Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3307/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-7107/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ilin noyabr ayından iddiaçıya əlillik təyin edilmişdir. Sonradan 30 yanvar 2020-c il tarixli qərarı ilə də ona əlillik təyin edilmiş, növbəti müayinə tarixi 30 yanvar 2025-ci il tarix olaraq qeyd edilmişdir. Daha sonra iddiaçı avtomobilin verilməsi ilə bağlı müraciət etmiş, lakin onun müraciəti ilə əlaqədar yenidən müayinə edilməsi tələb edilmiş, müayinə nəticəsində isə əlilliyin ləğvi qərara alınmışdır. Halbuki, o, uzun müddətdir xəstəlikdən əziyyət çəkir və onda olan xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ona təyin edilmiş əlilliyin ləğv edilməsi barədə 06 oktyabr 2021-ci il tarixli qərarın ləğv edilməsini və İİ qrup əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmənin 13 iyun 2022-ci il tarixli qərardadı ilə iddia müddətinin ötürülməsi üzrlü hesab edilərək müddətin bərpa edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-7107/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi barədə 06 oktyabr 2021-ci il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsi, İddiaçı təyin edilmiş İİ qrup əlillik dayandırıldığı tarixdən bərpa edilməsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə Bakı 29 nömrəli Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1 : X Sinif - Tənəffüs sistemi xəstəlikləri 5 140-147 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri sx (45 - Astma zs (45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma, Diaqnozun mətni: Orta dərəcəli infeksion allergik bronxial astma birinci dərəcəli obstruktiv tip, Meyar: 2.2. İkinci dərəcə əlillik s 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1 : X Sinif -Tənəffüs sistemi xəstəlikləri s” (40-47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri s” 445 - Astma zə 445.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma, Diaqnozun mətni: Orta dərəcəli infeksion allergik bronxial astma birinci dərəcəli obstruktiv tip, Meyar: 2.2. İkinci dərəcə əlillik z” 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 29 nömrəli Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0053003AADNY saylı göndərişi əsasında baxılmış və “Xəstəliklərin Beynəlxalq Təsnifatı : X Sinif - Tənəffüs sistemi xəstəlikləri “— (40-,47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri ex (45 - Astma zs 045.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma, Diaqnozun mətni: (45.0 Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, İnfeksion allergik bronxila astma,orta-agır gedişli, tez-tez tutmalarla, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstənin aldığı stasionar müalicə müddətləri qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir. Bakı 29 nömrəli Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0053003AADSD saylı göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik: “Xəstəliklərin Beynəlxalq Təsnifatı X Sinif - Tənəffüs sistemi xəstəlikləri ze” (40-.47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri z5 245 - Astma zs 45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma, Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, İnfeksion allergik bronxila astma, orta-ağır gedişli, tez-tez tutmalarla. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmazlığı, İİ dərəcəli obstruktiv tip tənəffüs çatmamazlığı ilə.: Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: 2.2 İkinci dərəcə əlillik z5 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (431-/32.9,035- 437.1441...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 29 nömrəli Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0053003əAADSD saylı göndərişi əsasında təkrarən baxılmış və “X1 : X Sinif – Tənəffüs sistemi xəstəlikləri z” 40-47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri s (45 – Astma zs 45.8 - Qarışıq astma, Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, İnfeksion allergik bronxila astma, orta-ağır gedişli, tez-tez tutmalarla. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmazlığı, ikinci dərəcəli obstruktiv tip tənəffüs çatışmazlığı ilə, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya barədə qərar verilmişdir” səbəbi ilə imtina verilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinədə olmuş və əyani müayinənin nəticəsi olaraq 21 oktyabr 2021-ci il tarixli **********8 nömrəli qərarda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0053003AADSD nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 (beş) il müddətinə (xx.xx.2025-ci ilədək) ikinci dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 566 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Xroniki bronxitin kəskinləşməsi.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, İnfeksion allergik bronxila astma,orta-agır gedişli, tez-tez tutmalarla. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, İİ dərəcəli obstruktiv tip tənəffüs çatmamazlığı ilə.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Tam reabilitasiya barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 2.5-ci bəndinə göndərişlər görə həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. İddiaçı, İddiaçı əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından da görünür ki, hazırkı mübahisə 30 yanvar 2020-ci il tarixdə növbəti dəfə əlillik təyin edilmiş və növbəti müayinə tarixi 2025-ci ilin yanvar ayına təyin edilmiş şəxsin əlilliyinin həmin vaxta çatmadan 06 oktyabr 2021-ci il tarixli əlavə müayinə nəticəsində ləğvi ilə bağlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun əlilliyinin təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Cavabdeh də iddiaçının əlilliyinin təyini ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə 30 yanvar 2020-ci il tarixdə əlilliyini təyini barədə qərar qəbul etmiş və 30 yanvar 2025-ci il tarixi növbəti müayinə tarixi olaraq göstərmişdir. Bu isə o deməkdir ki, iddiaçının reabilitasiya olub-olmamasından asılı olmayaraq 30 yanvar 2020-ci il tarixli qərarla onun əlilliyinin təyini həyata keçirmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmişə və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa iddiaçının heç bir əsas olmadan əlilliyin ləğv edilməsinə dair inzibati icraatı başlaması və həmin inzibati icraat nəticəsində əlilliyi ləğv etməsi əsası yoxdur. İşin faktiki halları isə göstərir ki, ümumiyyətlə iddiaçının əlilliyinin ləğvinə əsas olmuş inzibati araşdırmanın ümumiyyətlə əlilliyin təyini və ləğvi məsələsinə də aidiyyəti olmamışdır. Əlilliyin müddətinin uzadılması barədə qərar əlverişli inzibati aktdır. Həmin əlverişli inzibati akt qanunsuz olsa belə hər bir halda onun ləğvinə əsas vermir. İddiaçının müraciəti ona əlil kimi avtonəqliyyat vasitəsi ilə təmin edilməsi ilə bağlı olmuşdur. Cavabdehin isə aparmalı olduğu inzibati icraat bununla əlaqədar olmalı idi ki, cavabdeh nəinki iddiaçının müraciətinə dair imtinaedici qərar qəbul etmiş, hətta inzibati icraatın predmetindən kənara çıxaraq həmin icraatla bağlı olmayan digər bir iddiaçının vəziyyətini ağırlaşdıran qərar qəbul etmişdir. Göründüyü kimi iddiaçının müraciəti avtonəqliyyat vasitəsinin verilməsi ilə bağlı olmuş, cavabdeh həm həmin vasitənin verilməsindən imtina etmiş, həm də özünün 30 yanvar 2020-ci il tarixli qərarında növbəti müayinə tarixinin müəyyən edilməsinə əhəmiyyət vermədən onun müraciəti əsasında iddiaçının vəziyyətini daha da ağırlaşdıran qərar qəbul etməklə inzibati icraat aparmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, halbuki qərarda növbəti müayinə tarixi konkret olaraq göstərmişdir. Həmin müayinə tarixi iddiaçının sağalması, vəziyyətinin yenidən ağırlaşması kimi halların həmin tarixdə yoxlanılmasına xidmət edir. Bu tarix ərzində əlilliyin təyininə əsas olan xəstəliyin sağalması hər bir halda həmin tarix çatanadək əlilliyin ləğvi ilə nəticələnmir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun 2025-ci ilin yanvar ayına kimi səhhətində baş verən yaxşılaşmalar əlilliyin ləğvinə əsas yaratmır. Əks halda, 5 illik növbəti müayinə tarixinin mövcudluğun zərurət yaranmazdır ki, həmin müddətin qoyulması da məhz əlillərin qısa müddətlər ərzində inzibati icraata cəlb edilməsinin qarşısının alınmasına xidmət edir. Həmçinin, haqlı olaraq qeyd edilmişdir ki, iddiaçının tam reabilitasiya olunması da təkcə cavabdehin mövqeyi ilə sübut edilməyə çalışılmış, bunu təsdiq edən tibib sənədlər mövcud olmamışdır. Həmin halın mövcudluğu da, yəni iddiaçının sağalması da məhkəmə qərarın qanunsuzluğu halının dəyişməcəyi qənaətinə gəldiyindən bu istiqamətdə əlavə araşdırma aparmamış, tibbi ekspertizanın təyininə zərurət müəyyən edilməmişdir. Belə ki, iddiaçı tam reabilitasiya olunsa belə növbəti müayinə tarixi müəyyən edilmiş əlilliyin ləğvinə əsas vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçının reabilitasiya olunmasına istinad edərək əsassız olaraq 5 illik müddəti gözləmədən iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamış, iddiaçının növbəti müayinə tarixinə kimi sağalması, vəziyyətinin yaxşılaşması kimi hallarının mövcud ola biləcəyi, həmin halın hər bir halda mövcudluğunun əlilliyin ləğv edilməsinə səbəbiyyət verməməsi kimi hallarını nəzərə almamışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-7107/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3307/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3307/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver