Məhkəmə qərarları › İş №2-1(103)-328/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-328/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-328/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, X3 qızının katibliyi katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(112)- 3445/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanunsuz sayılması, İddiaçı 60 yaşı tamam olduğu vaxtdan xx.xx.2023-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1980-ci ildə başlamış və fasiləsiz olaraq işləmişdir. İddiaçı 60 yaşı tamam olduqdan sonra xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli 3-17-l/Z-250446/2023 saylı məktubla imtina edilmişdir. İddiaçı qeyd edir ki, cavabdeh onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnu müəyyən edən iş stajını hesablayarkən xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək və xx.xx.2021-ci il tarixdən hal-hazırkı vaxtadək teplovoz maşinist köməkçisi, teplovoz maşinisti vəzifələrində işlədiyi iş stajını güzəştli şərtlərlə iş stajı kimi nəzərə alsalar da, əsassız səbəbdən eyni iş yerində eyni vəzifədə işlədiyi müddəti nəzərə almamışdırlar. Halbuki iddiaçının təqdim etdiyi sənədlərdə 1986- 1999-cu il tarixinədək iş stajını təsdiq edən əmək kitabçası da mövcud olmuşdur.

3. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: belə ki, iş materiallarına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının müraciət ərizəsi və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-Z-250466/2023 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həlli mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. Cavabdehə təqdim edilən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 59-18/12 nömrəli arayışında iddiaçının xx.xx.1986-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə teplovoz maşinisti köməkçisi, lokomotiv maşinisti köməkçisi və lokomotiv maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Sözügedən "xxxx" ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin tabeliyində olmuş Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Azərelektromaş” X1 Baş müəssisəsi - Bakı Elektirik Maşınqayırma Zavodunun bazasında 2001-ci ilin iyul ayında yaradılmışdır. Müəssisə 1946-ci ildə yaradılıb və istehsal fəaliyyətinə 1947-ci ildən etibarən başlamışdır. Müəssisənin fəaliyyət sahəsini: - müxtəlif ölçülü elektrik mühərriklərin; - istehlak mallarının; - geoloji-kəşfiyyat, qazma, neftçıxarma, quyuların təmiri və mədənlərin abadlaşdırılması üçün maşın və avadanlıqlar, alətlər və ehtiyat hissələri, habelə kimya sənayesi, kənd təsərrüfatı və digər sahələr üçün müxtəlif məhsulların istehsalını əhatə edir. Göründüyü kimi, iddiaçının işlədiyi "xxxx" ASC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəblə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 5 av 29 gün (xx.xx.2015- xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2018- xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məlumat üçün bildirilir ki, 01 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2018-ci ilin oktyabr, 2021-ci ilin mart, aprel, may ayları üzrə öz əksini tapmadığından həmin müddətin (4 ay) iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.

4. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(112)-3445/2024 saylı qərarı ilə iddia təmin edilməmişdir.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, arayışlar həm "xxxx" QSC-dən həm də "xxxx" ASC-nin izahlı arayış təqdim edilmişdir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında da nəzərdə tutulmuşdur: 21-ci bənd– Nəqliyyat-21.4- Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: vaqonların baxıcıları, vaqonların baxıcı-təmirçiləri, qatar tərtibçiləri, lokomotiv maşinisti, maşinist köməkçisi. Qeyd edilir ki, iddiaçının xx.xx.2023-cü il tarixədək, qanunla müəyyən olunmuş 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, İddiaçı xx.xx.2023-cüil tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabedhin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd olunmuşdur ki, "Əmək, pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digor fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin sizə dair 21 sentyabr 2023-cü il tarixli 59-18/12 nömrəli arayışında iddiaçının xx.xx.1986-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə teplovoz maşinist köməkçisi, lokomotiv maşinist köməkçisi və lokomotiv maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi "xxxx" ASC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəblə də iddiaçının güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 5 ay 29 gün (xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məlumat üçün bildirilir ki, 01 yanvar 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində 2018-ci ilin oktyabr, 2021-ci ilin mart, aprel, may ayları üzrə öz əksini tapmadığından həmin müddətin (4 ay) sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

11. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışa əsasən İddiaçı Rəsuı oğlu “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Sıra Çalışdığı Vəzifə Vəzifəyə Vəzifədən İşə İşdən №- struktur vahidi (peşənin) təyin azad başladığı azad si adı edilmə edilməyə tarix olunduğu (başqa işə dair əmrin (başqa işə keçirilmə) tarixi və keçirildiyi) barədə nömrəsi tarix əmrin tarixi və nömrəsi 1 Sərnişin teplovoz xx.xx.201 xx.xx.201 xx.xx.201 xx.xx.201 daşımaları maşinist 5 190/k 5 267/k 5 5 departamentini köməkçis n Bakı i lokomotiv deposu 2 Sərnişin Teplovoz xx.xx.201 xx.xx.201 xx.xx.201 xx.xx.201 daşımaları maşinisti 5 282/k 7 144 k 5 7 departamentini n Bakı lokomotiv deposu 3 Sərnişin Teplovoz xx.xx.201 xx.xx.202 xx.xx.201 xx.xx.202 daşımaları maşinisti 7 159 k 1 127/k 7 1 departamentini n Bakı lokomotiv deposu 4 Sərnişin Teplovoz xx.xx.202 - xx.xx.202 haldaşımaları maşinisti 1 162 1 hazırda departamentini işləyir n İstismar xidməti

İşlədiyi müvafiq peşələr üzrə sosial sığorta (əmək) stajı 8 il 23 gün təşkil edir. İşlədiyi teplovoz maşinisti və teplovoz maşinist köməkçisi peşələrinin əsas xüsusiyyətləri təhkim edilmiş müvafiq lokomotiv (teplovoz) briqadanın tərkibinə daxil olan şəxslərin işinə əhbəriik edilməsi, onların fəaliyyətinə nəzarət olunması, qatarı idarə edərkən və manevr yerdəyişmələri həyata keçirərkən müvafiq dəmir yoiu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi, habelə fəaliyyətin həyata keçirilməsi zamanı hərəkət təhlükəsizliyinin təmin edilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnda 21.4-cü bəndin müvafiq olaraq 7, 13 və 17-ci abzaslarına uyğundur.

12. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş izahlı arayışa əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1986-cı ildən (Əmr 144/xx.xx.1986-ci il) xx.xx.2008ci ilədək (Əmr 53/xx.xx.2008-ci ilədək) "xxxx" ASC-də göstərilən peşələrdə işləmişdir:

1. xx.xx.1986-cı ildən - xx.xx.1988-ci ilədək 19 saylı dəmir yolu nəqliyyat sahəsində teplovoz maşinisti köməkçisi

2. xx.xx.1988-ci ildən - xx.xx.1994-cti ilədək lokomotiv maşinist köməkçisi.

3. xx.xx.1994-cti ildən - xx.xx.1999- cu ilədək lokomotiv maşinisti. Zavodda işləyən maşinist dizel yanacağı ilə işləyən TQM- 23 markalı teplovozu idarə edir. O, vaqonları yük doldurma və boşaltma məntəqələrinə yerləşdirir, vaqonları açıbbağlayır, qatarları formalaşdırır və manevrlər edərək onları lazımi məntəqələrə çatdırır. Akkumlyatorun yüklənməsini, dəyişdirilməsini və yerləşdirilməsini təmin edir, ölçü cihazlarına nəzarət edir. İşdə yaranan nasazlıqları aradan qaldırır. İddiaçı zərərli iş şəraitinə görə əlavə əmək haqqı və məzuniyyət verilmişdir. İddiaçı əmək kitabçası üzrə ‘"xxxx" ASC - də güzəştli iş stajı: Maşinist köməkçisi kimi - 2 il 3 ay 22 gün Lokomotiv maşinist köməkçisi kimi - 5 il 9 ay 0 gün Lokomotiv maşinisti kimi - 5 il 0 ay 0 gün Cəmi: 13 il 22 gün

13. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvanlanan məktubda qeyd olunmuşdur ki, "xxxx" Açıq səhmdar Cəmiyyəti "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil deyildir.

14. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən sorğuya "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, AZT-X0/066 nömrəli arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli № 320 saylı Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Qərarına əsasən qeyd edilən teplovoz maşinist köməkçisi, lokomotiv maşinisti köməkçisi və lokomotiv maşinisti vəzifələri sözügedən qərarın Əmək şəraiti zərərli və ağlr olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının aşağıdakı bənd və kodlarına uyğundur: 23000000 – XXVİİİ. Nəqliyyat 23001000 – 1.Dəmiryol Nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. 23001000a – 22734 lokomotiv briqadalarının təlimatçıları (maşinistlər) 23001000 – 14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri 23001000 – 16885 elektrovozlarla maşinist köməkçiləri

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

17. “Əmək pensiyaları haqqında” Qanunun 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

18. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023-cü il tarixində cavabdeh quruma müraciət etmişdir.

19. İddiaçının ümümi əmək stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisənin mahiyyəti iddiaçının "xxxx" ASC-də işlədiyi xx.xx.1986-xx.xx.1999-cu il tarixləri arasındakı dövrün güzəştli iş stajı kimi nəzərə alınması ilə bağlıdır.

20. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir:

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.20-ci bəninə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

22. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir.

23. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş izahlı arayışa əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1986-cı ildən (Əmr 144/xx.xx.1986-ci il) xx.xx.2008ci ilədək (Əmr 53/xx.xx.2008-ci ilədək) "xxxx" ASC-də teplovoz maşinist köməkçisi kimi - 2 il 3 ay 22 gün, lokomotiv maşinist köməkçisi kimi - 5 il 9 ay 0 gün, lokomotiv maşinisti kimi - 5 il 0 ay 0 gün çalışmış, cəmi 13 il 22 gün güzəştli iş stajı mövcuddur.

24. Həmçinin analoji olaraq "xxxx" MMC tərəfindən təqdim edilən AZT-X0/066 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli № 320 saylı Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Qərarına əsasən qeyd edilən teplovoz maşinist köməkçisi, lokomotiv maşinisti köməkçisi və lokomotiv maşinisti vəzifələri sözügedən qərarın Əmək şəraiti zərərli və ağlr olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23000000 – XXVİİİ. Nəqliyyat, 23001000 – 1.Dəmiryol Nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, 23001000a – 22734 lokomotiv briqadalarının təlimatçıları (maşinistlər), 23001000 – 14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, 23001000 – 16885 elektrovozlarla maşinist köməkçiləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir.

26. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir.

27. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir.

28. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır.

29. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır.

30. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır.

31. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz.

32. Odur ki, iddiaçının "xxxx" ASC-də işlədiyi xx.xx.1986-xx.xx.1999-cu il tarixləri arasındakı dövrdə işlədiyi “teplovoz maşinisti köməkçisi”, “lokomotiv maşinist köməkçisi” və “lokomotiv maşinisti” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23000000 – XXVİİİ. Nəqliyyat, 23001000 – 1.Dəmiryol Nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, 23001000a – 22734 lokomotiv briqadalarının təlimatçıları (maşinistlər), 23001000 – 14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, 23001000 – 16885 elektrovozlarla maşinist köməkçiləri peşələrinə uyğundur.

33. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixədək həm 25 il ümumi, həm də 12 il 6 ay güzəştli stajı tamam olduğundan ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

34. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş ƏPQ-nun qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

35. Həmin Qanunun 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

36. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsi məhz iddia tələbinə də uyğun olaraq xx.xx.2022-ci ildən qüvvədə olan qanunun tələbinə əsasən yuxarıda qeyd edilən şərtlər daxilində baxılmalıdır.

37. Eyni zamanda məhkəmə tətbiq edilən hüquq normasını seçərkən o halı da nəzərə alır ki, iddiaçının ƏPQ-nun 9.8-ci maddəsi ilə nəzərə tutulmuş qaydada güzəştli pensiya hüququ ümumi iş stajının 25 il tamam olmaması (iddiaçı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunla tələb olunan xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamamışdır) və xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş ƏPQ-nun 9.1-ci maddəsinə əsasən 60 yaşı tamam olduğu vaxt topladığı pensiya kapitalı pensiya təminatı üçün kifayət etməməməsi əsasları ilə mümkün olmamışdır.

38. Beləliklə, 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 01 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur.

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

40. Qeyd edilməlidir ki, iddiaçının iddiasına xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQ-nun 9.1-ci maddəsinin tələbi əsasında baxıldığından, iddiaçının isə həmin qanunla tələb olunan 60 yaşını 2023-cü ildə, yəni hazırkı qanunun maddəsinin yeni redaksiyası qüvvədə olmadığı vaxt tamam olduğundan və Qanunun keçid müddəlarına əsasən yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi hallarına tətbiq edilmədiyini rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan yaranmışdır. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla iddiaçının xx.xx.2023-cü ildə yaşı 60 yaş olmuşdur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya imtinası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

42. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

43. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86).

44. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

46. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(112)-3445/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 60 (altmış) yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2023-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar