Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-33/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) “cavabdehin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli; xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli; xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli; xx.xx.2022-ci il tarixli **********807300 nömrəli; xx.xx.2022-ci il tarixli **********809700 nömrəli; xx.xx.2022-ci il tarixli **********811800 nömrəli; xx.xx.2022ci il tarixli **********812500 nömrəli; xx.xx.2022-ci il tarixli **********813200 nömrəli; xx.xx.2022-ci il tarixli **********923300 nömrəli; xx.xx.2022-ci il tarixli **********814900 nömrəli; xx.xx.2022-ci il tarixli **********889000 nömrəli; xx.xx.2022-ci il tarixli **********8993500 nömrəli; xx.xx.2022-ci il tarixli **********929500 nömrəli; xx.xx.2022-ci il tarixli **********074300 nömrəli; xx.xx.2022-ci il tarixli **********072900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə kameral vergi yoxlaması qərarlarının ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 325/2022 saylı, 18 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) qarşı iddia qaldıraraq (iddia tələbinin həcmi artıraraq) “cavabdehin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli; xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli; xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli; xx.xx.2022-ci il tarixli **********807300 nömrəli; xx.xx.2022-ci il tarixli **********809700 nömrəli; xx.xx.2022-ci il tarixli **********811800 nömrəli; xx.xx.2022-ci il tarixli **********812500 nömrəli; xx.xx.2022-ci il tarixli **********813200 nömrəli; xx.xx.2022-ci il tarixli **********923300 nömrəli; xx.xx.2022-ci il tarixli **********814900 nömrəli; xx.xx.2022ci il tarixli **********889000 nömrəli; xx.xx.2022-ci il tarixli **********8993500 nömrəli; xx.xx.2022-ci il tarixli **********929500 nömrəli; xx.xx.2022-ci il tarixli **********074300 nömrəli; xx.xx.2022-ci il tarixli **********072900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə kameral vergi yoxlaması qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli qərarı ilə 2019-cu ilin sentyabr ayı üzrə kameral vergi yoxlaması ilə 341.553,21 manat, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli qərarı ilə 2019-cu ilin oktyabr ayı üzrə kameral vergi yoxlaması ilə 79.312,08 manat, xx.xx.2020- ci il tarixli **********9121400 nömrəli qərarı ilə 2019-cu ilin noyabr ayı üzrə kameral vergi yoxlaması ilə 55.147,04 manat, xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli qərarı ilə 2019-cu ilin dekabr ayı üzrə kameral vergi yoxlaması ilə 72.120,28 manat, ümumilikdə 548132.61 manat məbləği həcmində əlavə hesablanmış vergi və ya sığorta haqqı borc olaraq “X2” Şirkətinin Azərbaycan Respublikasındakı filialına (bundan sonra - Şirkət) hesablanmışdır. Qeyd edilən kameral vergi yoxlamaları üzrə hesablanmış məbləğlərlə bağlı qərarlarda göstərilən səbəblər və məlumatlar araşdırlımışdır, lakin göstərilən həmin məlumatlarla Şirkətin sərəncamında olan həqiqi məlumatlar uyğun gəlməmişdir. O cümlədən Şirkət kameral yoxlama üzrə qərarlarda Departament tərəfindən əsas olaraq gətirilmiş arqumentləri qüvvədə olan Vergi və digər qanunvericilik aktlarına uyğun saymır və əsassız olduğu üçün həmin qərarlarla razılaşmır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim edərək cavabdehin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli; xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli; xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli; xx.xx.2022-ci il tarixli **********807300 nömrəli; xx.xx.2022-ci il tarixli **********809700 nömrəli; xx.xx.2022-ci il tarixli **********811800 nömrəli; xx.xx.2022-ci il tarixli **********812500 nömrəli; xx.xx.2022-ci il tarixli **********813200 nömrəli; xx.xx.2022-ci il tarixli **********923300 nömrəli; xx.xx.2022-ci il tarixli **********814900 nömrəli; xx.xx.2022-ci il tarixli **********889000 nömrəli; xx.xx.2022ci il tarixli **********8993500 nömrəli; xx.xx.2022-ci il tarixli **********929500 nömrəli; xx.xx.2022-ci il tarixli **********074300 nömrəli; xx.xx.2022-ci il tarixli **********072900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə kameral vergi yoxlaması qərarlarının ləğv edilməsini xahiş etmişdir. Belə ki, departament eyni predmet və eyni hesablama pozisiyaları üzrə xx.xx.2022-ci il tarixli **********807300 nömrəli qərarı ilə 2020-ci ilin yanvar ayı üzrə kameral vergi yoxlaması ilə 132.662,86 manat; xx.xx.2022-ci il tarixli **********809700 nömrəli qərarı ilə 2020-ci ilin fevral ayı üzrə kameral vergi yoxlaması ilə 183.376,03 manat; xx.xx.2022-ci il tarixli **********811800 nömrəli qərarı ilə 2020-ci ilin mart ayı üzrə kameral vergi yoxlaması ilə 270.742,42 manat; xx.xx.2022-ci il tarixli **********812500 nömrəli qərarı ilə 2020-ci ilin aprel ayı üzrə kameral vergi yoxlaması ilə 130.344,93 manat; xx.xx.2022-ci il tarixli **********813200 nömrəli qərarı ilə 2020-ci ilin may ayı üzrə kameral vergi yoxlaması ilə 548.308,03 manat; xx.xx.2022-ci il tarixli **********923300 nömrəli qərarı ilə 2020-ci ilin iyun ayı üzrə kameral vergi yoxlaması ilə 160.574,00 manat; xx.xx.2022-ci il tarixli **********814900 nömrəli qərarı ilə 2020-ci ilin iyul ayı üzrə kameral vergi yoxlaması ilə 29.802,99 manat; xx.xx.2022-ci il tarixli **********889000 nömrəli qərarı ilə 2020-ci ilin avqust ayı üzrə kameral vergi yoxlaması ilə 43.609,99 manat; xx.xx.2022-ci il tarixli **********8993500 nömrəli qərarı ilə 2020-ci ilin sentyabr ayı üzrə kameral vergi yoxlaması ilə 49.764,82 manat; xx.xx.2022-ci il tarixli **********929500 nömrəli qərarı ilə 2020-ci ilin oktyabr ayı üzrə kameral vergi yoxlaması ilə 91.318,69 manat; xx.xx.2022-ci il tarixli **********074300 nömrəli qərarı ilə 2020-ci ilin noyabr ayı üzrə kameral vergi yoxlaması ilə 53.295,16 manat; xx.xx.2022-ci il tarixli **********072900 nömrəli qərarı ilə 2020-ci ilin dekabr ayı üzrə kameral vergi yoxlaması ilə 102.269,68 manat ümumilikdə 1796069.60 manat məbləği həcmində əlavə hesablanmış vergi və ya sığorta haqqı borc olaraq Şirkətə hesablanmışdır. Qeyd edilən kameral vergi yoxlamasının predmetləri və hesablama pozisiyaları məhkəməyə təqdim edilmiş kameral vergi yoxlamasının predmetləri və hesablama pozisiyaları ilə tam üst-üstə düşdüyündən, həmin qərarların da hazırkı məhkəmə işinə əlavə edilməsi bir məhkəmə işi çərçivəsində baxılmasına zərurət yaranmışdır. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisi tərəfindən 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün təqdim edilmiş əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində müvəqqəti idxal rejimində malların saxlanması üzrə ödənilmiş məbləğlər üzrə gömrük bəyannamələri əvəzləşdirilməsi üçün bəyannamə məlumatlarına əlavə edilmişdir. Nəticədə vergi qanunvericiliyinin tələblərinə zidd olaraq sentyabr ayı üzrə 341553,21 manat, oktyabr ayı üzrə 79312,08 manat, noyabr ayı üzrə 55147,04 manat, dekabr ayı üzrə 72120,28 manat artıq vəsait əvəzləşməyə təqdim edildiyindən vergi orqanı tərəfindən həmin əvəzləşmələr ləğv edilmiş və kameral vergi yoxlaması ilə ümumilikdə 548132,61 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 13.2.31 -ci maddəsinə əsasən malların idxalı gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir.Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Qeyd olunanlara əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Bununla yanaşı, müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən əvəzləşdirilə bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının (bundan sonra - Qaydalar) 7.5-ci bəndinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Qaydaların 7.8-ci bəndinə əsasən müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Qaydaların 7.10-cu bəndinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinə bərabər olduqda, həmin mallar Gömrük Məcəlləsinin 164.2.2-ci maddəsinin tələblərinə riayət edilməsi şərtilə sərbəst dövriyyə üçün buraxılmış mallar hesab olunur. Eyni zamanda müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən ödənilmiş aylıq ödənişlər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Əlavə olaraq qeyd edirik ki, Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi mə ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Müvəqqəti idxal Gömrük Məcəlləsinin 192-194-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları" ilə tənzimlənir. Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Gömrük Məcəlləsinin 193.2-ci maddəsinə əsasən malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Gömrük Məcəlləsinin 193.4-ci maddəsinə əsasən bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir. Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. Qeyd olunan müddəalardan göründüyü kimi, iddiaçı tərəfindən aparılan ödənişlər malların müvəqqəti gömrük rejimində saxlanması ilə əlaqədar həyata keçirilən aylıq ödənişlərdir ki, bu da ödənilməli vergi və rüsumların 3 faizini təşkil edir. Mallar yalnız müvvəqəti saxlama rejimindən çıxıb sərbəst dövriyyəyə buraxıldıqda ödənilmiş məbləğlər idxalda ödənilmiş ƏDV sayılır. Beləliklə, müvəqqəti idxalda Vergi Məcəlləsinə əsasən vergitutma baxımından ƏDV-nin ödənilməsi tələbi olmadığından bu əməliyyatlar vergi tutulan əməliyyat sayılmır. Vergi Məcəlləsinin 175-ci maddəsi vergi tutulan əməliyyatlar üzrə əvəzləşməni nəzərdə tutduğundan vergitutmadan azad edilmiş müvəqqəti idxal rejimində ödənilən icbari gömrük ödənişlərinin əvəzləşdirilməsi qanunvericiliyə ziddir. İddia ərizəsində qeyd olunanlarla bağlı bildirilir ki, iddiaçı aparılan hesablamalarla razılaşmadığını və hesablamaların əsassız olduğunu bildirsə də heç bir konkret dəlilə istinad edilməmişdir. Vergi orqanı tərəfindən aparılan hesablamaların qanunvericiliyin hansı maddələrini pozması ilə bağlı heç bir münasibət bildiriməmişdir. ddia ərizəsində qeyd olunanlar məhkəmə işi zamanı iddiaçı tərəfindən iddia ərizəsi üzrə dəqiqləşmə təqdim edilərək əvvəlki ərizədə mübahisələndirilən 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları ilə yanaşı əlavə olaraq 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları əlavə dəyər vergisi bəyannamələri üzrə əlavə vergi hesablaması barədə qərarları eyni əsaslarla mübahisələndirilmişir. İddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Mübahisələndirilən məsələnin mahiyyəti ilə bağlı bildirilir ki, iddiaçı, vergi ödəyicisi tərəfindən təqdim edilmiş əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində müvəqqəti idxal rejimində malların saxlanılması üzrə ödənilmiş məbləğlərin əvəzləşdirilməsi üzrə sənədlər qanunvericiliyin tələblərinə zidd olduğundan vergi orqanı tərəfindən həmin əvəzləşmələr ləğv edilmiş və kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır. İddiaçının tələbinə əsasən müvəqqəti idxal rejimində malların saxlanması üzrə ödənilmiş məbləğlər əlavə dəyər vergisi üzrə məbləğlərdir və bu cür ödəniş sənədləri ƏDV üzrə əvəzləşməyə əsas verir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddia ərizəsinə münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli qərarı ilə 2019-cu ilin sentyabr ayı üzrə kameral vergi yoxlaması ilə 341.553,21 manat, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli qərarı ilə 2019-cu ilin oktyabr ayı üzrə kameral vergi yoxlaması ilə 79.312,08 manat, xx.xx.2020- ci il tarixli **********9121400 nömrəli qərarı ilə 2019-cu ilin noyabr ayı üzrə kameral vergi yoxlaması ilə 55.147,04 manat, xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli qərarı ilə 2019-cu ilin dekabr ayı üzrə kameral vergi yoxlaması ilə 72.120,28 manat, ümumilikdə 548132.61 manat məbləği həcmində əlavə hesablanmış vergi və ya sığorta haqqı borc olaraq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına hesablanmışdır. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********121400 nömrəli 16 iyul 2020-ci il tarixli Qərarının “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsində qeyd edilmişdir ki, əvəzləşmə üçün təqdim edilmiş **********0217 nömrəli gömrük bəyannaməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda mövcud deyil. Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********0483,**********2535,**********1258,**********1983,**********2897,**********9293,**** ******5359,**********2973,**********1276,**********0336,**********3423,**********1688,******** **7291,**********4929,**********6911,**********0808,**********5928.**********4176,**********54 26,**********2109,**********2971,**********6663,**********9352,**********1425,**********1430,* *********1439, **********1443, **********1467, **********1501, **********1507, **********7493, **********1747, **********7046 və **********0398 nömrəli gömrük bəyannaməsi üzrə ƏDV məbləği Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli gömrük bəyannaməsi üzrə ƏDV məbləği 0.0 manat təşkil etdiyi üçün kənarlaşma yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********099200 nömrəli 16 iyul 2020-ci il tarixli Qərarının “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********2871,**********7251,**********8587,**********6071,**********6161,**********6209,**** ******0276,**********9293,**********8715,**********3778,**********3333,**********8485,******** **5296,**********9980,**********7944,**********1431,**********2628,**********429,**********69 72,**********3079,**********8338,**********4950,**********9759, **********0995, **********1369, **********6639, **********7585 və **********3108 nömrəli gömrük bəyannaməsi üzrə ƏDV məbləği Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli gömrük bəyannaməsi üzrə ƏDV məbləği 0.0 manat təşkil etdiyi üçün kənarlaşma yaranmışdır. Dövlət Gömrük Komitəsinin məlumat bazasında **********0217 qeydiyyat nömrəli gömrük bəyannaməsi haqqında məlumat yoxdur və **********3536 qeydiyyat nömrəli gömrük bəyannaməsi ləğv olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-325/2022 saylı, 18 iyul 2022-ci il tarixli qərarı (hakim M.Hacıbəyova) ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən bir tərəfdən bildirmişdir ki, iddiaçı tərəf gömrükdə malları müvəqqəti gömrük proseduru altında idxal edərkən gömrük rüsumlarının və vergilərin 3 (üç) faizi miqdarında ödəniş edir, digər tərəfdən isə bu ödənişin vergi olmadığını bildirir. Başqa sözlə Məhkəmə öz əsaslandırmasında özünü inkar edir. Bununla bağlı bir daha bildirmək istəyirlər ki, iddiaçı tərəf olaraq onlar gömrükdə idxal prosesi zamanı, malları müvəqqəti idxal rejimində keçirərkən vergilərin, o cümlədən ƏDV-nin 3 (üç) faizi məbləğində vergiləri dövlət büdcəsinə ödəyirlər. Bunun əsası kimi vergi orqanları da təsdiq edir ki, bu ödənişlər mala görə ödənilməli olan ƏDV-nin 3 (üç) faiz hissəsində ödənişdir. Başqa sözlə həm Məhkəmə, həm də cavabdeh vergi orqanı bir məsələni nəzərə almır ki, onlar hər hansı 3 (üç) faiz dərəcə ilə vergilər və ya hər hansı digər ödənişin edilməsini bildirmirlər. Onlar və onlarla bərabər çoxlu sayda ödəyicilər gömrükdə malların sərbəst dövriyyəyə buraxılması üçün lazım olan rüsumların və vergilərin, o cümlədən ƏDV-nin (18 faiz ilə hesablanmış) sadəcə 3 (üç) faizinin ödənişini hissəvi həyata keçirirlər. Başqa sözlə onların ödədikləri məbləğin içərisində həm ƏDV, həm rüsumlar da yer alır ki, bunu heç kim inkar edə bilməz. Lakin həm Məhkəmə, həm vergi orqanı bu ödənişin ƏDV olmadığını bildirir. Halbuki özləri də qəbul edirlər ki, həmin ödənişlər tam olaraq bitdikdə, yəni sərbəst dövriyyəyə buraxıldığı halda ƏDV kimi qəbul edilərək əvəzləşdiriləcək. Əslində bu cür yanaşmanın müəyyən edilməsi və məhkəmə tərəfindən təsdiq edilməsi çox təəssüf doğurur. Çünki vergi orqanına elə bir səlahiyyət verilməmişdir ki, hansısa ödənişi istədikləri kimi, istədikləri vaxtda ƏDV kimi nəzərə alsınlar və almasınlar. Məhkəmə prosesləri zamanı dəfələrlə soruşuldu ki, bəs onların ödədiyi ödənişlərin içərisində ƏDV-nin olmamasını necə bildirirlər ki, sonda bu ödənişləri ƏDV kimi qəbul edirlər? Bu suala vergi əməkdaşları tərəfindən cavab tapılmadı. Buna baxmayaraq məhkəmə iddia tələbini rədd etmişdir. Həmçinin bildirmək istəyirlər ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyin özü birbaşa onların dediklərini təsdiq edir. Belə ki, Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən edilmiş dəyişikliyə əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilir. Göründüyü kimi Vergi Məcəlləsi birbaşa göstərir ki, “müvəqqəti idxal rejimi dövründə ödənilmiş ƏDV məbləği". Yəni bu artıq təsdiq edilib ki, müvəqqəti idxal rejimi dövründə ödənilən məbləğlər ƏDV-dir. Sadəcə 2022-ci ildən etibarən həmin ƏDV məbləğlərinin əvəzləşdirildiyi dövr olaraq həmin malların sərbəst dövriyyəyə buraxıldığı dövrdür. Bu dəyişiklik 2022-ci ildən sonra olduğu üçün isə bu müddəanın geriyə şamil edilməsi qanunvericiliyə ziddir. Başqa sözlə Məcəllənin müddəalarında hər bir vergi növünün hesablanma, ödənilmə, əvəzləşdirməsi dövrü müəyyənləşdirilmişdir ki, müvəqqəti idxal zamanı da ödənilən ƏDV-nin əvəziləşdirilmə vaxtını yeni şəkildə müəyyən edilmişdir. Vergi Məcəlləsində əvəzləşdirmə üçün şərtlərdən biri əsas məbləğin ödənilməsi, bank hesabı vasitəsi ilə ödənilmə, gömrükdə ödənilmədirsə, metodu da 2022ci ildən müəyyən edilib ki, bu da sərbəst dövriyyə buraxılmasıdır. Məsələnin mahiyyəti ilə bağlı bildirirlər ki, iddiaçı tərəfindən yoxlanılan dövr ərzində müvəqqəti idxal gömrük proseduru altında mallar idxal edilmiş və idxal zamanı gömrük orqanları tərəfindən ƏDV və digər məcburi ödənişlər tutulmuşdur. Bundan sonra iddiaçı tərəf ƏDV üzrə bəyannamələr təqdim etməklə gömrükdə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsini həyata keçirmişdir. Bununla bağlı əvvəlki dövrlərdə təqdim etdikləri ƏDV üzrə bəyannamələri və müvafıq olaraq ƏDV məbləğlərinin əvəzləşdirilməsi vergi orqanı tərəfindən qəbul edilmişdir. Vergi orqanı tərəfindən həmişə bu ƏDV kimi qiymətləndirilmiş və müvafiq olaraq, əvəzləşdirilmişdir. Bununla bağlı bütün bəyannamələri vergi orqanlarının kameral yoxlamaları ilə də təsdiq edilmişdir. Bundan başqa əvvəlki səyyar vergi yoxlamalarında da bu cür əvəzləşmələr aparılmış və SVY akt və qərarları ilə təsdiq edilmişdir. Lakin sonradan vergi orqanı tərəfindən hansısa səbəbdən qanuna şərh verilmiş və artıq müvəqqəti idxal rejimi altında idxal olunan mallar üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşmədən çıxarılmış və onlara əlavə vergilər hesablanmışdır. Onlar dəfələrlə bu hesablamanın düzgün olmadığını gömrük orqanları tərəfindən məcburi ƏDV ödənişlərin alındığını bildirsələr də, bu yoxlamaya qədər vergi orqanının özü tərəfindən bu əvəzləşmələr qəbul edildiyini bildirsələr də vergi orqanı qanunsuz və əsassız olaraq onlara əlavə vergilər hesablamışdır. Məhkəmə qərar qəbul edərkən müvəqqəti idxal zamanı ödənilmiş məbləğin ƏDV olmamasını və bu səbəbdən əvəzləşməni də qəbul edilməməsi ilə bağlı cavabdehin fikirlərini təsdiq etməklə iddianı rədd etmişdir. Bununla bağlı bildirirlər ki, onlar gömrükdə ƏDV ödənişlərini aparmışlar və gömrük orqanları tərəfindən bu ödənişi təsdiq edən sənədlər də təqdim edilmişdir. Vergi Məcəlləsinin 20-ci maddəsinə əsasən vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi. ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. Bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həxata keçirir. Bu Məcəllənin 20.5-ci maddəsində göstərilən orqanlar öz səlahiyyətləri daxilində bu Məcəlləyə. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, digər qanunlara və onlara uyğun qəbul edilmiş qanunvericilik aktlarına əsasən fəaliyyət göstərirlər. Göründüyü kimi Vergi Məcəlləsinin özündə idxal zamanı ödənilməli vergilər üzrə gömrük orqanlarının səlahiyyətli olması bildirilmişdir. İndiki halda isə gömrük orqanları tutulan məbləğin ƏDV olmadığını inkar etməmişdir. Hətta gömrük orqanları və vergi orqanları arasında anlaşılmazlıq olsa belə, buna görə vergi ödəyiciləri əziyyət çəkməməlidir. Əlavə olaraq bildirmək istəyirlər ki. vergi orqanının izahatında bildirmişdir ki, sonda onlar tərəfindən ödənilən məbləğlər daimi idxala keçdiyi zaman ƏDV ödənişi kimi qəbul ediləcək və əvəzləşməyə icazə veriləcək. Bu izahatın özü bir daha onu göstərir ki. vergi orqanları özlərində bu ödənişi ƏDV ödənişi kimi qəbul edirlər. Belə olan halda hansı əsasa görə onların ödədiyi ƏDV məbləğlərinin indiki halda qəbul etmirlər, anlaşılan deyildir. Bir daha bildirmək istəyirlər ki, bu ödənişlər idxal zamanı ödənilməli olan ƏDV ödənişlərinin bir hissəsidir və sonda tam ödəniş qurtardıqda idxala görə ƏDV ödənişi hesab edilir. Əlavə olaraq bir daha bildirmək istəyirlər ki, onlar hal-hazırda vergi orqanlarının öz fəaliyyətlərinin düzgün qurmamasına görə böyük məbləğdə əlavə vergilər ilə üzləşmişlər. Proses zamanı vergi orqanı əməkdaşları da təsdiq etdilər ki, bu mövqe sonradan dəyişib və əvvəllər qəbul edilirdi. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilmişdir. Əlavə onunla əsaslandırılmışdır ki, bu işlə əlaqədar rəyin verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilmiş iş çox düzgün olaraq rəy verilməsindən imtina edilmiş və hər hansı ziddiyyətli məqamın olmadığı bildirilmişdir. Konstitusiya Məhkəməsi düzgün olaraq müvəqqəti idxal zamanı ödənilmiş məbləğlərin əvəzləşdirilməsinin qadağan edilməsinin sonrakı dövrlərdə olduğunu bildirmiş və rəyin verilməsinə hər hansı lüzumun olmadığını bildirmişdir. Bir daha bildirirlər ki, bununla bağlı artıq Ali Məhkəmənin mövqeyi vardır. Təqdim etdikləri Ali Məhkəmənin qərarında birbaşa göstərilmişdir ki, qanun sonradan əlavə edilmiş və ağırlaşdırıcı norma kimi geriyə tətbiq edilə bilməz. Vergi orqanının əməkdaşı həmin işdə bu məsələnin müzakirə edilmədiyini və həmin qərarın tətbiqinin düzgün olmadığını bildirməsi özü məhkəmə sisteminə etimadın olmaması deməkdir. Belə ki, bu yanaşma qəbul edilərsə onda Ali Məhkəmənin qərarları heç bir halda yanaşmada vahidlik prinsipinin, bir məsələyə eyni cür yanaşma prinsipinin olmamasına gətirib çıxardacaqdır ki, bu da ümumilikdə məhkəmə sistemi üçün təhdiddir. Həmin qərarda birbaşa və açıq şəkildə izah verilmişdir. Bundan əlavə qeyd etmək istərdilər ki, onlar hasilatın pay bölgüsü sazişləri ilə fəaliyyət göstərən müəssisədir. Həmin Sazişlərdə isə ƏDV-nin əvəzləşdirilməsi məsələsində hər hansı istisna hal nəzərdə tutulmamışdır. Sadəcə əvəzləşdirmə qaydasının Vergi Məcəlləsi ilə müəyyən edildiyi bildirilmişdir. Bu isə onun əvəzləşməyə verilib verilməməsi məsələsini deyil, sadəcə hansı formada və qaydada aparılmasını tənzimləmək üçün istinad edilən müddəalardır. Bir daha bildirirlər ki, onlar gömrükdə ƏDV ödəyirlər. Həmin məbləğlərin ƏDV olması birbaşa Vergi Məcəlləsinin özündə sonrakı dəyişikliklərdə öz əksini tapmışdır. Həmin məbləğlərin əvəzləşdirilməsinin qadağan edilməsi yalnız onlara hesablama aparıldıqdan sonra qanunvericiliyə edilmiş dəyişikliklərdə öz əksini tapmışdır. Vergi Məcəlləsində əgər maddələr arasında ziddiyyət varsa, bu vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Yəni bir müddəa deyirsə müvəqqəti idxal vergi tutma obyekti deyil, digər müddəa isə gömrükdə ödənilmiş ƏDV-in əvəzləşdirilməsi üçün yalnız ödənişin olmasını bildirirsə və vergi orqanı bunu əsas götürərək əvəzləşməyə imkan vermirsə, onda bu ziddiyyət kimi qəbul edilməli və onların xeyrinə şərh edilməlidir. Əslində bu ziddiyyət deyil. Sadəcə Vergi Məcəlləsində müvəqqəti idxalın vergitutma obyekti olmaması o deməkdir ki, vergi orqanı bu idxalı tam məbləğdə, yəni 18 faizlə birbaşa ƏDV-yə cəlb etməsin. Çünki bu məsələ gömrük qanunvericiliyi ilə tənzimlənir. Gömrük qanunvericiliyinə əsasən isə onların ödədiyi məbləğlər ƏDV və digər rüsumların 3 faiz məbləğləridir. Yəni mal daimi idxal şəklində keçiriləndə 18 faiz ƏDV-i nə qədər edəcəksə həmin məbləğləri hissəvi olaraq ödənişlər edilir. Digər tərəfdən bir daha qeyd edirlər ki, onlar sazişlə fəaliyyət göstərən müəssisələrdir. Onlara Vergi Məcəlləsi tətbiq edilmir. Sazişdə isə müvəqqəti idxal, daimi idxal anlayışları müəyyən edilmir. Orda ödənilmiş ƏDV-nin hər bir halda geri qaytarılması müəyyən edilir. İndiki halda isə Vergi Məcəlləsinin indiki müddəasını tətbiq etsələr, onda Sazişin müddəası işməyəcək. Çünki əgər onlar müvəqqəti idxal şəklində mal idxal etsələr və geri qaytarsalar, onda onların ödədiyi ƏDV-lər geri qayıtmayacaq ki, bu da Sizişin tələblərinin kobud şəkildə pozulması demək olacaqdır. Halbuki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun müddəalarına əsasən Sazişlər Vergi Məcəlləsindən üstün qüvvəyə malikdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş edirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi E.İsayev hazırki mübahisənin həllini kollegiyanın mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron məhkəmə informasiya sistemində yaradılan kabinet vasitəsilə ərizə ünvanlayaraq, vəkillik fəaliyyətim ilə əlaqədar ölkə hüdudları xaricində olmasıyla əlaqədar 15 fevral 2024cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirmiş, qanuna uyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: -192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. -192.2-ci maddəsinə əsasən mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilirlər. -193.1-ci maddəsinə görə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. -193.4-cü maddəsinə görə bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir. -194.1-ci maddəsinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. -194.2-ci maddəsinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. -194.3-cü maddəsinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin -3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. -12.1-ci və 12.1.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementi olan vergitutma obyekti müəyyən edilmiş olsun. -153.1-ci maddəsinə görə əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. -159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. -159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. -162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Həmin Məcəllənin 170-ci maddəsinə görə gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır. -169.4-cü maddəsinə görə, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron vergi hesab fakturadır. -175.1-ci maddəsinə görə, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDVnin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. -175.10-cu maddəsinin 01 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. -175.10-cu maddəsinin 01 yanvar 2022-ci il tarixdən qüvvəyə minnən redaksiyasına əsasən həmin maddəyə əlavə: Müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın: -7.1-ci bəndinə görə müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi həmin malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verildikdə, gömrük orqanı tərəfindən bu Qaydalara uyğun olaraq müəyyənləşdirilir. -7.5-ci bəndinə görə gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. -7.6-cı bəndinə görə gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğindən artıq olmamalıdır. -7.7-ci bəndinə əsasən aylıq ödənişlərin hesablanması müvəqqəti idxal olunan mallar gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Aylıq ödənişlər ödənilmə tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir. -7.8-ci bəndinə əsasən müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. -7.9-cu bəndinə əsasən gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır. -7.10-cu bəndinə görə gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinə bərabər olduqda, həmin mallar Gömrük Məcəlləsinin 164.2.2-ci maddəsinin tələblərinə riayət edilməsi şərtilə sərbəst dövriyyə üçün buraxılmış mallar hesab olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin faktiki hallarına əsasən cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2020-ci il tarixli **********098500 nömrəli, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli; xx.xx.2020ci il tarixli **********9121400 nömrəli; xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli; xx.xx.2022-ci il tarixli **********807300 nömrəli xx.xx.2022-ci il tarixli **********809700 nömrəli; xx.xx.2022-ci il tarixli **********811800 nömrəli; xx.xx.2022-ci il tarixli **********812500 nömrəli; xx.xx.2022-ci il tarixli **********813200 nömrəli; xx.xx.2022-ci il tarixli **********923300 nömrəli; xx.xx.2022-ci il tarixli **********814900 nömrəli; xx.xx.2022ci il tarixli **********889000 nömrəli; xx.xx.2022-ci il tarixli **********8993500 nömrəli; xx.xx.2022-ci il tarixli **********929500 nömrəli; xx.xx.2022-ci il tarixli **********074300 nömrəli; xx.xx.2022-ci il tarixli **********072900 nömrəli qərarları ilə iddiaçıya 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün cəmi 548132.61 manat ƏDV-si, 2020-ci ilin 12 ay üçün 1796069.60 manat məbləğində ƏDV hesablanılmışdır. Vergi orqanının mövqeyi ondan ibarətdir ki, vergi ödəyicisi tərəfindən 2019-2020-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində müvəqqəti idxal rejimində malların saxlanılması üzrə ödənilmiş məbləğlər üzrə gömrük bəyannamələri əvəzləşdirilməsi üçün bəyannamə məlumatlarına əlavə edilmişdir. Qeyd edilən hal vergi qanunvericiliyin tələblərinə zidd olduğundan vergi orqanı tərəfindən həmin əvəzləşmələr ləğv edilmiş və kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır. Belə ki, müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilən mallara görə ödənilmiş məbləğlər ƏDV təşkil etmir. Müvəqqəti idxal şəklində ölkə ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmir, həmin mallara görə ödənilən aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. İddiaçının hazırki dəlili ondan ibarət olmuşdur ki, əlavə dəyər vergisi (ƏDV) bəyannamələrinin bəyannamə məlumatlarında əlavə edilmiş məbləğlər müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilmiş ƏDV məbləğləridir və bu məbləğlər vergi ödəyicisi tərəfindən vergi və gömrük qanunvericiliyin tələblərinə, həm də gömrük orqanlarının vergi və gömrük qanunvericiliyinə haqlı əsaslanmış olan göstərişlərinə əsasən ödənilmişdir. Belə ki, vergi orqanının qərarlarında öz əksini tapan bütün yük gömrük bəyannamələri üzrə mallar müvəqqəti idxal gömrük rejimində idxal olunub. Qeyd olunan mallara Azərbaycan Respublikasına idxalı anında gömrük rüsumlarından və vergilərindən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru tətbiq olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları'nın 7.5-ci maddəsinə və Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə əsasən həmin prosedur altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Filial gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında ödənilmiş ƏDV məbləğlərini Vergi Məcəlləsinin müddəalarına əsasən ödəniş aylarında müvafiq olaraq əvəzləşdirilmişdir. Qeyd edilən əvəzləşdirmələr vergi orqanları tərəfindən dəfələrlə səyyar vergi yoxlaması zamanı və kameral vergi yoxlamaları zamanı təsdiq edilmişdir. Beləliklə, işin mübahisələndirilməyən halı iddiaçı tərəfindən gətirilmiş malların müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilməsidir. İşin mübahisələndirilən halı iddiaçı tərəfindən müvəqqəti idxal şəklində ölkə ərazisinə idxal olunmuş mala görə təqdim olunan ödəniş sənədlərinin ƏDV üzrə əvəzləşdirməyə əsas verən sənədlər olubolmamasıdır. Birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən kollegiya qeyd edir ki, ƏDV idxaldan ödənilir, əvəzləşmənin aparılması idxalda ƏDV-nin ödənilməsini təsdiq edən sənədlərə əsaslanmalıdır. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. İş üzrə araşdırma zamanı məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Vergi Xidməti vergi qanunvericiliyinin tənzimlənməsinə dair məktubu ilə bildirmişdir ki, müvəqqəti idxal edilən mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyindən ƏDV-nin vergitutma obyektini yaratmır. Buna əsasən müvəqqəti idxal gömrük proseduru ilə bağlı ödənilən 3 faiz miqdarında aylıq ödənişlər malların gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq ödənilməli olan ƏDV məbləği hesab edilmədiyindən belə aylıq ödənişlərin əvəzləşdirilməsi Vergi Məcəlləsində nəzərdə tutulmur. Qeyd olunanlar Vergi Məcəlləsinin 159-cu, 175-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi cavab məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********098500 nömrəli 16 iyul 2020-ci il tarixli Qərarının “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********6607, **********1702, **********1685, **********1674, **********1662, **********0168, **********5865, **********0855, **********6085, **********1483, **********6972, **********2115, **********3103, **********3324 və **********5059 nömrəli gömrük bəyannaməsi üzrə ƏDV məbləği Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli gömrük bəyannaməsi üzrə ƏDV məbləği 0.0 manat təşkil etdiyi üçün kənarlaşma yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, öz iqtisadi-hüquqi təbiətinə görə ƏDV dolayı vergi olmaqla, malların (işlərin, xidmətlərin) istehlakına görə olan vergidir. ƏDV məhsulun (işin və xidmətin) istehsalı və təqdim olunması prosesinin bütün mərhələləri zamanı dövlət büdcəsinə tutulan vergidir. ƏDV-nin tətbiq edilməsi nəticəsində malın (işin, xidmətin) sonuncu istehlakçısı, satıcıya vergini aldığı malın qiymətinə uyğun tam həcmdə ödəyir. Amma büdcəyə bu məbləğ sonuncu satışından daha öncə daxil olmağa başlayır. Belə ki, malın (işin, xidmətin) istehsalında və satışında iştirak edən hər kəs bu malın aldığı qiyməti ilə üzərinə gəldiyi əlavə dəyərdən sonra satanda həmin fərqin vergisini ödəyir. Son istehlakçıdan başqa hər mərhələdə vergi ödəyiciləri dövlət büdcəsinə ödənilən ƏDV məbləğlərini əvəzləşdirir və nəticədə mal (iş, xidmət) üzrə ƏDV-nin ödəyicisi istehlakçı olur. Beləliklə, ƏDV prinsiplərinə əsasən ƏDV son istehlakçının vergisidir. Sahibkarlıq subyektləri ƏDV-nin mərhələ-mərhələ yığılmasında yalnız agent rolunu oynayır. Vergi ödəyicisinin idxal etdiyi mallar ölkə ərazisinə icarə məqsədi ilə gətirilib və sərbəst dövriyyəyə buraxılma müddətindən daha əvvəl ölkədən çıxarılmışdır. Vergi ödəyicisinin mövqeyinə görə malların son istehlakçısı Azərbaycanda olmadığından, həmin müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilən ƏDV məbləğləri onun tərəfindən əvəzləşdirilməlidir. Yəni vergi ödəyicisi üçün ƏDV maliyyə yükü olmamalıdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Vergi Məcəlləsinin 13.2.31. –ci maddəsinə əsasən, malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir. Müvəqqəti idxal Azərbaycan Respublikası Gömrük Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” ilə tənzimlənir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, gömrük orqanları tərəfindən alınan vergi növləri sırasında 3 faiz ödənişlərin adı çəkilmir. Qeyd edilən qanunvericilik normalarına əsasən müvəqqəti idxal rejimində saxlamaya görə ödənişlər ayrıca vergi və ya rüsum deyildir, həmin aylıq ödənişlər malların bu prosedur altında yerləşdiyi tarixdə sərbəst dövriyyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləği əsasında müəyyən olunan məbləğdir. Sözügedən aylıq ödənişlər gömrük rüsumları və vergilər üzrə hesablansa da ƏDV deyildir. Aylıq ödənişlərin ödənilməsi üçün tələb olunan əməliyyat yuxarıda qeyd edildiyi kimi müvəqqəti idxaldır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, yuxarıda sadalanan normalardan göründüyü kimi qanunverici müxtəlif maddələrdə həm “idxal” anlayışından, həm də “müvəqqəti idxal” anlayışından istifadə etmiş və müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan malların ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyini xüsusi olara qeyd etmişdir (VM 159.3-cü maddəsi). Qeyd edilənlərə əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 176.5-ci maddəsinə əsasən əvəzləşdirilə bilər. İddiaçı əməliyyatın müvəqqəti idxal olduğunu inkar etmədən, idxalda əvəzləşməni tənzimləyən Vergi Məcəlləsinin 175.10-cu maddəsinə istinad edir. Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Beləliklə, müvəqqəti idxalda Vergi Məcəlləsinə əsasən vergitutma baxımından ƏDVnin ödənilməsi tələbi olmadığından bu əməliyyatlar vergi tutulan əməliyyat sayılmır. Vergi Məcəlləsinin 175-ci maddəsi vergi tutulan əməliyyatlar üzrə əvəzləşməni nəzərdə tutduğundan müvəqqəti idxal rejimində ödənilən məbləğlərin əvəzləşdirilməsi qanunvericiliyə ziddir. Qeyd edilən normaların əlaqəli təhlili nəticəsində məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının müvəqqəti idxal rejimində ödənilən məbləğlərin Vergi Məcəlləsində nəzərdə tutulan 18 % dərəcə təşkil edən ƏDV ilə eyniləşdirilməsi qanunvericiliyə ziddir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən bununla da müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan 3% miqdarında aylıq ödənişlər malların gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq ödənilməli olan ƏDV məbləği hesab edilmədiyindən əvəzləşdirilmir. Nəticədə, iddiaçı vergilərin və vergitutma obyektinin yalnız Vergi Məcəlləsi ilə müəyyən edilməsini, ƏDV-nin müvəqqəti idxala deyil yalnız idxal əməliyyatlarına tətbiq edilməsini, ƏDV dərəcəsinin 18% müəyyən edilməsi, ƏDV əvəzləşməsi mexanizminin Vergi Məcəlləsi ilə tənzimlənməsi barədə qanunvericiliyin müddəalarını nəzərə almayaraq, Gömrük Məcəlləsi və Vergi Məcəlləsi arasında bu sahədə ziddiyyət olduğu barədə səhv qənaətə gəlmişdir. İdxal-ixrac əməliyyatları zamanı vergi orqanlarının səlahiyyətlərinin gömrük orqanları tərəfindən həyata keçirilməsini, Gömrük Məcəlləsinə əsasən müvəqqəti idxal rejimində mallara aylıq 3% ödənişlərin tətbiq edilməsi halını əsassız olaraq Vergi Məcəlləsində nəzərdə tutulmuş ƏDV ilə eyniləşdirmiş və vergi öhdəliklərini azaltmışdır. Hazırkı işə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbayan Respublikası Vergi Məcəlləsinin 175.10-cu maddəsinin 1-ci cümləsinin (əvvəlki redaksiya) həmin Məcəllənin 159.3-cü maddəsi, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 194.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük prosedur altında yerləşdirilməsi qaydaları”nın 7.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar olaraq həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə edilmiş həmin müraciətinin Plenumun icraatına qəbul edilməsindən imtina edildiyindən, hazırkı iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, müraciətdə göstərilən iş üzrə müvafiq münasibətləri tənzimləyən hüquq normalarının məzmununda qeyri-müəyyənlik olmadığından, həmin normaların hüquqi mahiyyəti və məzmunu, əsas hüquq və azadlıqları təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları rəhbər tutulmaqla işin faktiki hallarının, toplanmış sübutların tam və hərtərəfli analiz edilərək onlara hüquqi qiymət verilməsi ilə müvafiq nəticəyə gəlinə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-649/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında mövqeyi ondan ibarət olmuşdur ki, Vergi Məcəlləsinin 175-ci maddəsində (mübahisəli əməliyyatın aparıldığı vaxtda qüvvədə olan redaksiyası) müvəqqəti idxal rejimindəki mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı məsələ tənzimlənməsə də, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyindən, başqa sözlə, vergi məqsədləri baxımından ƏDV-yə cəlb olunan əməliyyat (idxal) sayılmadığından onun əvəzləşdirilməsi də qanunauyğun deyildir. Beləliklə, Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2023-cü il tarixli qərardadını, eləcə də oxşar işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-325/2022 saylı, 18 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-33/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-33/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver