Məhkəmə qərarları › İş №2-1(103)-3303/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3303/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3303/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X7 Asəf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5987/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsini, xx xxx 1961-ci il tarixdə Şamaxı rayonunun Göylər kəndində anadan olmuş İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 və Reabilitasiya Xidmətinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1961- ci il tarixdə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Əlillik təyinatı sonuncu dəfə xx.xx.2016-cı il tarixdə təyin edilmiş və 5 il müddətinə təyin olunduğundan, xx.xx.2021-ci il tarixdə əlilliyin yenidən təyin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 və Reabilitasiya Xidmətinə müraciət edərək, xəstəliyini təsdiq edən sənədləri təqdim etmişdir. Əlilliyinin səbəbi ümumi xəstəlik kimi qeyd olunmuşdur. Tibbi-sosial ekspert komissiyasına noyabr ayından bu günə kimi mütəmadi olaraq müraciətlər edilsə də, tibbi-sosial ekspert komissiyası tərəfindən əsassız olaraq imtina verilmişdir. İmtina səbəbi kimi göndərişin natamam doldurulması və həkimin rəyi kimi səhiyyə nazirliyinin reyestrində Pulsuz dərman alan ruhi xəstələrin siyahısında olmaması əsas gətirilmişdir. Hesab edir ki, bu imtina tamamilə qanunsuz və əsassız olmuşdur. Belə ki, sənədlərin doldurulması onun tərəfindən aparılmır. Bundan başqa neçə müddət Maştağada da qalıb müalicə olunmuşdur. Pulsuz dərman alan ruhi əsəb xəstələrinin siyahısında olmaması isə ümumiyyətlə imtina olunmasına əsas vermir. Belə ki, onun tərəfindən dərmanlar daima poliklinikadan alınmışdır. Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 17 nömrəli şəhər poliklinikasından verilən 17 yanvar 2023-cü il tarixli arayışdan da görünür ki, o şəxsiyyət pozuntusu diaqnozu ilə poliklinikada müşahidədədir. Hesab edir ki, əlillik təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 və Reabilitasiya Xidmətinə həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5987/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5987/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli Şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1961-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində doğulmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 17 №-li Şəhər Poliklinikası Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli Arayışına əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Bakı şəhər Xəzər rayonu 17№-li ŞP-nin RX kabinetində müşahidədir; - Sosial Arayışdan görünür ki, İddiaçıxx.xx.2014-cü il tarixdə və xx.xx.2015-ci il tarixdə hər dəfə 1 il müddətinə olmaqla, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir; - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, İddiaçı ümumi xəstəlik səbəbi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir; - 12 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarına əsasən Göndərişin natamam doldurulması səbəbi ilə İddiaçı əlillik verilməsindən imtina edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 T 589/2023 nömrəli Ekspert Rəyinin nəticə hissəsinə əsasən Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişlərində qeyd edilmiş əsas xəstəlik və ağırlaşmalarından “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar. Baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəlişəxsiyyət və davranış pozğunluqları.Psixopatabənzər davranış, anamnezində qıcolma tutmalarından hazırda əziyyət çəkir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmadı. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsinəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) təsdiq edir.... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEKə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessusal MəcəlləSİnin 217.2-cimaddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının xəstəliyinin xx.xx.2022-ci il tarixində qiymətləndirildiyi üçün həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” tətbiq edilməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki; iddiaçının əlillik vəziyyəti 26 Saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G35-G37 - Mərkəzi sinir sisteminin mielinsizləşmə ilə gedən xəstəlikləri => G37 - Mərkəzi sinir sisteminin digər mielinsizləşmə xəstəlikləri => G37.9 - Mərkəz..., Diaqnozun mətni: MSS- üzvü xəstəliyi. Ağıl xəstəliyi. Qıcolma tutmaları ilə davranış pozğunluğu.” “Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: MSS- üzvü xəstəliyi. Ağıl xəstəliyi. Qıcolma tutmaları ilə davranış pozğunluğu.” səbəbi ilə bir il müddətinə verilmişdir. Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2015-cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, mss-nin üzvi nəticəsində ağıl zeifliyi baş beyinin travmatik xəstəliyi davranış pozuntula ilə.. Dəqiqləşdirilməmiş epilepsiya, qıcolma tutmalar ilə. Disfaziya və afaziya, motor afaziya. naməlum mənşəli bulbar iflic. Stenokardiyanın digər formaları, . Dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Üzvi mənşəli şəxsiyyət pozuntusu, mss-nin üzvi nəticəsində ağıl zeifliyi baş beyinin travmatik xəstəliyi davranış pozuntula ilə.. Dəqiqləşdirilməmiş epilepsiya ...” səbəbi ilə bir il müddətinə verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, mss-nin üzvi nəticəsində ağıl zeifliyi baş beyinin travmatik xəstəliyi davranış pozuntula ilə.. Dəqiqləşdirilməmiş epilepsiya, qıcolma tutmalar ilə. Disfaziya və afaziya, motor afaziya. naməlum mənşəli bulbar iflic. Stenokardiyanın digər formaları, .Dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik.., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Üzvi mənşəli şəxsiyyət pozuntusu, mss-nin üzvi nəticəsində ağıl zeifliyi baş beyinin travmatik xəstəliyi davranış pozuntula ilə.. Dəqiqləşdirilməmiş epilepsiya...” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: z F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli (travma )şəxsiyyət dəyişikliyi.kobud ifadə olunmuş davranış pozuntuları Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Psixopatabənzər davranış, anamnezində qıcolma tutmaları, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Psixopatabənzər davranış ,anamnezində qıcolma tutmaları, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin reyesterində Pulsuz dərman alan ruhi əsəb xəstələri siyahısında yoxdur.” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, Diaqnozun mətni: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz üzrə amillər tapılmadı.Dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar.., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin reyesterində Pulsuz dərman alan ruhi əsəb xəstələri siyahısında yoxdur.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nin T589/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, T 589/2023 nömrəli Ekspert Rəyinin nəticə hissəsinə əsasən Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişlərində qeyd edilmiş əsas xəstəlik və ağırlaşmalarından “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar. Baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəlişəxsiyyət və davranış pozğunluqları.Psixopatabənzər davranış, anamnezində qıcolma tutmalarından hazırda əziyyət çəkir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmadı. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasında əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertizanın keçirilməsi tibbi-sosial ekspert komissiyaların səlahiyyətinə aid edilmişdir. Qeyd edilməlidir ki, işin birinci instansiya icraatı zamanı Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı əyani müayinə olunduqda belə, həmçinin ekspert rəyində ona qoyulmuş xəstəlik diaqnozuna dair ağırlaşmalar öz təsdiqini tapmamışdır. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən əsaslı və qanuni olaraq əlilliyin təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, inzibati orqanın özünün qiymətləndirmə azadlığından irəli gələrək səlahiyyətinin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi qiymətləndirmə azadlığı əsasında qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətini özünün qiymətləndirməsi ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətlərini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, inzibati orqan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (əlillik vəziyyəti ilə bağlı qiymətləndirilmə aparılması və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etməsi) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən nzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5987/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5987/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar