Məhkəmə qərarları › İş №2-1(103)-331/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-331/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-331/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-1919/2021 saylı 22 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2020-ci il tarixə qədər Azərbaycan Respublikası Cavabdehndə xidmət etmiş, sonuncunun 1036/ş saylı xx.xx.2020-ci il tarixli əmri ilə fövqəladə hallar orqanlarından xaric olunmuşdur. Hazırda İddiaçı 1036/ş saylı xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və işə bərpa olunacağı günədək əmək haqqının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı istəyir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixdən yanğından mühafizə orqanlarında işə qəbul olunmuşdur. xx.xx.2020-ci ilədək daxili xidmət mayoru xüsusi rütbəsində Cavabdeh X18 Xidmətinin 1-ci Ərazi X18 İdarəsinin X18 şöbəsinin böyük inspektoru vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixli 1036/ş nömrəli əmrlə fövqəladə hallar orqanından xaric edilmişdir. Hesab edir ki, həmin əmr (inzibati akt) qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, əmrdə normativ əsaslandırma kimi “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.2, 31.1.8, 31.4, 31.5 və 33.1.12-ci maddələrinə istinad olunsa da, iddiaçının hərəkətlərində həmin halların mövcudluğuna dair hər hansı fakt mövcud olmamışdır. İddiaçı öz iradəsindən asılı olmayan səbəbdən, inzibati orqanın qanunsuz əmri nəticəsində iş buraxdığına görə, ona xidmətdən xaric olunduğu gündən xidmətə bərpa olunacağı günədək əmək haqqı ödənilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının xidməti fəaliyyəti yoxlanılmış, yoxlamanın nəticəsi ilə əlaqədar akt tərtib edilmiş və bu barədə ondan izahat alınmış, həmin izahatda iddiaçı kobud pozuntulara yol verməsinin səbəbi kimi tutarlı bir əsas göstərməmişdir. Bununla əlaqədar cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarına riayət etməmiş, sübutları tam şəkildə araşdırmamış və özündə ziddiyyətli məqamlar əks olunan hallar əsaslandırılmadan qərar qəbul etmişdir. İlk növbədə əmr əsaslandırılmamış, adi söz yığnağından ibarətdir. Orada qeyd edilən nöqsanlar ümumi şəkildə göstərilmiş, konkret faktlar və əsaslara söykənmir. AR FHN X18 Xidmətinin 1-ci Ərazi X18 İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli əmri ilə həmin idarə əməkdaşlarının funksional vəzifələri təsdiq edilmişdir. Əmrdə onun həmin vəzifələri pozduğu qeyd olunmamışdır. Əmrdə pozulduğu qeyd olunan vəzifələr ümumiyyətlə ona aid deyil. Əmrdə, birinci nöqsan kimi göstərilən, VÖEN olduğu halda, obyektlər barədə məlumatın Ədliyyə Nazirliyində qeydə alınması üçün təqdim edilməsi idarə rəisinin səlahiyyyətnə aiddir. İkinci nöqsanda göstərilən, müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarına baxmayaraq inzibati xəta haqqında prtokolun tərtib edilməməsinə gəldikdə, həmin vəzifə idarə rəisinin vəzifəsinə aiddir. Üçüncü nöqsanda göstərilən, obyektlərin əksəriyyəti barəsində lazımi sənədlərin qovluqlara əlavə edilməməsi ilə bağlı qeyd edir ki, burada nə nəzərdə tutulduğu qeyd olunmamış, digər tərəfdən sahibkardan hansı sənədi götürmək lazımdır ki, orada yoxlama aparılsın. Həm də X5 əsasən 5 ildən artıq müddətdir ki, sahibkarılq sahəsində yoxlamanın aparılması qadağan edilmişdir. Rəhbərlik tərəfindən də ona obyektlərdən sənədlərin götürülməsi ilə bağlı hər hansı göstəriş də gəlməmişdir. Dördüncü nöqsanda göstərilən, sahibkarlıq subyektlərinə tövsiyyə məktublarının göndərilməməsi ilə bağlı qeyd edir ki, bu məcburi deyil və belə məktubların göndərilməsi onun funksional vəzifəsinə aid deyil. Beşinci nöqsanda göstərilən, obyektlərin bir neçəsinin VÖEN-nin toplanmaması və VÖEN olmayan obyektlər barədə rəhbərliyə təqrirlə müraciət etməməsinə gəldikdə, VÖEN-nin olub-olmamasının yoxlanılması üçün onun məlumat bazalarına çıxışı olmayıb və belə bir texniki imkan da yaradılmamışdır. Həm də bu, onun funksional vəzifəsi deyil. Altıncı nöqsanda göstərilən, ona təhkim olunan ərazidə yerləşən bir neçə obyekt dislokasiya qeydiyyatına alınsa da qovluqlarının tərtib edildiyi ilə əlaqədar isə qeyd edir ki, tabeliyində üç inspektror olmuşdur. Onun dislokasiyasına 18, 19, və 20 saylı xidməti sahələr aiddir. Həmin sahələrə xidmət edən inspektorların idarə rəisinə ünvanladığı təqrirlərdə kənar obyektlər mövcud deyil, ümumiyyətlə belə obyektlərin olub-olmamasını yoxlamaq tabeliyində olan inspektorların vəzifəsidir. Digər tərəfdən isə qovluqların mövcudluğu xx.xx.2020-ci il tarixli aktla təsdiq olunur. O, idarə rəisinin göstərişləri əsasında xidmətini aparır və bu səbəbdən həmin nöqsanlarla bağlı verdiyi izahat ona qarşı istifadə oluna bilməz. Onlarıın bəzilərini etiraf etsə də, onun funksional vəzifələrinə aid deyil. Hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, İPM-in 14.1-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Eyni zamanda, xidmət etdiyi 18 il müddətində barəsində intizam tənbehi tətbiq edilməmiş, irad bildirilməmişdir. Faktiki olaraq inzibati orqan öz səlahiyyətlərindən sui-istifadə edərək, kobud qanunsuzluğa yol vermişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-214/2022 saylı 13 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçı apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikasının Cavabdeh 1036/ş saylı xx.xx.2020-ci il tarixli əmri İddiaçı xidmətdən xaric edilməsi hissəsində ləğv edilmiş, İddiaçı xidmətə bərpa olunması və buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış, hesab etmişdir ki, iddiaçının fəaliyyəti ilə bağlı tərtib olunmuş yoxlama aktına, mübahisələndirilən əmrin məzmununa, işdə iştirak edən şəxslərin izahatlarına və şahid ifadələrinə, tədqiq olunan digər sübutlara əsasən müəyyən olunmuşdur ki, iddiaçı barəsində inzibati icraat cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarına uyğun aparılmamış, onun xidmətdən xaric edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-885/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-214/2022 saylıxx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşin təkrar apellyasiya baxışında iddiaçının verdiyi mülahizənin məzmunu: Mülahizədə qeyd edilmişdir ki, Ali Məhkəmənin Qərarının 21-ci bəndində göstərilir ki, məhkəmə iddiaçının funksional vəzifə səlahiyyətlərinə aid müvafiq sənədlərin, vəzifə bölgüsünün təsbit edildiyi normativ bazanın, yoxlama ilə müəyyən olunmuş faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh kassasiya şikayətinin 5-ci səhifəsində əks olunan 4-cü bənddə qeyd edir ki, AR FHN X18 Xidmətinin 1-ci Ərazi X18 İdarəsi rəisinin xx.xx.2019-cu il tarixli idarə əməkdaşlarının funksional vəzifələri təsdiq edilməsinə dair əmri tamamilə əsassızdır. Qeyd edilir ki, həmin funksional vəzifələr buna səlahiyyəti olmayan şəxs tərəfindən təsdiq edilmişdir. Yəni, Azərbaycan Respublikasının FHN-in X18 Xidmətinin 1-ci Ərazi X18 İdarəsi rəisi Samir Bağırovun funksional vəzifələri təsdiq etməyə səlahiyyəti olmamışdır və bu səbəbdən həmin funksional vəzifələr qanunsuzdur. Lakin, cavabdehin nümayəndəsi iddiaçının işlədiyi 1-ci Ərazi X18 İdarəsi əməkdaşlarının funksional vəzifələrini təsdiq edən rəsmi sənədi təqdim edə bilməmişdir. Halbuki, iddiaçının fövqəladə hallar orqanlarından xaric olunmasına dair xx.xx.2020-ci il tarixli,1036/ş №-li əmrində “xidməti vəzifərini kobud şəkildə pozması” ifadəsi işlədilmişdir. Həmin əmrdə hansı normativ sənədlə təsdiq edilmiş xidməti vəzifələrin pozulmasının nəzərdə tutulduğu məlum deyil. AR Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsi Azərbaycan Respublikası Cavabdeh tabeliyinə verilmişdir. Təəssüf hissi doğuran haldır ki, həmin tarixdən 17 ilə yaxın müddətin keçməsinə baxmayaraq bügünədək FHN-in X18 Xidməti əməkdaşlarının vəzifə funksiyalarını müəyyən edən heç bir normativ sənəd qəbul edilməmişdir. Həmçinin cavabdeh kassasiya şikayətində “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. AR FHN X18 Xidmətinin 1-ci Ərazi X18 İdarəsi rəisinin xx.xx.2019-cu il tarixli idarə əməkdaşlarının funksional vəzifələrinin təsdiq edilməsinə dair əmr də müvafiq vəzifəli şəxs tərəfindən təsdiq edilmiş və gerbli möhürlə təsdiq edilmişdir. Cavabdeh FHN kassasiya şikayətinin 1ci bəndində (7-cı abzasının 2-ci cümləsində) qeyd edir ki, “iddiaçı tərəfindən kobud pozuntular əmrdə kifayət qədər geniş şəkildə işıqlandırılıb”. Halbuki işdən çxarılma əmrində göstərilən kobud pozuntular əsaslandırılmamış, qeyd edilən nöqsanlar ümumi şəkildə göstərilmiş, konkret faktlar və əsaslara söykənmir. Əmrdə öz əksini tapan “əsaslar”ın konkret faktlara söykənməməsi apellyasiya şikayətində və Bakı Apellyasiya Məhkəməsinin qərarında geniş şəkildə əsaslandırılıb. Prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gələrək Bakı Apellyasiya Məhkəməsi iddiaçının xidməti fəaliyyəti zamanı kobud pozuntulara yol verməsi faktları onun fəaliyyətinin yoxlanılması ilə bağlı tərtib olunmuş 28 avqust 2020-ci il tarixli aktda öz əksini tapmış halları tam və ətraflı araşdırmış, həmin aktda qeyd olunmuş pozuntuların element və tərkibinin nədən ibarət olduğu, hansı əsaslara söykəndiyi öyrənmiş və nəticədə məlum olmuşdur ki, həmin “pozuntular” heç bir hüquqi əsasa söykənmir. Yəni, cavabdeh tərəf obyektiv məhkəmə araşdırmasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, “kobud pozuntular” adı altında aktda və əmrdə sadalanan hallar konkret əsaslandırmadan kənar, sənədə-sübuta əsaslanmayan faktları özündə əks etdirir. Yoxlama aktını imzalayan əməkdaşların şahid ifadələrinə əsasən onlardan Elmar Məmmədov, Rauf Ələsgərov və İbrahim Hacıyev yoxlamada iştirak etməmiş, sadəcə yoxlama barədə 28 avqust 2020-ci il tarixli aktı sonradan imzalamışlar. X26 isə yoxlamada iştirak etdiyini bildirsə də, onun tərəfindən nələr yoxlandığını, nəyi və hansı konkret faktların aşkar edildiyi detallalları ilə açıqlaya bilməmiş, sadəcə olaraq tapşırıq əsasında yoxlama aparıldığını bildirmişdir. Göründüyü kimi, ümumiyyətlə iddiaçı tərəfindən pozuntunun törədilməsi halı müəyyən edilmir. O ki qaldı həmin pozuntunun “kobud” pozuntu kimi qiymətləndirilməsinə. Əgər pozuntu faktı sübuta yetirilmirsə, məntiq qaydalarına əsasən “kobud” pozuntudan da danışmaq absurddur. Əgər həqiqətən də iddiaçı tərəfindən hansısa pozuntunun törədilməsi halı müəyyən edilsəydi, bundan sonra məhkəmənin həmin pozuntunun “kobud” pozuntu yoxsa “adi” pozuntu olmasını müəyyən etmək vəzifəsi yaranardı. Lakin, yuxarıda da göstərildiyi kimi ümumiyyətlə onun tərəfindən hansısa pozuntunun törədildiyi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. İddiaçı izahatı sübut edir ki, inzibati orqan tərəfindən aparılmış yoxlama barəsində ona məlumat verilib və İddiaçı də barəsində aparılan yoxlamada iştirak edib. Əvvəla, yoxlama aktında iddiaçının yoxlamada iştirakının təmin olunması barədə məlumat və onun həmin aktla tanış edilməsi ilə bağlı imzasının mövcudluğu müəyyən edilmir. Yəni, tərtib edilmiş yoxlama aktı onun iştirakı olmadan tərtib edilmiş, eləcə də o, həmin aktla tanış edilməmişdir. Bu da “İnzibati icraat haqqında” AR Qanununun 21.1-ci maddəsinin tələbləri pozulduğunu sübut edir. Digər tərəfdən isə onun izahatı “formal akt” tərtib edildikdən sonra alınmış, faktiki olaraq heç bir yoxlama həyata keçirilməmiş, tərtib edilmiş akt isə formal olmuşdur. Əmrdə birinci nöqsan kimi göstərilən təhkim olunduğu ərazidə yerləşən obyektlər barədə zəruri sənədləri toplayıb nəzarət-baxış qovluqlarına əlavə etməməsi ilə bağlı sübüt edilmişdir ki, ona təhkim edilmiş obyektlərdə qovluqlar tələblərə uyğun vəziyyətdə olmuş və lazımi olan bütün sənədlər həmin qovluqda olmuşdur. Bu hal 17-23 avqust 2020-ci il tarixlərində onun işlədiyi idarənin 5 illik fəaliyyətinə dair keçirilən FHN-nın kompleks yoxlama aktı ilə təsdiq edilmişdir. Bir həftə sonra isə ikinci yoxlamanın aparılması qərəzli xarakter daşımışdır, yoxlamanın zəruriliyi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamış və bu səbəbdən həmin yoxlamada aşkar edilmiş bütün nöqsanlar iddiaçının nöqsanı kimi qiymətləndirilə bilməz. Əmrdə ikinci nöqsan kimi göstərilən yanğın-texniki müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları aşkar edilməsinə baxmayaraq əksəriyyətində onların aradan qaldırması üçün müvafiq tədbirlər görməməsi ilə bağlı sübut edilmişdir ki, aşkar edilmiş yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının hansı obyektlərə dair olması konkret göstərilməmişdir. Müvafiq tədbirlər görməməsi faktı isə cavabdehin tərtib etdiyi və işdən çıxarılma əmrinin əsasını təşkil edən aktla inkar edilir. Belə ki, həmin aktda bir sıra obyektlərdə inzibati protokolun tərtib edilməsi təsbit olunmuşdur. Obyektləri yoxladıqdan sonra iddiaçının tərtib etdiyi yanğın-texniki müayinə aktlarına yalnız idarə rəisi dərkənar qoyduqdan sonra ya inzibati protokol, ya da tələbnamə tərtib edilir. İddiaçı isə bununla bağlı öz funksional vəzifəsini tam şəkildə yerinə yetirmişdir. Göstərilən obyektlər iddiaçıya 2019-cu ilin ortalarında təhkim olunmuşdur. Həmin dövrdə isə artıq X5 uyğun olaraq artıq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı bir yoxlamaların aparılması qadağan edilmişdir. Eyni zamanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli qanunu ilə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılmışır. Əmrdə üçüncü nöqsan kimi göstərilən bəzi obyektlərin dislokasiya üzrə qeydiyyata alınmaması və nəzarət baxış qovluqlarının tərtib edilməməsi ilə əlaqədar sübüt edilmişdir ki, obyektlərin dislokasiya qeydiyyatını aparmaq inspektorun vəzifəsidir. İddiaçı isə böyük inspektor vəzifəsini icra etmiş və tabeliyində 3 inspektor olmuşdur. İddiaçının dislokasiyasına 18, 19 və 20 saylı xidməti sahələri aid olmuşdur. Həmin sahələrə xidmət edən inspektorların idarə rəisinə iddiaçının işdən çıxarılma əmri verilməzdən əvvəlki tarixlərdə ünvanladığı təqrirlərdən də görünür ki, həmin xidməti ərazilərdə dislokasiyadan kənar əlavə obyektlər mövcud deyil (təqrirlər işin materiallarına əlavə edilmişdir). Ümumiyyətlə xidməti ərazidə isə əlavə obyektlərin olub-olmamasını yoxlamaq iddiaçının tabeliyində olan inspektorların vəzifəsinə aiddir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya təhkim olunmuş obyektlərə dair guya çatışmazlıqları olan 23 ədəd obyektin nəzərət baxış qovluqlarına baxış keçirilmiş və sübüt edilmişdir ki, təqdim edilən 23 ədəd qovluğun 14 ədədinin iddiaçıya aidiyyəti yoxdur və bu qovluqlardakı obyektlər ona təhkim olunmamışdır. Cavabdeh isə bu obyektlərin iddiaçıya təhkim edilməsi barədə təhvil-təslim sənədini məhkəmə təqdim edə bilməmişdi. Cavabdehin nümayəndəsinin möhürsüz və imzasız təqdim etdiyi dislokasiyaya aid sənəd isə məhkəmə kollegiyası tərəfindən mötəbər sənəd kimi qəbul edilməmişdir. Qeyd etmək lazımdır ki, işdən çxarılma əmri ilə ona əsas kimi çıxış edən akt arasında ciddi uyğunsuzluq vardır. Cavabdeh iddia edir ki, FHN-nin xx.xx.2020-ci il tarixli,1036/ş №-li əmri işin faktiki halları və şahid ifadələri ilə kifayət qədər sübut edilmişdir. Bu tamamilə həqiqətə uyğun deyil. Belə ki, şahid qismində dindirilən nazirliyin 1-ci ərazi X18 İdarəsinin Dövlət Yanğın Şöbəsinin rəis müavini X8 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, “10 ildən artıqdır iddiaçını iş yoldaşı kimi tanıyır. Yoxlamanı Xüsusi Nəzarət Şöbəsi keçirib, o isə sadəcə olaraq aktı imzalayıb. Yoxlamada iştirak etməmişdir. Aktda yazılanlar yadımdan çıxıb.” Həmin Şöbənin böyük inspektoru X9 ifadəsində göstərmişdir ki, yoxlamada nöqsanların aşkarlanmasında iştirak etmişdir. İddiaçı tərəfindən yanğın nəzarəti qaydalarında olan mövcud xətalarla bağlı protokol tərtib olunmayıb və 2019-cu ildə reyestrə daxil edilmədiyinə görə həmin obyektlər risk qrupundan kənarda qalıb və fərmana əsasən risk qrupundan kənarda qalan obyektlər barəsində tövsiyyə məktubları təqdim olunmayıb. Dislokasiyadan kənarda obyektlərin olmaması ilə bağlı materiallar bizdə yoxdur. Ona təhkim olunmuş 162 obyektin hamısının qovluğunuun olub-olmadığını bilmir”. 1-ci ərazi X18 İdarəsinin Dövlət Yanğın Şöbəsinin rəisi X6 ifadəsində göstərmişdir ki, “28 avqust tarixindəki yoxlama xüsusi nəzarət şöbəsi tərəfindən aparılıb. Akt tərtib olunub. Qovluqlar tələb olunub və aşkarlanan nöqsanlar barəsində qeydlər olunub. Yoxlama tövsiyyə məktublarının olub-olmamamsı ilə bağlı olub. Yoxlama xüsusi nəzarət şöbəsi tərəfindən aparılıb. Yoxlamada iştirak etməmiş, 28 avqust tarixində akta imza çəkmişdir. Qovluqlar hamısı yerində olub, sadəcə mövcud xətalarla bağlı protokol tərtib olunmayıb. Musayevə təhkim olunmuş lakin qeyd edilməyən obyekt aşkar edilməmişdir”. Şahid qismində dindirilmiş iddiaçının işlədiyi şöbənin rəis müavini Rauf Ələsgərov iddiaçını müsbət xarakterizə etmiş və onun intizamlı işçi olduğunu bildirmişdir. Belə olan halda iddiaçı barəsində tətbiq edilən əmr necə əsaslı və qanuni hesab edilə bilər. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların və təqdim etdiyi mülahizənin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı nümayəndə və vəkilin verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtləri də yoxlanılarkən Kollegiya hesab edir ki, ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İşin mahiyyətinə gəldikdə isə qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı tələbi “1036/ş saylı 10 sentyabr 2020-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və işə bərpa olunacağı günədək ona əmək haqqının ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddiaçının iddiası təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən onun təhkim olunduğu ərazidə yerləşən obyektlər barədə zəruri sənədlərin toplanıb nəzarət-baxış qovluqlarına əlavə edilməməsinə, yanğın-texniki müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq, əksər hallarda onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməməsinə, bəzi obyektlərin dislokasiya üzrə qeydiyyata alınmamasına, nəzarət-baxış qovluqlarının tərtib edilməməsinə, həmçinin iddiaçı tərəfindən həmin nöqsanların cavabdehin adına verdiyi izahatında da etiraf edilməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşdə olan iddiaçı barəsində Azərbaycan Respublikasının Cavabdeh tərəfindən verilmiş intizam tənbehinin tətbiq edilməsi haqqında 1036/ş saylı 10 sentyabr 2020-ci il tarixli əmrindən çıxarışda qeyd edilmişdir ki, iddiaçı- Nazirliyin 1-ci ərazi X18 İdarəsinin X18 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı, xidməti vəzifələrini kobud şəkildə pozaraq təhkim olunmuş ərazidə yerləşən obyektlər barədə zəruri sənədləri toplayıb nəzarət-baxış qovluqlarına əlavə etməmiş, yanğın-texniki müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq, əksəriyyətində onların aradan qaldırılması üçün müvafiq tədbirlər görməmiş, bəzi obyektlər dislokasiya üzrə qeydiyyata almamış, nəzarət-baxış qovluqlarını tərtib etməmiş, həmin idarənin rəisi, daxili xidmət polkovnik-leytenantı X11, X18 şöbəsinin rəisi, daxili xidmət mayoru X4 və şöbə rəisinin müavini, daxili xidmət polkovnik-leytenantı X7 tabeliylərindəki əməkdaşın fəaliyyətinə lazımi qaydada nəzarət etməmiş, bununla da onlar “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1-ci maddəsinin tələblərini pozmuşlar. Qeyd olunanlar nəzərə alınaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.2, 31.1.8, 31.1.4, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq Nazirliyin 1-ci ərazi X18 İdarəsinin X18 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı vəzifələrin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə fövqəladə hallar orqanlarından xaric edilmişdir. Sözügedən əmrin verilməsi üçün əsas olan, cavabdeh orqanın əməkdaşları - X18 Xidmətinin Xüsusi Nəzarət Şöbəsinin rəis müavini X21, həmin Şöbənin böyük inspektoru X9, 1-ci ərazi X18 İdarəsinin Dövlət Yanğın Şöbəsinin rəisi X6, həmin Şöbənin rəis müavini X8, 1-ci ərazi X18 İdarənin Dəftərxana rəisi X12 tərəfindən imzalanmış yoxlama aktında isə iddiaçının fəaliyyətində aşağıdakı nöqsanların aşkar olunduğu qeyd olunur: - “... nazirliyin 1-ci ərazi X18 İdarəsinin X18 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı xidməti yoxlanılmışdır. İddiaçı təhkim olunmuş xidməti ərazisində (18-19- 20-ci sahələrdə) 162 obyekt, onlardan 15 dövlət, 3 bələdiyyə, 144 özəl obyekt mövcuddur. Yoxlama zamanı yanğın-texniki müayinə keçmiş obyektlərin əksəriyyətində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına baxmayaraq bir neçəsinin VÖEN-i olduğu halda, həmin məlumatları Ədliyyə Nazirliyinin Vahid Məlumat Reyestrinə daxil etməmiş, təhkim olunmuş obyektlərin bir neçəsinin VÖEN-i toplanmamış, VÖEN-siz fəaliyyət göstərilən obyektlər barədə idarə rəhbərliyinə təqrirlə məruzə etməmiş, əksəriyyət obyektlərin qovluqlarına lazımi sənədlər toplanmamış və obyektin qovluğunu nümunəvi yanğınnəzarət müşahidə qovluğunun tələblərinə uyğun tərtib etməmişdir. Təhkim olunduğu xidməti ərazisində (18- 19-20-ci sahələr) inspektorların iş fəaliyyətinə nəzarəti zəif apararaq vəzifəsini tam icra etməmişdir.” Həmçinin İddiaçıdə xidməti iş fəaliyyətinin yoxlanması barədə tərtib edilmiş 01 sentyabr 2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, 1-ci ərazi X18 İdarəsinin X18 Şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı xidməti fəaliyyəti Xüsusi Nəzarət Şöbəsi tərəfindən yoxlanılmış, daxili xidmət mayoru İddiaçı 2019-cu il tarixdən 18, 19 və 20-ci sahələrə böyük inspektor kimi təhkim olunmuşdur. Təhkim olunduğu xidməti sahələrdə 162 obyekt mövcuddur. Bunlardan 15 ədədi dövlət, 3 ədədi bələdiyyə, 144 ədədi isə sahibkarlıq subyektlərinə məxsusdur. İddiaçı xidməti fəaliyyətinin yoxlanılması zamanı təhkim olunduğu ərazidə yerləşən obyektlərin əksəriyyəti barəsində lazımi sənədləri qovluqlara əlavə etmədiyi, qovluqları nümunəvi “yanğın-nəzarət müşahidə” qovluğunun tələblərinə uyğun tərtib etmədiyi, yanğın-texniki müayinə keçirdiyi obyektlərin əksəriyyətində yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarını aşkar etməsinə baxmayaraq ancaq bir neçəsi barədə inzibati xəta haqqında protokol tərtib etdiyi, sahibkarlıq subyektlərinin əksəriyyətinə tövsiyə məktublarını təqdim etmədiyi, obyektlərin bir neçəsinin (siyahı arayışa əlavə olunur) VÖEN-İ olduğu halda, həmin obyekt haqqında məlumatları Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri”nə daxil etmədiyi, obyektlərin bir neçəsinin VÖEN-lərini toplamadığı, VÖEN olmayan obyektlər barədə İdarə rəhbərliyinə təqrirlə məruzə etmədiyi məlum olmuşdur. Böyük inspektor kimi təhkim olunduğu (18, 19 və 20-ci sahələr) xidməti sahəsində 23 ədəd yanğın su hovuzundan 9-da yoxlamalar aparmamışdır. İddiaçı təhkim olunduğu xidməti ərazisinə baxış keçirilən zaman bir neçə obyektin dislokasiyada qeydiyyata alınmadığı, obyektlərin bir neçəsinin isə dislokasiyada qeydiyyata alınmasına baxmayaraq “yanğın-nəzarət müşahidə" qovluqlarının tərtib edilmədiyi məlum olmuşdur. Yoxlamanın nəticəsi ilə əlaqədar İddiaçı izahatı alınmış və aktlaşdırılmışdır, izahatında o, İdarə rəhbərliyi tərəfindən ona verilmiş tapşırıqların çox olmasını əsas gətirərək 2019-cu ildə obyektlər haqqında məlumatları Reyestr sisteminə daxil edə bilmədiyini bildirmişdir. Xidməti ərazisində obyektlərin sahibləri yerlərində olmadığına görə tövsiyə məktublarını təqdim edə bilmədiyini, obyektlərin bəzilərinin VÖEN olmadan fəaliyyət göstərməsi barədə təqrirlərin yazılmasını tabeçiliyində olan inspektorlara tapşırdığını, qovluqların nümunəvi yanğın-nəzarət müşahidə qovluğuna uyğun tərtib edə bilmədiyini isə Xidməti tapşırıqların çox olması ilə əlaqələndirmişdir (geniş izahat və akt yışa əlavə olunur). İddiaçı xidməti fəaliyyətinin yoxlanılmasının nəticəsinə əsasən 1-ci ərazi DYNİ- DYNŞ-nin rəisi daxili xidmət mayoru Elmar Məmmədovun və həmin şöbənin rəis müavini daxili xidmət polkovnik-leytenantı Rauf Ələsgərovun da izahatları alınmışdır. Hər ikisi işlərin müvafiq qanunvericiliyə uyğun görülməsi barədə tələbləri mütəmadi olaraq şöbənin əməkdaşlarının nəzərlərinə çatdırdıqlarına baxmayaraq, işlərində dönüş yaratmadıqlarını bildirmişlər. Həmçinin İddiaçı xidməti fəaliyyətinin şöbə tərəfindən yoxlanılmadığını da izahatlarında bildirmişlər. 1-ci ərazi DYNİ-nin rəisi daxili xidmət polkovnik-leytenantı İsmayıl Həşimovun izahatı alınmışdır. İzahatda o, İdarə əməkdaşlarının xidməti fəaliyyətlərinin yoxlanılması barədə, xidməti ərazidə yerləşən obyektlərin sayının dislokasiya üzrə uyğunluğunun yoxlanılması barədə, xidməti ərazisinin dislokasiyasında olmayan obyektlərin aşkar olunaraq dislokasiyaya qeydiyyata alınması barədə, xidməti ərazidə VÖEN olmadan fəaliyyət göstərən obyektlər barədə tərəfindən “Əmr”lər imzalamadığını bildirmişdir (izahat arayışa əlavə olunur). Bildirilmişdir ki, 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru daxili xidmət mayoru İddiaçı xidməti vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə Xidmət rəisinin xx.xx.2017-ci il tarixli, 0183/ş nömrəli əmri ilə “Xəbərdarlıq” elan edilmiş, toplanmış materiallara əsasən belə qənaətə gəlmək olur ki, daxili xidmət mayoru İddiaçı xidməti fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurmamış, tabeçiliyində olan inspektorların işlərinə nəzarəti zəif həyata keçirərək öz funksional vəzifəsini icra etməmişdir. Bununla da o, “X18 orqanların işinin təşkilinə air Təlimati’ın, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1-ci maddəsinin, İnzibati Xətalar Məcəlləsinin və Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Göründüyü kimi, iddiaçının xidməti iş fəaliyyətinin yoxlanılması barədə tərtib edilmiş arayışdakı nöqsanların hamısı heç də iddiaçı barəsində sonradan tərtib edilmiş aktda tam olaraq qeyd edilməmişdir. Birinci apellyasiya baxışı zamanı aktı imzalayan, şahid qismində dindirilmiş nazirliyin 1-ci ərazi X18 İdarəsinin Dövlət Yanğın Şöbəsinin rəis müavini X8 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, “10 ildən artıqdır iddiaçını iş yoldaşı kimi tanıyır. Yoxlamanı Xüsusi Nəzarət Şöbəsi keçirib, o isə aktı imzalayıb. Yoxlamada iştirak etməmişdir. Aktda yazılanlar yadından çıxıb.” Aktı imzalayan digər şahid- X18 Xidmətinin Xüsusi Nəzarət Şöbəsinin rəis müavini X21 ifadəsində bildirmişdir ki, “Musayev barəsində yoxlama obyektlərin dislakasiyası ilə bağlı olmuşdur. Böyük inspektor inspektorun fəaliyyətinə nəzarət etməlidir. Obyektlərin qovluqları çox olub, dəqiq yadımda deyil. Aktda qeyd olunub. Kompleks yoxlama ildə bir dəfə olur. İddiaçı barəsində yoxlama göstəriş əsasında olub”; Digər şahid (aktı imzalayanlardan)- Şöbənin böyük inspektoru X9 ifadəsində bildirmişdir ki, yoxlamada nöqsanların aşkarlanmasında iştirak etmişdir. İddiaçı tərəfindən yanğın nəzarəti qaydalarında olan mövcud xətalarla bağlı protokol tərtib olunmayıb və 2019-cu ildə reyestrə daxil edilmədiyinə görə həmin obyektlər risk qrupundan kənarda qalıb və fərmana əsasən risk qrupundan kənarda qalan obyektlər barəsində tövsiyyə məktubları təqdim olunmayıb. Dislakasiyadan kənarda obyektlərin olmaması ilə bağlı materiallar bizdə yoxdur. İddiaçıya təhkim olunmuş 162 obyektin hamısının qovluğunun olub-olmadığını bilmir”. Digər şahid- 1-ci ərazi X18 İdarəsinin Dövlət Yanğın Şöbəsinin rəisi X6 ifadəsində bildirmişdir ki, “28 avqust tarixindəki yoxlama xüsusi nəzarət şöbəsi tərəfindən aparılıb. Akt tərtib olunub. Qovluqlar tələb ounub və aşkarlanan nöqsanlar barəsində qeydlər olunub. Yoxlama tövsiyyə məktublarının olub- olmaması ilə bağlı olub. Yoxlama xüsusi nəzarət şöbəsi tərəfindən aparılıb. Yoxlamada iştirak etməmiş, 28 avqust tarixində imza çəkmişdir. Qovluqlar hamısı yerində olub, sadəcə mövcud xətalarla bağlı protokol tərtib olunmayıb. Musayevə təhkim olunmuş, lakin qeyd edilməyən obyekt aşkar etməmişlər”. Digər şahid - həmin İdarənin Dəftərxana rəisi X12 ifadəsində göstərmişdir ki, yoxlamada təftiş zamanı iştirak etməmiş, lakin nöqsanlarla tanış olub aktı imzalamışdır. 18,19, 20 saylı dairəsində yoxlama aparılıb. Xidməti fəaliyyət zamanı 165 obyekt olub. Lakin bəziləri Ədliyyə Nazirliyinin reyestrinə daxil edilməyib. Həmçinin tövsiyyə xarakterli məktublar sahibkarlara verilməyib. Ərazidə qeydiyyatsız obyektlər olub, bu hallara görə məsuliyyət yaranır. O, ümumi baxış keçirmişdir. Həmin şahidlərin ifadələri əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclaslarının audio-video görüntüləri ilə də təsdiq olunur. Yoxlama aktını imzalayan əməkdaşların şahid ifadələrindən görünür ki, onlardan Elmar Məmmədov, Rauf Ələsgərov və İbrahim Hacıyev yoxlmada iştirak etməmiş, sadəcə yoxlama barədə 28 avqust 2020-ci il tarixli aktı sonradan imzalamışlar. X26 isə yoxlamada iştirak etdiyini bildirsə də, onun tərəfindən nələr yoxlandığını, nəyi və hansı konkret faktların aşkar edildiyi detallalları ilə açıqlaya bilməmiş, sadəcə olaraq tapşırıq əsasında yoxlama aparıldığını bildirmiş, hətta qeyri-müəyyən şəkildə qovluqların çox olduğunu bildirmişdir ki, bu da iddiaçıya təhkim olunmuş 162 obyektin hamısının qovluğunun olmaması anlamını verə bilməz. Digər şahid Cabir İsgəndərov isə yoxlamada nöqsanların aşkarlanmasında iştirak etdiyini bildirsə də, iddiaçıya təhkim olunmuş 162 obyektin hamısının qovluğunun olub-olmadığını bilmədiyini qeyd etmişdir. Ümumyyətlə, hər iki şahid yoxlamada konkret nəyi yoxladıqlarını, yoxlamanın detallarını açıqlaya bilməmişdir ki, həmin məhkəmə iclasının audio-video yazısından da bütün bunlar aydın görünür. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqanın mübahisələndirilən 1036/ş nömrəli 10 sentyabr 2022-ci il tarixli əmrində “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1, 31.1.2, 31.1.8, 31.1.4, 31.5 və 33.1.12-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən inzibati orqanın mübahisələndirilən inzibati aktın qəbulu ilə bağlı malik olduğu diskresion səlahiyyətini mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilib-keçirilməməsi, həmçinin diskresion səlahiyyətlərinin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı araşdırılmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçını fövqəladə hallar orqanlarından xaric edən zamanı diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1-ci maddəsinə əsasən qanunvericiliyin tələblərinə riayət etmək Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. məzəmmət (irad); 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir); 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə. 31.2. Fövqəladə hallar orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. 31.3. Xidməti intizamı pozduğuna görə fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsi (daxili xidmət sıravisi, tibb xidməti sıravisi, daxili xidmət kiçik leytenantı, tibb xidməti kiçik leytenantı və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər. 31.4. Bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 31.6. Bu Qanunun 31.1.9-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehi cinayət törətdiyinə görə fövqəladə hallar orqanları işçisi barədə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə tətbiq edilə bilər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarının əməkdaşlarının seçkili və ya digər təyinatlı vəzifələr tutmasına, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa sahibkarlıq, kommersiya və digər ödənişli və ya siyasi fəaliyyətlə məşğul olmasına və siyasi partiyalara üzv olmasına yol verilmir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən Fövqəladə hallar orqanları əməkdaşının aşağıdakılara ixtiyarı yoxdur: 11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 11.2.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa, dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 11.2.3. xidmət keçdiyi fövqəladə hallar orqanının rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xarici ölkələrə getməyə; 11.2.4. fövqəladə hallar orqanlarında xidmətinə xitam verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 11.2.5. dini təbliğ etmək üçün fövqəladə hallar orqanları əməkdaşının statusundan istifadə etməyə və fövqəladə hallar orqanlarının tabeliyində olan obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə; 11.2.6. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə. Həmin Qanunun 33.1.12-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarından xaric etmə Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın mübahisələndirilən əmrinin qanuni və əsaslı olması həmin əmrin verilmə əsası kimi çıxış edən halların mövcudluğunun sübuta yetirilməsindən asılıdır. Hansı ki, qanunvericilik həmin sübutetmə vəzifəsini İPM-nin 14.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə qoymuşdur. Cavabdeh inzibati orqan mübahisələndirilən əmrin qəbul edilməsinin zəruriliyini həmin inzibati aktın məzmununda göstərilən hallarla əsaslandırır. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla cavabdeh inzibati orqanın iddiaçıya tətbiq etdiyi “fövqəladə hallar orqanlarından xaric etmə” növündə intizam tənbehi yuxarıda adı çəkilən Qanunun “İntizam məsuliyyətinin növləri” adlanan 31-ci maddəsində sadalanan intizam tənbeh növləri sırasında ən ağırı olaraq 31.1.8-ci bəndində nəzərdə tutulmuşdur. Həmin tədbirin görülməsi üçün qanunvericilik nəinki 31-ci maddənin özündə müəyyən edilmiş halların, yəni Qanunun 10-cu və 11-ci, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci və ya 9-cu maddəsində göstərilən hüquqpozmaların törədilməsinin, həm də şəxsin vəzifələrinin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, yuxarıda qeyd olunan xidmətlə bir araya sığmayan hərəkətlərə yol verməsi halının baş verməsini də vacib sayır. Mübahisələndirilən əmrin məzmunundan görünür ki, iddiaçının fövqəladə hallar orqanlarından xaric edilməsinin əsası kimi cavabdeh orqanın istinad etdiyi hallar – iddiaçının xidməti vəzifələrini kobud şəkildə pozaraq təhkim olunmuş ərazidə yerləşən obyektlər barədə zəruri sənədləri toplayıb nəzarət-baxış qovluqlarına əlavə etməməsi, yanğın-texniki müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq, əksəriyyətində onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməməsi, bəzi obyektlərin dislokasiya üzrə qeydiyyata alınmaması, nəzarət-baxış qovluqlarının tərtib edilməməsi, tabeliyindəki əməkdaşın fəaliyyətinə lazımi qaydada nəzarət edilməməsindən ibarətdir. Qeyd etmək lazımdır ki, tədqiq olunan yoxlama aktında iddiaçı tərəfindən nəzarətbaxış qovluqlarının tərtib edilmədiyi qeyd olunsa da, hələ birinci apellyasiya baxışında verilmiş şahid ifadələrindən də müəyyən olunmuşdur ki, qovluqlar mövcud olmuşdur. Belə ki, məhkəmənin tələbi ilə cavabdehin nümayəndəsi tərəfindən qovluqlardan nümunələr təqdim olunmuşdur ki, həmin qovluqlarda da obyektlər barədə müvafiq məlumatların mövcud olduğu müəyyən edilmişdir. Yoxlama aktında, konkret olaraq hansı obektlərə dair qovluqların tərtib olunmadığı isə sadalanmamışdır. Digər tərəfdən, mübahisələndirilən əmrdə bəzi obyektlərin dislokasiya üzrə qeydiyyata alınmadığı “kobud pozuntular” sırasında adı hallansa da, tədqiq olunan xx.xx.2020-ci il tarixli yoxlama aktında bu barədə faktlar qeyd olunmamışdır. Qeyd olunan əməkdaşların şahid ifadələrindən isə görünür ki, iddiaçıya təhkim olunmuş, lakin qeyd edilməyən dislakasiyadan kənar obyektlər aşkar edildiyi təsdiq olunmur. Eyni zamanda, məhkəməyə təqdim olunmuş 1-ci ərazi X18 İdarəsinin rəsi İsmayıl Haşımova ünvanlanmış yoxlamadan əvvəlki dövrə (xx.xx.2020, xx.xx.2020 və s.) təqrirlərdən görünür ki, sahədə dislokasiyadan kənar obyektlərin mövcud olmadığı məruzə olunmuşdur. 28 avqust 2020-ci il tarixdə iddiaçıdan alınmış izahatına münasibətdə qeyd olunmalıdır ki, həmin izahatda iddiaçı tərəfindən suallar ümumi şəkildə cavablandırılmış və həmin cavabların konkret faktları əks etdirməməsi və işin hazırda tədqiq olunan sübutlarla müəyən olunan halları baxımından, iddiaçının yoxlama aktında və əmrdə qeyd olunan “kobud pozuntu” hallarının həqiqətən mövcud olduğu, iddiaçının da bu pozuntulara yol verdiyinin etirafı kimi qəbul edilə bilməz. Digər tərəfdən, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, 17-20 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Cavabdeh 29 iyul 2020-ci il tarixli 062 nömrəli əmrinə əsasən keçirilən kompleks yoxlama zamanı Azərbaycan Respublikası Cavabdeh X18 Xidmətinin (bundan sonra - Xidmət) 1-ci ərazi X18 İdarəsinin X18 şöbəsinin (bundan sonra - şobə) fəaliyyəti yoxlanılmış, yoxlama zamanı Nazirliyin müvafiq əmr və göstərişlərinin, Xidmətin və şöbənin əsasnamələri ilə müəyyən olunmuş vəzifələrin həmçinin şöbə tərəfindən planlaşdırılan tədbirlərin icra dərəcəsi yoxlanılmış, Şöbənin fəaliyyətinin təşkilində fəaliyyət sahəsinə aid Azərbaycan Respublikasının qanunlarını, ölkə Prezidentinin fərman və sərəncamlarını, Cavabdeh, eləcə də X18 Xidmətinin əsasnamələri rəhbər tutulmuş və yoxlama zamanı digər noqsanlarla yanaşı, 24 adda müxtəlif nöqsanın aşkar edildiyi sadalanmışdır. İşin təkrar apellyasiya baxışı zamanı məlum oldu ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli arayışda sadalanan nöqsanın hər hansı biri onun fəaliyyətinin yoxlanmasından təxminən 10 gün əvvəl- 17-20 avqust 2020-ci il tarixdə keçirilmiş kompleks yoxlama zamanı aşkarlanmamışdır, belə ki, İddiaçı aşkarlanan nöqsanlarından hər hansı biri kompleks yoxlama nəticəsində tərtib olunmuş arayışda sadalanan 24 adda nöqsan sırasında öz əksini tapmamışdır. Bununla yanaşı, məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi özü də kompleks yoxlama ilə bağlı tərtib edilmiş arayışda sadalanan 24 adda nöqsanın hər hansı birinin iddiaçı barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışda qeyd olunan nöqsanlarla bağlı olmadığını, həmçinin kompleks yoxlama zamanı aşkarlanan 24 adda nöqsandan istənilən birinin İddiaçı təqsirliliyi ucbatından baş vermədiyini təsdiqləmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 885/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında göstərilənlərlə bağlı aparılan araşdırmalar barədə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: Əvvəla, cavabdeh inzibati orqanın iddiaçının işdən azad edilməsinə əsas kimi göstərdiyi- iddiaçının fəaliyyətində “kobud pozuntulara” yol verməsi barədə qeyd olunur ki, kassasiya instansiyası məhkəməsinin qərarında da göstərildiyi kimi, “kobud pozuntu” anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Belə anlayışlar tam aydın olmayan, qeyri-dəqiq və qeyri-müəyyən məzmuna malikdirlər. Bununla belə, qanunun tətbiqi zamanı inzibati orqanlar təcrübədə həmin anlayışlara əməl etməyə və onların müəyyən təfsiri və ya interpretasiyası əsasında qərar qəbul etməyə məhkumdurlar. Bu kateqoriyadan olan anlayışlar qiymətləndirmə tələb edir və qiymətləndirilmə zamanı inzibati orqanlar (o cümlədən cavabdeh) müəyyən hədlərdə qiymətləndirmə azadlığına malikdirlər. Buna rəğmən, işin faktiki hallarına münasibətdə qeyri-müəyyən (hazırkı mübahisədə “kobud”) anlayışlardan istifadə olunduğu hallarda, məhkəmə qiymətləndirmə azadlığından istifadə zamanı inzibati orqanın hansı obyektiv meyarlara əsaslandığını, həmin meyarların yolverilənliyini və yararlığını, inzibati orqanın inzibati praktikasına uyğunluğunu yoxlamağa və bunun üzərindən qiymətləndirmənin düzgünlüyünü müəyyən etməyə haqlıdır. Bu baxımdan təkrar apelyasiya baxışı zamanı cavabdehin istinad etdiyi pozuntuların iddiaçının xidməti vəzifələrinə bağlı və onun məsuliyyət sferasına aid olduğunun müəyyən edilməsi, habelə həmin pozuntuların “kobud pozuntu” kimi qiymətləndirilməsi əsaslarının və kriteriyalarının müəyyən olunması istiqamətində araşdırma aparılmışdır. Həmin araşdırma çərçivəsində pozulması iddia edilən xidməti vəzifələrin iddiaçının funksional vəzifələrinə aid olduğunu təsbit edən müvafiq normativ sənədlər, o cümlədən iddiaçının xidmət keçdiyi şöbə üzrə vəzifəli şəxslərin vəzifə bölgüsü haqqında təlimat, əmr və ya hər hansı digər sənəd, iddiaçının xidməti vəzifələrinin dairəsini (məsələn, yoxlamanın reyestrdə qeydiyyatdan keçirilməsinin, eyni zamanda müayinənin keçirildiyi obyektlərdə aşkar olunmuş pozuntu faktları üzrə müvafiq qərarların, o cümlədən məsuliyyətə cəlb olunma barədə qərarın qəbul edilməsinin iddiaçının funksional vəzifəsinə aid olub-olmamasını) müəyyən edən sənədlər cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Sözügedən sənədlərin təqdim olunmaması səbəbindən cavabdeh orqan iddiaçının xidməti vəzifələrinin iddia olunan pozuntunun baş verdiyinə və həmin pozuntuların da “kobud pozuntu” kimi qiymətləndirilməsi üçün əsaslandığı meyarlar, eləcə də inzibati orqanın qiymətləndirməsinin həmin kriteriyalara uyğunluğunu əsaslandıra bilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən ona təhkim edilmiş hansı obyektə münasibətdə hansı pozuntuya yol verildiyi, pozuntunun yol verildiyinin müəyyən olunduğu halda onun xarakteri və məzmunu ümumi şəkildə deyil, konkret şəkildə göstərilməmiş, pozuntunun nədən ibarət olduğu, konkret nədə ifadə olunduğu, hansı normativ əsasları pozduğu aydın göstərilməmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, inzibati aktın qanuniliyi və əsaslılığını sübut etmək vəzifəsi İPM-nin 14-cü maddəsinin tələbinə görə inzibati orqanın vəzifəsi olaraq müəyyən edilmişdir. Kollegiya onu da qeyd edir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” AR Qanununun tələblərinə əsasən həmin qanunla tənzimlənməyən məsələlər AR Əmək Məcəlləsi ilə tənzimlənir. Qanunun bu tələbindən göründüyü kimi, həmin şəxslər istisna olmaqla, digər şəxslər, eyni zamanda fövqəladə hallar orqanlarında xidmət keçən şəxslərə də Əmək Məcəlləsinin tələbləri tətbiq olunur. AR Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmışdır. Belə ki, həmin maddənin tələbinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Hazırki işdə iddiaçının fəaliyyəti dövründə onun tərəfindən yuxarıda sadalanan- əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından hər hansı birinə yol verilməmişdir, belə ki, məhkəmə icraatlarında bu barədə cavabdeh inzibati orqanın da hər hansı arqumenti olmamışdır. Digər tərəfdən, iş materiallarından (i.v.100-101) görünür ki, iddiaçının valideynləri atası X16 və anası X14 İİ qrup əlildirlər. İddiaçı işdən azad olunarkən işin bu halı da cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Halbuki Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu zaman kollegiya nəzərə alır ki, iddiaçı barəsində tətbiq edilmiş intizam tənbehi (fövqəladə hallar orqanlarından xaric edilmə) Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində və 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan müddəalarla eynilik təşkil etmişdir. Beləliklə, işin tədqiq olunan sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, iddiaçı barəsində cavabdehin keçirdiyini bildirdiyi yoxlama faktiki olaraq həyata keçirilməmiş, sadəcə olaraq formal şəkildə 28 avqust 2020-ci il tarixində yoxlama barədə akt tərtib olunaraq, adıçəkilən əməkdaşlar tərəfindən imzalanmışdır. Ən azından, yoxlama aktında iddiaçının yoxlamada iştirakının təmin olunması barədə məlumatın və onun həmin aktla tanış edilməsi ilə bağlı imzasının mövcudluğu da müəyyən olunmur. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək məqsədilə əmrdə istinad olunan- iddiaçının vəzifəsinin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara yol verməsinin mövcudluğunun nədə ifadə olunduğunu əsaslandıra bilməmiş, bu barədə məhkəməyə təqdim etdiyi sənədlər qismində olan materiallar isə iddiaçının sadalanan pozuntulara yol verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən əmrində sadalanan halların qəbul edilməsi üçün göstərilmiş əsaslar iddiaçının vəzifəsinin icrası zamanı qanunvericiliyə uyğun olaraq “kobud pozuntulara” yol verməsi halının mövcudluğu öz təsdiqini tapmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Kollegiyanın araşdırması ilə bir daha təsdiq olundu ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin mübahisəli əmri qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), əmr mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Buna görə də cavabdehin 1036/Ş saylı 10 sentyabr 2022-ci il tarixli əmri qanunsuz inzibati aktdır və qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu üçün ləğv olunmalıdır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1919/2021 saylı 22 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilərək, Azərbaycan Respublikasının Cavabdeh 1036/ş saylı 10 sentyabr 2020-ci il tarixli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının Cavabdeh X18 Xidmətinin 1-ci Ərazi X18 İdarəsinin X18 şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa edilməsi və buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1919/2021 saylı 22 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh 1036/ş saylı 10 sentyabr 2020-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Cavabdeh X18 Xidmətinin 1-ci Ərazi X18 İdarəsinin X18 şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa edilməsi və buraxılmış iş günlərinə görə ona əmək haqqı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar