Məhkəmə qərarları › İş №2-1(103)-3298/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3298/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3298/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Cavabdehnə qarşı (üçüncü şəxs X33) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3449/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Cavabdehnə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli 378 saylı sərəncamı ilə onun istifadəsinə verilmiş Bilgəh bağlar sahəsində 59 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1865 saylı bağ sahəsinin Bilgəh X2 satılması barədə xx.xx.2003-cü il tarixli 51 saylı qərarının, X12 barədə xx.xx.2003-cü il tarixli 52 saylı qərarının, X1 barədə xx.xx.2003-cü il tarixli 53 saylı qərarının, X13 barədə xx.xx.2003-cü il tarixli 54 saylı qərarının, X7 barədə xx.xx.2003-cü il tarixli 55 saylı qərarının, X5 barədə xx.xx.2003cü il tarixli 56 saylı qərarının, X3 barədə xx.xx.2003-cü il tarixli 57 saylı qərarının, X4 barədə xx.xx.2003-cü il tarixli 58 saylı qərarının, X8 barədə xx.xx.2003-cü il tarixli 61 saylı qərarının, X9 barədə xx.xx.2003-cü il tarixli 62 saylı qərarının, X14 barədə xx.xx.2003-cü il tarixli 63 saylı qərarının, X6 barədə xx.xx.2003-cü il tarixli 64 saylı qərarının, X10 barədə xx.xx.2003-cü il tarixli 65 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli 378 saylı sərəncamı ilə Bilgəh bağlar sahəsində 59 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1865 saylı bağın onun istifadəsinə verilməsi üçün ayrılması qərara alınmışdır. Həmin sərəncama əsasən ona Bakı şəhər X19 və X32 bağlar sahəsindəki 59 saylı Kooperativ tərəfindən 108 saylı order verilmişdir. Sabunçu rayonu Cavabdeh xx.xx.2003-cü il tarixli 51 saylı qərarı ilə X27, xx.xx.2003-cü il tarixli 52 saylı qərarı ilə X28, xx.xx.2003-cü il tarixli 53 saylı qərarı ilə X15, xx.xx.2003-cü il tarixli 54 saylı qərarı ilə X29, xx.xx.2003-cü il tarixli 55 saylı qərarı ilə X22, xx.xx.2003-cü il tarixli 56 saylı qərarı ilə X18, xx.xx.2003-cü il tarixli 57 saylı qərarı ilə X16, xx.xx.2003-cü il tarixli 58 saylı qərarı ilə X17, xx.xx.2003-cü il tarixli 61 saylı qərarı ilə X23, xx.xx.2003-cü il tarixli 62 saylı qərarı ilə X24, xx.xx.2003-cü il tarixli 63 saylı qərarı ilə X30, xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə X20, xx.xx.2003-cü il tarixli 65 saylı qərarı ilə X25 fərdi bağçılıq və bağ evi tikintisi üçün ayrılmışdır (cəmi 2,0 ha). Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli.378 saylı sərəncamı ilə onun istifadəsinə verilmiş Bilgəh bağlar sahəsində 59 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1865 saylı bağ sahəsi də Cavabdeh tərəfindən Bilgəh sakinlərərinə satılmış torpaq sahələri arasındadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli **********84 saylı cavabından görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-9306H nömrəli şəhadətnamə əsasında **********14 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından müraciətdə qeyd edilən məsələyə münasibət bildirmək mümkün deyildir. Məhkəmə-tikinti-texniki ekspertizasının 24 iyun 2021-ci il tarixli 0/2901 saylı rəyinə əsasən 1865 saylı bağ sahəsi **********43-10301 reyestr nömrəsi, sxematik xəritə ilə 1865 saylı bağ sahəsinin həqiqi ərazisi də **********14 reyestr nömrəsi ilə “X48 İstets Limited” MMC-nin adına qeydiyyatdan keçmişdir. Onun istifadəsinə Baki şəhəri İcra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli 378 saylı sərəncamı ilə verilmiş Bilgəh bağlar sahəsində 59 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1865 saylı bağ sahəsinin Cavabdeh tərəfindən Bilgəh sakinlərinə satılması barədə xx.xx.2003-cü il tarixli 51 saylı qərarı ləğv edilməlidir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli 378 saylı sərəncamı ilə onun istifadəsinə verilmiş Bilgəh bağlar sahəsində 59 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1865 saylı bağ sahəsinin Cavabdeh tərəfindən Bilgəh sakinlərinə satılması barədə qərarlar qanunsuzdur. Sonradan iddiaçının nümayəndəsi və vəkili “Elektron Məhkəmə” sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, torpaq sahəsinin üçüncü şəxs X27 ayrılmasına dair Cavabdeh xx.xx.2003-cü il tarixli, 51 saylı qərarının, həmin qərar əsasında verilmiş JN-8071 saylı şəhadətnamənin eləcə də Bakı şəhər 17 saylı DNK-da bağlanmış xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında X31 adına verilmiş JN-8452 saylı şəhadətnamənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən üçüncü şəxs X27 torpaq sahəsinin ayrılmasına dair Cavabdeh xx.xx.2003-cü il tarixli, 51 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılması xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3449/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli 378 saylı sərəncamı ilə Bilgəh bağlar sahəsində 59 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1865 saylı bağ İddiaçı istifadəsinə verilmiş, həmin sərəncama əsasən ona Bakı şəhər X19 və X32 bağlar sahəsindəki 59 saylı Kooperativ tərəfindən 108 saylı order verilmişdir. Daha sonra Sabunçu rayonu Cavabdeh xx.xx.2003-cü il tarixli 51 saylı qərarı ilə X27 fərdi bağçılıq və bağ evi tikintisi üçün ayrılmışdır. İddiaçı hazırda üçüncü şəxs X27 torpaq sahəsinin ayrılmasına dair Cavabdeh xx.xx.2003-cü il tarixli, 51 saylı qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı iddianın mümkünsüz hesab etsə də, iddiaçının mübahisələndirilən Sabunçu rayonu Cavabdeh xx.xx.2003-cü il tarixli 51 saylı qərarından hansı tarixdə məlumatla olması və qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməsi müəyyən edilmir. Belə ki, iddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnün təsdiq edilməsinə dair çıxarışın verilməsi” tələbi ilə əlaqədar iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, yalnız bu məhkəmə icraatı gedişində mübahisəli bağa dair Sabunçu rayonu Cavabdeh xx.xx.2003-cü il tarixli 51 saylı qərarının mövcudluğundan xəbərdar olmuşdur. Göründüyü kimi iş materialları ilə göstərilən məhkəmə icraatından əvvəlki dövrə iddiaçının mübahisələndirilən inzibati aktdan məlumatlı olmasına dair iş materiallarında hər hansı sübut mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin “müddətin ötürülməsi” əsası ilə mümkünsüz sayılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ da mövcuddur. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən də görünür ki, İddiaçı 59 saylı kooperativin nəzdində 108 orderlə ayrılmış 1865 saylı bağ torpaq sahəsi JN-8452 saylı şəhadətnamə ilə X26 adına rəsmiləşdirilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi hazırda mübahisələndirilən inzibati akt iddiaçının qanunvericiliklə qorunan hüquqlarına toxunur.. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mümkün iddiadır və işin birinci instansiya icraatı zamanı işə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3449/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3449/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Cavabdehnə qarşı (üçüncü şəxs X33) qarşı “üçüncü şəxs X27 torpaq sahəsinin ayrılmasına dair Cavabdeh xx.xx.2003-cü il tarixli, 51 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar