Məhkəmə qərarları › İş №2-1(103)-3278/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3278/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3278/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4168/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək xx.xx.1995-ci ildən xx.xx.2001-ci il tarixə kimi "xxxx" Firmasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi Bakı İstehlak Bazarı və Xidmət Departamentində, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Abşeron Səhmdar Sığorta Şirkətinin Bakı Filialında işlədiyi illərin sığorta stajına daxil edilməklə, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…xx.xx.1974-xx.xx.1975-ci illərdə Sumqayıt Kompresor Zavodunda, xx.xx.1975xx.xx.1975: Ağac Emalı Zavodunda, xx.xx.1975 - xx.xx.1976-ci illərdə Sumqayıt Ticarət İdarəsində, xx.xx.1976 - xx.xx.1978-ci illərdə müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1978 xx.xx.1979-cu illərdə Sumqayıt Ticarət İdarəsində, xx.xx.1979 - xx.xx.1980-cı illərdə Bakı Meyvə Tərəvəz Kontorunda, xx.xx.1980 - xx.xx.1981-ci illərdə Bakı şəhəri Kooperativ Ticarətində, xx.xx.1981 - xx.xx.1981-ci illərdə Sumqayıt şəhər ərzaq malları ticarətində, xx.xx.1981 - xx.xx.1983-cü illərdə Bakı şəhər Kooperativ Ticarətində, xx.xx.1983 xx.xx.1993-cü illərdə Azərbaycan Respublikası Ticarət Sənaye Palatasında, xx.xx.1993 xx.xx.1995-ci illərdə Bakı Baş Gömrük İdarəsində, xx.xx.1995 - xx.xx.2001-ci illərdə "xxxx" Firmasında, xx.xx.2001 - xx.xx.2002-ci illərdə Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentində, xx.xx.2004 - xx.xx.2007-ci illərdə Abşeron Səhmdar Sığorta Şirkətinin Bakı Filialında işləmiş umumi iş stajı 25 ildən çox təşkil edir. Lakin yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun əmək stajı 17 ildir, yəni 25 ildən azdır. İmtina məktubunda qeyd edilmişdir ki, əmək kitabçasında qeyd olunan iş yerlərindən bəzilərinin ünvanını tapmaq mümkün olmamışdır. Bəzilərində əmək haqqı alıb-almaması, bəzilərində isə ümumiyyətlə, həmin dövrdəki əmək haqqı cədvəlinin tapılması mümkün olmamışdır. Hesab edir ki, cavabdeh orqanın verdiyi imtina cavabı əsassızdır. Çünki, orqanların imtinasında göstərilən əsasların heç bir onun ümumi əmək stajını azaltmır...” Cavaabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının təqdim etdiyi sənədlərə əsasən qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunazidd hesab olunmuşdur. Çünki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı əmək kitabçasına əsasən 17 il 09 ay 2 gün təşkil edir. Əmək kitabçasının qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2002ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2006 cı il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Belə ki, Mərkəzi Filial tərəfindən aparılmış monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1995- ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" firmasının və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" SSŞ-nın Bakı şəhər Filialının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin müəssisələrdən əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, Bakı şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinin həmin dövrə aid əməkhaqqı cədvəllərini əldə etmək mümkün olmadığından sözügedən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunan dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmayacağı bildirilmişdir... “ Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4168/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən iddia tələbi təmin edilmiş, xx.xx.1995-ci ildən xx.xx.2001-ci il tarixə kimi "xxxx" Firmasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi Bakı İstehlak Bazarı və Xidmət Departamentində, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Abşeron Səhmdar Sığorta Şirkətinin Bakı Filialında işlədiyi illərin sığorta stajına daxil edilməklə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayətini cavabdeh aşağıdakılarla əsaslandırılmışdır: "…X1 yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, İddiaçının mübahisəiəndirilməyən sığorta stajı əmək kitabçasının surətinə əsasən ümumilikdə 17 il 09 ay 2 gün təşkil edir. Əmək kitabçasının qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan -xx.xx.1995-ci il tarixdən 21,05.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən 08.11,2002-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən 01.01,2006-cı il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Belə ki, mərkəzi filial tərəfindən aparılmış montorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1995-ci il tarixdən 21,05.2001-ci il tarixədək "xxxx" firmasının və xx.xx.2004-cü il tarixdən 01.01,2006-cı il tarixədək "xxxx" SSŞ-nın Bakı şəhər filialının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin müəssisələrdən əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır.Eyni zamanda, Bakı şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2001-ci il tarixdən 08.11,2002-ci il tarixədək Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinin həmin dövrə aid əməkhaqqı cədvəllərini əldə etmək mümkün olmadığından sözügedən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-502/2024 tarixli məktubunda "xxxx" firmasının, "xxxx" SSŞ-nin, Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinin arxiv sənədlərinin arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Vergi Xidmətinə ünvanlanmış sorğuya cavab olaraq, həmin müəssisələr haqqında məlumatın mövcud olmadığı bildirilmişdir. Qeyd edilməlidir ki, hazırki mübahisə predmeti müəssisələrin mövcudluğu deyil, iddiaçının həmin müəssisələrdə işləməsi və əmək haqqı alması məsələsidir. Birinci instansiyası məhkəməsində öz qərarını əsaslandırarkən iddiaçının həmin müəssisədə işləməsinin əmək kitabçası ilə öz təsdiqi tapdığını və mötəbərliyini şübhə altına alan hər hansı halın mövcud olmadığını göstərmişdir. Hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını araşıdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir . Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının xx.xx.1957-ci il təvəllüdlü olması baxımından, qanunvericiliklə müəyyən edilmiş 65 pensiya yaş həddi xx.xx.2022-ci il tarixdə tamamlanır. İşin qeyd olunan hallarından göründüyü kimi, onun həmin tarixə qədər cavabdeh tərəfindən mübahisələndirilməyən əmək stajı 17 il 09 ay 2 gün təşkil edir. Cavabdeh tərəfindən mübahisələndirilərək sosial sığorta stajı kimi qəbul edilməyən dövr isə - xx.xx.1995-xx.xx.2001, xx.xx.2001- xx.xx.2002, xx.xx.2004-xx.xx.2006 dövrləri olmaqla, cəmi, 7 il 7 ay 25 gün təşkil edir. Həmin dövr isə nəzərə alındığı təqdirdə, iddiaçının 25 il 3 ay 27 gün iş stajı mövcud olmaqla, onun “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən olunan şərtlərdən biri, o cümlədən azı 25 il sığorta stajının m.vcudluğu ödənilərək yaşa görə pensiya hüququ yaranmış olur. Məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh tərəfindən sözügedən dövrlər üzrə (xx.xx.1995-xx.xx.2001, xx.xx.2001- xx.xx.2002, xx.xx.2004-xx.xx.2006) iddiaçının 7 il 7 ay 25 gün əmək fəaliyyətinin onun sığorta stajı kimi nəzərə alınmaması əsassızdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğularına alınmış cavab məktublarında aşağıdalar müəyyən olunmuşdur: “ - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 22 fevral 2024-cü il tarixli 3-48-2F/2-502/2024 nömrəli məktubunda la bildirilmişdir ki, "xxxx" Firmasının, Abşeron Səhmdar Sığorta Şirkətinin Bakı Filialının, Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 28 fevral 2024-cü il tarixli 3- 21-3/2-3272/2024 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" Firmasının, Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinin və Abşeron Səhmdar Sığorta Şirkətinin Bakı Filialının fəaliyyətləri ilə əlaqədar sorğuda qeyd olunan hallarla bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı bir məlumat yoxdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2024-cü il tarixli **********020600 nömrəli məktubla bildirilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində “Bakı şəhər Ticarət və Xidmət Departamenti”nin (əvvəlki “Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamenti”) xx.xx.2000-ci il tarixdə 9 rəqəmli (1********) VÖEN-lə vergi uçotuna alınması, xx.xx.2004-cü il tarixdə inventarlaşmadan keçərək yeni ********** nömrəli VÖEN alması və hazırda fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Dövlət reyestrində "xxxx" Firmasının xx.xx.1995-ci il tarixdə 27139 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. X3 Sığorta Şirkətinin Bakı Filialının vergi uçotuna alınması barədə məlumat mövcud deyildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli məktuba əsasən xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Səhmdar Sığorta Şirkəti (VÖEN **********) xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Səhmdar Sığorta Şirkətinin hüquqi varisidir. "xxxx" Səhmdar Sığorta Şirkətinin ləğv olunması barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq, hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir...” Tədqiq olunan sənədlərlə müəyyən olunan məlumatlardan göründüyü kimi, mübahisələndirilən dövrlərdə iddiaçının çalışdığı Bakı şəhər Ticarət və Xidmət Departamenti” (əvvəlki “Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamenti”) xx.xx.2000-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2004-cü il tarixdə isə inventarlaşma nəticəsində ona yeni eyniləşdirmə nömrəsi verilmiş, "xxxx" Səhmdar Sığorta Şirkəti də, həmçinin, xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınaraq eyniləşdirmə nömrəsi verilmiş, eyni zamanda, "xxxx" Firması da xx.xx.1995-ci il tarixdə 27139 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirilən dövrlərdə çalışdığı müəəssələr dövlət qeydiyyatına alınmış və aktiv müəssisələr olmuşdur. Belə olan halda, məhkəmənin mövqeyinə görə iddiaçının həmin müəssisələrdə əmək haqqı alması və ondan sığorta haqları tutulması barədə arxiv məlumatlarının aşkar edilməməsi təqsirinə yozula və həmin illər onun sığorta stajı kimi mötəbər məlumatlar kimi qiymətləndirilməyə bilməz. Digər tərəfdən, iddiaçının həmin müəssisələrdə çalışdığı vaxt (xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə qədər) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı “ haqqında Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının mübahisələndirilən qeydlərindən isə görünür ki, onun həmin qurumlarda işə qəbulu, tutduğu vəzifələr, işə daxil olma və çıxma tarixləri həmin müəssisələrin məsul vəzifədə çalışan şəxslərinin imzaları və müəssisələrin dairəvi möhüru ilə təsdiq olunmuşdur. Qeydləri şübhə altına ala bilən pozuntuların mövcudluğu, o cümlədən, qaralama və düzəlişlərin, vərəqlərin tamlığının pozulması, sair formada yazılış tərtibatına xələl gətirə bilən əlamətlərin mövcudluğu müəyyən edilmir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bundan başqa qeyd olunmalıdır ki, qeyd edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Digər tərəfdən, 18 fevral 1997-ci il tarixdə (№ 250-İQ) qəbul edilmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun həmin vaxt qüvvədə olmuş 14 və 18-ci maddələrinin tələblərinə görə sosial sığorta haqqlarının ödənilməsinə nəzarəti həyata keçirmək vəzifəsi, məhz, DSMF qurumlarına məxsus olan səlahiyyət olmuşdur. Eyni zamanda, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1995-xx.xx.2001, xx.xx.2001- xx.xx.2002, xx.xx.2004-xx.xx.2006 dövrlərin ( 7 il 7 ay 25 gün) iddiaçının sığorta stajı kimi qəbul edilməsindən imtina olunaraq onun sığorta stajının 25 ildən az olması əsası ilə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi əsassızdır və qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarı ilə mübahisələndirilən dövrlərin iddiaçının sığorta stajı kimi qiymətləndirilməsinin mötəbər sübutlarla əsaslandırılmadığını və onun iddia tələbinin təmin edilməsinin əsassız olduğunu mübahisiləndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4168/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4168/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar