Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3292/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nin 1 saylı Baki Ərazi ̇İdarəsı̇ nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nin 1 saylı Baki Ərazi ̇İdarəsı̇ nə qarşı “mənzilə dair çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6629/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nin 1 saylı Baki Ərazi İ̇darəsı̇ nə qarşı “mənzilin dövlət qeydiyyatına alınması” öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6629/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nin 1 saylı Baki Ərazi İ̇darəsı̇ tərəfindən apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı apellyasiya mərhələsində cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək apellyasiya şikayətinin geri götürdüklərini bildirmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmiş və şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ə.Abbaslı ərizəni müdafiə edərək təmin olunmasını və apellyasiya icraatına xitam verilməsini kollegiyadan xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən şəxsin qanunla müəyyən edilən hüququdur və konkret halda, cavabdeh tərəfindən apellyasiya şikayətinin geri götürülməsi digər şəxslərin hüquqlarını pozmur, işdə iştirak edən şəxslərin mənafeyinə uyğundur. İPM-in 86.4-cü maddəsinin məzmunundan görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Prosessual qanunvericiliyin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi təmin olunmalı, apellyasiya şikayəti geri qaytarılmalı və apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda, İPM-in 88.3-cü maddəsinin tələbinə müvafiq olaraq cavabdehə izah edilir ki, apellyasiya şikayətinin geri götürülməsi ilə birinci instansiya məhkəməsinin qərarı ona münasibətdə qüvvəyə minir və həmin qərardan yenidən şikayət vermə imkanını istisna edir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nin 1 saylı Baki Ərazi İ̇darəsı̇ tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6629/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın və şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2-1(103)-3292/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3292/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver