Məhkəmə qərarları › İş №2-1(103)-3288/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3288/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3288/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı kirayə pulunun hesablanaraq, ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4962/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xx.xx.2021-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətlətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək olan müddət üçün kirayə pulunun hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdehnə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat kirayə pulunun hesablanaraq, ona ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4962/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin olunması, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xx.xx.2020- ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat olmaqla pulun hesablanaraq, İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2400/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4962/2022 saylı, 12 may 2022-ci il tarixli qərarının dəyişdirilməsi, İddiaçı “Müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat olmaqla pulun hesablanaraq ödənilməsinin cavabdehə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2400/2022 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə 2-1(112)-4962/2022 saylı inzibati iş xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2400/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı icra olunması üçün məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı Şəhəri Cavabdehnə göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının məcburi icrası üçün (cərimə xəbərdarlığı edilməklə) tədbir görülməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş 5-21/2- 484/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2400/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat olmaqla pulun hesablanaraq, ödənilməsi cavabdehə həvalə olunmuşdur. Yuxarıda qeyd olunan məhkəmə qərarının icrası zərurəti ilə əlaqədar olaraq Cavabdehnə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün məhkəmə qərarında müəyyən olunmuş vəsaitin ayrılmasına göstəriş verilməsi xahişi ilə tərəflərindən Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2400/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının icra edilməsi üçün Cavabdehnə Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldığı təqdirdə həmin qərar icra edilə bilər. İddiaçı xx.xx.2023-cü il tarixdə təkrar ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının məcburi icra edilməsi üçün cavabdehin cərimələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)-4962/2022 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı Şəhər Cavabdehnə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2400/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı məhkəməyə məlumat verilməsi xahiş olunmuş, eyni zamanda məhkəmə qərarı icra olunmadığı halda İPM-nin 120-ci maddəsinin tələblərinə uyğun olaraq 50.000 manatadək məbləğdə cərimə olunacaqları izah olunmuşdur Bakı Şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 5-21/2-999/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd edilən qərarın icrası ilə bağlı olaraq Cavabdeh tərəfindən məhkəmə qərarında müəyyən olunmuş vəsaitin Cavabdehnə ayrılmasına göstəriş verilməsi xahişi ilə Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Məhkəmə tərəfindən verilmiş icra sənədinin icra edilməsi üçün Cavabdehnə Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldığı təqdirdə həmin icra sənədi dərhal icra ediləcəkdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4962/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2400/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı üzrə icra vərəqəsi verilərək, məcburi icraya yönəldilməsi qərara alınmışdır. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Azərbaycan Respublikası İnzibati Proserssual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 120.1 -ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71 -ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli Qərarının 26-cı bəndinə əsasən İPM-in 120.1 -ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Həmin Qərarın 29-cu bəndində göstərilmişdir ki, məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (maddə 2.2) Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (maddə 3.1) Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (maddə 3.2) Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 35, 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Cavabdeh Bakı şəhər Cavabdehn apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4962/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar