Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-3281/2025 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamın ləğv edilməsi” bаrədə iddiа tələbinə dair işi üzrə (Açar sözlər: inzibati aktda əlavə müddəaların nəzərdə tutulması, iddianın mümkünlüyü, hüquqi müdafiə ehtiyacı) Hakimlər Ismayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Iddiaçı İddiaçı, onun vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamın ləğv edilməsi” bаrədə iddiа tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları ********** qeydiyyat nömrəli ##.##.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh başçısının *** nömrəli ##.##.2022-ci il tarixli “Yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ilqar Ismayılov, Cəlil Məmmədquluzadə, Ibrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad Ibrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün “xxxx” MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ## ##### 2023-cü il tarixli *-**-*/*-Kol-**-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının ##.##.2022-ci il tarixli *** saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ilqar Ismayılov, Cəlil Məmmədquluzadə, Ibrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad Ibrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyinin tələblərinə əsasən qarşılıqlı razılıq əsasən “xxxx” MMC tərəfindən yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün “xxxx” MMC -nin icarə əsasında istifadəsinə verilmişdir. ## ###### 2023-cü il tarixli **** nömrəli “Torpaq icarə müqaviləsi”nə əsasən, Cavabdeh adından çıxış edən, gələcəkdə “Icarəyəverən” adlandırılacaq bir tərəfdən Cavabdeh başçısı və digər tərəfdən gələcəkdə icarəçi adlandırılacaq “xxxx” MMC olmalaq, Cavabdeh başçısının *** saylı, ##.##.2021-ci il tarixli sərəncamı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin ##.##.2022-ci il tarixli MIHO/2.1.*-*-****-*** nömrəli cizgisinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, *** saylı məhəllə, Z.Əhmədbəyov, M.Naxçıvani və F.Ibrahimov küçələrinin ərazisində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanır, icarəyəverən icraə əsasında sahəsi 9746 (doqquz min yeddi yüz qırx altı) kv.m olan torpaq sahəsini gələcəkdə sahə adlandırılacaq ərazini icarəçiyə 49 il müddətinə istifadəsinə verir, icarəçi isə onu qəbul edir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının ##.##.2022-ci il tarixli, *** saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ilqar Ismayılov, Cəlil Məmmədquluzadə, Ibrahimpaşa Əbilov, Zivərbəy Əhmədnəyov, Sübhi Salayev, Fuad Ibrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4, 32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçisi (mülkiyyətçisi) və xüsusi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçisi ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri yaşayış binalarının tikintisi üçün həmin hüquqi şəxsin icarə əsasında istifadəsinə verilmişdir. Iddiaçıya məxsus yaşayış evi və onun altında olan torpaq sahəsi üzrə Cavabdeh belə sərəncam verici qərar verməyə hüququ olmamışdır. Üçüncü şəxs məhkəməyə vəsatət təqdim edərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, sözügedən sərəncamdan göründüyü kimi, dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq orqanların rəyləri nəzərə alınmaqla torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün icarə əsasında cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 2.5-ci bəndində “Sifarişçi”yə tapşırılmışdır ki, tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X6 Ekspertiza Baş Idarəsinin müsbət rəyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin. Beləliklə,mübahisələndirilən sərəncamın məzmunundan göründüyü kimi sərəncam yalnız çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı məsələləri tənzimləyir. Ərazidə tikinti işlərinin hansı qaydada planlaşdırılması və həyata keçirilməsi isə sonrakı mərhələlərdə - layihənin razılaşdırılması, tikintiyə icazə və layihənin icrası mərhələlərində icra olunur. Hazırkı mübahisə predmeti olan cavabdehin üçüncü şəxsə torpağın icarə əsasında istifadəsinə verilməsi barədə sərəncamı həmin torpaq sahəsində tikintiyə icazə barədə məsələni həll etmədiyindən konkret hüquqi nəticə yaratmaq imkanına malik olan inzibati akt qismində qəbul edilmir. Belə olan halda sözügedən sərəncam yalnız hansısa inzibati icraatın başlanılmasının əsası kimi çıxış edə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamı İddiaçı aid hissədə (münasibətdə) ləğv edilmişdir. Üçüncü şəxs birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehin hazırda mübahisələndirilən ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamı iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmır. Cavabdehin müvafiq sərəncam və icarə müqaviləsi əsasında “xxxx” MMC-nin istifadəsinə verdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir. Dövlətin adından çıxış edən cavabdeh qurumun dövlət mülkiyyətində olan torpaq sahəsini müəyyən şərtlər daxilində hər hansı subyektin istifadəsinə vermək üçün həmin torpağın digər istifadəçilərindən razılıq almasına dair qanunvericilikdə heç bir tələb yoxdur. Digər tərəfdən, sözügedən sərəncamdan göründüyü kimi dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq orqanların rəyləri nəzərə alınmaqla torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün icarə əsasında cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 2.5-ci bəndində “Sifarişçi”yə tapşırılmışdır ki, tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövəladə Hallar Nazirliyinin Tikintidə X4 X6 Ekspertiza Baş Idarəsinin müsbət rəyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin. Beləliklə, mübahisələndirilən sərəncamın məzmunundan göründüyü kimi sərəncam yalnız çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı məsələləri tənzimləyir. Ərazidə tikinti işlərinin hansı qaydada planlaşdırılması və həyata keçirilməsi isə sonrakı mərhələlərdə - layihənin razılaşdırılması, tikintiyə icazə və layihənin icrası mərhələlərində icra olunur. Yəni sözügedən sərəncam iddiaçının üzərinə hər hansı bir öhdəlik qoyaraq onu əlverişsiz vəziyyətə salmadığı üçün əlverişsiz inzibati akt kimi qiymətləndirilə bilinməz. Hazırkı mübahisə predmeti olan cavabdehin üçüncü şəxsə torpağın icarə əsasında istifadəsinə verilməsi barədə sərəncamı həmin torpaq sahəsində tikintiyə icazə barədə məsələni həll etmədiyindən həmin sərəncam iddiaçının mənzilinin sökülməsi, orada tikinti işlərinin aparılması üçün birbaşa hüquqi nəticə yaratmaq imkanına malik olan inzibati akt qismində qəbul edilmir. Həmin sərəncamın icrası, yəni ərazidə müvafiq söküntü və tikinti işlərinin aparılması yalnız mülkiyyətçilər və istifadəçilərin razılığı əsasında mümkündür. Bu baxımdan iddiaçının Bakı Şəhəri Icra Hakimiyyətinin ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamını hər hansı hissədə ləğv etdirməyə dair iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (IPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (IPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Iddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Inzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Ilk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Cavabdeh başçısının ##.##.2022-ci il tarixli, *** saylı sərəncamın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamı İddiaçı münasibətdə ləğv edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsi ünvanında üçüncü şəxs tərəfindən tikinti işləri həyata keçirilir, həmin əraziyə cavabdeh tərəfindən sərəncam verilmiş, lakin torpaq sahəsinin üzərində etibarlı mülkiyyət hüququna malik olan şəxsin hüquqlarının pozulması iddiası irəli sürülmüşdür. Işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanının yerləşdiyi ərazi Cavabdeh başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamında göstərilən “xxxx” MMC-nin istifadəsinə verilmiş ərazinin daxilindədir. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, mülkiyyətçinin razılığı olmadan onun mənzilinə giriş çıxış məhdudiyyəti qoyulmuş, sözügedən tikinti fəaliyyəti mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, məhkəmə tərəfindən mübahisəli ünvanda yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzil üçüncü şəxs tərəfindən tikinti aparıldığı və hasara alındığı ərazidə yerləşir. Tikinti ərazisi mühafizə olunur, iddiaçıya məxsus mənzilin yerləşdiyi həyətinə mühafizəçinin icazəsi ilə keçməsi mümkündür. Göründüyü kimi, mülkiyyətçi olan iddiaçının hüquqları üçüncü şəxs tərəfindən pozulmuş və bu hüququnun pozulmasına əsas olan hal cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt olmuşdur. Məhkəmə tərkibi apellyasiya şikayəti və iddia tələbinin mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir. Ilk növbədə qeyd etmək lazımdır ki, mübahisləndirilən Cavabdeh başçısının *** nömrəli ##.##.2022-ci il tarixli “Yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” Sərəncamında aşağıdakılar qərara alınmışdır;
1. Bakı şəhəri, Yasamal rayonu, Ilqar Ismayılov, Cəlil Məmmədquluzadə, Ibrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhü Salayev, Fuad Ibrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilsin.
2. Sifarişçiyə tapşırılsın: 2.1. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin. 2.3. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Cavabdeh nəzdində “Interservis” Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin; 2.4. Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin; 2.5. Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X7 Ekspertiza Baş Idarəsinin müsbət rəyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin. 2.6. Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyinə tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin.
3. Yuxarıda qeyd edilən bəndlərin sifarişçi tərəfindən yerinə yetirilməsən Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır.
4. Bu Sərəncamın icrasına nəzarət Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyətinə tapşırılsın. Qeyd olunan sərəncamdan müəyyən olunur ki, 4,32 ha torpaq sahəsi müəyyən şərt daxilində istifadəsinə verilmişdir, yəni sərəncamın icrası məhz həmin ərazidə olan istifadəçi və mülkiyyətçilər ilə, o cümlədən hazırkı iş üzrə iddiaçı İddiaçı ilə razılaşmadan asılı edilmişdir. Başqa sözlə desək, həmin ərazidə olan istifadəçi və mülkiyyətçilər ilə, o cümlədən hazırkı iş üzrə iddiaçı ilə razılaşma əldə edilməzsə, qeyd olunan sərəncamın icra edilməsi qeyrimümkündür. Məhkəmə tərkibi mübahisləndirlən sərəncamda qeyd olunan şərti əlavə müddəalar kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə tərkibi inzibati aktda əlavə müddəaların nəzərdə tutulmasına dair müvafiq dəyərləndirmə aparılmasını məqsədə müvafiq hesab edir. Ilk növbədə “Inzibati icraat haqqında” qanunun 60-cı maddəsinin aşağıdakı normalarına nəzər salaq: 60.1. Qəbul edilməsi tələb olunan inzibati aktda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və ya inzibati aktın qanuni şərtlərinin həyata keçirilməsini təmin etmək məqsədilə əlavə müddəalar nəzərdə tutula bilər. 60.2. Inzibati orqan tərəfindən diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktda: 60.2.1. həmin aktla nəzərdə tutulmuş hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtını və ya qüvvədə olma müddətini; 60.2.2. hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtının gələcəkdə hər hansı hadisənin baş verməsindən asılı olduğunu; 60.2.3. həmin aktın ləğv edilməsi hüququnun saxlanılması haqqında qeydləri; 60.2.4. maraqlı şəxsin müəyyən hərəkətlər etməsini və müəyyən hərəkətlərə yol verməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməsini (öhdəliyin icrası şərtlərini) və ya öhdəliyin icrası ilə bağlı şərtlərin dəyişdirilməsini və ya yeni şərtlərin əlavə edilməsini müəyyən edən əlavə müddəalar nəzərdə tutula bilər. 60.3. Əlavə müddəalar inzibati aktın məqsədlərinə uyğun olmalıdır. Əlavə müddəalardan yalnız inzibati aktla birlikdə şikayət verilə bilər. Məhkəmə tərkibi qeyd edir ki, əlavə müddəaların nəzərdə tutulmasında ilkin məqsəd əsas inzibati aktda nizama salınan (həll edilən) məsələni konkret işin hallarına və xüsusiyyətlərinə uyğunlaşdırmaqdır. Xüsusilə, konkret işdə ictimai maraqların və üçüncü şəxslərin hüquqlarının qorunması tələbinə, həmçinin qəbul ediləcək inzibati aktla toxunulacaq hüquqlar mütənasiblik prinsipinin tələbləri nəzərə alınmalı olduğu halda əlavə göstərişlərin əhəmiyyəti daha da artır. Başqa sözlə, əlavə müddəalar ictimai maraqların, üçüncü şəxslərin hüquqlarının və ya qanunla qorunan digər maraqların təminatına xidmət edirlər. Hazırkı işdə tərəflərin məhkəmə iclasındakı izahatlarından müəyyən olunur ki, iddiaçıya məxsus mənzil üçüncü şəxs tərəfindən hal-hazıradək sökülməmişdir. Digər tərəfdən, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**/*-****/**** nömrəli məktubdan görünür ki, “xxxx” MMC ##.##.2024-cü il tarixində tikintiyə icazə alınması üçün Komitəyə müraciət etməsinə baxmayaraq tikintiyə icazə icraatı davam etdiyi üçün tikintiyə icazə sənədi verilməmişdir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacının olması müəyyən olunmur. Bu hal isə iddianın mümkünsüzlüyü kimi prosessual nəticəni şərtləndirir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## ##### 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-polulmadığnın müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, üçüncü şəxs ##.##.2022-ci il tarixli, *** saylı sərəncamda nəzərdə tutulmuş əlavə müddəaların şərtlərinə əməl etməzsə, yəni tərəflər arasında qarşılıqlı razılıq əldə edilmədən iddiaçıya məxsus mənzili sökərsə, iddiaçı mülki məhkəmə icraatı qaydasında iddia qaldıra və mənzilin sökülməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamın ləğv edilməsi” bаrədə iddiа tələbinə dair iddiası mümkün sayılmamalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və IPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Iddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.