Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-3289/2025 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsində yerləşən **/**** nömrəli 0,25 hektar bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.25 hektar torpaq sahəsindən ibarət **/**** nömrəli bağ sahəsinə dair hazırkı vəziyyətdə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı (struktur dəyişikliyi ilə əlaqədar hal-hazırda “xxxx” publik hüquqi şəxsi) Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsində yerləşən **/**** nömrəli 0,25 hektar bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.25 hektar torpaq sahəsindən ibarət **/**** nömrəli bağ sahəsinə dair hazırki vəziyyətdə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən “09/2368” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ##.##.2024-cü il tarixli, ********** saylı ərizə ilə müraciət etmiş ##.##.2021-ci il tarixli, ************ saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş **/**** saylı bağın icarəyə verilməsi haqqında ##.##.2001-ci il tarixli, **** saylı müqavilə barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Odur ki, müvafiq müqavilədə istinad olunan ##.##.2001-ci il tarixlli sərəncamın ** saylı protokolunun arxivdə mövcud olub-olmaması barədə Bakı Şəhər Icra Hakimiyyətinə sorğu göndərilmiş, sorğuya verilmiş ##.##.2024-cü il tarixli, 3-52/2- ****/**** saylı cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhər X7 və Istismarı Birliyi tərəfindən verilən protokollar Bakı şəhər Icra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Həmçinin iddia olunan bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxmeatik xəritədə əks olunmamışdır. Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsində yerləşən **/**** saylı 0,25 hektar bağ sahəsinin İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.25 hektar torpaq sahəsindən ibarət **/**** saylı bağ sahəsinə dair hazırki vəziyyətdə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərar cavabdeh tərəfindən mübahisələndirilmiş və iş apellyasiya instansiyası məhkəməsinin icraatında olan müddətdə ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 məhkəməyə bildirmişdir ki, idarədə bağ orderləri və s. ilə bağlı arxiv nüsxəsi olmaya bilər. Çünki bir nüsxədə tərtib olunub vətəndaşa verilə bilər. Amma bağ müqavilələrində elə bir hal mümkün deyil ki, onun arxiv nüsxəsi idarədə olmasın. Əgər yoxdursa, deməli ümumiyyətlə olmayıb. Həmçinin, 2001ci ildə tərtib olunan digər bir şəxsə dair bağ müqavilələri göründüyü kimi latın qrafikası ilə tərtib edilib və imza fərqlidir. Vətəndaşın təqdim etdiyi sənədin mötəbərliyinə ciddi şübhə var, çünki arxivdə yoxdur, digər bir hal olaraq əlifbalarda fərq mövcudddur, daha sonra bağ müqavilələri eyni adamın xətti ilə yazılırdı, lakin vətəndaşa məxsus müqavilədə başqa xətlə yazılıb. Yəni bu müqavilə saxta tərtib olunmuş sənəddir. Bundan sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq sorğular verilmiş, həmin dövrü əhatə edən digər şəxslərə münasibətdə bağlanmış müqavilələr alınmış, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki, xətşünaslıq və sənədlərin texniki ekspertizaları təyin edilmişdir. Həmin qərardadla bağın icarəyə verilməsi haqqında ## ######## 2001-ci il tarixli, **** saylı müqavilənin əslinin ekspertlərə təqdim edilməsi vəzifəsi iddiaçı İddiaçı həvalə edilmiş və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbləri izah edilmişdir. Ekspert rəyi ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə iclası ##.##.2026-cı il tarixə, saat 16:35-ə təyin edilmişdir. ##.##.2026-cı il tarixdə, saat 14:54-də iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən Elektron Məhkəmə informasiya sistemi vasitələsilə aşağıdakı məzmunda ərizə təqdim edilmişdir: “ ... Hörmətli məhkəmə kollegiyası, birinci isnstansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərinn iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini Sizdən xahiş edirəm”. Məhkəmə kollegiyası qeyd olunan ərizənin mahiyyətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatında iddiaçının öz iddia tələbi üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55ci maddəsində xüsusi qaydada tənzimlənmişdir. Həmin maddənin məzmunundan göründüyü kimi, məhkəmə qərarı qanuni qüvvəyə minənədək iddiaçı iddiadan imtina etmək hüququna malikdir. Bu hüquq yalnız birinci instansiya məhkəməsində deyil, həm də birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmədiyi və iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu mərhələdə həyata keçirilə bilər. Belə ki, apellyasiya icraatının mövcudluğu birinci instansiya məhkəməsinin qərarının hələ qanuni qüvvəyə minmədiyini, mübahisənin isə məhkəmə nəzarəti predmeti kimi davam etdiyini göstərir. Yuxarıda sadalananlardan göründüyü kimi, hazırkı iş üzrə iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı Əzizbəyov, indiki Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən **/**** nömrəli 0,25 hektar bağ sahəsinin onun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinə dair hazırkı vəziyyətdə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** saylı qərarı ilə iddia təmin edilmiş, cavabdeh isə həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatı zamanı iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddia tələbinin hüquqi əsası kimi iddiaçı tərəfindən təqdim edilmiş ## ######## 2001-ci il tarixli, **** saylı “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə istinad edilmişdir. Cavabdeh həmin müqavilənin arxivdə aşkar olunmadığını, müqavilədə istinad edilən protokolun Bakı Şəhər Icra Hakimiyyətinin arxivində mövcud olmadığını, mübahisələndirilən bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığını və təqdim edilmiş sənədin mötəbərliyinə ciddi şübhələr olduğunu bildirmişdir. Apellyasiya instansiya məhkəməsi bu ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə iş üzrə kompleks məhkəmə ekspertizası təyin etmiş, iddiaçıya müqavilənin əslinin təqdim edilməsinin zəruriliyini izah etmiş və ekspertiza üçün əhəmiyyətli olan tədqiqat predmetlərinin təqdim edilməməsinin prosessual nəticələri barədə onu məlumatlandırmışdır. Iş materiallarından görünür ki, iddiaçı məhkəmə iclaslarında müqavilənin əslinin mövcud olduğunu və onu məhkəməyə təqdim edəcəyini bildirmiş, lakin sonrakı mərhələdə həmin sənədin əslini təqdim etməmişdir. Ekspertiza rəyi ilə də müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş ## ######## 2001-ci il tarixli, **** saylı müqavilənin surətində olan möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş müqayisəli sənəddəki eyni məzmunlu möhür əksinin təsviri ilə eynilik təşkil etmir. Beləliklə, iddia tələbinin əsasını təşkil edən sənədin mötəbərliyinə dair şübhələr yalnız cavabdehin subyektiv etirazı səviyyəsində qalmamış, məhkəmə ekspertizası ilə də həmin sənəd üzrə ciddi uyğunsuzluqlar aşkar edilmişdir. Məhz belə bir prosessual mərhələdə iddiaçı tərəfindən verilmiş ərizə formal ifadə tərzindən asılı olmayaraq, məzmun etibarilə iddia tələbinin davam etdirilməməsinə, məhkəmədən həmin tələb üzrə mahiyyəti üzrə yeni hüquqi nəticə çıxarılmasının istənilməməsinə və başlanmış inzibati məhkəmə icraatının iddiaçının öz iradəsi ilə sona çatdırılmasına yönəlmişdir. Inzibati prosessual hüquqda ərizənin hüquqi qiymətləndirilməsi yalnız onun başlığına və ya ərizədə istifadə edilmiş ayrıca sözlərə görə deyil, bütövlükdə ərizənin prosessual məqsədinə, işin mərhələsinə, tərəfin əvvəlki davranışına və həmin davranışın doğurduğu hüquqi nəticələrə görə aparılmalıdır. Bu baxımdan iddiaçının təqdim etdiyi ərizə gələcəkdə eyni tələblə yenidən müraciət etmək imkanının saxlanılması ilə iddianın sadəcə “geri götürülməsi” və ya kimi qiymətləndirilə bilməz. Inzibati Prosessual Məcəllə belə bir mexanizmi nəzərdə tutmur. Iddia məhkəmənin icraatına qəbul edildikdən, iş üzrə məhkəmə araşdırması aparıldıqdan, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edildikdən və apellyasiya instansiyasında sübutların təkrar qiymətləndirilməsi mərhələsinə keçildikdən sonra iddiaçının tələbdən imtina etməsi yalnız Inzibati Prosessual Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş iddiadan imtina kimi hüquqi nəticə doğura bilər. Inzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4cü maddəsi isə bu imtinanın hüquqi nəticəsini imperativ qaydada müəyyən edir: iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Bu norma məhkəməyə seçim imkanı vermir, iddiaçının imtinası qəbul edildiyi halda onun nəticəsi qanunla əvvəlcədən müəyyən edilmişdir. Başqa sözlə, iddiaçı eyni zamanda həm iddiadan imtina edib, həm də eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə gələcəkdə yenidən iddia qaldırmaq hüququnu özündə saxlaya bilməz. Belə yanaşma qanunun mətninə, inzibati məhkəmə icraatının məqsədinə, hüquqi müəyyənlik prinsipinə və prosessual vicdanlılıq tələbinə zidd olardı. Iddiaçının prosessual davranışı da bu nəticənin düzgünlüyünü təsdiq edir. Iddiaçı birinci instansiya məhkəməsində iddia tələbinin təmin edilməsinə nail olmuş, lakin apellyasiya icraatında həmin tələbin əsasını təşkil edən sənədin mötəbərliyi ciddi araşdırma predmetinə çevrilmişdir. Məhkəmə tərəfindən ona sənədin əslini təqdim etmək üçün imkan yaradılmış, bu barədə izahatı alınmış, ekspertiza təyin edilmiş və tədqiqat üçün zəruri sənədlərin təqdim edilməməsinin nəticələri izah olunmuşdur. Buna baxmayaraq, iddiaçı müqavilənin əslini təqdim etməmiş, ekspertiza rəyi isə təqdim edilmiş sənədin surətindəki möhür əksinin müqayisəli sənəddəki möhür əksi ilə eynilik təşkil etmədiyini müəyyən etmişdir. Belə vəziyyətdə iddiaçının məhkəməyə təqdim etdiyi ərizə onun tələbdən imtina etmək iradəsinin prosessual ifadəsi kimi qiymətləndirilməlidir. Bu davranışa hüquqi qiymət verilərkən qeyd edilməlidir ki, prosessual hüquqlardan istifadə tərəflərin sərbəstliyi ilə yanaşı, vicdanlılıq, ardıcıllıq və məhkəmə icraatının məqsədinə uyğun davranış tələbləri ilə məhdudlaşır. Iddiaçının əvvəlcə mübahisəli sənədə əsaslanaraq hüquqi nəticə əldə etməyə çalışması, sonradan həmin sənədin mötəbərliyi məhkəmə tərəfindən yoxlanılarkən sənədin əslini təqdim etməməsi və ekspertiza rəyi onun mövqeyi baxımından əlverişsiz nəticə doğurduqdan sonra icraatın iddiaçının gələcəkdə yenidən eyni tələb üzrə müraciət etmək hüququ saxlanılmaqla sona çatdırılmasını istəməsi inzibati məhkəmə icraatının hüquqi müəyyənlik və prosessual qənaət prinsipləri ilə uzlaşmır. Məhkəmə icraatı tərəflərin mübahisəli hüquqi vəziyyəti qeyri-müəyyən müddətə açıq saxlaması üçün deyil, həmin vəziyyətin qanuna uyğun və yekun şəkildə həll edilməsi üçün mövcuddur. Odur ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsi mənasında iddiadan imtina kimi qəbul edilməli, həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiaçının eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanı istisna olunmalı, 55.5-ci maddəyə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsində yerləşən **/**** nömrəli 0,25 hektar bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.25 hektar torpaq sahəsindən ibarət **/**** nömrəli bağ sahəsinə dair hazırkı vəziyyətdə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiadan imtinası qəbul edilsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. Iş üzrə icraata xitam verilsin. Iddiaçıya izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 240 (iki yüz qırx) manat iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(103)-3289/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3289/2025
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver