Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-33/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kənd bağ massivində (Ləhiş bağ massivində yerləşdiyi, 94A saylı bağ sahəsi olduğu bildirilən) yerləşən ümumi ərazisi 1,092 ha olan bağ torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə, yəni X1 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3593/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kənd bağ massivində (Ləhiş bağ massivində yerləşdiyi, 94A saylı bağ sahəsi olduğu bildirilən) yerləşən ümumi ərazisi 1,092 ha olan bağ torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə, yəni X1 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3593/2019 saylı, 14 noyabr 2019cu il tarixli qərarı ilə iddianın təmin olunması qərara alınmışdır. Həmin qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, iddia üzrə iddiaçı X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu fakt iş materiallarına əlavə olnmuş AZ-İİ № 059477 saylı <Ölüm haqqında şəhadətnamə> ilə təsdiq olunur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1040/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat İddiaçı hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən iddiaçının hüquqi varisinin müəyyən olunması ilə əlaqədar müvafiq orqanlara sorğular göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı notariat ofisinin 437 nömrəli, 23 iyun 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019cu il tarixdə vəfat etmiş İddiaçı miras qalmış əmlaka dair Bakı şəhəri 17 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 16 saylı notariat ofisinin 824 nömrəli, 24 iyun 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019cu il tarixdə vəfat etmiş İddiaçı vərəsələri 16 saylı notariat ofisinə müraciət etməmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı notariat ofisinin 132/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş İddiaçı miras qalmış əmlaka dair Bakı şəhəri 4 saylı notariat ofisində vərəsəlik işi açılmamış və vərəsələr barədə heç bir məlumat yoxdur. Həmçinin Bakı şəhərində qeydiyyatda olan miras qoyanın vərəsələri Bakı şəhərinin istənilən rayonunda yerləşən notariat ofisinə müraciət edərək vərəsəlik işinin açılmasını və vərəsəlik şəhadətnaməsinin verilməsini tələb edə bilərlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05/4697-11 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən İddiaçı adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin 1434 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş İddiaçı adına 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı notariat ofisinin 340 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş İddiaçı qalmış miras əmlaklara dair notariat ofisində vərəsəlik işi açılmamışdır və vərəsəlik işinin açılması ilə bağlı hər hansı bir vərəsəsi tərəfindən notariat ofisinə müraciət olunmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı tərəfindən notariat ofisində xx.xx.2019-cu il tarixdə “Vəsiyyətnamə” rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 16 saylı notariat ofisinin 306 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vəfat etmiş İddiaçı sonra qalmış vərəsəliyin qəbulu ilə bağlı Bakı şəhəri 16 saylı notariat ofisinə heç bir vərəsə müraciət etməmişdir və vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 16 saylı notariat ofisinin 306 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vəfat etmiş İddiaçı sonra qalmış vərəsəliyin qəbulu ilə bağlı Bakı şəhəri 16 saylı notariat ofisinə heç bir vərəsə müraciət etməmişdir və vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin 554 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı hüquqi varisinin müəyyən edilməsinə dair müraciət olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05/2161-11 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına vərəsəlik işi aşkar edilməmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron xidmətlər” portalından da əldə edilən məlumatdan görünür ki, daxil edilən məlumata uyğun vərəsəlik işi aşkar edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 33/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçının hüquqi varisi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. İş materiallarına əlavə olnmuş AZ-İİ № 059477 saylı <Ölüm haqqında şəhadətnamə>dən görünür ki, iddiaçı X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İşdən görünür ki, iddiaçının iddia tələbi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yönəlmiş və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kənd bağ massivində (Ləhiş bağ massivində yerləşdiyi, 94A saylı bağ sahəsi olduğu bildirilən) yerləşən ümumi ərazisi 1,092 ha olan bağ torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə, yəni X1 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarət olmuşdur. İş üzrə iddiacı İddiaçı vərəsələri ilə bağlı müvafiq qurumlara sorğuların verilməsinə baxmayaraq onların dairəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İş üzrə müəyyən edilir ki, 1-ci instansiya məhkəməsinn xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilsə də, həmin qərar qanuni qüvvəsini almadan iddiaçı ölmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı vəfat etdiyindən inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən MPM-nin 261.0.7-ci, 262-ci, İPM-in 90 və 94.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kənd bağ massivində (Ləhiş bağ massivində yerləşdiyi, 94A saylı bağ sahəsi olduğu bildirilən) yerləşən ümumi ərazisi 1,092 ha olan bağ torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə, yəni X1 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-33/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-33/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver