Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3292/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1010/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 09 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. 01 dekabr 2021-ci il tarixli, 49 nömrəli Mənzilin Alqı-Satqı Müqaviləsinə əsasən iddiaçı “İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativindən Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsiçməsindəki tikilən çoxmənzilli yeni yaşayış binasının, 7B saylı binanın 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 140 kv.metr olan 444 saylı və 7B saylı binanın 11-ci mərtəbəsində 1 otaqdan ibarət, ümumi sahəsi 72 kv.metr olan 445 saylı mənzili almışdır. Müqavilədə mənzilin 1 kv metr üçün qiyməti 1721 (ƏDV daxil) manat məbləğində müəyyən edilmiş və mənzilin ümumi qiyməti 365000 (ƏDV daxil) manat təşkil etmişdir. Müqaviləyə əsasən alıcı mənzilin dəyərini müqavilə imzaladığı andan 110000 (bir yüz on min) manat avans ödəməklə, qalıq 255 000 (iki yüz əlli beş min) manatı xx.xx.2022-ci il tarixdən etibarən 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 13/24 nömrəli məktubda qeyd olunmuşdur ki, "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli № 49 saylı alqı-satqı müqaviləsinə əsasən Nəsimi rayonu M.Qaşqay, N.Şahbazov, C.Hacıbəyli və Kaveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə (Yeni ünvan: AZ 1007, ünvan 1 inşa edilmiş 7 В saylı binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 139,9 kv.m olan 444 saylı mənzilə görə "xxxx" MTK-nın hesabına ödənilmiş 240900 (iki yüz qırx min doqquz yüz) manatdan əsas məbləğ 204152.54 + 36747.46 manatı ƏDV olaraq X1 (Kod: 210027) ödənilmişdir.
3. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 14/24 nömrəli məktubda qeyd olunmuşdur ki, "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli 49 saylı alqı-satqı müqaviləsinə əsasən Nəsimi rayonu M.Qaşqay, N.Şahbazov, C.Hacıbəyli və Kaveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə (Yeni ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi. ”43”, ”45”, ”47”, ”49” ”39”) inşa edilmiş 7 В saylı binanın 11-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət, ümumi sahəsi 72.2 kv.m olan 445 saylı mənzilə görə "xxxx" MTK-nın hesabına ödənilmiş 124100 (yüz iyirmi dörd min yüz) manatdan əsas məbləğ 105169.50 + 18930.50 manatı ƏDV olaraq X1 (Kod: 210027) ödənilmişdir.
4. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən - xx.xx.2023-cü il tarixədək sözügedən mənzillərin dəyərini "xxxx" Mənzil Tikinti Kooperativininin bank hesabına ödəmişdir.
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırki tələblə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli, **********940300 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ Qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin alıcı X2 tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-li) ödəniş tapşırığı ilə banka ödənildiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlər nəzərə alınaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrini rəhbər tutaraq İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır.
6. İddiaçı subordinasiya baxımından yuxarı inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdarəsinə həmin qərardan inzibati şikayət vermiş, lakin sonuncunun “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024cü il tarixli, **********579400 saylı Qərarına əsasən vətəndaş İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli inzibati şikayətləri təmin edilməmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyriyaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********940300 nömrəli Qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********940300 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarının, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********579400 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı ilə "xxxx" MTK (hazırki adı: "xxxx" MTK) arasında bağlanmış 49 nömrəli 01 dekabr 2021-ci il tarixli “Mənzilin alqı-satqı müqaviləsi” üzrə Kooperativə ödədiyi 365.000 (üç yüz altmış beş min) manat məbləğində pul vəsaitinin əlavə dəyər vergisi hissəsinin bir qisminin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbi “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********940300 nömrəli 24 yanvar 2024-cü il tarixli qərarının, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********579400 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı tərəfindən "xxxx" MTK-dan (hazırki adı: "xxxx" MTK) nağdsız qaydada alınmış yaşayış sahələrinə (mənzillərə) görə ödənilmiş əlavə dəyər vergisinin iddiaçıya qaytarılmalı olan hissəsinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir..
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi (hazırki adı: "xxxx" MTK) arasında bağlanmış 49 nömrəli, 01 dekabr 2021-ci il tarixli “Mənzilin alqı-satqı müqaviləsi”nə görə, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsində tikilən çoxmənzilli yeni yaşayış binasının, 7 В saylı binanın 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 140 kv.m. təşkil edən 444 saylı mənzili və 7B saylı binanın 11-ci mərtəbəsində 1 otaqdan ibarət, ümumi sahəsi 72 kv.m. təşkil edən 445 saylı mənzili mənə verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə hər iki mənzillərin dəyəri kimi müəyyən olunan 365.000 (üç yüz altmış beş min) manat məbləğində pulu hissə-hissə olmaqla və nağdsız qaydada tam şəkildə Kooperativə ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra “Qayda”) verdiyi hüquqdan istifadə edərək, əlavə dəyər vergisinin qaytarılması məqsədilə, 90 (doxsan) gündən gec olmayaraq portalda qeydiyyatdan keçmiş və müvafiq sənədləri skan edərək portala göndərmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********940300 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarı ilə iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı həmin qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət verərək, qərarın ləğv edilməsini və müraciətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********579400 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarı ilə şikayətim təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********940300 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Vergi orqanı tərəfindən iddiaçının şikayətinin təmin olunmaması barədə qərar qəbul olunarkən Qaydanın 5.1.2-ci bəndinə istinad edilmiş və qeyd olunmuşdur ki, iddiaçı yaşayış sahəsinin dəyərini satıcının/Kooperativin hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli idi. İddiaçı hesab edir ki, vergi orqanının qərarları qanunsuz və əsassız olduğuna görə, məhkəmə tərəfindən ləğv olunmalıdır.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, vətəndaş İddiaçı Aftandil oğlu xx.xx.2021-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativindən (hazırkı "xxxx" Mənzil Tikinti Kooperativindən (VÖEN **********)) ümumilikdə 365.000,0 manat dəyərində mənzillər aldığını, ödənişi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həyata keçirdiyini, 90 gün bitməmiş elektron portaldan qeydiyyatdan keçərək müraciət etdiyini, lakin vergi orqanı tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 may 2022- ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim edilməli olduğu, lakin, alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edildiyindən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********940300 nömrəli qərar qəbul edildiyini, Qaydaların 6.1-ci bəndinə əsasən ödənişi yerinə yetirdiyini, qərarda göstərilən Qaydanın 6-cı bəndinin heç bir halda 5.1.2-ci bəndə istinad etmədiyini, qaydada 5.1.2-ci bəndin 6-cı bəndinin tələblərinə istinad etmədiyini və 6-cı bəndin tələblərini təkzib etmədiyini bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixli **********779500 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə ilə müraciət etmiş və həmin ərizəyə xx.xx.2021-ci il tarixli 49 nömrəli müqavilə və ödəniş sənədlərini əlavə etmişdir. Vergi orqanı tərəfindən elekton müraciətə əlavə edilmiş sənədlər yoxlanılarkən, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməli olduğu halda, alıcı İddiaçı Aftandil oğlu tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmiş və “Yaşayış və qeyri-yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024- cü il tarixli **********940300 nömrəli qərar qəbul edilmişdir. Bundan əlavə olaraq, **********579400 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar ilə vətəndaş İddiaçı Aftandil oğlu tərəfindən verilmiş inzibati şikayət barəsində Qərar qəbul edilmişdir. İnzibati şikayətdə qeyd olunanların araşdırılması ilə bağlı vətəndaşa xx.xx.2024-cü il tarixli **********487800 nömrəli “Araşdırmada iştirak etmək haqqında” məktub göndərilərək, xx.xx.2024-cü il tarixdə saat 11:00-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət olunmuşdur. İddiaçı araşdırmaya təqdim etdiyi xx.xx.2024cü il tarixli izahatında müraciətində qeyd etdiyi kimi Qaydaların 6.1-ci bəndinə əsasən təqdim edilmiş sənədlər əsasında ödənişi yerinə yetirdiyini, MTK ilə müqavilə bağladığı xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək ödəniş etdiyini, 90 gün bitməmiş elektron formada müraciət etdiyini, Qərarda göstərilən Qaydanın 6-cı bəndinin heç bir halda 5.1.2-ci bəndə istinad etmədiyini və eyni qaydada 5.1.2-ci bəndin 6-cı bəndin tələblərinə istinad etmədiyini, bəndin tələblərini təkzib etmədiyini bildirmişdir. H.Məmmədov izahatında eyni zamanda araşdırma zamanı ona izah olunduğu kimi əldə etdiyi yaşayış sahələri üzrə ödənilmiş vəsaitdən MTK tərəfindən ƏDV-nin ƏDV sub-hesaba ayrıca ödənilməsinə dair müvafiq sənədləri əldə edib təkrar müraciət edəcəyini qeyd etmişdir. İnzibati şikayət üzrə işin faktiki halları və toplanmış materialların öyrənilməsi nəticəsində belə nəticəyə gəlinmişdir ki, vətəndaşın şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Göründüyü kimi Qaydanın 6.1-ci bəndində əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildiyi halda qaytarılması nəzərdə tutulmuş, Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin, alıcı İddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Bundan əlavə, həmin qərarda göstərilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.
10. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1010/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsindəki 756-cı məhəllədə inşa edilmiş 7B saylı binanın 11-ci mərtəbəsində yerləşən 444 saylı mənzilinə və 7B saylı binanın 11-ci mərtəbəsində yerləşən 445 saylı mənzilinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı ASC) ötürülməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
11. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Apelyasiya şikayətinin dəlilləri:
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mahiyyəti ilə bağlı bildiririk ki, iddiaçı mənzilin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Məhkəmə qərarında qeyd edir ki, Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqları nəzərə alınmaqla nizamlamağa yönəlmişdir. Beləliklə, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid müddəalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Məhkəmə nəzərə alır ki, müvafiq Qaydanın 6.1-ci bəndinə əsasən mübahisənin keçid normalarının təsiri altına düşə bilməsi üçün ilkin şərt yaşayış və qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdən (Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi tarixdən) xx.xx.2022-ci il tarixədək (“Qayda”nın qüvvəyə mindiyi tarixədək) əldə edilmiş olmasıdır. Məhkəmə qeyd edir ki, “yaşayış və qeyri-yaşayış sahəsinin əldə edilməsi” dedikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla yaşayış və qeyri-yaşayış sahəsi əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Ümumiyyətlə məhkəmənin əsaslandırmasın və tövsivin tam əsassız hesab edirik. Birincisi məhkəmənin diqqətinə çatdırırıqki, vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, vergi azadolmalarının və güzəştlərinin verilməsi və s. vergi məsələri barədə şərtlər, qaydalar, meyarlar, təlimatlar və əsasnamələrin layihələri “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən vergi orqanına tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilir. İkinci olaraq bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın keçid müddəasının 6.1ci bəndində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarıldığı bildirilir. Bu bənddə ödənişləri davam etdirən alıcılara münasibətdə Qaydaların tələbini misal formasında təqdim edirik (Misal: AA adlı şəxs BB MTK - dan xx.xx.2021-ci il tarixdə mənzil almış, onun dəyəri üzrə ödənişləri hissə-hissə ödəməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə Fərman qəbul edilənədək AA adlı şəxsin BB MTK-ya 5000 manat (ümumi ƏDV 15000 manatdır) ödənişi qalmışdır ki, həmin məbləğidə il sonuna kimi ödədi. Yəni ƏDV məbləğinin 10000 manat hissəsi fərman qəbul edilənədək ödəndiyindən həmin məbləğin Keçid müddəanın 6.1-ci bəndində qeyd edildiyi kimi ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq ödənilməsi nəzərə alınır) Yəni bu hissədə məhkəmə düzgün nəticəyə gəlməmiş, nəzərə almamışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə MTK ilə müqavilə bağlayaraq ilkin ödəniş nəzərə alınmaqla ödənişləri hissə-hissə ayda 10700 manat olmaqla xx.xx.2023-cü il tarixədək ödəmişdir. Bununla da iddiaçı ƏDV məbləğini tam olaraq Fərman qəbul edildiyi xx.xx.2022-ci il tarixdən sonra satıcının ƏDV depozit hesabına ödəyə bilərdi və ya ödəməli idi. Həmçinin satıcı olan "xxxx" Mənzil Tikinti Kooperativindən (hazırkı "xxxx" Mənzil Tikinti Kooperativindən (VÖEN **********)) mənzil alan və xx.xx.2022-ci il tarixdən sonra ödənişləri ƏDV depozit hesabına ödəyən vətəndaşlar barədə nümunələr şikayətə əlavə olunur. Habelə, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış payçı müqavilələrində həqiqətən də ƏDV-nin ayrıca ödənilməsi şərti və bunun üçün "xxxx" MTK-nın ƏDV depozit hesabı qeyd edilmədiyi müəyyən olunur. Odur ki, göstərilən səbəblərdən, yəni MTK-nın alıcıya (hazırkı iddiaçıya) verginin depozitə ödənilməsi üçün depozit hesabı verməməsi, ƏDV məbləğinin ayrıca depozit hesaba ödənilməli olması izah edilməməsi ilə əlaqədar iddiaçı ona zərər dəydiyini hesab edirsə, bu barədə "xxxx" MTK-ya qarşı aidiyyatı məhkəmədə iddia qaldıra bilər. Eyni hal üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-851/2025 nömrəli qətnaməsi nümunə kimi şikayətə əlavə olunur. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda,onun tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tamdəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. İşin məhkəmə araşdırması zamanı Fərmanın qüvvəyə minməsindən sonra ödənişlərin həyata keçirilməsi qaydaları birmənalı olaraq məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə bu hallara hüquqi qiymət verməmiş, qanunvericiliyin tələblərinin pozulmasına formal xəta kimi yanaşmışdır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
14. 09 dekabr 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmin tarixdə “Elektron Məhkəmə" sistemi vasitəsilə cavabdeh inzibati orqan ərizə verərək, məhkəmə iclasının daha tez tarixə dəyişdirildiyindən iclasda iştirakla bağlı zəruri hazırlıq aparılmadığını və həmçinin analoji işlərlə bağlı Ali Məhkəmənin yeni qərarlarının və zəruri sənədlərin təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDVnin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kv.tmetr və qeyriyaşayış sahəsinin 500 kv.metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
17. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ödənişi aparan alıcının soyadı, adı və atasının adı; ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
21. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
24. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
25. İddiaçı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********940300 nömrəli 24 yanvar 2024-cü il tarixli qərarının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********579400 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür.
26. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “ “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********940300 nömrəli 24 yanvar 2024-cü il tarixli qərarının, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********579400 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı tərəfindən "xxxx" MTK-dan (hazırki adı: "xxxx" MTK) nağdsız qaydada alınmış yaşayış sahələrinə (mənzillərə) görə ödənilmiş əlavə dəyər vergisinin iddiaçıya qaytarılmalı olan hissəsinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “xx.xx.2021-ci il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən əldə edilmiş olduğundan (odur ki, yuxarıda qeyd ediliyi kimi elə həmin vaxtdan təqdim edilmiş və əldə edilmiş hesab edildiyindən) yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənilməsi İddiaçı ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin qaytarılmasını tələb etmək hüququnu məhudlaşdırmır”.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, işə baxan məhkəmə hazırkı inzibati mübahisənin hallarını tam və hərtərəfli araşdırmamışdır.
28. İş materiallarından görünür ki, 01 dekabr 2021-ci il tarixli, 49 nömrəli Mənzilin Alqı- Satqı Müqaviləsinə əsasən İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativindən Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsiçməsindəki tikilən çoxmənzilli yeni yaşayış binasının, 7B saylı binanın 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 140 kv.metr olan 444 saylı və 7B saylı binanın 11-ci mərtəbəsində 1 otaqdan ibarət, ümumi sahəsi 72 kv.metr olan 445 saylı mənzili almışdır. İddiaçı xx.xx.2021-ci il tarixdən - xx.xx.2023-cü il tarixədək sözügedən mənzillərin dəyərini "xxxx" Mənzil Tikinti Kooperativininin bank hesabına ödəmişdir.
29. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 13/24 nömrəli məktubda qeyd olunmuşdur ki, "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli № 49 saylı alqı-satqı müqaviləsinə əsasən Nəsimi rayonu M.Qaşqay, N.Şahbazov, C.Hacıbəyli və Kaveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə (Yeni ünvan: AZ 1007, ünvan 1 inşa edilmiş 7 В saylı binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 139,9 kv.m olan 444 saylı mənzilə görə "xxxx" MTK-nın hesabına ödənilmiş 240900 (iki yüz qırx min doqquz yüz) manatdan əsas məbləğ 204152.54 + 36747.46 manatı ƏDV olaraq X1 (Kod: 210027) ödənilmişdir.
30. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 14/24 nömrəli məktubda qeyd olunmuşdur ki, "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli 49 saylı alqı-satqı müqaviləsinə əsasən Nəsimi rayonu M.Qaşqay, N.Şahbazov, C.Hacıbəyli və Kaveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə (Yeni ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi. ”43”, ”45”, ”47”, ”49” ”39”) inşa edilmiş 7 В saylı binanın 11-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət, ümumi sahəsi 72.2 kv.m olan 445 saylı mənzilə görə "xxxx" MTKnın hesabına ödənilmiş 124100 (yüz iyirmi dörd min yüz) manatdan əsas məbləğ 105169.50 + 18930.50 manatı ƏDV olaraq X1 (Kod: 210027) ödənilmişdir.
31. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən MTK-la nağdsız ödənişlər zamanı elektron qaimələr təqdim edilməyə başlanıb. İddiaçılə bağlanmış müqavilə, bundan əvvəlki tarixdə olduğundan sonuncuya elektron qaimə təqdim edilməyib.
32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzibati mübahisənin həlli üçün hüquqi tənzimetmədə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın qəbuluna qədər olan və Qaydanın qəbulundan sonra olan hüquqi tənzimetməyə diqqət yetirmək lazımdır.
33. Sözügedən Qaydanın 5-ci bəndindən görünür ki, qanunverici bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün aşağıdakı şərtləri müəyyən edib:
1. Yaşayış və qeyri-yaşayış sahələrinin alıcıya təqdim edilməsi;
2. Alıcının yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada ödəməsi;
3. Alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi;
4. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini tam ödəməsi;
5. Yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratması və Qaydada nəzərdə tutulmuş sənədləri portala göndərməsi.
34. Qaydanın 6.1-ci maddəsindən göründüyü kimi keçid müddəalarının tətbiq edildiyi iki kateqoriyadan olan alıcılar nəzərdə tutulmuşdur: - Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş şəxslər; - Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılar.
35. Keçid müddəaları 1-ci kateqoriyadan olan şəxslərə bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq, bu Qayda qüvvəyə mindiyi tarixdən sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdiyi halda ƏDV-nin 30 faizinin qaytarılmasını müəyyən edir. 2-ci kateqoriyadan olan şəxslərin də bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq ƏDV-nin 30 faizini almaq hüququ təsbit edilib. Lakin 2-ci kateqoriyadan olan alıcıların (yəni, Qayda qüvvəyə mindiyi tarixədək əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcıların) bu Qayda qüvvəyə mindiyi tarixdən sonra ƏDV-ni depozit hesabına ödəməkdən azad edən norma yoxdur.
36. Alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı xx.xx.2022-ci il tarixdən yaranmışdır.
37. İş materiallarında olan ödəniş tapşırıqlarından da görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən - xx.xx.2023-cü il tarixədək sözügedən mənzillərin dəyərini "xxxx" Mənzil Tikinti Kooperativininin bank hesabına ödəmişdir. Yəni xx.xx.2022-ci il tarixdən sonra da xx.xx.2023-cü il tarixədək ƏDV depozit hesabına deyil "xxxx" Mənzil Tikinti Kooperativininin bank hesabına ödəmişdir. Başqa sözlə, xx.xx.2022-ci il tarixdən texniki imkanın mövcud olmasına baxmayaraq, ödəniş iddiaçı tərəfindən Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun həyata keçirilməmişdir.
38. Analoji işlər üzə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında da öz əksini tapmışdır. (2-1(102)-2593/2025 saylı xx.xx.2025-ci il tarixli qərar)
39. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
40. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
41. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
42. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
43. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
44. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********940300 nömrəli 24 yanvar 2024-cü il tarixli qərarının, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********579400 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.
46. Odur ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1010/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir.
47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1010/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev