Məhkəmə qərarları › İş №2-1(103)-3282/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3282/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3282/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən hakim və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ 1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********594000 nömrəli qərara əsasən 2022-ci il üzrə iddiaçıya cavabdeh tərəfindən 8366,76 manat əlavə mənfəət vergisi hesablanmışdır, bunun səbəbi kimi əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 41833,8 manat iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşmanın yaranması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 iyul 2023-cü il tarixli, **********594000 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən xx.xx.2022- ci il tarixdə bağlanmış müqavilə əsasında "xxxx" MMC-dən elektron qaimə-faktura əsasında 7069 manat dəyərində minik avtomobili üçün ehtiyat hissələri alınmış və daha sonra həmin mallar müvafiq müqavilə əsasında Xaçmaz rayonu İcra Hakimiyyətinə təqdim edilmişdir. “MEGA 98 LT" MMC-nin Nazirlər Kabinetinin 2020-ci il 28 iyul 265 nömrəli Qərarına əsasən Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixindən riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Əməliyyat aparıldığı vaxt həmin ödəyici riskli vergi ödəyicisi olmamışdır. “Marona" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində bağlanmış müqaviləyə görə elektron qaimə-faktura əsasında 34764.8 manat dəyərində (sənaye əleyhqazı, rezin əlcəklər, birdəfəlik geyimlər, qoruyucu kombinezon, eynəklər və sair) mallar alınmış və həmin mallar daha sonra Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinə xx.xx.2022-ci il tarixində təhvil-təslim aktı əsasında təqdim edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Əməliyyat aparıldığı vaxt həmin ödəyicinin riskli vergi ödəyicisi olması barədə heç bir yerdə məlumat olmamışdır. Hər iki hüquqi şəxslə əqdlərin bağlandığı və əməliyyatların (maliyyə, malların təhvili və s.) aparıldığı tarixdə həmin hüquqi şəxslər riskli vergi ödəyicisi olmamış və onların gələcəkdə riskli vergi ödəyicilərinin siyahısına daxil ediləcəyini güman etmək mümkün deyildi. Ümumi dövriyyədən irəli gələrək, müvafiq elektron qaimə-fakturalar əsasında təqdim edilən mallara görə 205.266,07 (ƏDV- siz) manat məbləğində gəlir, elektron qaimə-faktura əsasında əldə edilən mallara görə isə 200 493,77 manat (ƏDV-siz) məbləğində xərc 2022ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində əks etdirilmişdir. Göstərilən xərc məbləğindən "xxxx" MMC-yə ödənilmiş 7069 manat və "xxxx" MMC-yə ödənilmiş 34764.8 manat xərcin (cəmi 41833.8 manat) həmin hüquqi şəxslərin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi səbəbindən gəlirdən çıxılmasına yol verilməmişdir. Bununla əlaqədar olaraq, kameral vergi yoxlaması ilə kənarlaşma yaranmışdır. xx.xx.2023-cü il tarixli **********422800 nömrəli məktub göndərilmiş, qeyd edilən kənarlaşmalar ilə əlaqədar uyğunsuzluq barədə məktuba xx.xx.2023-cü il tarixdə **********756200 nömrəli əsaslandırılmış izahat verilmişdir. Lakin vergi orqanı əsaslandırılmış izahatı nəzərə almayaraq, Vergi Məcəlləsinin 37-ci, 67- ci və 83- cü maddələrinə əsasən, 2022-ci il üçün mənfəət vergisi üzrə əlavə olaraq (41833.8*20%) 8366,76 manat mənfəət vergisi hesablamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2022-ci ilin mənfəət vergisi üzrə 8366,76 manat (səkkiz min üç yüz altmış altı manat 76 qəpik) vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********594000 nömrəli qərar qəbul edilmişdir. Bundan sonra kameral vergi yoxlaması ilə əlaqədar hesablanmış verginin azaldılması ilə əlaqədar iddiaçının xx.xx.2023 il tarixli (AVİS qeydiyyatı xx.xx.2023 il tarixli) **********439200 nömrəli inzibati şikayətinə baxılma müddəti xx.xx.2023-ci il tarixli, **********800800 nömrəli və xx.xx.2023-cü il tarixli, **********815000 nömrəli məktublarla iki dəfə uzadılmışdır. Nəhayət, xx.xx.2023-cü il tarixdə müraciətdən 80 gün sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsində iddiaçının müraciətinə baxılaraq 27 sentyabr 2023-cü il tarixli, **********999700 nömrəli qərar qəbul edilməklə şikayət təmin edilməmişdir. Həmin qərardan müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət edilmişdir. Şuranın 01 dekabr 2023cü il tarixli, 89 nömrəli qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlanın hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********594000 nömrəli qərarı,İnzibati şikayətlərə baxılması baş idarəsinin 27 sentyabr 2023-cü il tarixli **********999700 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İlkin olaraq nəzərə alınmalıdır ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar aparan digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasın görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı idi. Çünki hazırkı mübahisənin yarandığı tarixdə qüvvədə olan Vergi məcəlləsinin 109.9-cu maddəsinin mətninə görə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri Vergi Məcəlləsinin 14-cü, 14- 1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.Lakin inzibati orqan hər iki hissədə əsassız qərarlar qəbul etmiş və iddiaçının hüquqlarını kobud surətdə pozmuşdur. Çünki yuxarıda qeyd edilən hüquqi şəxslərin əməliyyat aparılan zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks etdirilməmiş və e-taxes.gov.az saytında yoxlama aparılarkən həmin ödəyicilər riskli vergi ödəyicilərinin siyahısında olmamışlar. Bu fakt bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyiciləriinn siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə yuxarıda qeyd edilən hüquqi şəxslərin digər əməliyyatlarının riskli hesab edilərək sonuncuların riskli vergi ödəyicilərinin siyahısına salınması isə iddiaçının apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin Meyarların 1.3 və 1.4cü bəndlərinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergı ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytında dərc edilir.Eyni zamanda riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin internet vergi idarəsi portalında elektron qaimə sistemi vasitəsilə aparılmış əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.Lakin iddiaçının apardığı əməliyyatlar zamanı qeyd edilən məlumat və bildiriş dərc olunmamışdır.

4. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “MR SUPPLY" MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli şikayəti araşdırılaraq xx.xx.2023-cü il tarixli **********057800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi” barədə qərar qəbul edilmiş, müvafiq qərara əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü iİ tarixli, **********594000 nömrəli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Uçotbaza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı və ərizəsinə əsasən əsas fəaliyyət növünün "sair ixtisaslaşdırılmış tikinti işləri”ndən ibarət olduğu müəyyən edilmişdir.Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyətin əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 41 833,8 manat məbləğinin təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır.Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********422800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci il üçün mənfəət vergisi üzrə 8 366,76 manat vergi məbləği hesablanaraq xx.xx.2023-cü il tarixli, **********594000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.Belə ki, kameral vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsində “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı Xərclər" bölməsinin “Malın dəyəri” sətrində qeyd olunan 180706,78 manat məbləğin 41 833,8 manat məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və əlavə olaraq 8366,76 manat mənfəət vergisi hesablanmışdır.Daxil olmuş müraciət ilə əlaqədar Cəmiyyətə xx.xx.2023-cü il tarixli **********387000 nömrəli “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə" məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2023-cü il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, Cəmiyyətin səlahiyyətli nümayəndəsi X4 xx.xx.2023-ci il tarixdə araşdırmada iştirak etmişdir.T.Hümbətov verdiyi izahatda Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəələrin əmtəəsiz hesab edilmədiyini, təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxıldığını və Vergi Məcəlləsinin 14.2-ci maddəsinə görə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edildiyini bildirmişdir.Araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci il ərzində 200493,77 manat (ƏDV-siz) dəyərində elektron qaimə-fakturaların əldə edilməsi, bundan 7069,0 manat hissəsində olan EBBU seriyalı 668016 nömrəli elektron qaimə-fakturanın (sənaye əleyhiqazı, rezin əlcək, eynək və s.) "xxxx" MMC-dən (VÖEN: **********) və 34 764,8 manat hissəsində olan EBCJ seriyalı 806004 nömrəli və EBCK seriyalı 344419 nömrəli elektron qaimə-fakturalarının (benzin nasosu (BMW 2010 750İİ 4.4 motor), əyləc diski (ön və arxa) (BMW 2010 750 li 4.4 motor), amartizator(qabaq) (BMW 2010 750İİ 4.4 motor) və s.) "MARONA MMC-dən (VÖEN. **********) əldə edilməsi həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə- fakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları (iş və xidmətləri) satdıqları müəyyən edilmişdir."MEGA 98 LT” MMC tərəfindən xx.xx.2022-ci - xx.xx.2022-ci il tarix aralığında cəmi 50 400,0 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Bayraq dirəyi (paslanmayan dəmir 600 sm x 60 mm diametrdə). Rolik tutqac plastik ip çatdırılma və quraşdırılma. Dəmir qab (20kq), dəmir qab (50kq), stul kino zal üçün, lak və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyətin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, **********359900 nömrəli qərar qəbul edilmişdir."MARONA’' MMC tərəfindən xx.xx.2022-ci - xx.xx.2022-ci il tarix aralığında e-qaimə- faktura məlumatlarına əsasən 41 022,46 manat (ƏDV-li) dəyərində "Bir dəfəlik geyim (qoruyucu kombenizon), sənaye əleyhqazı üçün filtr" və digər mallar təqdim edildiyi halda, baza məlumatlarına əsasən təqdim edilmiş mallar müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan təsərrüfat subyekti (obyekti) mövcuddur. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən Cəmiyyətin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, **********670900 nömrəli qərar qəbul edilmişdir.Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, **********479400 nömrəli və "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktublar göndərilmiş və qeyd edilən Cəmiyyətlərin rəhbərləri (səlahiyyətli nümayəndələri) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Lakin qeyd edilən vergi ödəyicilərinin rəhbərləri və ya səlahiyyətli nümayəndələri araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədi araşdırmaya təqdim etməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5611/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

6. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-1(112)-5611/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin iştirakı:

7. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada tərəflərin məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında iştirak etməmişlər.

8. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

9. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi 05 iyul 2023-cü il tarixli **********594000 nömrəli qərar ləğv edildiyindən mübahisə artıq mövcud olmadığından apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-5611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

11. Belə ki, vergi orqanı tərəfindən məhkəməyə göndərilmiş vəsatətdən görünür ki, iddiaçının mübahisələndirdiyi 05 iyul 2023-cü il tarixli **********594000 nömrəli qərar ləğv edilmiş (ödəyici tərəfindən dəqiqləşdirilmiş bəyannamə verildiyi üçün) və nəticədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-88643/2024 nömrəli qərar qəbul edilmişdir.

12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.

13. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər.

14. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

15. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar