Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-33/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1954-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmuş) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı Xidmət Nümayəndəliyinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2-1(81)-3291/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 23 iyul 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə (bundan sonra DSMF-nin Qaradağ rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 05.02.1976-cı ildən 01.02.1980-ci ilə qədər «X6» Kombinatında sürücü, 25.03.1980-ci ildən 06.06.1983-cü ilə qədər X5 Culfa Dəmir yolu işıq İdarəsində sürücü, 01.07.1983-cü ildən 20.06.1984-cü ilə qədər Azərbaycan SSR Geologiya İdarəsinin Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Binə-Hövsan partiyasında sürücü, 21.04.1989-cu ildən 01.03.1991-ci ilə qədər «X6» Kombinatında, 18.03.1991-ci ildən 25.03.1993-cü ilə qədər «Azərkonsert» Dövlət Qastrolkonsert Birliyində sürücü vəzifəsində işlədiyi dövrü sosial sığorta stajına hesablanmaqla 05.05.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, xx.xx.1954-cü ildə doğulmuşdur. 05.02.1976-cı ildən 01.02.1980-ci ilə qədər «X6» Kombinatında sürücü, 25.03.1980-ci ildən 06.06.1983-cü ilə qədər X5 Culfa Dəmir yolu İşıq İdarəsində sürücü, 01.07.1983-cü ildən 20.06.1984-cü ilə qədər Azərbaycan SSR Geologiya İdarəsinin Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Binə-Hövsan partiyasında sürücü, 21.04.1989-cu ildən 01.03.1991-ci ilə qədər «X6» Kombinatında, 18.03.1991-ci ildən 25.03.1993-cü ilə qədər «Azərkonsert» Dövlət Qastrol-konsert Birliyində sürücü vəzifəsində məşğul olmuşdur. O, yaşa görə pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, həmin müraciət təmin olunmamışdır. İş materiallarında əmək kitabçasının surəti mövcud deyil. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2-1(81)- 3291/2019 saylı qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmişdir. 10.09.2019-cu il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2-1(81)-3291/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. (Qanunun bu maddəsi 01.07.2017-ci il tarixdən qüvvədən düşmüşdür). İddiaçı təqdim etdiyi arxiv arayışları üzrə sığorta stajı 12 il təşkil edir. Lakin, İddiaçı 1976- 1980 və 1989-1991-ci illərdə “X6 kombinatında” işlədiyi dövrün stajını “X6 kombinatı” fəaliyyət göstərmədiyi üçün mümkün olmamış və İddiaçı 05.05.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməmişdir.İddiaçının fərdi hesabının sığorta hissəsində 2519.82 manat pensiya kapitalı olduğu üçün ona 01.01.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada 139.28 manat məbləğində pensiya təyin edilmiş, 01.03.2019cu il tarixdən bu məbləğ 160.0 manata çatdırılmışdır. Məhkəmə kollegiyası iclası 22 oktyabr 2019-cu il tarixə təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş AZ-İİ № 057262 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə İddiaçı 01 sentyabr 2019-cu ildə ağciyərürək çatmamazlığının digər dəqiqləşdirilmiş formalarından vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 11-ci ayının 26-cı günündə 1984 № ilə qeyd edilmişdir. 3 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi, verildiyi tarix 26.11.2019, qeydiyyat orqanın vəzifəli şəxsi Şəfəq Salmanlı tərəfindən imzalanmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2482/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat İddiaçı hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi Publik Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi. Vəfat etmiş İddiaçı qızı X2 ( 08.03.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəh., Səbail ray., Badamdar qəs. ünvanında qeydiyyatdadır) məhkəmə kollegiyası iclasında iştirak etsə də, o, iddiaçının hüquq varisi olmasını müəyyən edən notarial qaydada təsdiq olunmuş şəhadətnaməni məhkəməyə təqdim etməmişdir, eyni zamanda iddiaçının qızının hazırda pensiya almaq hüququ yaranmadığından məhkəmə tərəfindən iddiaçının hüquq varisi kimi qəbul olunmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 254.1.1 və 256.0.1-ci maddələrinə müvafiq olaraq işdə tərəf olan şəxs öldükdə, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, hakim iş üzrə icraatı şəxsin hüquq varisi müəyyən edilənə qədər dayandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı 01 sentyabr 2019-cu ildə ağciyər-ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formalarından vəfat etmiş, hazırkı iddia tələbi hüquq varisliyinə yol verildiyindən, məhkəmə tərəfindən 10 dekabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müddət ərzində iddiaçının hüquq varisi müəyyən edilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-in 1.2, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2-1(81)- 3291/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı Xidmət Nümayəndəliyinə qarşı “ona 05.02.1976-cı ildən 01.02.1980-ci ilə qədər «X6» Kombinatında sürücü, 25.03.1980-ci ildən 06.06.1983-cü ilə qədər X5 Culfa Dəmir yolu İşıq İdarəsində sürücü, 01.07.1983-cü ildən 20.06.1984-cü ilə qədər Azərbaycan SSR Geologiya İdarəsinin Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Binə-Hövsan partiyasında sürücü, 21.04.1989-cu ildən 01.03.1991-ci ilə qədər «X6» Kombinatında, 18.03.1991-ci ildən 25.03.1993-cü ilə qədər «Azərkonsert» Dövlət Qastrol-konsert Birliyində sürücü vəzifəsində işlədiyi dövrü sosial sığorta stajına hesablanmaqla 05.05.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması” barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi, 14, 1193cü məhəllə) inzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-33/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-33/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver