Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3297/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük bəyannamələrində düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5514/2022 saylı, 24 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə İddiaçı MMC-dən “GAG İnternational FZE” şirkətinə cəmi 2.131.354,20 ABŞ dolları dəyərində ixrac olunan Naften turşusunun göndərilməsinə dair 78 ədəd gömrük bəyannaməsində borcun əvəzləşməsi qaydasında göndərmə kimi düzəliş aparılması vəzifəsinin qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 1996-cı ildən təsis edilmiş, təsisçisi və direktoru X4r. Şirkət lak və boya istehsalı ilə məşğul olur. Şirkət nəinki ölkədaxili bazara, beynəlxalq bazarlara da məhsulları ixrac edir. 2015-ci ildə BƏƏ-nin Dubay şəhərində keçirilən “Arab Oil and Gas 2015” sərgisində iştirak edən zaman həmin ölkənin “GAG İnternational FZE” şirkəti ilə müqavilə əsasında əməkdaşlıq etmiş, xx.xx.2016-cı il tarixdə İddiaçı MMC şirkəti olaraq İddiaçı Eko MMC-ni törəmə şirkət olaraq təsis etmişlər. xx.xx.2016-cı il tarixdə İddiaçı və "xxxx" şirkətləri “GAG İnternational FZE” şirkəti arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən həmin şirkət iddiaçıya 787.700 ABŞ dolları və "xxxx" MMC-yə 1.185.000 ABŞ dolları borc vermişdir. Müqaviləyə əsasən illik faiz dərəcəsi İddiaçı MMC 4%, "xxxx" MMC-yə isə 4,5% təşkil etmişdir. xx.xx.2017-ci il tarixdə şirkətlər arasında borcun qaytarılması ilə bağlı olaraq əlavə razılaşma imzalanmışdır. Razılaşmaya əsasən "xxxx" MMC xx.xx.2016-cı il tarixli 1 nömrəli müqaviləyə uyğun olaraq, eləcə də eyni tarixli 2 saylı müqaviləyə əsasən özü və törəmə müəssisəsinin borc və faizlərini “GAG İnternational FZE” şirkətinə ödəməyi öz öhdəsinə götürüb və 2.131.354,20 ABŞ dolları müqabilində Napthenic Acids (Naften turşusu) borc əvəzi qaytarılıb. 2016-2017-ci illərə aid olan illik faizləri hər iki şirkətə 158.654 ABŞ dolları hesablanaraq həmin məbləğdə əks olunub. Beləliklə də, xx.xx.2018ci ildən etibarən xx.xx.2019-cu ilə qədər “GAG İnternational FZE” şirkətinə cəmi 2.131.354,20 ABŞ dolları dəyərində ixrac olunan Naften turşusu həmin şirkətdən alınmış borc qarşılığında borcun əvəzləşdirilməsi qaydasında qaytarılıb. Belə ki, borcun əvəzində İddiaçı MMC 78 bəyannamə üzrə malları ixrac etmişdir. Həmin 78 bəyannamədə borcun qaytarılması kimi rəsmiləşdirilmək əvəzinə ixrac əməliyyatı (alqı-satqı) kimi gömrük rəsmiləşdirilməsi qeyd edilmişdir. Bununla bağlı cavabdeh Bakı Baş Gömrük İdarəsinə 45 və 46 saylı məktublarla müraciət edilməsinə baxmayaraq, xx.xx.2011-ci il tarixli 46 saylı məktuba cavab olaraq 15 dekabr 2021-ci il tarixli 1400-012/0xx-xx/009051 saylı cavab məktubundan görünür ki, cavabdehə təqdim etdikləri sənədlər araşdırıldıqdan sonra gömrük bəyannamələrində düzəliş aparılması üçün əsas olmadığı müəyyənləşdirilmişdir. Belə olduğu halda isə ixrac edilmiş mallardan əldə edilmiş vəsaitin müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməsi zərurəti yaranır ki, bu da mümkün deyil. Dövlət Gömrük Komitəsi tərəfindən bununla bağlı toplanmış material araşdırma üçün Bakı şəhər Prokurorluğuna, oradan isə araşdırmanın davam etdirilməsi üçün Xətai rayon Prokurorluğuna göndərilmiş, 148-C-21 saylı material üzrə 05 may 2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Xətai rayon prokurorluğunda qərar qəbul edilmişdir. Müstəqil auditor hesabatı və rəyi ilə də bu fakt öz təsdiqini tapmışdır. Hazırda bütün sənədlər sübuta yetirir ki, 78 gömrük bəyannaməsində qeyd edilən mallar bəyannamə kodunda qeyd edildiyi kimi alqı-satqı yolu kimi deyil, borcun əvəzləşdirilməsi qaydasında əvəzsiz qaydada göndərilmiş, lakin gömrük bəyannaməsində düzəliş edilməli olduğu halda edilməmişdir. Gömrük Komitəsinin təhqiqat şöbəsində də bununla bağlı araşdırma aparılmış, bu borcun əvəzləşməsi qaydasında malların ixrac edildiyi faktı müəyyən edilmişdir və bu səbəbdən də, hər hansı bir məsuliyyət tətbiq edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən “GAG İnternational FZE” şirkətinə cəmi 2.131.354,20 ABŞ dolları dəyərində ixrac olunan Naften turşusunun göndərilməsinə dair 74 ədəd gömrük bəyannaməsində (xx.xx.2018-ci il tarixli **********5462 sorğu nömrəli, xx.xx.2018ci il tarixli **********5467 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5470 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5473 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5486 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********7111 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8672 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8675 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8678 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8749 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8754 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9010 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9013 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9019 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********1358 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********1361 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********1367 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2486 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2498 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5860 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5863 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5869 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********4157 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5197 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5694 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********3193 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********3362 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5944 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5949 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5951 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9963 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********0398 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2442 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2699 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2714 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9952 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********7724 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2453 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2456 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2458 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2459 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2463 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2466 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1218 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4215 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4432 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4442 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0291 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0296 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6895 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********9712 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0480 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0484 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0781 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1329 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1370 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1937 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********3940 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4704 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4749 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4759 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0372 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1265 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1296 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6420 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6894 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6919 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4797 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********5921 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********5922 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********9392 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********9398 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1528 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********2340 sorğu nömrəli) borcun əvəzləşməsi qaydasında göndərmə kimi düzəliş aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndində göstərilir ki, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. iddia ərizəsində qeyd edilən bəyannamələr gömrük orqanına təqdim edilən zaman həmin bəyannamələrdə hər hansı uyğunsuzluq aşkar olunmamış, bəyan edilmiş mallar ixrac gömrük proseduru altında yerləşdirilərkən tərəflər arasında bağlanmış və gömrük orqanına təqdim edilmiş müqavilədə həmin malların kredit müqaviləsinə əsasən yaranmış borca görə ixrac edildiyi göstərilməmişdir. Həmçinin, iddiaçının "xxxx" MMC adlı törəmə şirkətinin malların ixrac proseduru altında yerləşdirilməsinə hansısa aidiyyətinin olduğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Yuxarıda göstərilən əsaslara görə iddiaçının gömrük orqanına təqdim etdiyi gömrük bəyannamələrində düzəliş aparılması barədə müraciət gömrük orqanı tərəfindən müvafiq qaydada araşdırılmış, gömrük bəyannamələrində müvafiq düzəlişlərin aparılması üçün əsas olmadığı məyyənləşdirilmişdir. Bu barədə iddiaçıya 15 dekabr 2021-ci il tarixli, 1400-012/0xxxx/009051 saylı məktubla cavab verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5514/2022 saylı, 24 may 2022-ci il qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı MMC tərəfindən qeyd olunan kredit müqavilələri üzrə “GAG İnternational FZE” şirkətinə borc əvəzi 2.131.354.20 (iki milyon yüz otuz bir min üç yüz əlli dörd dollar, iyirmi sent) ABŞ dolları dəyərində mal göndərilməsi, lakin Gömrük Bəyannamələrində ixrac olunan Naften turşusu “GAG İnternational FZE” şirkətindən alınmış borc qarşılığında, yəni borcun əvəzləşdirilməsi kimi rəsmiləşdirilmək əvəzinə ixrac əməliyyatı (alqı-satqı) kimi gömrük rəsmiləşdirilməsi qeyd edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam araşdırmayaraq, Xətai rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə istinad edərək qərar qəbul etmişdir. Halbuki, həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanunun tələbindən açıq-aşkar görünür ki, cinayət təqibini həyata keçirən orqanın qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi deyildir. Bunundan başqa məhkəmənin qərarında qeyd edilən bəyannamələr gömrük orqanına təqdim edilən zaman həmin bəyannamələrdə hər hansı uyğunsuzluq aşkar olunmamış, bəyan edilmiş mallar ixrac gömrük proseduru altında yerləşdirilərkən tərəflər arasında bağlanmış və gömrük orqanına təqdim edilmiş müqavilədə həmin malların kredit müqaviləsinə əsasən yaranmış borca görə ixrac edildiyi göstərilməmiş, əksinə malların göndərilməsi müqabilində pul vəsaitinin ödənilməsinin nəzərdə tutulduğu göstərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İnzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, Borc alan İddiaçı MMC ilə Borc verən “GAG İnternational FZE” şirkəti arasında 01 GKL 2016 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc verən Borc alana illik faiz dərəcəsi 6,5% olmaqla 490.500 ABŞ dolları məbləğində borc vermiş, Borc alan isə borc məbləğini xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Borc alan İddiaçı MMC ilə Borc verən “GAG İnternational FZE” şirkəti arasında 02 G 2016 saylı, xx.xx.2016cı il tarixli kredit müqaviləsinə əsasən Borc verən Borc alana illik faiz dərəcəsi 6,5% olmaqla 297.200 ABŞ dolları məbləğində borc vermiş, Borc alan isə borc məbləğini xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Borc alan "xxxx" MMC ilə Borc verən “GAG İnternational FZE” şirkəti arasında 01 G EKO 2016 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc verən Borc alana illik faiz dərəcəsi 6% olmaqla 903.000 ABŞ dolları məbləğində borc vermiş, Borc alan isə borc məbləğini xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Borc alan "xxxx" MMC ilə Borc verən “GAG İnternational FZE” şirkəti arasında 02 G 2016 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc verən Borc alana illik faiz dərəcəsi 6% olmaqla 182.000 ABŞ dolları məbləğində borc vermiş, Borc alan isə borc məbləğini xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə İddiaçı MMC, "xxxx" MMC və “GAG İntemational FZE” şirkəti arasında kredit müqaviləsinə ƏLAVƏ olaraq Razılaşma imzalanmışdır. Razılaşmaya əsasən Tərəflər borcun qaytarılmasına aşağıdakı kimi razılaşmışlar: 1) İddiaçı MMC aşağıdakı müqavilələrə uyğun 01 GKL 2016 xx.xx.2016 və 02 G 2016 xx.xx.2016 olaraq öz və törəmə müəssisəsi olan "xxxx" MMC-nin (01 G EKO 2016 xx.xx.2016/ 02 G 2016 xx.xx.2016) borcunu və faizlərini “GAG İntemational FZE” şirkətinə ödəməyi öz öhdəsinə götürür. 2) xx.xx.2017-ci il tarixindən etibarən “Borcalan” “Borc Verənə” 2.131.354,20 (iki milyon yüz otuz bir min üç yüz əlli dörd dollar iyirmi sent) ABŞ dolları müqabilində Napthenic Acids (Naften turşusu) borc əvəzi qaytarır. 3) Faizlərin Hesablanma dövründə illik Karvan-L üçün 6,5% və Karvan-L EKO üçün 6% ödəməyi öz öhdəliyinə götürür. Bununla da, İddiaçı MMC-nin “GAG İnternational FZE” şirkətinə ümumilikdə 2.134.376,12(iki milyon yüz otuz dörd min üç yüz yetmiş altı dollar, on iki sent) ABŞ dolları borcu yaranmışdır. İddiaçı MMC 2018 və 2019-cu illər ərzində hissə-hissə olmaqla “GAG İnternational FZE” şirkətinə olan borcun əvəzi olaraq dəyəri 2.131.354.20 (iki milyon yüz otuz bir min üç yüz əlli dörd dollar iyirmi sent) ABŞ dolları olan Napthenic Acids (Naften turşusu) göndərmişdir. Nəticədə İddiaçı MMC-nin “GAG İnternational FZE” şirkətinə 3022 (üç min iyirmi iki) ABŞ dolları qalıq borcu qalmışdır. Lakin iş materiallarında olan 2018-ci il və 2019-cu il Gömrük Bəyannamələrində ixrac olunan Naften turşusu “GAG İnternational FZE” şirkətindən alınmış borc qarşılığında borcun əvəzləşdirilməsi kimi deyil, ixrac əməliyyatı (alqı-satqı) kimi gömrük rəsmiləşdirilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıdakı normalarına diqqət yetirir: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarının gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. - 22.6-cı maddəsinə əsasən şəxs gömrük brokerinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin bu Məcəllənin 151-ci maddəsinə uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. - 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. - 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. - 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. - 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. - 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. - 153.1-ci maddəsinə əsasən bu Məcəllənin 153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir. - 153.2-ci maddəsinə əsasən aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir: 153.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra; 153.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra. - 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. - 153.5-ci maddəsinə əsasən bu Məcəllənin 153.4-cü maddəsi gömrük orqanının vəzifəli şəxslərinin bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin tərtib edilməsində və ona müvafiq düzəlişlər edilməsində yardım göstərilməsi barədə bu Məcəllənin 22.6-cı maddəsində nəzərdə tutulmuş vəzifəsini istisna etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan İddiaçı MMC ilə “GAG İnternational FZE” şirkəti arasında olan xx.xx.2020-ci il tarixli Üzləşdirmə Aktından da görünür ki, İddiaçı MMC kredit müqaviləsi üzrə “GAG İnternational FZE” şirkətinə borc əvəzi 2.131.354,20 (iki milyon yüz otuz bir min üç yüz əlli dörd dollar, iyirmi sent) ABŞ dolları dəyərində mal göndərilib və 3022,00 (üç min iyirmi iki) ABŞ dolları qalıq qalmışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin sorğusu əsasında Bakı şəhəri Xətai Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 148- C-21 saylı araşdırma materialında olan Azərbaycan Respublikası Auditorlar Palatası sərbəst auditor X5 tərəfindən verilmiş müstəqil auditorun hesabatındakı rəydən aydın olur ki, "xxxx" MMC ümumi olaraq 787700 ABŞ dolları (AZN ekvivalnetində 1311163,89 manat), "xxxx" MMC isə ümumi olaraq ******* ABŞ dolları (AZN ekvivalentində 1799332,30 manat) ümumilikdə hər iki şirkətə alınan borc məbləği 1872700.00 USD əsas borc 261676,12 USD götürülmüş məbləğə faiz borcu təşkil edir. 2018-ci il tarixində "xxxx" MMC tərəfindən 1182361,20 USD, 2019-cu il tarixində isə 948993.00 USD məbləğində ümumilikdə 2131354,20 USD ixrac bəyannamələrinə əsasən “GAG İNTERNATİONAL FZE” şirkətinin sifarişinə görə müxtəlif şirkətlərə mal “Naftin” turşusu borcun əvəzləşməsi qaydasında göndərilmişdir. Həmçinin, Xətai Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarında göstərilmişdir: “Araşdırma materialından göründüyü kimi İddiaçı MMC şirkəti “GAG İnternational FZE” şirkəti ilə müqavilə bağlayaraq malları ixrac etməklə həmin malların ixracı müqabilində vəsait əldə etməmiş, həmin malları əvvəlcədən aldığı borc vəsaitinin əvəzi olaraq “GAG İnternational FZE” şirkətinə göndərmişdir. Beləliklə, aparılan araşdırma zamanı İddiaçı MMC şirkətinin direktoru X2 əməlində Azərbaycan Respublikasının CM-in 208-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir.” Həmin qərardan şikayət verilməmişdir. Sözügedən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın preyudisiallıq daşımaması ilə bağlı dəlilə münasibətdə də qeyd edilir ki, hazırki mübahisənin əsasında duran məqam iddiaçı tərəfindən Naftin turşusunun gömrük bəyannaməsində qeyd edildiyi kimi 003 kodu altında yəni alqı-satqı müqaviləsinə əsasən deyil məhz borcun əvəzinə göndərilməsidir ki, həmin iş üzrə materialların araşdırılması nəticəsində bu hal öz təsdiqini tapmışdır. Bu səbəbdən sözügedən gömrük bəyannamələrində müvafiq düzəlişin edilməsini tələb etməkdə iddiaçı haqlıdır. Eyni zamanda, Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5514/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5514/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3297/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3297/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver