Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3294/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Fazi oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ““Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2682/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşdə olan iddiaçıya məxsus xx.xx.2015-ci il tarixli, ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı qüvvələrinə çağırılmış, N və N saylı hərbi hissələrdə xidmət etmiş, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 274 №-li əmri əsasında ehtiyata buraxılmışdır.
2. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 8 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 28 sentyabr 2020ci il tarixli 088 nömrəli əmrinə əsasən gizir İddiaçı- SHXÇDX-nin Xəzər rayon idarəsindən 05 oktyabr 2020-ci il tarixdən gəlmiş hesab olunmuş və N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə, bütün növ təminatlara qoyulmuş və tamamlama bölüyünə təhkim edilmişdir.
3. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 93 nömrəli əmrindən çıxarışdan görünür ki, qismən səfərbərliklə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Mdafiə nazirinin 25 dekabr 2020-ci il 274 nömrəli əmrinə əsasən imtiyazı olan Gizir İddiaçı Azərbaycan Ordusundan Təxris olunduğuna görə 26 dekabr 2020-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, qeydiyyata durmaq üçün 1-ci motoatıcı taborun 3-cü motoatıcı bölüyü Xəzər rayon idarəsinə göndərilmişdir.
4. İddiaçı hazırda hərbi biletindəki qeydlərə istinad edərək döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir.
5. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
6. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli 4/3-9735 saylı cavab məktubunda bildirmişdir ki, Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına və N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 382 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin uçot sənədlərində heç bir məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ümumi hərbi səfərbərlik əsasında 30 sentyabr 2020-ci il tarixində Xəzər rayon Hərbi komissarlığı tərəfindən Silahlı Qüvvələrə çağırılmışdır. 44 günlük müharibə zamanı N nömrəli hərbi hissənin tərkibində TərtərAğdərə istiqamətində gedən döyüş tapşırıqlarında baş atıcı olmuşdur. Hərbi biletində hərbi hissənin siyahısına daxil olma və çıxma tarixləri göstərilmişdir. N nömrəli hərbi hissəyə səfərbərlik əsasında çağrılan 400 nəfər göndərilmiş, onlardan biri də o olmuşdur. Həmçinin hərbi biletində də qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2020-ci il tarixinədək Tərtər-Ağdərə istiqamətində gedən döyüş tapşırıqlarında iştirak temişdir. Müharibə veteranı adı və vəsiqənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin Müdafiə Nazirliyi tərəfindən müsbət cavab verməyərək, imtina məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin qərargah rəisinin xx.xx.2022-ci il tarixli 2672 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissədə şəxsi heyətin siyahısına düşməyi, çıxmağı barədə heç bir məlumat olmadığına görə ona, “’Müharibə veteranı’’ adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Dəfələrlə N nömrəli hərbi hissədə olmuşdur və müraciətini bildirmişdir. Onun adını təltif olunmağa göndərdiklərini bildirmişlər. Həmçinin N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Emil Kamalov bu barədə rəsmi məktub göndərmişdir. Suqovuşan və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmamışdır. İddiaçı 2016-cı ildə həqiqi hərbi xidmətdə olarkən N nömrəli hərbi hissədə 4-cü tabor 10-cu bölüyün tərkibində Tərtər-Ağdərə-Seyidsulan istiqamətində gedən döyüş tapşırıqlarında qumbaraatan vəzifəsində iştirak etmişdir.
9. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 Nq-İİ Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Komissiyanın 2022-ci, xx.xx.2023-cü il tarixli məktubları ilə İddiaçı imtina olunaraq göstərilmişdir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığından və N nömrəli hərbi hissənin məktublarına əsasən, barəsində məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9cu yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.”
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2682/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdən görünür ki, iddiaçının mübahisəli dövrdə işğal altında olmuş ərazilərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi biletində qeyd aparılsa da, bu qeydlər hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmur, həmçinin iddiaçı ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edə bilmir. b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2682/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin komandiri Emil Kamalovun N nömrəli hərbi hissə komandirinə ünvanladığı məktubunda onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək aparılmış döyüş əməliyyatlarında iştirak etmiş kimi təltif olunması üçün adı “vətən müharibəsi iştirakçısı" medalına və 8 noyabr “Zəfər günü münasibəti ilə Suqovuşanın azad olunmasına” görə medalına göndərildiyi bildirilmişdir. Hərbi biletində də qeyd olunub ki, Tərtər-Ağdərə istiqamətində gedən döyüş tapşırığında xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək N nömrəli Hərbi Hissənin tərkibində könüllü iştirak etmişdir. Məhkəmə prosesi zamanı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 1208 nömrəli məktubundan görünür ki, İddiaçı Vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. N nömrəli hərbi hissə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, həmçinin Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməmiş, döyüş əməliyyatlarının heç bir təminat növləri üzrə tapşırıqları yerinə yetirməmişdir. Eləcə də, N nömrəli Hərbi Hissənin Komandirinin xx.xx.2024-cü il tarixli məktubundan isə görünür ki, vətəndaş İddiaçı hərbi biletində xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək Tərtər-Ağdərə istiqamətində gedən döyüş tapşırığında N nömrəli hərbi hissənin tərkibində könüllü iştirak etməsi ilə bağlı qeydlər aparılmış və möhür vurulmuş, lakin hərbi hissənin əmrlər kitabına salınmamışdır. N nömrəli hərbi hissədə xidmət etmiş və “Vətən müharibəsi”ndə iştirak etmiş hərbi qulluqçuların keçdiyi xidmət yolunun ətraflı araşdırılması istiqamətində işlər davam etdirilir. Gələcək tarixlərdə hər hansı medala layiq olunması üçün məqsədəuyğun hesab edilmiş hərbi qulluqçuların təltif olunması ilə bağlı müvafiq göstəriş olduğu halda müvafiq tədbirlər görüləcəkdir. Məhkəmə, cavabdeh orqanın 2 məktubu arasındakı ziddiyyətli halları araşdırmamış, imtinanı əsaslı hesab etmişdir. Hər iki məktub bərabər hüquqlu hərbi hissə tərəfindən qöndərilibsə niyə onun əleyhinə olan məktub əsas götürülmüşdür? Məhkəməyə gələrək prosesdə iştirak etmək istəyən döyüş yoldaşlarının heç biri dinlənilməmişdir. Deyək ki, onlar sıravi vətəndaş olduqlarına görə ifadələri obyektiv olmaya bilər. Niyə əmrinə tabe olarag döyüşlərdə iştirak etdiyi Müdafiə Nazirliyinin polkovnikləri, hərbi hissə komandiri və polkovnik leytenantları prosesə cəlb olunmamışdır. Axı onun müharibədə iştirak etdiyini, döyüş bölgəsində vuruşduğunu aldığı zədələri indiki vəziyyətdə onlardan başga isbat edə biləcək kimsə yoxdur, Tərtər-Ağdərə istiqamətində olan nə qədər döyüş mövqeləri varsa hamısını tanıyır. Qəhrəmanlıq dastanlarının yazıldığı bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində cənab polkovnik Qiyas Abbasovun və cənab polkovnik hərbi hissə komandiri Ruslan Ağasıyevin, polkovnik-leytenant Mahir Həşimovun əmri ilə şərəflə xidmət etmiş, onların döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirərək fəxri fərmanla təltif olunmuşdur. Onun xx.xx.2020- ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissənin, habelə N nömrəli hərbi hissənin N MAT, N MAB motoatıcı bölüyündə Tərtər- Ağdərə istiqamətində gedən bütün döyüş əməliyyatlarında baş atıcı vəzifəsində iştirak etdiyi dövrdə orda çalışan komandirlərinin və digər vəzifəli şəxslərin məhkəməyə cəlb olunması ilə bağlı şifahi vəsatətinə baxılmamışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: -Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... -Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər
19. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ..... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:.....
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.
22. 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 14.3- inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 73.1.İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına istinad edərək aşağıdakıları qeyd edir:
29. Tətbiq olunan normaların məzmunundan aydın olur ki, hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:
30. 1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirməli, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli;
31. 2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır.
32. Məhkəmə Kollegiyası qeyd edir ki, işdən görünür ki, iddiaçının mübahisəli dövrdə işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi biletində qeyd aparılsa da, bu qeydlər hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmur, həmçinin iddiaçı ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edə bilmir.
33. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2024-cü il tarixli, 1208 nömrəli məktubundan görünür ki, İddiaçı Vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. N nömrəli hərbi hissə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, həmçinin Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməmiş, döyüş əməliyyatlarının heç bir təminat növləri üzrə tapşırıqları yerinə yetirməmişdir.
34. N nömrəli Hərbi Hissənin Komandirinin xx.xx.2024-cü il tarixli məktubundan isə görünür ki, vətəndaş İddiaçı hərbi biletində xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək Tərtər-Ağdərə istiqamətində gedən döyüş tapşırığında N nömrəli hərbi hissənin tərkibində könüllü iştirak etməsi ilə bağlı qeydlər aparılmış və möhür vurulmuş, lakin hərbi hissənin əmrlər kitabına salınmamışdır. N nömrəli hərbi hissədə xidmət etmiş və “Vətən müharibəsi”ndə iştirak etmiş hərbi qulluqçuların keçdiyi xidmət yolunun ətraflı araşdırılması istiqamətində işlər davam etdirilir. Gələcək tarixlərdə hər hansı medala layiq olunması üçün məqsədəuyğun hesab edilmiş hərbi qulluqçuların təltif olunması ilə bağlı müvafiq göstəriş olduğu halda müvafiq tədbirlər görüləcəkdir.
35. Həmçinin cavabdehin xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli məktubundan görünür ki, Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına və N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 382 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin uçot sənədlərində heç bir məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
36. Göründüyü kimi, işin istinad olunan hallarına əsasən müəyyən edilir ki, Vətən müharibəsi zamanı iddiaçı xidmət keçdiyi N saylı hərbi hissənin daxilində döyüş əməliyyatlarında iştirak etməmiş, döyüş əməliyyatlarının heç bir təminat növləri üzrə tapşırıqları yerinə yetirməmiş, N saylı hərbi hissədə xidmət etməsi barədə hərbi biletindəki qeydlər isə müvafiq hərbi hissənin nizami hissə üzrə əmrləri ilə öz təsdiqini tapmamışdır.
37. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə tələb olunan sənədləri təqdim edə bilmədiyindən, yəni “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
38. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin komandiri Emil Kamalovun N nömrəli hərbi hissə komandirinə ünvanladığı məktubunda onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək aparılmış döyüş əməliyyatlarında iştirak etmiş kimi təltif olunması üçün adı “vətən müharibəsi iştirakçısı" medalına və 8 noyabr “Zəfər günü münasibəti ilə Suqovuşanın azad olunmasına” görə medalına göndərildiyi bildirilmişdir. Hərbi biletində də qeyd olunub ki, Tərtər-Ağdərə istiqamətində gedən döyüş tapşırığında xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək N nömrəli Hərbi Hissənin tərkibində könüllü iştirak etmişdir. Məhkəmə, cavabdeh orqanın 2 məktubu arasındakı ziddiyyətli halları araşdırmamış, imtinanı əsaslı hesab etmişdir. Hər iki məktub bərabər hüquqlu hərbi hissə tərəfindən qöndərilibsə niyə onun əleyhinə olan məktub əsas götürülmüşdür?.
39. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması ilə bağlı qənaətə gələrkən cavabdeh orqanın yuxarıda istinad olunmuş 2 məktubuna və işin bütün materiallarına hüquqi qiymət vermişdir. Tətbiq olunan normaların məzmunundan aydın olur ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirməsi, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməsi və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi faktı hərbi biletlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır.
40. Məhkəmə Kollegiyası bir daha qeyd edir ki, işdən görünür ki, iddiaçının mübahisəli dövrdə işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi biletində qeyd aparılsa da, bu qeydlər hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmur, həmçinin iddiaçı ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edə bilmir.
41. Məhkəməyə gələrək prosesdə iştirak etmək istəyən döyüş yoldaşlarının heç biri dinlənilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə Kollegiyası nəzərə alır ki, hazırki iş üzrə sənədlər toplusu ilə, o cümlədən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə iddiaçının döyüş bölgəsində iştirak etməsi müəyyən olunmadığından, şahid qismində ifadə verən şəxsin izahatı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir.
42. Qeyd edilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2682/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2682/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.