Məhkəmə qərarları › İş №2-1(103)-33/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-33/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-33/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-393/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 - 31 yanvar 2023-cü il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh X5 üzrə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********157496 №li qərara əsasən İddiaçı MMC-də həyata keçirdiyi səyyar vergi yoxlaması ilə əlaqədar həmin fakt üzrə məhkəmə mübahisəsi həll edilənədək cavabdeh tərəfindən müəyyən (əlverişsiz) hərəkətlərin edilməməsi və ya dayandırılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli **********1574496 nömrəli qərara əsasən İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbəti səyyar vergi yoxlaması həyata keçirilməsi qərara alınmışdır. Həmin qərara uyğun olaraq xx.xx.2018-ci il tarixində “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” akt tərtib olunmuş və xx.xx.2018-ci il tarixli, **********161452 saylı qərar qəbul edilərək, sənədlərin yoxlamaya təqdim edilməsi qərara alınmışdır. Lakin tələb olunan sənədlər daha əvvəl yoxlayıcılara təqdim edilmiş olduğundan və həmin sənədlər İddiaçı MMC-də qalmadığına görə təqdim etmək mümkün olmamışdır. Bundan sonra X5 üzrə Baş İdarəsi İddiaçı MMC-yə qarşı “sənədlərin götürülməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia tələbinə xx.xx.2019-cu il tarixində baxılaraq, iddia təmin edilmişdir. Cavabdeh olaraq qeyd olunan qətnamə ilə razılaşmadıqları üçün xx.xx.2019-cu il tarixində həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Lakin hazırki iş üzrə cavabdeh X5 üzrə Baş İdarəsi işin nəticəsini gözləmədən, yəni həmin iş üzrə məhkəmə mübahisəsi başa çatmamış, qeyd olunan faktla bağlı “səyyar vergi yoxlaması” ilə əlaqədar hərəkətini davam etdirmişdir. Səyyar vergi yoxlamasının dayandırılması barədə xx.xx.2019-cu il tarixli **********183202 nömrəli, xx.xx.2019-cu il tarixli **********185956 nömrəli qərarların olmasına baxmayaraq, ekspertiza təyin edilmiş və xx.xx.2019-cu tarixində ekspert rəyi verilmişdir. Həmin fakt üzrə məhkəmə mübahisəsi davam etdiyi bir halda cavabdehin “səyyar vergi yoxlaması” ilə bağlı ekspert rəyini almasının və digər hərəkətlərinin qanunsuz olduğunu və həmin hərəkətlərin məhkəmə mübahisəsi həll edilənədək dayandırılmalı olduğunu hesab etmişlər. İş məhkəmənin icraatında olduğu müddətdə X5 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində İddiaçı MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193623 saylı qərar çıxarılmışdır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən orta aylıq dövriyyə 108.840,0 manat və 1 kv.metr üzrə aylıq icarə haqqı 4,94 manat göstərildiyi üçün (real bazar qiymətindən aşağı olduğu üçün) Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən icarə haqları üzrə bazar qiymətlərinin müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilməsinə zərurət yaranmışdır. Ona görə də yoxlama zamanı vergi ödəyicisi tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın icarə haqqının real bazar qiymətlərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə yoxlamaya ekspert cəlb edilmiş və ekspertiza təyin edilməsinə dair qərar qəbul edilmişdir. Aparılmış ekspertiza nəticəsində tərtib edilmiş 2019-cu il 02 oktyabr tarixli ekspert rəyinə əsasən cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə aparılmış dislokasiya işlərinə əsasən 170 sayda mağaza tipli obyektin icarəyə verildiyi müəyyən edilmiş və həmin icarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqının real bazar qiymətləri hər bir obyekt üzrə ekspert rəyinə əsasən müəyyən olunmuşdur. Cəmiyyət tərəfindən icarəyə verilmiş qeyri-yaşayış sahələrinin icarə haqlarının real bazar qiymətlərinin 2017-ci il 01 yanvar tarixdən 2018-ci il 30 iyun tarixədək ekspert rəyinə əsasən hər kv.m üçün 1-ci sırada yerləşən obyektlər 15,0 manat (4546, 0 kv.m), 1-ci sıranın üstündə yerləşən obyektlər üçün 14,0 manat (1764,0 kv.m), 2-ci sırada yerləşən 15,0 manat (4751,0 kv.m), 3-cü sırada yerləşən obyektlər üçün 14 manat (1644,0 kv.m), arxa hissədə yerləşən obyektlər üçün 7,0 manat (1482,0 kv.m) yan hissədə yerləşən obyektlər üçün 7,0 manat (7442,0) və giriş ön hissədə yerləşən obyektlər üçün isə 10,0 manat (410,0 kv.m) olduğu müəyyən edilmişdir. Yoxlanılan dövr üzrə cəmiyyətin aylıq dövriyyəsi ekspertin verdiyi rəyə əsasən hesablanaraq ƏDV ilə birgə 253.735,0 manat olduğu müəyyən edilmişdir. Yoxlanılan dövrdə 2017-ci il üzrə cəmiyyətin dövriyyəsinin 2.580.355,92 manat olmalı olduğu halda iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində 1.268.789,75 manat göstərilməklə 1.311.566,17 manat mənfəət dövriyyəsinin azaldıldığı müəyyən olunmuşdur. Yoxlamanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə ümumilikdə 694.625,51 manat xərclərin artıq göstərildiyi müəyyən olunmuşdur. Beləliklə, vergi ödəyicisi tərəfindən 2017-ci il mənfəət vergisi üzrə 2.006.191,68 manat vergiyə cəlb olunan mənfəətin azaldıldığı müəyyən olunaraq Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 401.238,34 manat əlavə mənfəət vergisi hesablanmışdır. Əlavə dəyər vergisi üzrə 397.844,13 manat kənarlaşma aşkar edilmişdir. Vergi ödəyicisinə əlavə dəyər vergisi bəyannaməsində göstərilən məbləğin göstərilməli olan məbləğə nisbətən 397.844,13 manat azaldılmasına görə 198.922,07 manat maliyyə sanksiyası, mənfəət vergisi bəyannaməsində göstərilən məbləğin göstərilməli olan məbləğə nisbətən 401.238,34 manat azaldılmasına görə 200.619,17 manat maliyyə sanksiyası, ümumilikdə 1.198.623,71 manat əlavə hesablama aparılmışdır. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi orqanı tərəfindən 2019-cu il 20 noyabr tarixli, **********193623 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılaraq vergi ödəyicisinə 799.082,47 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 399.541,24 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Sonradan İddiaçı MMC məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********193623 nömrəli, xx.xx.2019-cu il tarixli qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-393/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, vergi orqanı tərəfindən hüquqi şəxs İddiaçı MMC-də xx.xx.2018-ci il tarixli **********157496 nömrəli qərara əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2019-cu il tarixli **********160166 nömrəli aktla rəsmiləşdirilmişdir. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" xx.xx.2018-ci il tarixli **********157575 nömrəli Tələbnamə poçt vasitəsi ilə vergi ödəyicisinin hüquqi ünvanına göndərilmiş, lakin vergi ödəyicisi xx.xx.2018-ci il tarixdə tələbnaməni qəbul etməkdən imtina etmişdir. Qeyd olunmuş tələbnamə xx.xx.2018-ci il tarixdə vergi ödəyicisinin vergi orqanındakı elektron ünvanına göndərilmişdir. Tələbnamə ilə müəyyən olunmuş sənədlərin təqdim olunması müddəti bitdikdən sonra vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya təqdim edilmədiyi üçün xx.xx.2018-ci il tarixli "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina olunması haqqında" Akt tərtib olunaraq tanış olması və imzalanması üçün vergi ödəyicisinə təqdim edilmiş, lakin vergi ödəyicisi aktı imzalamaqdan imtina etmişdir. Tərtib olunmuş akt imzalanmaqdan imtina olunduğu üçün xx.xx.2018-ci il tarixdə poçt vasitəsi ilə vergi ödəyicisinin hüquqi ünvanına göndərilmiş, lakin vergi ödəyicisi aktı qəbul etməkdən imtina etmişdir. Yoxlama aparılan zaman vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixli **********161452 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərar çıxarılmış və vergi ödəyicisindən yoxlamanın aparılması üçün zəruri sənədlər tələb olunmuşdur. Qeyd olunmuş qərar vergi ödəyicisi tərəfindən imzalanmaqdan imtina olunduğu üçün xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. Vergi ödəyicisi qərarda qeyd olunmuş sənədləri yoxlamaya təqdim etmədiyi üçün xx.xx.2018-ci il tarixli "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında" Akt tərtib olunaraq vergi ödəyicisinə təqdim edilmiş, lakin vergi ödəyicisi aktı imzalamaqdan imtina etmişdir. Tərtib olunmuş xx.xx.2018-ci il tarixli imtina aktları poçt vasitəsi ilə vergi ödəyicisinin hüquqi ünvanına göndərilmiş, lakin vergi ödəyicisi aktları qəbul etməkdən imtina etmişdir. xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinin etibarnamə əsasında nümayəndəsi Vəkil2 tərəfindən yuxarıda qeyd olunmuş xx.xx.2018-ci il tarixli tələbnamə və xx.xx.2018-ci il tarixli sənədlərin götürülməsi qərarı imzalanaraq sənədlərin yoxlamaya təqdim olunacağı bildirilmiş, lakin yoxlamaya ancaq kredit müqavilələri təqdim olunmuşdur. Təqdim olunmuş kredit müqavilələrinin təsdiq olunmuş surətləri xx.xx.2019-cu il tarixli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Protokolla rəsmiləşdirilərək götürülmüşdür. Lakin kredit müqavilələrindən başqa hər hansı bir sənəd yoxlamaya təqdim edilmədiyi üçün xx.xx.2019-cu il tarixli "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən imtina edilməsi haqqında" Akt tərtib olunmuşdur. Tərtib olunmuş akt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi Vəkil2 tərəfindən "Bildirirəm ki, xx.xx.2018-ci il tarixli qərar üzrə tələb edilən sənədlər bundan öncəki yoxlayıcılara təqdim edilmiş olduğundan bizdə qalmayıb, xahiş edirəm nəzərə alın" kimi qeyd aparılaraq imzalanmış, lakin sənədlərin əvvəlki yoxlayıcılara təqdim olunması barədə heç bir rəsmi sənəd təqdim edə bilməmişdir. Yoxlama aparılan zaman vergi ödəyicisi yoxlamaya ancaq kredit müqavilələrinin nüsxələrini təqdim edərək vergi orqanının baza məlumatlarında olan sənədlərdən başqa heç bir sənədlərinin olmadığını, heç bir sənəd təqdim edə bilməyəcəyini bildirmişdir. Cəmiyyət mülkiyyətində olan daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlirləri əlavə dəyər vergisi və mənfəət vergisi üzrə vergiyə cəlb etmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən orta aylıq dövriyyə 108840,0 manat və 1 kv.metr üzrə aylıq icarə haqqı 4,94 manat göstərildiyi üçün (real bazar qiymətindən aşağı olduğu üçün) Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsəsən icarə haqları üzrə bazar qiymətlərinin müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilməsinə zərurət yaranmışdır. Ona görə də yoxlama zamanı vergi ödəyicisi tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın icarə haqqının real bazar qiymətlərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə yoxlamaya Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmiş və xx.xx.2019-cu il tarixli **********174946 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərar çıxarılmışdır. Aparılmış ekspertiza nəticəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə aparılmış dislokasiya işlərinə əsasən 170 sayda mağaza tipli obyektin icarəyə verildiyi müəyyən edilmiş və həmin icarəyə verilmiş obyektlərin ümumi sahəsi 22039 kv.metr təşkil etmişdir. Cəmiyyət tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək icarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqının real bazar qiymətləri hər bir obyekt üzrə ekspert rəyinə əsasən müəyyən olunmuşdur. Ekspert rəyinə əsasən yoxlanılan dövr üzrə cəmiyyətin dövriyyəsinin (icarə haqqı üzrə müəyyən edilmiş dövriyyə) 4567230,0 manat təşkil etdiyi müəyyən olunmuş, lakin cəmiyyət tərəfindən 1959140,93 manat dövriyyə göstərilmiş və nəticədə 2608089,07 manat (4567***-*******,93) dövriyyə kənarlaşması (icarə haqqı üzrə) aşkar edilmişdir. Cəmiyyət tərəfindən icarəyə verilmiş qeyri-yaşayış sahələrinin icarə haqlarının real bazar qiymətlərinin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ekspert rəyinə əsasən hər kvadrat metr üçün 1-ci sırada yerləşən obyektlər üçün 15,0 manat (4546,0 kvm), 1-ci sıranın üstündə yerləşən obyektlər üçün 14,0 manat (1764,0 kvm), 2-ci sırada yerləşən obyektlər üçün 15,0 manat (4751,0 kvm), 3-cü sırada yerləşən obyektlər üçün 14 manat (1644,0 kvm), arxa hissədə yerləşən obyektlər üçün 7,0 manat (1482,0 kvm), yan hissədə yerləşən obyektlər üçün 7,0 manat (7442,0 kvm) və girişdə ön hissədə yerləşən obyektlər üçün isə 10,0 manat (410,0 kvm) olduğu müəyyən olunmuşdur. Yoxlanılan dövr üzrə cəmiyyətin aylıq dövriyyəsi ekspertin verdiyi rəyə əsasən hesablanaraq ƏDV ilə birgə 253735,0 manat (15,0 * 4546,0 kv.m + 14,0 * 1764,0 kv.m + 15,0 * 4751,0 kv.m + 14,0 * 1644,0 kv.m + 7,0 * 1482,0 kv.m + 7,0 * 7442,0 kv.m + 10,0 * 410,0 kv.m) olduğu müəyyən olunmuşdur. "Ekspertizanın təyin edilməsi haqqında" qərar vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Daha sonra "Ekspertizanın təyin edilməsi haqqında" qərar İddiaçı MMC-nin nümayəndəsinə təqdim edilmiş, sonuncu tərəfindən qərarla tanış olunub bu barədə müvafiq qeydlər edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən uyğun olaraq "Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə" xx.xx.2019-cu il tarixli Protokol tərtib edilmiş, qeyd edilən protokolla Vergi Məcəlləsinin 44.7-ci maddəsi ilə vergi ödəyicisinin hüquqları izah edilmişdir. Lakin iddiaçı hər hansı səbəb göstərmədən qeyd edilən protokolu imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Bununla belə "Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə" xx.xx.2019-cu il tarixli Protokol vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən yoxlama zamanı Vergi Məcəlləsinin tələblərinə tam əməl edilmişdir. İddiaçı MMC-nin istər səyyar vergi yoxlaması zamanı, istərsə də yoxlamadan sonra “Ekspertizanın təyin edilməsi haqqında" qərarla əlaqədar hər hansı müraciəti olmamışdır. Beləliklə, vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdaki kimi olmuşdur: Mənfəət vergisi üzrə: Yoxlanılan dövrdə 2017-ci il üzrə cəmiyyətin dövriyyəsinin 2580355,92 manat (253735,0 manat/1,18)x 12ay) olmalı olduğu halda iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində 1268789,75 manat göstərilməklə 1311566,17 manat mənfəət dövriyyəsinin azaldıldığı müəyyən olunmuşdur. Vergi ödəyicisinin nümayəndəsi Vəkil2 tərəfindən yoxlamaya yalnız kredit müqavilələri təqdim olunmuşdur. Nümayəndə Vəkil2 tərəfindən digər sənədlərin "AVİS" uçot baza məlumatlarında olduğu və əvvəlki yoxlayıcılara təqdim olunduğu üçün onlarda qalmadığını, başqa hər hansı sənədlərinin olmadığını aktda və protokolda qeyd edərək imzalamışdır. Lakin qeyd olunan sənədlərin əvvəlki yoxlayıcılara təqdim olunması barədə heç bir rəsmi sənəd təqdim edə bilməmişdir. Beləliklə, təqdim olunmuş mənfəət vergisinin xərc maddələri "AVİS" elektron baza məlumatları əsasında araşdırılarkən əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə xərclərin 34698,45 manat olmalı olduğu halda 34437,63 manat; sosial sığorta haqlarının 7633,66 manat göstərilməli olduğu halda 7576,28 manat; enerji xərclərinin 98654,57 manat göstərilməli olduğu halda 115156,37 manat; su və kanalizasiya xərclərinin 1559,36 manat göstərilməli olduğu halda 1840,0 manat; rabitə xərclərinin 22,60 manat göstərilməli olduğu halda 530,50 manat; bank xidmətləri üzrə xərclərin 233388,24 manat göstərilməli olduğu halda 908441,57 manat; sair xərclərin 0,0 manat göstərilməli olduğu halda 2400,0 manat və digər xərclərin 55,08 manat göstərilməli olduğu halda 255,12 manat göstərildiyi müəyyən olunmuşdur. Qeyd olunmuş xərc maddələri üzrə cəmi xərclərin 376011,96 manat göstərilməli olduğu halda 1070637,47 manat göstərilməsi nəticəsində 694625,51 manat (1070637,47 - 376011,96) xərclərin artıq hesablandığı müəyyən olundu. Yoxlamanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə ümumilikdə 694625,51 manat xərclərin artıq göstərildiyi və eyni zamanda 1311566,17 manat mənfəət dövriyyəsinin bəyannamədə göstərilmədən azaldıldığı müəyyən olunmuşdur. Beləliklə vergi ödəyicisi tərəfindən 2017-ci il mənfəət vergisi üzrə 2006191,68 manat (694625,51 manat + 1311566,17 manat) vergiyə cəlb olunan mənfəətin azaldıldığı müəyyən olunaraq Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 401238,34 manat əlavə mənfəət vergisi hesablanmışdır. Əlavə dəyər vergisi üzrə: ƏDV üzrə: (15,0 * 4546,0 kv.m+14,0 * 1764,0 kv.m + 15,0 * 4751,0 kv.m + 14,0 * 1644,0 kv.m + 7,0 * 1482,0 kv.m + 7,0 * 7442,0 kv.m + 10,0 * 410,0 kv.m) = 253735,00 (daşınmaz əmlakın icarəsindən yaranan aylıq gəlir) x 18 (yoxlanılan ay sayı) = 4567230,00 (ƏDV ilə birgə dövriyyə) / 1,18 = 3870533,90 (ƏDV-siz dövriyyə) - 1660288,94 (cəmiyyətin dövr üzrə göstərdiyi ƏDV dövriyyəsi ƏDV-siz) = 2210244,96 (yaranan fərq) x 18% = 397844,13 (ƏDV üzrə yaranan əlavə vəsait) Nəticədə əlavə dəyər vergisi üzrə 397844,13 manat kənarlaşma aşkar edilmişdir. Beləliklə, vergi ödəyicisinə əlavə dəyər vergisi bəyannaməsində göstərilən məbləğin göstərilməli olan məbləğə nisbətən 397 844,13 manat azaldılmasına görə 198 922,07 manat maliyyə sanksiyası, mənfəət vergisi bəyannaməsində göstərilən məbləğin göstərilməli olan məbləğə nisbətən 401 238,34 manat azaldılmasına görə 200 619,17 manat maliyyə sanksiyası, ümumilikdə 1198 623,71 manat əlavə hesablama aparılmışdır. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi orqanı tərəfindən xx.xx.2019cu il tarixli **********193623 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılaraq vergi ödəyicisinə 799082,47 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 399541,24 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq məhkəmə işə baxarkən iddia tələbini birtərəfli və qərəzli formada araşdırmış, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. Məhkəmə yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2784 nömrəli ekspert rəyinə istinad etməklə qərar qəbul etmişdir. Halbuki, qeyd edilən ekspert rəyi tam əsassız olmaqla tərtib edilmiş və bu barədə cavabdeh vergi orqanı məhkəmə qarşısında vəsatətlə çıxış edərək ekspert rəyinin iş üzrə mötəbər sübut kimi qiymətləndirilməməsini xahiş etmişdir. Ekspert qarşısında qoyulmuş məsələlər üzrə hər hansı araşdırma və tədqiqat aparılmamış, qoyulmuş suala verilmiş cavablar və həmin cavabların hansı sənədlərə istinad edilərək verilməsi əsaslandırılmamış və nəticədə formal rəy tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 477/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1168/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-477/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhəri X5 Departamentinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********157496 №li xx.xx.2018-ci il tarixli qərarı ilə 1) İddiaçı MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi: Yoxlama ilə əhatə olunan vergi dövrü: Yanvar 2017-İyun 2018; 2) yoxlamanın keçirilməsinin Bakı şəhəri X5 Departamentinin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X3 tapşırılması; 3) yoxlamanın müddətinin 30 (otuz) iş günü müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********160166 №li Səyyar vergi yoxlaması aktından görünür ki, Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Səyyar vergi yoxlaması idarəsinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli **********157496 saylı qərara əsasən İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, müəssisə yoxlama dövründə faktiki olaraq ünvan 1 ünvanında yerləşən İddiaçı tikinti materialları bazarında şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı xx.xx.2019-cu il tarixli **********181934 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” Qərar çıxarılaraq, xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinə məxsus ünvan 2 ünvanında yerləşən tikinti materialları bazarına baxış keçirilmişdir. Baxış keçirilən zaman tikinti materialları bazarında 190 sayda obyekti olduğu, onların ümumi sahələrinin 26.123 kvadrat metr olduğu müəyyən olunmuş, o cümlədən 18 obyekt üzrə ümumilikdə 2.886 kvadrat metr sahənin boş olduğu, 2 sayda obyekt üzrə isə ümumilikdə 1.198 kv. metr obyekt sahəsinin yeni tikili olduğu müəyyən olunaraq, xx.xx.2019cu il tarixli **********183200 saylı protokolla rəsmiləşdirilmişdir. Nəticə olaraq yoxlama zamanı müəssisəyə məxsus İddiaçı ticarət mərkəzində yoxlanılan dövr üzrə 170 sayda obyektin olması müəyyən edilmiş və həmin obyektlərin ümumi sahəsi 22.039,0 kv. metr təşkil etmişdir. Aktda həmçinin qeyd olunmuşdur ki, müəssisə yoxlama dövrü üzrə mənfəət vergisinin ödəyicisi olmuşdur. Müəssisə tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə gəlir məbləğinin 1268789,75 manat olduğunu nəzərə alaraq 1 kvadrat metr üzrə orta aylıq icarə haqqının ƏDV-siz 4,79 manat (1268789,75 manat / 22039,0 kvm/ 12 ay=4,79 manat) olması müəyyən edilmişdir. Müəssisə tərəfindən icarəyə verilmiş qeyri-yaşayış sahələrinin icarə haqqlarının real bazar qiymətlərinin xx.xx.2017-ci tarixdən xx.xx.2018-ci il tarixədək ekspert rəyinə əsasən hər kvadrat metr üçün 1-ci sırada yerləşən obyektlər üçün 15,0 manat (4546,0 kvm), 1-ci sıranın üstündə yerləşən obyektlər üçün 14,0 manat (1764,0 kvm), 2-ci sırada yerləşən obyektlər üçün 15,0 manat (4751,0 kvm), 3-cü sırada yerləşən obyektlər üçün 14 manat (1644,0 kvm), arxa hissədə yerləşən obyektlər üçün 7,0 manat (1482,0 kvm), yan hissədə yerləşən obyektlər üçün 7,0 manat (7442,0 kvm) və girişdə ön hissədə yerləşən obyektlər üçün isə 10,0 manat (410,0 kvm) olduğu müəyyən olunmuşdur. Yoxlanılan dövr üzrə müəssisənin aylıq dövriyəsi ekspertin verdiyi rəy qiymətləri əsas götürülərək hesblandıqda ƏDV-daxil 253735,0 manat (15,0 * 4546,0 kv.m+14,0 * 1764,0 kv.m+15,0 * 4751,0 kv.m +14,0 * 1644,0 kv.m+7,0 * 1482,0 kv.m+7,0 * 7442,0 kv.m +10,0 * 410,0 kv.m) olduğu müəyyən olundu. Belə ki, yoxlanılan dövrdə 2017-ci il üzrə müəssisənin mənfəət dövriyyəsinin 2580355,92 manat ((253735,0 manat / 1,18) x 12ay)) olmalı olduğu halda ödəyici tərəfindən mənfəət vergisi bəyannaməsində 1268789,75 manat göstərilməklə 1311566,17 manat mənfəət dövriyyəsinin azaldıldığı müəyyən olundu. Vergi ödəyicisinin nümayəndəsi tərəfindən yoxlamaya yalnız kredit müqavilələri təqdim olunmuşdur. Təqdim olunmuş kredit müqavilələrinin təsdiq olunmuş surətləri xx.xx.2019-cu il tarixli "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən imtina edilməsi haqqında" Aktla və xx.xx.2019cu il tarixli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Protokolla rəsmiləşdirilərək götürülmüşdür. Nümayəndə tərəfindən digər sənədlərin "AVİS" uçot baza məlumatlarında olduğunu və əvvəlki yoxlayıcılara təqdim olunduğu üçün onlarda qalmadığını, başqa hər hansı sənədlərinin olmadığını aktda və protokolda qeyd edərək imzalamışdır. Lakin qeyd olunan sənədlərin əvvəlki yoxlayıcılara təqdim olunması barədə heç bir rəsmi sənəd təqdim edə bilməmişdir. Beləliklə təqdim olunmuş mənfəət vergisinin xərc maddələri "AVİS" elektron baza məlumatları əsasında araşdırılarkən əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə xərclərin 34698,45 manat olmalı olduğu halda 34437,63 manat, Sosial sığorta haqlarının 7633,66 manat göstərilməli olduğu halda 7576,28 manat, Enerji xərclərinin 98654,57 manat göstərilməli olduğu halda 115156,37 manat, su və kanalizasiya xərclərinin 1559,36 manat göstərilməli olduğu halda 1840,0 manat, rabitə xərclərinin 22,60 manat göstərilməli olduğu halda 530,50 manat, bank xidmətləri üzrə xərclərin 233388,24 manat göstərilməli olduğu halda 908441,57 manat, sair xərclərin 0,0 manat göstərilməli olduğu halda 2400,0 manat və digər xərclərin 55,08 manat göstərilməli olduğu halda 255,12 manat göstərildiyi müəyyən olunmuşdur. Qeyd olunmuş xərc maddələri üzrə cəmi xərclərin 376011,96 manat göstərilməli olduğu halda 1070637,47 manat göstərilməsi nəticəsində 694625,51 manat (1070637,47 - 376011,96) xərclərin artıq hesablandığı müəyyən olundu. Yoxlamanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə ümumilikdə 694625,51 manat xərclərin artıq göstərildiyi və eyni zamanda 1311566,17 manat mənfəət dövriyyəsinin bəyannamədə göstərilmədən azaldıldığı müəyyən olundu. Beləliklə vergi ödəyicisi tərəfindən 2017-ci il mənfəət vergisi üzrə 2006191,68 manat (694625,51 + 131 1566,17) vergiyə cəlb olunan mənfəətin azaldıldığı müəyyən olunaraq Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 401238,34 manat əlavə mənfəət vergisi hesablanmışdır. İddiaçı MMC-yə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakların yoxlama ilə əhatə olunan dövr üzrə xx.xx.2017- xx.xx.2018-ci il tarixlərdə icarəyə verilmiş daşınmaz əmlakların icarə haqqının real bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün Bakı şəhəri X5 üzrə Baş İdarəsinin sifarişi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən İdarə tərəfindən qoyulmuş dövr üzrə icarəyə verilmiş daşınmaz əmlakın icarə haqqının real bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir: ünvan 1 (İddiaçı MMC-də) 1 kv.m üçün icarə haqqı 1-ci sıra 15 manat, 1-ci sıra üstü 2-ci mərtəbə 14 manat, 2-cı sıra 15 manat, 3-cü sıra 14 manat, arxa hissə 7 manat, yan hissə 7 manat, giriş ön hissə 10 manat. Qeyd olunan ekspertiza rəyinə əsaslanmaqla müəssisədə əlavə dəyər vergisi üzrə 397844,13 manat kənarlaşma aşkar edilmişdir. Yoxlamanın nəticəsi olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisi bəyannaməsində göstərilən məbləğin, göstərilməli olan məbləğə nisbətən 401.238,34 manat azaldılmasına görə 200.619,17 manat maliyyə sanksiyasının, əlavə dəyər vergisi bəyannaməsində göstərilən məbləğin, göstərilməli olan məbləğə nisbətən 397.844,13 manat azaldılmasına görə 198.922,07 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********193623 №-li qərarla cəmiyyət tərəfindən 2017-ci il üzrə 401.238,34 manat mənfəət vergisinin azaldıldığı müəyyən olunaraq, 401.238,34 manat əlavə mənfəət vergisinin hesablanması və 200.619,17 manat maliyyə sanksiyasının tətbiq olunması, 2017-ci il üzrə 236.081,79 manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən olunarq, 236.081,79 manat əlavə dəyər vergisinin hesablanması və 118.040,90 manat maliyyə sanksiyasının tətbiq olunması, 2018-ci il üzrə 161.762,34 manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən olunaraq, 161.762,34 manat əlavə dəyər vergisinin hesablanması və 80.881,17 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmış və İddiaçı MMC-yə 799.082,47 manat məbləğində əlavə vergi məbləği hesablanaraq, 399.541,24 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********193623 nömrəli, xx.xx.2019cu il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/2784 №li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən İddiaçı tikinti materialları bazarında icarəyə verilmiş mağaza tipli obyektlərin icarə müqavilələrinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə müəssisə tərəfindən ƏDV və mənfəət vergisi üzrə əlavə hesablama müəyyən edilmir. Qeyd olunan ekspertiza rəyində göstərilmişdir ki, iş materiallarında mövcud olan İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən İddiaçı tikinti materialları bazarında icarəyə verilmiş mağaza tipli obyektlərin icarə müqavilələrinə əsasən, 2017-ci ildə müəssisə üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi aşağıdakı kimi hesablanır: ümumi gəlir- 146.437,70 manat, cəmi xərclər – 286.841,54 manat, zərər 140.403,84 manat. Göstərilən məlumatlara əsasən müəssisə üzrə 2017-ci ilin yekunlarına görə 140,403,84 manat məbləğində zərərlə fəaliyyət göstərməsi müəyyən olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Vergi orqanının mübahisələndirilən qərarından da göründüyü kimi, yoxlama zamanı iddiaçı cəmiyyət tərəfindən 2017-ci il üzrə 401.238,34 manat mənfəət vergisinin azaldıldığı müəyyən olunaraq, 401.238,34 manat əlavə mənfəət vergisinin hesablanması və 200.619,17 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. Lakin məhkəmə araşdırması zamanı işin araşdırılan hallarından (ekspert rəyindən) müəyyən olunmuşdur ki, 2017-ci il üzrə müəssisənin ümumi gəliri 146.437,70 manat, cəmi xərcləri isə 286.841,54 manat təşkil etmişdir ki, bununla da iddiaçı müəssisə tərəfindən qeyd olunan dövrdə mənfəət vergisinin azaldıldığı sübuta yetirilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya mübahisələndirilən dövr üzrə hesablanmış ƏDV ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə görə bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında götərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin qanuni olması üçün bu inzibati hərəkətin vergi qanunvericiliyinin yuxarıda göstərilmiş tələblərinə riayət etməklə qəbul edilməsi, o cümlədən müqavilədə icarə məbləğinin aşağı olduğunu sübut edən sənədlərin göstərilməsi, habelə əmlakın xüsusiyyətlərinə uyğun gələn müqayisə elementləri izah edilməklə tətbiq olunan bazar qiymətinin Vergi Məcəlləsinin 49.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin müddəaları nəzərə alınmaqla əsaslandırılması tələb edilir. Yoxlanılan şəxs həmin inzibati hərəkətlə razılaşmadıqda, o cümlədən yeni ekspertizanın keçirilməsini tələb etməklə bazar qiymətinin düzgün hesablanmadığını və ya tətbiq edilmiş bazar qiyməti ilə razılaşaraq, ondan xüsusi və fərdi səbəblərdən kənara çıxdığını iddia etdikdə, öz mövqeyini əsaslandırmaqla Vergi Məcəlləsinin 62, 63 və “İnzibati icraat haqqında” Qanunun 72-ci maddəsinə müvafiq olaraq yuxarı vergi orqanına və ya məhkəməyə şikayət prosedurlarından istifadə edə bilər. Məhkəmə mübahisəsi çərçivəsində yoxlanılan şəxsin bu hüquqları vergi orqanını tətbiq edilmiş bazar qiymətinin düzgünlüyünü sübut etmək vəzifəsindən azad edə bilməz. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən özünə məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın icarəsi icarə müqavilələri əsasında müxtəlif dövrlərdə həyata keçirilmiş və qeyd olunan müqavilələrdə təqdim olunmuş əmlakın icarə haqqı öz əksini tapmışdır. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması zamanı adıçəkilən icarə müqavilələrində göstərilən icarə haqlarını deyil, “Azərekspertiza” Birliyinin mütəxəssisləri tərəfindən müəyyən olunmuş qiymətləri əsas götürməklə və Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə istinad etməklə icarəyə verilmiş daşınmaz əmlakın dəyəri kimi hesab edərək, cəmiyyət tərəfindən yuxarıda göstərilən vergilərin azaldılması nəticəsinə gəlsə də bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamış və məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşdən göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2018 tarixli **********157496 saylı qərarına əsasən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2018-ci ildə başlamış, xx.xx.2019-cu il tarixində başa çatdırılmış, xx.xx.2019-cu il tarixində isə **********160166 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Vergi Məcəlləsinə 01 yanvar 2022-ci il tarixində edilmiş dəyişikliklərə əsasən, səyyar vergi yoxlama müddəti üçün müəyyənləşdirilmiş 30 gün müddəti 30 iş günü ilə əvəz edilmişdir. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq xx.xx.2018-ci il tarixində başlamış səyyar vergi yoxlaması üçün 30 gün müddəti xx.xx.2018-ci il tarixində bitməsinə baxmayaraq, bu 30 gün müddəti ərzində səyyar vergi yoxlamasının müddəti nə dayandırılmış, nə də müddətin uzadılması barədə qərar qəbul edilmişdir. Belə ki, yoxlamanın tarixi xx.xx.2018-ci il tarixində başa çatdıqdan 13 gün sonra vergi orqanı müddətin müvəqqəti dayandırılması barədə xx.xx.2018-ci il tarixində **********163398 saylı qərar qəbul etmişdir. Yoxlamanın müddəti bitdikdən sonra qəbul edilmiş bu qərar tamamilə əsassız və qanunsuzdur. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması haqqında qərar çıxarır. Lakin vergi orqanı bu hərəkətlərdən heç birini etməmişdir. Cavabdeh vergi orqanı yoxlama müddəti bitdikdən 421 gün sonra, yəni xx.xx.2019-cu il tarixində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193623 saylı qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələbinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas olduğu qeyd edilmişdir. Ali Məhkəmənin işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardadında ekspert qarşısında qoyulmuş sualın özü “icarə haqlarının real bazar qiymətlərinin nəzərə alınması”ndan asılı edilmiş, lakin “bazar qiyməti” dedikdə, məhz hansı qaydada müəyyən edilmiş və ya müəyyən edilməli olan bazar qiymətini nəzərdə tutduğunu məhkəmə qərardadında göstərməmiş, bununla da, “bazar qiyməti”nin müəyyən edilməsini ekspertin öhdəsinə buraxmışdır. Cavabdeh də haqlı olaraq qeyd edir ki, məhkəmə-mühasibatlıq eksperti bazar qiymətini müəyyən etməkdə səlahiyyətli olmamışdır. Belə ki, bu səlahiyyət məhkəmə-əmtəəşünaslıq ekspertinin səlahiyyətinə aiddir. Cavabdeh təkrar ekspertizanın keçirilməsi barədə vəsatət versə də, həmin vəsatətə məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Eyni ilə, cavabdehin bununla bağlı apellyasiya şikayətindəki dəlilinə apellyasiya instansiyası məhkəməsi tərəfindən də hər hansı münasibət bildirilməmişdir. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2364/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/6534 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, “Eurohome" MMC tərəfindən özünə məxsus ünvan 1 ünvanında yerləşən İddiaçı tikinti materialları bazarında yerləşən ticarət sahəsi kimi fəaliyyət göstərən tikililərin ümumi sahəsi (icarəyə verilmiş mağaza tipli obyektlər) 23598.5 kv.metr təşkil edir. Qərardadda qoyulmuş İddiaçı tikinti materialları bazarında icarəyə verilmiş mağaza tipli obyektlərin icarə haqlarının real bazar qiymətləri nə qədər olmuşdur? sualı üzrə isə qeyd olunmuşdur ki, qoyulmuş sualın cavablandırılması məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-235/2022 nömrəli qərardadı ilə iş üzrə yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və bu dəfə ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-ti tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli QR-421/M saylı Qiymətləndirmə rəyindən müəyyən olunur ki, aparılan təhlil və hesablamalar nəticəsində İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən mağaza tipli obyektlərin xx.xx.2017-ci il xx.xx.2018-ci il tarixlərə icarə haqlarının real bazar dəyəri mağazaların yerləşmə mövqeyindən asılı olaraq 1 kv.m üçün 5 (beş), 6 (altı) manat, ortalama icarə haqları üzrə real bazarı dəyəri isə 5 manat 50 qəpik olduğu müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş internet reklam saitlərinə yerləşdirilmiş elanlardan görünür ki, 2022-ci ilin dekabr ayına olan məlumatlara əsasən Abşeron rayonu Ekologiya postu ilə üzbəüzdə yerləşən İddiaçı MMC-yə məxsus mağaza tipli obyektlərin icarə haqqı 1 kv.m üçün 4 (dörd) manat göstərilmişdir. Cavabdeh orqan tərəfindən İddiaçı MMC ilə mülkiyyətçilər arasında icarə münasibətlərinə bazar qiymətinin tətbiq edilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə müvafiq olaraq bazar qiymətinin tətbiq edilməsi üçün vergi orqanı ilk öncə tərəflər arasında hər hansı əqdin (müqavilənin) mövcudluğunu və həmin müqavilədə təsbit edilmiş icarə haqqının bazar qiymətinə uyğun olmadığını aşkar etməli idi. Belə bir müqavilə olmadığı halda, vergi orqanı ödənilməli olan vergiləri Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən deyil, 67.1-ci maddəsinə əsasən hesablaya bilərdi. Çünki, Vergi Məcəlləsinin 14-cü maddəsi tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymətin bazar qiymətinə uyğun olmadığı (aşağı göstərildiyi) sübuta yetirildiyi halda tətbiq edilir. İşin qeyd olunan halına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, “...vergi ödəyicisi Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən verginin hesablanması məqsədilə vergi orqanı ilə əməkdaşlıq etməməyə və ya buna hətta maneə törətməyə yönəlmiş hərəkətlər etdikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri və həmin maddədə göstərilən digər əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, bu müddəanın tətbiqi Vergi Məcəlləsinin 14-cü maddəsindən fərqli olaraq icarə haqqı məbləğinin aşağı göstərilməsi hallarına aid deyil və vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə qanuni tələblər yerinə yetirilmədikdə, həyata keçirilən müstəqil vasitədir. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən və digər bu kimi qanuni tələblər yerinə yetirilmədikdə, vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə verginin məbləği həmin maddəyə uyğun olaraq əlaqəli məlumatlardan istifadə olunmaqla hesablanır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyindən aydın olur ki, vergi ödəyicisi vergi orqanına icarə münasibətlərinə dair müvafiq təsdiqedici sənədləri (icarə müqaviləsi və s.) təqdim edərsə və həmin müqavilədə təsbit edilmiş icarə haqqı bazar qiymətinə uyğun olmazsa, vergi orqanı icarə haqqından ödənilməli olan vergini Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, hər hansı sənəd təqdim etmədikdə isə həmin məcəllənin 67.1-ci maddəsində təsbit edilmiş əlaqəli məlumatlara əsasən hesablamalıdır. Göründüyü kimi, hazırkı işdə cavabdeh vergi orqanı İddiaçı MMC ilə daşınmaz əmlakın mülkiyyətçiləri arasında olduğunu iddia etdikləri, lakin buna dair hər hansı mülki, o cümlədən icarə müqaviləsi mövcud olmayan icarə münasibətlərinə Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərini tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun da yuxarıda qeyd olunan mövqeyinə əsasən vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. İddiaçı MMC ilə obyektin icarədarları arasında bağlanmış icarə müqavilələrinə bazar qiymətinin tətbiq edilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının həmin icarə münasibətlərinə Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiymətini tətbiq etmək hüququ olsa da, qeyd olunan maddənin tələblərinə və həmin maddədə təsbit edilmiş ardıcıllığa düzgün əməl etməmiş və mötəbərliyi ciddi şübhələr doğuran ekspert rəyinə istinad etmişdir. Belə ki, “Vergi Məcəlləsinin 14.4-cü maddəsinə müvafiq olaraq bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu məqsədlə malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir (Vergi Məcəlləsinin 14.9-cu maddəsi). Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. ...Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə). Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur.” (AR Konstitusiya Məhkəməsinin Plenumun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarı) Göründüyü kimi, icarə haqqı üzrə bazar qiyməti ilk öncə Vergi Məcəlləsinin 14.4-cü maddəsində təsbit edilmiş müqayisə üsulu ilə, bu baş tutmadıqda ardıcıl olaraq həmin Məcəllənin 14.6.1-ci (məsrəflər və qiymətə təsir edən amillər əsasında), 14.6.3.1-ci (sonrakı (təkrar) satış qiymətinə əsasən) və 14.6.3.2-ci (dəyərin toplanması üsuluna əsasən) maddələrində nəzərdə tutulmuş üsullar ilə müəyyən edilməli, qeyd olunan üsullarla müəyyənləşdirmək mümkün olmadıqda isə müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Lakin iş materiallarından görünür ki, cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 14-cü maddəsində təsbit edilmiş ardıcıllığı gözləmədən və bazar qiymətinin müəyyən edilməsi istiqamətində hər hansı əlavə araşdırma aparmadan, birbaşa ekspertə müraciət etmiş və “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyinə istinad etməklə iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Halbuki, “Azərekspertiza” Birliyinin bazar qiymətinin müəyyən edilməsinə dair xx.xx.2019cu il tarixli ekspert rəyi vergilərin hesablanması zamanı mötəbər mənbə qismində istifadə oluna bilməzdi. Həmçinin, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktında, eləcə də şifahi məhkəmə baxışı zamanı İddiaçı MMC ilə icarəyə götürənlər arasında bağlanmış icarə müqavilələrində təsbit edilmiş icarə haqları ilə hansı səbəbdən razılaşmadığını və həmin münasibətlərə hansı zərurətdən bazar qiyməti tətbiq etdiyini əsaslandıra bilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Avropa Məhkəməsi belə halın sübuta yetirilməsini vergidən yayınmanın baş verməsindən şübhələnmək üçün ciddi əsasların mövcudluğu ilə əlaqələndirərək, bunun qarşısını almaq məqsədilə Dövlətin ixtiyarında olan uyğun metodlar kimi ödənilməmiş verginin ödənilməsini təmin etmək üçün hüquqi icraatlara başlamanı və zərurət olduqda, vergi cərimələrinin tətbiqini misal gətirmiş, bu imkanlardan sistematik istifadənin cinayət təqibi təhlükəsi ilə birlikdə adekvat tədbir olacağını ifadə etmişdir (Hentrich Fransaya qarşı yuxarıda qeyd olunan qərar, § 47). Avropa Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, icarə münasibətlərindən əldə olunan gəlirdən verginin tutulması üçün bazar qiymətinin tətbiq edilməsi vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların mövcudluğunu tələb edir. Sadalanan normadan aydın olduğu kimi, vergi orqanı icarə münasibətlərinə bazar qiyməti tətbiq etmək üçün ilk öncə tərəflər arasında bağlanmış icarə müqaviləsində təsbit edilmiş icarə haqları üzrə vergidən yayınma halına dair ciddi əsasların mövcudluğunu sübut etməlidir. Lakin, iş materiallarına əlavə edilmiş səyyar vergi yoxlaması aktından aydın olur ki, cavabdeh vergi orqanı tərəflər arasında bağlanmış icarə müqavilələrində təsbit edilmiş icarə haqlarının vergitutma məqsədləri üçün mal, iş və xidmətlərin bazar qiyməti kimi qəbul edilməsinin yolverilməzliyinə dair hər hansı əsaslandırma aparmadan, başqa sözlə, əks halı sübuta yetirməmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı icarədarlar ilə İddiaçı MMC arasında bağlanmış icarə müqavilələrində təsbit edilmiş icarə haqları üzrə bazar qiymətini müəyyən edərkən VMnin 14-cü maddəsində təsbit edilmiş tələblərə və ardıcıllığa riayət etməmiş və vergilərin hesablanması zamanı mötəbərliyinə dair ciddi şüphələr olan, o cümlədən bazar qiymətinin hansı qaydada və nələrin əsasında müəyyən edilməsinə dair hər hansı əsaslandırma aparılmayan “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyini əsas götürmüşdür ki, bu da yekunda iddiaçıya əlavə vergi öhdəliklərinin hesablanması ilə nəticələnmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən VM-nin 14-cü maddəsinə əsasən bazar qiyməti tətbiq etməklə hesablanmiş əlavə vergilər, maliyyə sanksiyalları İddiaçı MMC ilə icarədarlar arasında bağlanmış icarə müqavilələrinə isə VM-nin 14-cü maddəsində təsbit edilmiş tələblərə və ardıcıllığa riayət edilmədən, eləcə də mötəbərliyinə dair ciddi şüphələr olan “Azərekspertiza” Birliyinin ekspert rəyinə əsasən müəyyən edilmiş bazar qiymətlərini tətbiq etməklə hesabladığı Mənfəət vergisi və ƏDV qanunvericiliyin tələblərinə zidd və qanunsuz olduğundan, həmçinin Vergi Məcəlləsinin 49.1 və 49.5-ci maddələrinin tələbllərinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********193623 nömrəli, xx.xx.2019-cu il tarixli Qərar ləğv edilməli və həmin qərara əsasən hesablanmış əlavə vergi məbləğləri və tətbiq edilmiş maliyyə sanksiyaları şəxsi hesab vərəqəsindən silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-393/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar