Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3290/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və “Azəriqaz” İstehsalat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeyri-yaşayış sahəsinin sökülməsi və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək, əvvəlki vəziyyətinə qaytarılması” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1317/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı (bundan sonra mətndə Yasamal RİH) cavabdeh X3 qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və “Azəriqaz” İstehsalat Birliyi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında X3 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində (“Quru Təmizləmə” çamaşırxana) yeraltı orta təzyiqi D219 mm-lik qaz xəttinin mühafizə zonasının üzərində tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsi və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək, əvvəlki vəziyyətinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin Baş planına uyğun olaraq, abadlıq-quruculuq işlərinin davamı olaraq Bakı şəhərinin görünüşünə xələl gətirən binaların fasadlarının təmir edilməsi, fasadların rənglənməsi, şəhərsalma normalarına uyğun olmayan tikililərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi Yasamal RİH tərəfindən mütəmadi olaraq həyata keçirilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsi rayon İcra Hakimiyyətinə məktubla müraciət edərək, ünvan 2 ünvanda 5 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində əlavə artırılmış obyektlərin altından keçən qapalı şəraitdə yeraltı orta təzyiqli daşıyıcı qaz xəttində sızmanın olduğu müəyyən olunmuş və bunun da gələcəkdə yanğın və partlayış hadisəsinin baş verməsinə şəraitin yaratmasını qeyd etmişlər. Qeyd olunanlara əsasən yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin ünvanda komissiya tərəfindən araşdırma aparılaraq müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi və 2-ci ərazi X5 İdarəsinin məlumatlandırılması xahiş olunmuşdur. Bundan sonra Yasamal RİH-nin nümayəndələri, Energetika Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi 2-ci ərazi X5 İdarəsinin, Bakı Regional Qaz İstismar Departamentinin mərkəzi rayon üzrə TİX-n, X4 və Satışı İdarəsinin əməkdaşları ilə birlikdə sözügedən ünvandakı qeyri-yaşayış obyektlərinə baxış keçirilmiş, ünvan 4nda, 5 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrində (zirzəmi və yarımzirzəmilərdə) obyektlərin altından keçən qaz xəttində sızma olduğu müəyyən edilərək, yerində aktlaşdırılmışdır. Tərtib olunmuş aktların bir nüsxəsi qaz xəttinin həmin ünvanda yerləşən obyektlərin daxilindən kənarlaşdırılması üçün tədbir görülməsi məqsədilə qeyd olunan obyektlərin nümayəndələrinə təqdim olunmuşdur. Eyni zamanda ünvan 2 ünvanda 5 mərtəbəli yaşayış binasına bitişik X3 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyriyaşayış sahəsi və yarımzirzəmi mövcuddur. Tərtib olunmuş akt üzrə X3 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Quru Təmizləmə” çamaşırxanaya xəbərdarlıq (pretenziya) məktubu göndərilərək obyekt tərəfindən baş vermiş qaz xəttində sızmaya dair sözügedən qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi barədə tədbir görülməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında qərarının 3.8-ci bəndinə əsasən təzyiqi 6 kqq/sm2 (0,6 MPa) qədər olan qaz kəmərləri binaların arası ilə və tağların altından çəkildikdə və bu sahələrdə, habelə binaların və qurğuların hər bir tərəfindən 5 metr məsafədə qaz kəməri tikişsiz borulardan, əyilmiş və ştamplanmış ayırmalardan ibarət olduqda: bütün qaynaq birləşmələri isə rentgen, yaxud qammaqraflama üsulu ilə yoxlanan hallarda, belə borulardan binalara və yeraltı qurğulara qədər olan məsafəni Dövləttikintikomun təsdiq etdiyi Texniki Norma və Qaydalar (TN və Q) şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin planlaşdırılması və abadlaşdırılmasının layihələşdirmə normalarının müvafiq bölməsində göstəriləndən 50%-dək azaltmağa icazə verilir. Bakı Regional Qaz İstismar Departamentindən rayon İcra Hakimiyyətinə təqdim olunmuş RƏ-23 saylı, xx.xx.2022-ci il tarixli Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında sakinlər tərəfindən qoruq zonası pozulmuş d219 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin prinsipal sxeminə əsasən X3 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Quru Təmizləmə” çamaşırxana D219 mm-lik qaz xəttinin mühafizə zonasının 3,5 metr məsafəsində yerləşir. Qeyd olunan sahə yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasının 3,5 metr məsafəsində yerləşir. Həmin ünvanda “Quru Təmizləmə” çamaşırxana fəaliyyət göstərir. Yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttində sızma mövcud olduğundan hər an partlayış olacağı istisna edilmir. Daha sonra iddiaçı Yasamal RPİ İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh qismində Cavabdeh, üçüncü şəxs qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi göstərilməklə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında 5 mərtəbəli binaya bitişik və eyni zamanda yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasının üzərində layihədən kənar qanunsuz inşa edilmiş (“Quru Təmizləmə” çamaşırxana) qeyri-yaşayış sahəsinin cavadehin öz hesabına sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1317/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı tərəf və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan digər tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddia ərizəsindən və apellyasiya şikayətindən görünür ki, iddiaçı ünvan 1 ünvanında X3 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində (“Quru Təmizləmə” çamaşırxana) yeraltı orta təzyiqi D219 mm-lik qaz xəttinin mühafizə zonasının üzərində tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsi və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək, əvvəlki vəziyyətinə qaytarılması barədə qərar çıxarılmasını xahiş edir və bunu onunla əsaslandırır ki, qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Quru Təmizləmə” çamaşırxana D219 mm-lik qaz xəttinin mühafizə zonasının 3,5 metr məsafəsində yerləşir. Qeyd olunan sahə yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasının 3,5 metr məsafəsində yerləşir. Həmin ünvanda “Quru Təmizləmə” çamaşırxana fəaliyyət göstərir. Yeraltı orta təzyiqli D219 mmlik qaz xəttində sızma mövcud olduğundan hər an partlayış olacağı istisna edilmir. Kollegiya aşağıdakı normalara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüququnun olmaması ilə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti (“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 №li Fərmanına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir: ..... 10.1 Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 10.2 Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. 10.2. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 10.3. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 10.4. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ İddiaçı deyil, digər müvafiq icra hakimiyyəti orqanlarının (Fövqaladə Hallar Nazirliyi və s.) səlahiyyətinə aiddir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1638 saylı ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (çamaşırxana) ərazidən keçən yeraltı orta təzyiqli D219 mm-lik qaz xətindən 4.50 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1317/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3290/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3290/2023
01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver