Məhkəmə qərarları › İş №2-1(103)-3309/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3309/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3309/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2444/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Uşaqlıqdan əlildir və 28 fevral 1989-cu il tarixli Ser BTЭ-5 № 098126 seriyalı Tibbisosial ekspert komissiyasının müayinə aktından çıxarışa əsasən İİ dərəcəli əlillik müəyyən edilmiş və həmin dərəcə ilə müavinət alır. Hal-hazırda valideynləri öldüyünə görə “Əmək pensiyaları haqqında” Qanuna əsaslanaraq atasının və ya anasının əmək pensiyasının ona təyin edilməsi ilə bağlı cavbdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətindən imtina olunmuş və bunun əsası kimi, əlilliyinin 18 yaşından sonra (xx.xx.1986-cı il tarixdən sonra) müəyyən edilməsi göstərilmişdir. Halbuki, iddia ərizəsinə əlavə olunmuş Tibbi-sosial ekspert komissiyasının rəyindən müəyyən olunur ki, əlilliyi 18 yaşından sonra qeydiyyata alınsa da əlillik onda uşaqlıqdan mövcud olmuşdur...” Cavabdeh iddia ərizəsinə etirazında iddinın rədd olunmasını məhkəmədən xahiş eədər bunu aşağıdakılarla əsaslandırmışdır: Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlillik təyin edimişdir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyini üçün 18 yaşına çatanadək onun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməli idi. İş materiallarında olan sənədlər əsasında iddiaçının ikinci dərəcəli əlil olması, əlilliyin səbəbinin uşaqlıqdan yazıldığı müəyyən edilsə də, lakin həmin əlilliyin iddiaçıya ilkin olaraq xx.xx.1991-ci il tarixdə, yəni 18 yaşına çatanadək deyil, 18 yaşından sonra (23 yaşında) təyin edildiyi müəyyən edilmişdir. Belə olan halda, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kateqoriyasına daxil deyildir və həmin əsasla ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2444/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək iddia tləbinin mahiyyəti üzrə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Həmin qərar qanunsuz və əsassızdır, 1988-ci il tarixdən etibarən, etibarən məcburi köçkün həyatı yaşamış vətəndaş kimi, onun maddi və prosessual hüquqlarını pozmuşdur...” Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə və apellyasiya şikayətinə etirazında göstərilənlərə uyğun izahatında iddiaçının əlilliyinin ilkin olaraq 18 yaşına çatanadək deyil, bundan sonra, 23 yaşında təyin edildiyini bildirərək, mövcud vəziyyətində onun ailə başçsını itirməyə görə pensiya hüququnun yaranmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının cavabdehə qarşı iddia tələbindən göründüyü kimi, ona ailə başçısını itirməyə görə vəfat etmiş atası və ya anasının əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunan hallara əsasən aşağıdakılar müəyyən olunur: -iddiaçının 02413711 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən müəyyən olunur ki, iddiaçının “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar əsasən iddiaçnın xx.xx.1968-ci il tarixdə doğulması barədə akt qeydi doğum haqqında akt qeydi Füzuli rayon qeydiyyat şöbəsində qeydiyyata alınmış, valideynləri X2 ilə Babaşova Zabuta Kamran qızıdır. - AR ƏƏSMN tabeliyində DSMF PHŞ tabeliyində Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 12 oktyabr 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarına, o cümlədən: - Azərbaycan SSR Sosial Təminatlar Nazirliyinin Füzuli rayon TSEK-nin Ser BTЭ-4 seriyalı 095606 №li arayışına əsasən TSEK-in qərarı ilə iddiaçıya xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlillik təyin edimiş; - Sosial Müdafiə Mərkəzinin Qərarının surətinə əsasən həmin qərarla “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə müvafiq olaraq iddiaçının İİ qrup uşaqlıqdan əlilliyinə görə ailə üzvünə xx.xx.1993-cü ildən 500 (beş yüz) manat məbləğində pensiya təyin olunmuş; - xx.xx.1994-cü il tarixdən ddiaçıya DSMF-nin Sabirabad rayon şöbəsinin 1642 №-li qərarı ilə ona yaşa görə əmək pensiyası təyin olunmuşdur. - AR ƏƏSMN tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının əlillik vəziyyəti xx.xx.1991-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddıətsiz ikinci dərəcə əlillik təyinatı aparılmış və MEİS-in “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən ona İİ qrup əlilliyə görə müavinət təyin edilmişdir və ödənilir. -cavabdeh Filialın, hazırkı iddia tələbi ilə bağlı iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilir ki, müavinət işinə dair sənədlərdə olan Ser. BTЭ-5 095606 saylı Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışa əsasən İİ dərəcə əlilliyi 18 yaşından (xx.xx.1986-cı il tarixdən) sonra müəyyən olunduğu üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən ounan hallardan göründüyü kimi, iddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. 18 yaşı xx.xx.1986-cı il tarixdə tamam olmuş, lakin ilkin əlillik dərəcəsi isə ona 5 ildən sonra, xx.xx.1991-ci il tarixdə, yəni 23 yaşında təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci və 14.1.1.2-ci maddələri isə nəzərədə tutur ki, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs - vəfat etmiş və ya həlak olmuş ailənin ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, iddiaçının davamlı olaraq 18 yaşaınadək və həmin yaşından əlillik dərəcəsi mövcud olmalıdır ki, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması mümkün olsun. Konkret halda isə tədiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, onun 18 yaşı 1986-cı ildə tamam olsa da, həmin yaşından ona əlillik təyin olunması üçün TSEK-ə müraciət etməmiş, 18 yaşı tamam oluduqdan 5 il keçdikdən sonra, onun müraciəti əsasında TSEK tərəfindən xx.xx.1991-ci il tarixli qərarı ilə ona İİ dərəcə əlillik təyin edilmiş, lakin bu zaman da əlilliyinin 18 yaşından təyin edilməli olmasını mübahisələndirməmiş, müvafiq iddia qaldırmamış və həmin qərar qüvvəsində qalmışdır. Daha sonra isə ona ümumiyyətlə, DSMF-nin Sabirabad rayon şöbəsinin 1642 №-li qərarı ilə ona xx.xx.1994-cü il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin olunmasından imtina edilməsi əsasıldır. Əsaslı imtina isə onun qanunla qorunan hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Beləliklə də məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin - birinci instansiya məhkəməsinin qərarının qanunusuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2444/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2444/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar