Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3308/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, apellyasiya şikayəti vermiş şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı öhdəliyin icrası tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2-1(81)-2098/2017 nömrəli qərarından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət eərək, Bakı şəhər Binəqədi rayonu Xocahəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikinti təyinatı ilə mülkiyyət hüquqların torpağın mülkiyyətə verilməsinə dair JN-30160H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli şəhadətnamə ilə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın verilməsi və həmin torpaq sahəsinin döngə nöktələrinin naturada müəyyən etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2-1(81)-2098/2017 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: Ş.Məmmədova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-2011/2017 qərarına əsasən apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2-1(81)-2098/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2-1(81)- 2098/2017 saylı qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün ilk öncə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, daha sonra isə “məhkəmə qərarının icra edilməsi barədə” idiaçının müraciəti nəzərə alınaraq xx.xx.2018-ci il tarixli icra vərəqəsi icra olunması üçün Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2- 1(81)-2098/2017 saylı qərarından Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş şikayətin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi Maraqlı şəxs nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib onun mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini mümkün sayılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq apellyasiya şikayətinin mümkünlüyü məsələsinə iddiaçının iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Maraqlı şəxs apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd olunan normaların tələbinə əsasən məhkəmə qərarlarından yalnız iştirak edən tərəflər və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər şikayət vermək hüququna malik olmaqla onu mübahisələndirə bilərlər. Hazırki halda isə hazırki iş üzrə şikayət vermiş şəxs nə iş üzrə tərəf olmuş, nə də məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmişdir. İnzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxsin icraata qoşulması birinci instansiya məhkəməsinə ərizə verməklə üçüncü şəxs qismində icraata cəlb edilmə qaydasında həll olunmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının iştirakçısı olmayan və icraata cəlb olunmayan şəxs tərəfindən şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından verilmiş şikayət mümkün sayılmamalı və bununla da apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinin tələbinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2-1(81)-2098/2017 saylı qərarından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3308/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3308/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver