Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-330/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X2 üçüncü şəxs qismində cəlb olunmaqla memarlıq planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-702/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ona məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yenidən qurulmasına dair tərtib olunmuş memarlıqplanlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 35 A ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yenidən qurulması zərurəti yaranmışdır. Həmin fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən Memarlıq-Planlaşdırma həlli tərtib olunmuşdur. Cavabdehnə məlumatlandırma icraatı qyadasında Memarlıq-Planlaşdırma həlli göndərilmişdir. Lakin, Cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyini əsas gətirərək müraciətindən imtina etmişdir. Cavabdeh qeyd olunan əsaslarla müraciətindən imtina etməsi qanunsuz və əsassızdır. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1-ci və 80-ci maddələrinə istinda edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-702/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun normalarının tələbələrinə əsasən məlumatlandırma icraatı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı tətbiq olunur və tərəfimizdən məlumatlandırma icraatı qaydasında cavabdehə müraciət edilmişdir. Məhkəmə hesab etmişdir ki, fərdi yaşayış evinin tikintisi ilə bağlı müraciət etsə də, qanunsuz şəkildə mehmanxana tipli qeyri-yaşayış obyektinin inşa edilməsini hədəfləmiş, hal-hazırki iddia ilə isə absurd yanaşma ortaya qoymuşdur. Halbuki, məlumatlandırma icraatı qaydasında müraciət etdikləri tikilinin kvadrat metri və görünüşü əvvəlki tikilidən heç də fərqli deyil. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 13.1 1.2020-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri. Səbail rayonu. Salyan şossesi, ev 35 A ünvanında, xüsusi mülkiyyətdə olan 0.1069 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 899.50 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan memarlıq planlaşdırma həllinin surətindən görünür ki, Bakı şəhəri. Səbail rayonu, Salyan şossesi. 35 A ünvanında yerləşən İddiaçı qızma məxsus yaşayış evinin yenidən qurulması ilə bağlı memarlıq planlaşdırma həlli 2020-ci il tarixdə ““AM.MLİNE" MMC tərəfindən tərtib edilmişdir. Həmin memarlıq planlaşdırma həllinə əsasən mövcud binanın ümumi sahəsi 899.50 kv.m, tikinti altı sahəsi 544.1 kv.m, o cümlədən yaşayış sahəsi 466.2 kv.m, genişləndirilməsi nəzərdə tutulan sahə isə 2307.22 kv.m göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş İ0-Q-1 1-151 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının tikinti işlərinin aparılmasına icazə verilməsi barədə Cavabdehnə ünvanladığı 28 yanvar 2021-ci il tarixli Q-1 1-151 saylı müraciətinə baxılaraq bildirilmişdir ki, təqdim etdiyi memarlıq-planlaşdırma həlli Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyindən qaldırılan məsələnin icazəsi məqsədəmüvafıq hesab edilmir. Belə ki, məhkəmə hesab etmişdir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki. iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 899.50 kv.m olmaqla. 0.1069 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsindədir. ““AM.MLİNE" MMC tərəfindən 2020-ci il tarixdə tərtib edilmiş memarlıq planlaşdırma həllinə əsasən genişləndirilməsi nəzərdə tutulan sahə 2307.22 kv.m müəyyən edilmişdir. Məhkəmə həmin kvadrat fərqini hansı sənədə və sübuta əsasən müəyyən etdiyi müəyyən edilməmiş, yalnız cavabdehin formal mülahizələrinə əsaslanmışdır. Məhkəmə hesab etmişdir ki, məhkəməyə təqdim edilmiş tikintiyə nəzarət sahəsində aidiyyəti dövlət qurumlarının tərtib etdiyi akt və digər sübutlardan müəyyən edilir ki, iddiaçının fərdi yaşayış evinin yenidənqurulması altında təqdim etdiyi layihə və icazəsi alınmadan aparılan tikinti işləri fərdi yaşayış evinin yenidənqurulması ilə bağlı olmayıb, mehmanxana tipli geniş miqyaslı qeyri-yaşayış obyektinin tikinti işləridir. Həmçinin həmin tikinti işləri iddiaçının mülkiyyətinə verilmiş 0.1 1 ha torpaq sahəsindən əlavə olaraq təxminən 0.02 ha dövlət mülkiyyətində olan ərazidə aparılmışdır.Halbuki, həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi deyildir və bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin ərazinin sürüşmə zonası olmasına dair hər hansı bir sübut iş materiallarında yoxdur. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi qərarının qanunsuz olduğunu və ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iclasda iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan : Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2020-ci il tarixli, Ə-61 nömrəli məktubla verilmiş X8 barədə Səbail RİH-nin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli, 1462 saylı sərəncamının surətindən görünür ki, Bibi-Heybət qəsəbəsinin nümayəndəliyi tərəfindən tərtib edilmiş aktla və yerləşmə cizgisinə əsasən uzun müddət bağ sahəsinə qulluq etdiyini nəzərə alaraq, Salyan şossesi 35 “A” unvanında yerləşən mövcud bağ sahəsi X4 adına sənədləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2020-ci il tarixli, İ-131 nömrəli məktubla verilmiş Cavabdeh arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli, 1462 saylı sərəncamına əlavə edilmiş cizgi sənədinin təsdiq edilmiş kserosurətindən görünür ki, həmin sərəncama əsasən C.Novruzova ayrılmış bağ sahəsinin cizgisi tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 35 A ünvanında, xüsusi mülkiyyətdə olan 0.1069 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 899.50 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Memarlıq planlaşdırma həllinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 35 A ünvanında yerləşən İddiaçı məxsus yaşayış evinin yenidən qurulması ilə bağlı memarlıq planlaşdırma həlli 2020-ci il tarixdə "xxxx" MMC tərəfindən tərtib edilmişdir. Həmin memarlıq planlaşdırma həllinə əsasən mövcud binanın ümumi sahəsi 899.50 kv.m, tikinti altı sahəsi 544.1 kv.m, o cümlədən yaşayış sahəsi 466.2 kv.m, genişləndirilməsi nəzərdə tutulan sahə isə 2307.22 kv.m göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 10-Q-11- 151 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının tikinti işlərinin aparılmasına icazə verilməsi barədə Cavabdehnə ünvanladığı 28 yanvar 2021-ci il tarixli, Q-11-151 saylı müraciətinə baxılaraq bildirilmişdir ki, təqdim etdiyi memarlıqplanlaşdırma həlli Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyindən qaldırılan məslənin icazəsi məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş Cavabdeh başçısının 506 nömrəli, 11 aprel 1997-ci il tarixli “Səlyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə” sərəncamının surətindən görünür ki, Bibiheybət qəsəbəsi, Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələri X1 adına sənədləşdirilmiş və orada fərdi evin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şıx qəsəbəsi, ünvan 4 ünvanında 2000 kv.m-ə yaxın sahədə anbar tikintisi və Bibiheybət yolu “Socar” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz 400 kv.m sahədə təyinatı məlum olmayan tikinti işlərinin aparılması faktları ilə bağlı heç bir tədbir görülməməsi müşahidə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Cavabdeh Başçısına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin rəis müavininə ünvanlanmış xx.xx.2021- ci il tarixli, XO-xx-xx-2021-02207 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət yolunun sol hissəsində təyinatı məlum olmayan tikinti işlərinin aparılması ilə əlaqədar müvafiq tədbirlər görülməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli xx/xx-04443 nömrəli məktuba Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılaraq bildirilmişdir ki, Səbail rayonu, Bibiheybət yolu, “SOCAR” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz 400 kv.m sahədə təyinatı məlum olmayan tikinti işləri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintiyə X3 Agentliyinə xx.xx.2021-ci il tarixli məktubla müraciət olunmasına baxmayaraq, bu günədək konkret heç bir tədbir görülməmiş və Komitəyə tərəflərindən mövzu ilə əlaqədar məlumat verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq qeyd olunan ünvanda şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində zəruri tədbirlərin görülməsinin təmin edilməsi, nəticəsi barədə Komitəyə məlumat təqdim edilməsi xahiş edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, tikintinin planlaşdırılması sahəsində pozuntulara görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur və yuxarıda qeyd olunan Qaydaların 5.1.4-cü yarımbəndinə əsasən şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün verilmiş göstərişlərin icrasını vaxtında və ya lazımınca təmin etməyən dövlət orqanları barədə onların yuxarı orqanları və aidiyyəti üzrə digər orqanlar Komitə tərəfindən məlumatlandırılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən Cavabdehnə və Səbail rayon Polis İdarəsinə ünvanlanmış xx/xx-06241 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, mütəxəssislər tərəfindən Səbail rayonunun inzibati ərazisində aparılan tikinti-quraşdırma işlərinə dövlət nəzarəti həyata keçirilən zaman Səbail rayonu, Bibiheybət yolunun sol hissəsində fiziki şəxs Əliyev Nazim tərəfindən 2 səviyyə zirzəmili, 2 mərtəbəli təyinatı məlum olmayan tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri aparıldığı üçün sifarişçiyə tərəflərindən tikinti işlərinin dayandırılması barədə 25 avqust 2021-ci il tarixli, 0533 nömrəli “Qərar” verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinin tələblərinə uyğun olaraq, qəbul edilmiş qərar icra üçün sifarişçiyə verilməsinə baxmayaraq, tikinti işləri davam etdirildiyi üçün tikinti ərazisinə nəzarətin gücləndirilməsi məqsədilə qərarın surəti göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə və Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 02 dekabr 2021-ci il tarixli, **********18 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən monitorinq aparılan zaman Səbail rayonu, Salyan şossesi 35 A ünvanında vətəndaş İddiaçı mülkiyyətinə verilmiş 0.11 ha torpaq sahəsindən (yaşayış məntəqələrinin torpaqları ketoqoriyalı) əlavə olaraq təxminən 0.02 ha dövlət mülkiyyətində olan ərazinin özbaşına tutulması, eləcə də, qeyri-yaşayış obyektinin inşa edildiyi faktı müəyyən edilmişdir. Göstərilən torpaqayırma qaydaların, eləcə də, tikinti norma və şərtlərinə uyğun olub-olmamasının araşdırılmasını, uyğunsuzluq aşkar edildikdə səlahiyyətlərinə aid müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhər İcra Hakimiyyətin başçısına, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin rəisinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, rayon ərazisində qanunsuz tikinti işlərinin qarşısının vaxtında alınması məqsədilə tərəflərindən aparılmış növbəti monitorinq zamanı Səbail rayonu, ünvan 8 ünvanında dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, İddiaçı tərəfindən aktiv sürüşmə zonası ehtimal olunan ərazidə qanunsuz, genişmiqyaslı mehmanxana tipli tikintinin davam etdirilməsi faktı aşkar edilmişdir. İddiaçı Cavabdehnə Q- 11-151 saylı, xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, mülkiyyətində olan mövcud tikilidə əlavə tikiti işlərinin aparılması məqsədilə təqdim olunmuş memarlıq planlaşdırma həllinin təsdiq olunmasını xahiş etmişdir. Təqdim olunmuş memarlıq planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun tərtib edilmədiyindən, məsələnin icrası məqsədəmüvafiq hesab edilməmiş və bu barədə vətəndaşa rəsmi cavab məktubu ünvanlanmışdır. Lakin, bir müddət əvvəl Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sözügedən ünvana baxış keçirilən zaman ərazidə geniş miqyaslı tikinti işlərinin aparılması faktı aşkar edilmiş, dərhal görülmüş təcili tədbirlər nəticəsində tikinti işlərinin qarşısının alınması məqsədilə iş icraçılarına ciddi xəbərdarlıq olunmuş və hüquqmühafizə orqanı tərəfindən əmək müqaviləsiz fəaliyyət göstərən işçilərə, o cümlədən aparılmış qeyri-qanuni tikinti işləri barədə protokollar tərtib olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, aparılan qeyri-qanuni tikinti işləri barədə bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Səbail rayon Polis İdarəsinə məlumat verilmişdir. Tikinti işlərinin qarşısının alınması məqsədilə dəfələrlə görülmüş tədbirlərə baxmayaraq, İddiaçı tərəfinədn aktiv sürüşmə zonası ehtimal olunan ərazidə heç kimə məhəl qoyulmadan geniş miqyaslı mehmanxana tipli tikinti işlərinin aparılması davam etdirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, gələcəkdə insan tələfatı ilə nəticələn biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması məqsədilə qanunsuz tikinti işlərinin dayandırılmasına köməklik göstərilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən Bakı şəhəri Cavabdehnə ünvanlanmış xx/xx-009396 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, müraciətə baxılaraq bildirilmişdir ki, araşdırma zamanı sözügedən ünvanda 2 səviyyə zirzəmili, 2+ mansarda mərtəbəli olmaqla tikinti işlərinin aparılması, hal-hazırda dam örtüyünün quraşdırılması müəyyən edilmişdir. 2021-ci ilin iyun ayında mütəxəssislər tərəfindən rayon ərazisində tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman, həmin ünvanda tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Tərəflərindən həmin tikinti işlərinin aparılmasının qanunauyğunluğunun araşdırılması və Agentliyə məlumat verilməsi barədə Cavabdehnə 26 iyun 2021-ci il tarixli müraciət ünvanlanmışdır. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Səbail rayon İcra Hakimiyətinə və Səbail rayon Polis İdarəsinə tərəflərindən 30 iyun 2021-ci il tarixli telefonoqram göndərilmiş, lakin müraciətlərinə cavab verilməmişdir. Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 0533 nömrəli, 25 avqust 2021-ci il tarixli “Qərar" verilmiş, tikinti ərazisinə nəzarətin gücləndirilməsi məqsədilə tərəflərindən xx.xx.2021-ci il tarixli, xx/xx-06241 nömrəli məktubla Cavabdehnə və Səbail rayon Polis İdarəsinə müraciət olunmuş, qərarın surəti hər iki ünvana göndərilmişdir. Yenə də, müraciətinə cavab verilməmişdir. Agentlik tərəfindən qeyd olunan qanunsuz tikinti ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş söküntü qərarının qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qyadaları”nın 3.6-cı bəndinə göstərilən tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin tikinti üçün ayrılmadığı barədə müvafiq aktın Agentliyə təqdim edilməsi haqqında tapşırıq verilməsi xahiş edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən Azərbaycan Respublikası FHN Tikintidə X3 Agentliyinə ünvanlanmış 2/10-257 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, bir müddət əvvəl İddiaçı Səbail rayon İcra Hakimiyətinə Q-11-151 saylı, xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, mülkiyyətində olan mövcud tikilidə əlavə tikinti işlərinin aparılması məqsədilə təqdim olunmuş memarlıq planlaşdırma həllinin təsdiq olunmasını xahiş etmişdir. Təqdim olunmuş memarlıq planlaşdırma həlli Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun tərtib edilmədiyindən, məsələnin icrası məqsəmüvafiq hesab edilməmiş və bu barədə vətəndaşa rəsmi cavab məktubu ünvanlanmışdır. Lakin, daha sonra Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sözügedən ünvana yerində baxış keçirlən zaman ərazidə geniş miqyaslı tikinti işlərinin qarşısının alınması məqsədilə iş icraçılarına ciddi xəbərdarlıq olunmuş və hüquqmühafizə orqanı tərəfindən əmək müqaviləsiz fəaliyyət göstərən işçilərə, o cümlədən aparılmış qeyri-qanuni tikinti işləri barədə protokollar tərtib olunmuşdur. Aparılan qeyri-qanuni tikinti işləri barədə bir müddət əvvəl Bakı şəhər icra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Səbail rayon Polis İdarəsinə rəsmi müraciət edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Rayon İcra Hakimiyyətinə daxil olmuş MİHO/2.1-2022-773 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilir ki, sözügedən tikinti obyekti barədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci və 95-ci maddələrinin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən FHN Tikintidə X3 Agentliyinə rəsmi müraciət olunmuşdur. Əlavə olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********018 saylı, xx.xx.2021-ci il tarixli məktubu əsasında qeyd edirlər ki, Səbail rayonu, Salyan şossesi, ev 35 A ünvanında İddiaçı mülkiyyətinə verilmiş 0.11 ha torpaq sahəsindən (yaşayış məntəqələrinin torpaqları kateoqriyalı) əlavə olaraq təxminən 0.02 ha dövlət mülkiyyətində olan ərazinin özbaşına tutulması, eləcə də, qeyri-yaşayış obyektinin inşa edilməsi faktı aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq, qaldırılan məsələ ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7352 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Səbail rayonu, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin yenidən qurulması məqsədilə tərtib olunmuş Memarlıq-Planlaşdırma həlli Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu və yenidən qurulacaq evin parametrləri qüvvədə olan norma və qaydalara cavab verdiyi müəyyən olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 899.50 kv.m olmaqla, 0.1069 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsindədir. "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə tərtib edilmiş memarlıq planlaşdırma həllinə əsasən genişləndirilməsi nəzərdə tutulan sahə 2307.22 kv.m müəyyən edilmişdir. İddiaçı sözügedən memarlıq planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən 10-Q-11-151 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla, təqdim edilmiş memarlıqplanlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyindən qaldırılan məsələnin icazəsinin məqsədəmüvafiq hesab edilməməsi əsası ilə imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin yenidənqurulmasına dair "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə tərtib olunmuş memarlıq-planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi qanunvericiliyə uyğun olmadığından cavabdeh tərəfindən təsdiqlənməmişdir. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İşin hallarında isə görünür ki, iddiaçı tərəf obyektin tikintisinə başlamış və bundan sonra cavahdehə müraciət edərək "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə tərtib olunmuş memarlıq-planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında təsdiq edilməsini xahiş etmişdir. - 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. - 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir.Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. - 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. - 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. - 80.6. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. İş materiallarından müəyyən olunur ki, iddiacı fərdi yaşayış evinin tikintisi ilə bağlı cavabdehə müraciət etsədə, tərtib olunmuş memarlıq-planlaşdırma bölməsi mehmanxana tipli qeyri-yaşayış sahəsi ilə bağlıdır. Həm də, yuxarıda qeyd edilidiyi kimi memarlıq-planlaşdırma həlli cavabdeh tərəfindən etirazla qarşılanmasına baxmayaraq, iddiacı mübahisə həll edilmədən tikintini faktiki olaraq başa catdırmış, bundan sonra məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə tərtib olunmuş memarlıq-planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) tələbləri pozulduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq memarlıq-planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsinin qeyri-mümkün olduğunu vurğulamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-702/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-330/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-330/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver