Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-330/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 694/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4370 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2021-ci il tarixdə vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi məqsədi ilə vergi xidmətinin əməkdaşları sahibkarlıq fəaliyyətini həyata keçirdiyi, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Davudoğlu 17 ünvanında yerləşən “Mətin Palace” şadlıq sarayında olmuş, həmin vaxt şadlıq sarayında olan şəxslər iddiaçının işçisi kimi qəbul edilərək bu barədə xx.xx.2021-ci il tarixdə akt tərtib edilmişdir. Vergi müfəttişi qonaq qismində şadlıq sarayına gələn və ya toy edən şəxsin dəvəti ilə oraya gələn şəxsləri də onun işçiləri kimi qeydiyyata almış, qanunsuz və əsassız akt tərtib edərək, həmin akt əsasında qəbul etdiyi qərarla ona 42.000 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8899 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Mətin Palace” restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 20 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004758 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4370 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 40.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin inzibatı cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə vergi ödəyicisinə Tələbnamə göndərilmişdir. Həmçinin, AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəssamlıq, aşpazlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətinə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 694/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********4370 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia ərizəsinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “...Aktda qeyd olunan sayda əmək müqaviləsi olmadan işləyən işçisi olmamışdır. Göstərilən şəxslərin əksəriyyətini ümumiyyətlə tanımır, bəziləri isə qonaq qismində şadlıq sarayında olmuş və tərəfindən qərarda deyildiyi kimi, heç bir etirafedici izahat məhkəməyə verilməmişdir. Qərar qanunsuzluğa yol verilməklə qəbul olunmuş, maliyyə sanksiyası əsassız hesablandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, vergi əməkdaşları tərəfindən tərtib olunmuş akt əsassız olduğundan ləğv olunmalı və barəsində ona aid olmayan məlumatlar təhrif olunduğundan şikayətinə uyğun tədbirlər görülməlidir...” Məhkəmə kollegiyası iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin xx.xx.2021-ci il tarixli **********8899 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Mətin Palace” restoranında həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş eyni tarixli akt əsasında qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4370 saylı qərarı ilə ona ümumilikdə 42.000,00 manat məbləğində malliyyə sanksiyasının tətbiq edilməsinin qanunsuz olduğunu mübahisələndirərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi qismən təmin olunaraq cavabdehin həmin qərarı 6000 manat maliyyə sankasiyasının tətbiq edilməsi hissəsində ləğv edimiş, qalan hissədə iddia rədd olunmuşdur. Konkret halda, iddiaçı tərəfindən həmin qərarın yalınız iddianın rədd olunan hissəsində mübahisəlndirildiyini, cavabdeh tərəfindən isə apellyasiya şikayəti verilmədiyini nəzərə alan məhkəmə kolllegiyası, İPM-in 82-ci maddəsinə əsasən hesab edir ki, mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar iddiaçının apellyasiya şikayəti həddində, yəni birinci instansiya məhkəməsinin qərarının əsaslılığı iddianın rədd olunan hisəsində yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, cavabdehin qəbul etdiyi iddiaçı barəsində 42.000,00 manat məbləğində malliyyə sanksiyasının tətbiq edilməsi ehtiva olunan xx.xx.2021-ci il tarixli **********4370 saylı qərarı 6000 manat məbləğində maliyyə sanksiyasının təbiq olunması hissəsində ləğv edilmiş, qalan hissədə iddia rədd olunmaqla, dolayısı ilə 36.000,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması hissədində cavabdeh vergi orqanının həmin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Cavabdehin mübahisələndirilən qərarından görünür ki, iddiaçıya həmin qərarla Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən iki epizodda maliyyə sanksiyası tətbiq olunmuşdur: 1) 40.000,0 manat məbləğində maliyyə sanksiyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən olaraq iddiaçı tərəfindən 20 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə; 2) 2.000,0 manat Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəssamlıq, aşpazlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətinə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə. Konkret halda, iddiaçının tələbinin rədd olunan, yəni, cavabdehin qərarının mübahisələndirilən hissəsi 17 nəfər fiziki şəxs münasibətdə onlarla əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 34.000,0 manat, 1 nəfər fiziki şəxsin isə işlərin (xidmətlərin) yerinə yetirilməsinə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərə cəlb olunmasına görə 2000 manat, ümumilikdə onun 36.000,0 manat məbləğində maliyyə sanksiyısının tətbiq edilməsi hissəsi hazırkı mərhələdə məhkəmə araşdırımasının predmetini təşkil edir. İddiaçı apellyasiya şikayətində həmin hissələrdə iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən rədd olunması ilə razılaşmasa da, bu mövqeyini mötəbər sübuğlarla əsaslandırılmamışdır. İş materiallarından isə görünən odur ki, o, xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilərkən vergi orqanına verdiyi izahatında həmin şəxslərlə müqavilə bağlamadan və sabit məbləğdə vergi və sığorta haqqı məbləğinin ödənilməsini təsdiq edən qəbz almadan, onların işlərin yeirnə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Həm də iş materiallarına əlavə olunmuş Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin "Cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022- ci il tarixli qərarından görünür ki, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, 17 nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçının barəsində olan istintaq ********* nömrəli cinayət təqibinə, bu əməli ilk dəfə törətməsi və həmin işçilərlə əmək müqaviləsi bağlayıb, onlara görə DSMF-yə ödəməli olduğu, lakin ödənilməsindən yayındıığı - işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını həmin Fonda ödədiyi (3142,11 manat DSMF-yə, 111,09 manat İTS Dövlət Agentliyinə) üçün xitam verilmişdir (Digər üç nəfərə - X2, X3 və X1 münasibətdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyasının vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azaldılmasının təmin edilməsi 9 saylı Ərazi Vergilər İdarəsinə tapşırılmışdır). Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin sözügedən qərarından həmçinin görünür ki, zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış həmin şəxslər əmək müqaviləsi olmadan, iddiaçıya məxsus şadlıq evində çalışdıqlarını və iddiaçı tərəfindən onlara gündəlik qaydada pul ödənildiyini təsdiqləmişlər. Göründüyü kimi, iddiaçı, operativ vergi nəzarəti zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 17 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi şəxslərə görə 3142,11 manat məcburi dövlət sosial sığorta haqlarını DSMF-yə, 111,09 manat icbari tibb sığorta haqlarını isə İTS Dövlət Agentliyinə ödəməklə, bir növ vergi qanunvericiliyinin tələbələrindən kənarlaşdığını etiraf etmiş olur (İddiaçının şəxsi hesab vərəqəsində həmin ödənişlər təsbit olunur). Bundan əlavə, İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin tədqiq olunan həmin qərarından həmçinin görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış X4 müsiqi kolecində nəfəs aləti üzrə təhsil aldığını bildirərək, toy şənliklərinə dəvət olunduğunu qeyd edərək, o cümlədən, xx.xx.2021-ci il tarixdə vergi orqanında qeydiyyata alınmadan və verginin öbdənilməsi barədə sabit qəbz almadan iddiaçının dəvəti ilə Mətin şadlıq evində toy şənliyində çalışdığını və operativ vegi nəzarəti tədbiri keçirilərkən orada olduğunu səmimi etiraf etmişdir (Operativ vergi nəzarəti zamanı vergi orqanunun əməkdaşına verdiyi izahatında iddiaçının onunla əmək müqaviləsi bağlanmadığını etiraf etmişdir (İ v.90)) Beləliklə də, iddiaçı tərəfindən 17 nəfər şəxslə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, 1 nəfər isə çalğıçılıq sahəsində məşğul olan lakin Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq həmin fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğində qəbz” əldə edilmədiyi halda, həm də onunla əmək müqaviləsi bağlanmadan onu xidmətlərin göstəilməsinə cəlb etdiyi sübuta yetirilir. Belə olan halda həmin şəxslərə münasiətdə mübahisələndirilən qərarla onun Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, hər işçiyə münasibətdə 2000 manatdan olmaqla, ümumilikdə 36.000,0((17+1)x2000) manat məbləğində maliyyə sanksiyası tətbiq olunması qanuni və əsasılıdır. Başqa sözlə, həmin hissədə cavabdehin qərarı onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 70.1-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmə o halda inzibati aktın qəbul edilməsi barədə qərar qəbul edir ki, inzibati akt qanuna zidd və bunun nəticəsində iddiaçının hüquqları pozulmuş olsun. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarını iddianın rədd olunmuş hissəsində mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən həmin hissədə qərar qəbul olunarkən qanunsuzluğa yol verildiyini və maliyyə sanksiyasının əsassız tətbiq edildiyini mübahisələndirən dəlilləri ilə raızlaşmır yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-694/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-694/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-330/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-330/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver