Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-329/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı yeni məlumat vərəqəsinin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2-1(112)-900/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2-1(112)-900/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir.(hakim A.Abdullayeva). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 14.11.2002-ci il tarixdə Qax rayon Polis Şöbəsinə cinayət X1 müvəkkili vəzifəsinə təyin edildiyi xidmət mənafeyi naminə olduğunu nəzərə alaraq, həmin vəzifəyə təyin edilməzdən əvvəl xidmət etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsində CAİ-nin rəisi vəzifəsinin vəzifə maaşı əsas götürülməklə 2007-ci ilin yanvar ayından yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-900/2020 saylı, 29.01.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 26.10.2002-ci il tarixdə Qax rayon Polis Şöbəsinə Cinayət X1 müvəkkili vəzifəsinə təyin edildiyinin xidmət mənafeyi naminə olduğunu nəzərə alaraq barəsində yeni məlmat vərəqəsinin göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-900/2020 saylı, 11 mart 2020-ci il tarixli qərardadı ilə dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi isə 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o. 30.08.1977-ci il tarixdən 15.11.2002-ci il tarixədək daxili işlər orqanlrında xidmət etmişdir. 15.11.2002-ci il tarixdə Qax rayon Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsindən təqaüdə çıxarılmışdır. Xidmət etdiyi dövrdə, yəni 1988-1997-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin vaxt ağır vəziyyət yarandığı üçün keçirdiyi stress və həyəcan sağlamlığına çox mənfi təsir edib və yüksək təzyiq, şəkər xəstəliyinə tutulmuşdur. Nəticədə hər iki gözünə qan sızmış və müxtəlif dövrlərdə əməliyyat olunmudur. Lakin, faydası olmadığı üçün “İ dərəcəli gözdən əlil” kimi tanınmışdır. Onda yaranmış şəkərli diabet və yüksək təzyiq xəstəliyi nəinki gözlərinə, bütün orqanlarına mənfi təsir göstərmiş, ürəyi də sıradan çıxarmışdır. Nəticədə ürəyinin düzgün işləməsi üçün əməliyyat edilib kardiostimulyator qoyulmuşdur. Bununla əlaqədar 2002-ci ilin noyabr ayında ərizə ilə xidmət etdiyi orqana müraciət edərək onu təqaüdə çıxarmalarını xahiş etsə də, 26.10.2002-ci ildə Bakı şəhər Baş Polis İdarəsində CAİ-nin rəisi vəzifəsindən Qax rayon Polis Şöbəsinə Cinayət X1 müvəkkili vəzifəsinə xidmət mənafeyi naminə təyin edilməsi barədə əmr verilmişdir. Lakin, səhhəti və xəstəliyi yüksək dağlıq ərazidə işləməsinə imkan vermirdi. Buna baxmayaraq, sonuncu vəzifəyə 1 günlük təyin edilmiş və 15.11.2002-ci il tarixdə təqaüdə çıxarılmışdır. Sonuncu təyinatının xidmət mənafeyi naminə olduğunu nəzərə alaraq, cavabdehə müraciət edərək əvvəlki vəzifəsi üzrə pensiya təyin edilməsini xahiş etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi əvvəlki vəzifəsi üzrə məlumat vərəqəsinin daxil olmadığı bildirilmişdir. İmtinanı əsassız hesab etdiyi üçün məhkəməyə müraciət edir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, onun Daxili İşlər Nazirliyində xidmət illəri 30 avqust 1977-ci il tarixdən 15 noyabr 2002-ci il tarixə kimi 25 il 02 ay 15 gün təşkil edir. Güzəştli şərtlərlə 35 il 05 ay 09 gün təşkil edir. Bu xidmət illərim hesablanması üçün qanunvericiliyin tələblərinə əsasən əmək kitabçasından hesablanmışdır. İddiaçı 21 noyabr 2000-ci il tarixdən 26 oktyabr 2002-ci il tarixə kimi Daxili işlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin rəisi vəzifəsində işləmişdir. Çünki sərəncamda 03 gün olduğu müddət həmin vəzifəyə hesablanır. Sonuncu xidməti vəzifəsi Daxili İşlər Nazirliyinin Qax Rayon Polis Şöbəsinə əməliyyat müvvəkkili vəzifəsində ümumi 18 gün olmuşdur ki, həmin vəzifəyə əmrlə təyin edilsədə, işləməmişə və əmək haqqı almamışdır. Bu səbəbdən də Daxili İşlər Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna pensiya təyin olunması üçün 2002-ci il tarixdə göndərdiyi məlumat vərəqəsində qərəzli olaraq iddiaçının Bakı şəhər Baş Polis idarəsində cinayət axtarış idarəsinin rəisi vəzifəsində işlədiyi müddət almış olduğu əmək haqqı və ona əlavələri qərəzli olaraq qeyd edilməmişdir. Bakı inzibati Məhkəməsində cavabdeh Daxili işlər Nazirliyinin nümayəndəsi məhkəməyə təqdim etdiyi “etiraz və mülahizələrindən” görünür ki, cavabdeh etiraf edir ki, iddiaçı Daxili işlər orqanlarından xarici olunduğu vaxt qüvvədə olan “Hərbi Qulluçuların pensiya Təminatı Haqqında” Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanunun 40 cı maddəsinə əsasən xidmət etdiyi sonuncu vəzifənin müvafiq təmnat xərcliyinin 100 faiz hesabı pensiya təmin edilmişdir. İddiaçının Qax Rayon Polis şöbəsinin cinayət X1 müvvəkkili vəzifəsi olduğundan pensiya təminatında bu vəzifənin pul təminatı götürülmüşdür. Həmçinin qeyd edir ki, X4 Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa gorə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən kecirilmyədək azı bir il çalışdıqları vəzifə uzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı bildirmişdir ki, cavabdeh öz etirazı ilə qəbul edir ki, vəzifədə olma müddətinin bir il təminatı xərcliyindən mənə pensiya hesablanmalıdır. Belə olduğu halda iddiaçı Qax Rayon Polis şöbəsində əmrlə 18 gün əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuş və təminat xərcliyi necə olur ki, 11 ay 12 gün Bakı şəhər Baş Polis idarəsində cinayət axtarış idarəsinin rəisi vəzifəsi hesablanmamışdır. Çünki, cavabdehin özünün təqdim etdiyi etirazda bu faktı qəbul etmişdir. Cavabdeh Daxili İşlər Nazirliyinin nümayəndəsinin məhkəməyə təqdim etirazdan görünür ki, cavabdehin etiraf etdiyi bir il təminat xərcliyindən iddiaçıya pensiya hesablanmalı olduğu halda 11 ay 12 gün Bakı şəhər Baş Polis idarəsində cinayət axtarış idarəsinin rəisi vəzifəsi hesablanmamışdır. Cavabdehin nümayəndəsi Daxili İşlər Nazirliyindən əmrlə təyin olunmuş 18 gün almadığı əmək haqqından təminat xərcliyi hesablamışdır. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə Ordubad rayonu, Xurs kəndində anadan olmuşdur. İşdə olan 394 nömrəli, 13.02.2002-ci il tarixli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamənin 12-ci bəndində - diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqınında XHK-nın qərarında şəkərli diabet orta ağırlıqda İİ tip. Diabetik angiopatiya. Anteno-nevrotik vəziyyət; 13-cü bəndində XHK-nın xidmətə yararlılıq haqqında qərarı: - “Xəstəliklər cədvəlinin” 13b maddəsinin İİ qrafasınaa və ƏTC-ə əsasən DİO-da xidmətə yararsızdır qeydləri aparılmışdır. İşdə olan Binəqədi rayon ƏƏSM tərəfindən verilmiş 079321 nömrəli vəsiqədən görünür ki, iddiaçı 13.08.2014-cü il tarixdən İ qrup gözdən əlildir. İşdə olan iddiaçıya məxsus 04 sentyabr 1971-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 30.08.1977-ci ildə daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, 15.11.2002-ci ildə Qax RPŞ-nin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsindən daxili işlər orqanlarından xidmətdən xaric olunmuşdur. Xidmətdən xaric olunarkən xidmət müddəti təqvimi hesablama ilə 26 il, 02 ay, 24 gün, imtiyazlı hesablama ilə 35 il, 05 ay, 09 gün təşkil etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının təqaüdünün yenidən hesablanması ilə əlaqədar daxil olmuş müraciətinə cavab olaraq verilmiş 09.11.2019-cu il tarixli, 022/18- 6223Q3219 nömrəli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, arxiv şəxsi işi yenidən öyrənilmiş və müəyyən olunmuşdur ki, o, 30.08.1977-ci ildə daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, 15.11.2002-ci ildə Qax RPŞ-nin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsindən daxli işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Xidmətdən xaric olunarkən xidmət müddəti təqvimi hesablama ilə 26 il, 02 ay, 24 gün, imtiyazlı hesablama ilə 35 il, 05 ay, 09 gün təşkil etmişdir. İmtiyazlı xidmət illəri hesablanarkən mövcud qanunvericiliyə əsasən Naxçıvan Muxtar Respublikasında xidmət etdiyi illər (01.01.1988-01.04.1992) 1 ay 1 ay yarım kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunması dövrü (01.04.1992-01.05.1997) 1 ay 2 ay kimi və ali təhsil aldığı müddətin yarısı iş stajına daxil edilmişdir. İşdə olan 3-cü şəxs tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 13.09.2019- cu il tarixli, ********** nömrəli “pensiya məbləğinin hesablanması haqqında” məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 15 noyabr 2002-ci il tarixində ona “polkovnik” rütbəsinə və “Qax rayon Polis Şöbəsinin Cinayət X1 Müvəkkili vəzifəsinə uyğun olaraq hərbi qulluqçu kimi xidmət illərinə (səhhəti ilə əlaqədar) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək sonuncu vəzifəsinə uyğun olaraq təminat xərcliyinin (708.40 manat) 35 il 055 ay 09 gün xidmət müddətinə görə 100 faizi – 708.40 manat məbləğində pensiya qanunvericiliyiə uyğun olaraq hesablanaraq ödənilmişdir. 01 mart 2018-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin 6 mart 2018-ci il tarixli, 3761 nömrəli Sərəncamına əsasən sonuncu vəzifəsinə uyğun olaraq vəzifə maaşının 330.00 manata artırılması ilə əlaqədar – rütbə maaşı 138.00 manat; xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə - 140.40 manat; məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 85.50 manat; ərzaq payı əvəzinə kompensasiya – 64.00 manat olmaqla cəmi təminat xərcliyi 754.90 manat təşkil etmişdir. “X4” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminatı xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; 20 ildən artıq xidmət müddətinin (15 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (15 ₓ 2) təminat xərcliyinin 30 faizi; natamam ildəki iş stajı aylarının sayına (05 ay) mütənasib olaraq təminat xərcliyinin 0.84 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 85.8.4 faiz təşkil edir. Qeyd olunanları nəzərrə alaraq, 01 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (708.40 manat) ilə artımdan sonrakı təminat xərcliyinin (754.90 manat) arasındakı fərq məbləğinin (46.90 manat) 85.84 faizi – 39.92 manat pensiyasının (708.40 manat) üzərinə əlavə olunmaqla 748.32 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyası təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinar İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 21 oktyabr 2002-ci il tarixli, 1911ş/h nömrəli əmrdən çıxarışdan görünür ki, polis polkovniki İddiaçı 21 oktyabr 2002-ci il tarixdən Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin rəisi vəzifəsindən azad edilib, Azərbaycan Respublikası DİN-in sərəncamında saxlanılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 24 oktyabr 2002-ci il tarixli, 1944ş/h nömrəli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası DİN-in sərəncamında olan polis polkovniki İddiaçı 26 oktyabr 2002-ci il tarixdən Qax RPŞ-nin cinayət X1 müvəkkili vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 14 noyabr 2002-ci il tarixli, 2119ş/h nömrəli əmrdən çıxarışdan görünür ki, polis polkovniki İddiaçı Qax RPŞ-nin cinayət X1 müvəkkili, “istefada olan polis polkovniki” sayılmaqla, 15 noyabr 2002-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”-nin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə) müvafiq olaraq xidmətdən xaric edilmişdir. 15 noyabr 2002-ci il tarixə xidmət müddəti: təqvim hesablama ilə - 26 il, 02 ay, 24 gün, imtiyazlı hesablama ilə - 35il, 05 ay, 09 gün təşkil etmişdir. İşdə olan iddiaçıya məxsus pensiya işinə əlavə edilmiş cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş məlumat vərəqəsinin surətindən görünür ki, İddiaçı - 26 il, 02 ay, 14 gün təqvimi xidmət ili; 09 il, 02 ay, 25 gün güzəştli xidmət ili, cəmi 35 il 05 ay 09 gün xidmət ili olmuşdur. Onun sonuncu tutduğu vəzifəsi Qax rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili olmuşdur. O, 14.11.2002-ci il tarixdə səhhəti ilə əlaqədar xidmətdən tərxis olunmuşdur. Beləliklə, iddia ərizəsinin məzmunundan, tərəflərin məhkəmə iclasında iştirakı zamanı verdiyi izahatlardan, işdə olan sənədlərdən və iddiaçıya məxsus pensiya işindən müəyyən edilir ki, iddiaçı 14.11.2002-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”-nin 135-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq (səhhəti ilə əlaqədar) DİO-dan xidmətdən xaric olmuşdur. Onun barəsində Daxili İşlər Nazirliyi tərəfindən məlumat vərəqəsi tərtib olunmuş, məlumat vərəqəsində iddiaçının 35 il 5 ay 09 gün xidmət ili ilə 14.11.2002-ci il tarixdə ehtiyata buraxıldığı, ehtiyata buraxılarkən pul təminatı sonuncu tutduğu vəzifəyə - Qax rayon Polis Şöbəsinin Cinayət X1 müvəkkili vəzifəsinə müvafiq olaraq qeyd edilmiş, həmin məlumat vərəqəsinə əsasən cavabdeh orqan tərəfindən iddiaçının pensiyası hesablanmış və hal-hazırdada iddiaçıya ödənilməkdə davam edir. İddiaçının iddia ərizəsində qeyd etdiklərindən və məhkəmə iclaslarında verdiyi izahatdan müəyyən edilir ki, iddiaçı hazırda pensiyasının düzgün hesablanmamasının əsası kimi, 21 oktyabr 2002-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin rəisi vəzifəsindən azad edilərək sərəncama götürüldüyü və 24 oktyabr 2002-ci il tarixli əmrlə Qax RPŞ-nin cinayət X1 müvəkkili vəzifəsinə təyin edilən zaman xidməti mənafeyi naminə olmasının nəzərə alınmamasını göstərmişdir. Halbuki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin rəisi vəzifəsindən azad edilməsi və Qax RPŞ-nin cinayət X1 müvəkkili vəzifəsinə təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21 oktyabr 2002-ci il tarixli və 24 oktyabr 2002-ci il tarixli əmrlərində iddiaçının Qax RPŞ-nin cinayət X1 müvəkkili vəzifəsinə təyin edilməsinin xidməti mənafeyi naminə olması ilə bağlı hər hansı qeydlər mövcud olmamışdır. Göründüyü kimi, cavabdeh iddiaçıya pensiya təyin edilməsi məqsədilə tərəflərindən göndərilmiş məlumat vərəqəsində qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. “X4” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən – “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «X4» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidnə hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2-1(112)-900/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-329/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-329/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver