Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3291/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1419/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixli **********232600 saylı vergilərin hesablanması barədə qərarın ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1419/2019 nömrəli iş üzrə 9.04.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-45/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1120/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-212/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1332/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabehə göndərilmişdir. İddiaçı MTK ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarı üzrə cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün cavabdehin 50000 manat məbləğində cərimə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1419/2019 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, cavabdeh xx.xx.2016-cı il tarixdə qərar qəbul edərək İddiaçı MTK barəsində 2014-cü ilin 2 və 3-cü rübləri ərzində təməli qoyulmuş binalarla bağlı bina tikintisi fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi öhdəliyini (BTFSV) 1329614,33 manat müəyyən etmişdir. İddiaçı həmin qərarla razılaşmış, həmin qərar mübahisələndirilməmişdir. Həmçinin iddiaçı tərəfindən 2015-ci ilin 2-ci rübü ərzində təməli qoyulmuş yaşayış binası üzrə 204120,0 manat vergi hesablanmaqla xx.xx.2015-ci il tarixdə cari bəyannamə təqdim edilmiş, lakin xx.xx.2015-ci il tarixdə heç bir əsas olmadan hesablanmış vergilər tam azaldılmışdır. 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş yaşayış binası ilə əlaqədar hesablanmış vergilər xx.xx.2016-cı il tarixədək vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə tam azaldıldığına görə xx.xx.2016-cı il tarixdən sonra qüvvədə olan yeni qanunvericiliyə əsasən 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə aparılmış hesablamalar zamanı həmin binanın (təməli 2015-ci ilin 2-ci rübündə qoyulan) sahəsi nəzərə alınmamış və digər rüblərdə təməli qoyulmuş binalarla bağlı hesablamanın aparılmasına baxmayaraq, qeyd edilən bina ilə əlaqədar yeni metod üzrə sadələşdirilmiş vergi hesablanmamışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə 2015-ci ilin 2-ci rübü üzrə təməli qoyulmuş bina ilə əlaqədar yeni metod üzrə sadələşdirilmiş vergilərin hesablanmadığı əsas götürülməklə cavabdeh tərəfindən 2014-cü ilin 2 və 3-cü rüblərində təməli qoyulmuş binalarla əlaqədar 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə hesablanmış 1329614,33 manat vergi məbləğinə düzəliş olunuraq 927142,55 manat əlavə vergi hesablanmışdır. İddiaçı həmin bina üzrə, yəni 2015-ci ilin 2ci rübü üzrə təməli qoyulmuş bina ilə əlaqədar vergilərin hesablanması haqqında xx.xx.2019-cu il tarixli qərarın ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. Vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli qərarın mübahisələndirilməsi ilə bağlı hazırkı iş üzrə Ali Məhkəmə işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytararkən xx.xx.2020-ci il tarixli qərarında iddiaçının hansı ünvanda olan, sahəsi göstərilməklə hansı binaya görə vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı araşdırma aparmasını apellyasiya məhkəməsinə göstəriş vermişdir. Həmin göstərişlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında bildirilmişdir ki, vergi orqanının mübahisələndirilən xx.xx.2019-cu tarixli qərarı Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş, yəni 3-cü bina ilə bağlı qəbul edilmişdir. Həmçinin həmin qərarda göstərilmişdir ki, müəssisənin Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa etdiyi ümumi sahəsi 13301,2 kv.m olan binanın təməlinin xx.xx.2015-ci ildə qoyulduğu iş materialları ilə təsdiq olunduğu üçün həmin bina ilə bağlı 2016-cı ilin İ rübünə dair BTFSV ödəyicisi olaraq sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmək öhdəliyi yaranmamışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından vergi orqanının vermiş olduğu kassasiya şikayəti üzrə qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, müəssisə 2015-ci ilin İİ rübündə təməli qoyulmuş binaya görə bəyannamələri (ilkin və dəqiqləşdirilmiş) həmin ildə təqdim etmiş, lakin vergi orqanı tərəfindən həmin bəyannamələr üzrə Vergi Məcəlləsinin 37.2-ci maddəsinə müəyyən edilmiş müddətlər pozulmaqla vergilərin hesablanması 2019- cu ildə həyata keçirilmişdir. Məhkəmənin mövqeyinə görə mübahisə predmeti təşkil edən xx.xx.2019-cu il tarixli qərarla 2015-ci ilin İİ rübündə təməli atılmış binaya görə 927142,55 manat əlavə vergi məbləği hesablanmış, 1.329.614,33 manat məbləğinə BTFSV isə hazrkı mübahisə predmetinə daxil olmayan xx.xx.2016-cı il tarixli qərarla hesablanmışdır. Başqa sözlə, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında (səhifə 14-15) xx.xx.2016-cı il tarixli **********398100 saylı qərar hazırkı mübahisənin predmeti deyil və bu iş üzrə məhkəmə aktı həmin qərarın qüvvəsinə və nəticəsinə təsir etmədiyini bildirmişdir. Göründüyü kimi, məhkəmələr tərəfindən xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə qərara hüquqi qiymət verilərkən məhz 2015-ci ildə təməli qoyulmuş 3-cü bina nöqteyi-nəzərindən yanaşılmış, daha əvvəlki qərarın (xx.xx.2016-ci il tarixli) da öz qüvvəsini itirməsinə dair heç bir qeyd aparılmamışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, 1.329.614,33 manat BTSV-nin yayındırılması ilə bağlı VCİABİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət işi başlanmış Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 22584 saylı rəydə, iddiaçı tərafindən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyətinə görə 15.757,10 kv.m sahəyə görə vergidən yayındığı öz təsdiqini tapmışdır. Eyni zamanda, iddiaçı növbədənkənar səyyar vergi yoxlamasını keçirilməsi haqqında VCİABİ-nin xx.xx.2019-cu il tarixli qərarının ləğvi barədə ibtidai araşdırmaya məhkəmə nəzarətini həyata keçirən Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Həmin qərardan müəssisənin verdiyi apellyasiya şikayəti də təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1419/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1419/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının icrası zamanı hazırki qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınması qərara alnmışdır. Qərardaddan cavabdeh tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti ərizəyə uygun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Belə ki, məhkəmə qərarına izah verilməsi barədə ərizənin məzmunundan müəyyən edilir ki, baxılan iş üzrə mübahisə predmeti təşkil edən xx.xx.2019-cu il tarixli qərarla 2015-ci ilin İİ rübündə təməli atılmış binaya görə 927142,55 manat əlavə vergi məbləği hesablanmış, 1.329.614,33 manat məbləğinə BTFSV isə hazrkı mübahisə predmetinə daxil olmayan xx.xx.2016-cı il tarixli qərarla hesablanmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında da qeyd edilmişdir ki, (səhifə 14- 15) xx.xx.2016-cı il tarixli **********398100 saylı qərar hazırkı mübahisənin predmeti deyil və bu iş üzrə məhkəmə aktı həmin qərarın qüvvəsinə və nəticəsinə təsir etmədiyini bildirmişdir. Məhkəmələr tərəfindən xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə qərara hüquqi qiymət verilərkən məhz 2015-ci ildə təməli qoyulmuş 3-cü bina nöqteyi-nəzərindən yanaşılmış, daha əvvəlki qərarın (xx.xx.2016-ci il tarixli) da öz qüvvəsini itirməsinə dair heç bir qeyd aparılmamışdır. Hazırkı iş üzrə Ali Məhkəmənin ilkin qərarında qeyd edilmişdir ki, “apellyasiya məhkəməsi şikayətdə qeyd edilənlərlə bağlı tərəflərin iştirakı ilə araşdırma aparmamış, iddianın predmeti olan 2019-cu il 12 fevral tarixli qərarla hesablanmış 2.256.756,88 manat vergi məbləğinə həqiqətən 2016-cı il 24 may tarixli qərarla hesablanmış vergi məbləğinin aid olması, iddiaçının bundan, o cümlədən 2016-cı il 24 may tarixli qərardan (nə vaxt) məlumatlı olması, 2016-cı il 24 may tarixli qərarla müəyyən edilən məbləğin şəxsi hesab vərəqəsində hərəkəti, 2016-cı il 24 may tarixli qərarın qüvvədə olması, həmin qərarla qət edilmiş vergi məbləğinə münasibətdə iddianın mümkünlük şərtləri yoxlanılmamışdır. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübündə bina tikintisi ilə bağlı təməl qoyma həyata keçirilmədiyi halda vergi orqanına 2016-cı ilin 1ci rüb dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməli olmasını qərarında əsaslandırmamışdır. İddiaçının müxtəlif ünvanlarda bina tikintisinə icazə verilməsi barədə Abşeron rayon icra Hakimiyyətinin 2013-cü il 20 sentyabr və 2014-cü il 14 aprel tarixli sərəncamları mövcuddur. Apellyasiya məhkəməsi iddiaçının hansı ünvanda olan, sahəsi göstərilməklə hansı binaya görə vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır” Hazırkı işə təkrar baxan apellyasiya instansiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, “...iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddianın predmeti olan xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanındakı bina tikintisi ilə bağlı təməl qoymaya görə hesablanmış 2.256.756,88 manat vergi məbləğinin tərkibinə həm də vergi orqanının qəbul etdiyi xx.xx.2016-cı il tarixli "vergilərin hesablanması barədə" qərarla hesablanmış 1.329.614,33 manat vergi məbləği də daxil edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsində tərəflərin nümayəndələrinin iştirakı ilə aparılan məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, vergi orqanının "vergilərin hesablanması barədə xx.xx.2015-cı il tarixli qərarı ilə iddiaçıya Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb tərəfindən inşa edilmiş binanın təməlqoyma işlərinə görə 2016-cı ilin İ rübü üzrə 1.329.14.33 manat vergi hesablanmış, bu məbləğ sonradan digər, yəni Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanındakı binanın tikintisi ilə bağlı 2016-cı ilin İ rübü üzrə hesablanmış 927142,44 manat vergi məbləğinə əlavə edilmiş və ümumilikdə iddiaçıya 2.256.756,88 manat BTFSV məbləği hesablanmışdır. Belə olan halda məkkəmə kollegiyası iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli "vergilərin hesablanması barədə" qərarı ilə hesablanmış 2.256.756.88 manat vergi məbləğinin tərkibinə daxil olan xx.xx.2016-cı il tarixli qərarla hesablanmış 1.329.614,33 manat vergi məbləğinin mübahisələndirilməsi üçün iddia müddətinin ötürülüb-ötürülmədiyi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, həmin iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, adı çəkilən "vergilərin hesablanması barədə" 24.05..2016-cı il tarixli qərarla iddiaçıya 2016-cı ilin İ rübü üzrə müvafiq ünvandakı bina tikintisi ilə bağlı 1.329.614,33 manat vergi məbləği hesablanıb tələb olunsa da, həmin hesablanmış vergi məbləği xx.xx.2019-cu il tarixədək vergi ödəyicisi tərəfindən mübahisləndirilməsə də, sonradan vergi orqanı digər ünvandakı binanın tikintisi ilə bağlı 927142,44 manat vergi məbləğini hesablayaraq, ümumilikdə 2.256.756,88 manat (1.329.614,33 + 927.142,44 = 2.256.756,88 m) vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli qərar qəbul etmiş və həmin qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən 30 gün müddətinə məhkəməyə şikayət vermək hüququnu izah etmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı iddiaçıya xx.xx.2016-cı il tarixli qərarla 2016-cı ilin İ rübü üzrə hesabladığı 1.329.614,33 manat vergi məbləğinin xx.xx.2019cu il tarixli qərarla hesablanmış 2.256.756,88 nanat vergi məbləğinin tərkibinə daxil etməklə və sonda bu qərardan ümumi qaydada, 30 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olduğunu izah etdiyi üçün iddiaçı da həmin hüququndan istifadə etməklə xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2019-cu il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirməkdə haqlı olmuşdur və bu zaman da onun tərəfindən iddia müddəti ötürülməmişdir. Buna görə də kollegiya hesab edir ki, iddia xx.xx.2019-cu il tarixli qərarın "iddiaçıya Bakı Quba avtomagistralının 14-cü km-nin qərb tərəfində inşa edilən binanın təməlqoyma işlərinə görə 2016-cı ilin İ rübü üzrə hesablanmış 1.329.614,33 manat vergi məbləğinin mübahisələndirilməsi" hissəsində də mümkündür” Yuxarıda qeyd edilən qərarlardan müəyyən edilir ki, cavabdehin hazırkı ərizəsində qeyd edilən məsələyə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə artıq hüquqi qiymət verilmiş, xx.xx.2016-cı il tarixli qərarla 2016-cı ilin İ rübü üzrə hesabladığı 1.329.614,33 manat vergi məbləğinin xx.xx.2019-cu il tarixli qərarla hesablanmış 2.256.756,88 nanat vergi məbləğinin tərkibinə daxil edildiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın icrası zamanı qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın məhkəmə qərarına izah verilməsi barədə ərizəsi təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 1419/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının icrası zamanı qeyd edilən hallar nəzərə alınmalı, iddiaçının şəxsi hesab vərəqəsindən borc məbləği silinməsi aparılarkən xx.xx.2019-cu il tarixli qərarla hesablanmış vergi məbləği, həmçinin xx.xx.2016-cı il tarixli qərarla 2016-cı ilin İ rübü üzrə hesablanmış 1.329.614,33 manat vergi məbləğini də əhatə etməsi nəzərə alınmalı və ümumilikdə 2.256.756,88 manat vergi məbləği silinməklə qərar icra edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və qismən düzgün nəticəyə gəlinmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1419/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1419/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının icrası zamanı xx.xx.2019-cu il tarixli qərarla hesablanmış vergi məbləğinin xx.xx.2016-cı il tarixli qərarla 2016-cı ilin İ rübü üzrə hesablanmış 1.329.614,33 manat vergi məbləğini də əhatə etməsi nəzərə alınsın və iddiaçının şəxsi hesab vərəqəsindən ümumilikdə 2.256.756,88 manat vergi məbləğinin silinməsi kimi izah verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3291/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3291/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver