların, habelə digər dövlətlərin ərazilərində əldə edilmiş sığorta stajı nəzərə alınmır.

3. Razılığa gələn Tərəflərdən birinin qanunvericiliyinə əsasən pensiya hüququ digər Razılığa gələn Tərəfin ərazisində əldə edilmiş sığorta stajı nəzərə alınmadan yaranırsa, birinci Razılığa gələn Tərəf pensiyanı onun ərazisində əldə edilmiş sığorta stajının əsasında təyin edir. Bu zaman sığorta stajının hesablanması və təsdiq edilməsi pensiyanı təyin edən Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir.

4. Pensiyanı təyin edən Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən əldə edilmiş sığorta stajı pensiya hüququnun müəyyən edilməsi üçün kifayət etmirsə, bu zaman digər Razılığa gələn Tərəfin, habelə pensiyanı təyin edən Razılığa gələn Tərəfin sosial təminat (pensiya sığortası) haqqında beynəlxalq saziş bağladığı üçüncü dövlətin qanunvericiliyinə əsasən əldə edilmiş sığorta stajı da nəzərə almır. Bu halda müvafiq sığorta stajı üçüncü dövlət tərəfindən təsdiq edilməlidir.

5. Pensiya hüququ bu maddənin 4-cü bəndinə uyğun müəyyən edilərkən əldə edilməsi dövrünə görə üst-üstə düşən sığorta stajı cəmlənmir.

6. Rusiya Federasiyasında pensiya hüququ bu maddənin 4-cü və 5-ci bəndlərinə uyğun müəyyən edilərkən fərdi pənsiya əmsalının miqdarı Rusiya Federasiyasının, habelə keçmiş X6 Sosialist Respublikasının ərazisində əldə edilmiş staj müddətlərinə görə müəyyən edilir. Rusiya Federasiyasının qanunvericiliyinə əsasən fərdi pensiya əmsalının tələb olunan miqdarının təmin edilməməsi ilə əlaqədar pensiya hüququ yaranmadığı halda, Azərbaycan Respublikasının, Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində, habelə Rusiya Federasiyasının sosial təminat (pensiya sığortası) haqqında beynəlxalq müqavilə imzaladığı üçüncü dövlətin erazisində əldə edilən iş stajının hər ili üçün birə bərabər fərdi pensiya əmsalı tətbiq edilir. Bu zaman sığorta stajının bir ayı tam təqvim ili üçün əmsalın 1/12 hissəsini, bir günü isə tam təqvim ili üçün əmsalın 1/360 hissəsini təşkil edir.

7. Razılığa gələn Tərəflərdən birinin qanunvericiliyinə əsasən müəyyən ixtisas üzrə, müəyyən vəzifədə və ya müəyyən əmək şərtlərində və təşkilatlarda işlə əlaqədar olaraq pensiya hüququnun müəyyən edilməsi zamanı 1 yanvar 1991 -ci il tarixinədək keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının və X6 Sosialist Respublikasının ərazilərindəki iş dövrləri istisna olmaqla, digər Razılığa gələn Tərəfin ərazisində analoji iş dövrləri birinci Razılığa gələn Tərəfin ərazisindəki iş dövrləri ilə cəmlənmir, lakin ümumi əsaslarla sığorta stajı dövrü kimi nəzərə alınır. Maddə 11. 1. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər bir Razılığa gələn Tərəf öz ərazisində əldə edilmiş sığorta stajına (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalına - Azərbaycan Respublikası üçün) uyğun pensiya məbləğini öz qanunvericiliyinin müddəalarına əsasən hesablayır.

2. Pensiya məbləğinin Rusiya Federasiyasının qanunvericiliyinə görə hesablanması zamanı onun ərazisində və onun qanunvericiliyinə müvafiq olaraq, habelə keçmiş X6 Sosialist Respublikasının ərazisində əldə edilmiş sığorta stajı nəzərə alınır. Sovet Sosialist Respublikaları ittifaqının tərkibinə daxil olan digər respublikaların, habelə üçüncü dövlətlərin ərazisində əldə edilmiş staj nəzərə alınmır.

3. Pensiya məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyinə görə hesablanması zamanı onun ərazisində və onun qanunvericiliyinə müvafiq olaraq əldə edilmiş sığorta stajı və ya onun qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı nəzərə almır. Keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində əldə edilmiş staj yalnız sığortaolunan şəxs və ya onun ailə üzvləri pensiya təyin olunarkən Azərbaycan Respublikasının ərazisində yaşadığı halda nəzərə almır. Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olan digər respublikaların, habelə üçüncü dövlətlərin ərazisində əldə edilmiş staj nəzərə alınmır.

4. Rusiya Federasiyasının ərazisində və keçmiş X6 Sosialist Respublikasının ərazisində əldə edilmiş sığorta stajının müddəti sığorta pensiyası üzrə hüquqların müəyyən edilməsi üçün tələb olunan sığorta stajı müddətindən azdırsa, bu zaman sığorta pensiyasına sabit ödənişin məbləği, həmçinin sığorta pensiyasına sabit ödənişin artım məbləği və sığorta pensiyasına sabit ödənişin artımının artırılan məbləği Rusiya Federasiyasının ərazisində, habelə keçmiş X6 Sosialist Respublikasının ərazisində əldə edilən sığorta stajının faktiki müddətinin Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq sığorta pensiyası üzrə hüququn müəyyən edilməsi üçün tələb olunan sığorta stajı müddətinə olan nisbəti ilə müəyyən edilir.

5. Azərbaycan Respublikasının, habelə üçüncü dövlətin ərazisində yaşayan şəxslərə Rusiya Federasiyasının qanunvericiliyinə əsasən pensiyanın təyin olunması zamanı sığorta pensiyasına sabit ödəniş təyin edilmir, habelə pensiya hüquqlarının pul formasında valorizasiyası həyata keçirilmir. Maddə 20. 1. Bu Müqavilə ratifikasiya edilməlidir.

2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. İş materiallarından müəyyən edilir ki, hazırda cavabdehin imtinasında və etirazında iddiaçıya güzəştli şərtərlə pensiya təyin olunmasından imtina edilməsinin əsası kimi onun Mərkəzi Filiala təqdim etdiyi 5 iyul 1980-ci il tarixli ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında xx.xx.1992- xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işləməsinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilməli olmasına, bundan başqa, Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajının bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilməsinə, bununla əlaqədar olaraq, yuxarıda qeyd olunan dövrlərin Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan tarixdən sonraya aid olduğundan həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsinin mümkün olmamasına istinad edilməklə imtina edilmişdir Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı məhkəmə icraatı zamanı “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilənin təsdiqi haqqında” X3 əsasən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 26 aprel 2022-ci il tarixdə imzalanmış Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə təsdiq edilmişdir (xx.xx.2023-cü il, № 59-FZ Moskva,Kreml)ş Həmçinin Müqavilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixdə isə Rusiya Federasiyasında ratifikasiya edilmişdir. Göründüyü kimi hazırda göstərilən müqavilə hər iki dövlət ərazisində ratifikasiya edilmişdir. Belə olan halda Müqavilə hazırkı işə tətbiq edilməli və qeyd edilən dövlər də, iddiaçının xüsusi və ümumi stajına hesablanmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 20 il sığorta stajı (əmək kitabçası, diplom, işlədiyi müəssisə tərəfindən verilmiş arayışa əsasən), eləcə də, 10 ildən çox xüsusi iş stajı olduğundan, iddiaçının həmin xüsusi iş stajı işlədiyi İdarə tərəfindən verilmiş arayışa əsasən müəyyən edildiyindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq hər il 6 ay olmaqla 01 avqust 2000-ci ilədək artırılmasını nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən təyin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2733/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2733/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar