Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3311/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 1992-1999-cu illərdə “Şəhriyar qəsəbəsi Təmir Təshizat və İstehsalat Xidməti Stansiyasın”da traktorist işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-885/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. 192 saylı xx.xx.1972-ci il tarixli attestatdan görünür ki, İddiaçı xx.xx.1970xx.xx.1972-ci illərdə Mir-Bəşir adına 3 saylı texniki peşə məktəbində təhsil almışdır. NZ seriyalı ******* saylı may 1974-cü il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmət keçmişdir. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1970-ci ildən xx.xx.1972-ci ilədək 31 saylı TTM–də oxumuş, xx.xx.1972-ci ildə 3-cü dərəcəli suvaqçılığa qəbul edilmiş, xx.xx.1973-cü ildə 3-cü dərəcəli betonçuluğa keçirilmiş, xx.xx.1974-cü ildə sovet ordu sıralarına çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1976-cı ildə Mir Bəşir rayon 1 saylı Tikinti quraşdırma sahəsində 3-cü dərəcəli suvaqçı qəbul edilmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildə “Azseltikinti” 4 saylı DBK-47-də suvaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə işdən azad edilmiş, xx.xx.1977-ci ildə Mirbəşir kolxozlararası tikinti idarəsi Azərbaycan SSR Sovet Nazirləri yanında “Qlavkolxozstroy”da 3-cü dərəcəli suvaqçılıq işinə qəbul edilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmiş, xx.xx.1981-ci ildə Mirbəşir rayonu DİRŞ yanında İKŞ mühafizəçisi işinə qəbul edilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmiş, xx.xx.1982-ci ildə Mirbəşir kolxozlararası tikinti idarəsi Azərbaycan SSR Sovet Nazirləri yanında “Qlavkolxozstroy”da fəhlə işinə qəbul edilmiş, xx.xx.1983-cü ildə 3-cü sinif dərcli traktorçu vəzifəsinə keçirilmiş, xx.xx.1984-cü ildə 4-cü sinif dərcəli suvaqçı vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə 5-ci dərəcəli rəngsaz suvaqçısı vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş xx.xx.1989-cu ildə SMMU “Azqazstroy”da 6-cı dərəcəli traktorçu işinə qəbul edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildə Azneftbazatikinti 3 saylı XTTİ-ə 5ci dərəcəli çilingər-quraşdırıcı işinə qəbul edilmiş, xx.xx.1990-cı ildə 6-cı dərəcəli traktorçu işinə keçirilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmiş, xx.xx.1992-ci ildə Tərtər rayonu Şəhriyar qəsəbə TT və İXS inşaat briqadasında fəhlə işinə qəbul edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış ********** saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Tərtər rayon “Şəhliyar qəsəbəsi TT və İXC”-nin DSMF-nin Tərtər rayon şöbəsi ilə 1996-cı il tarixdən hesablaşması olmuş və Tərtər rayon Dövlət Arxivinin 25 saylı xx.xx.2020-ci il tarixli arayışında qeyd edildiyi kimi həmin müəssisənin heç bir sənədi Dövlət arxivinə təhvil verilməmişdir. Odur ki, onun xx.xx.1992-ci ildən xx.xx.1999-cu il tarixədək əmək kitabçasında qeyd edilən illərin sığorta stajına aid edilməsi mümkün deyildir. Onun “Əmək pensiyaları haqqında” Qanuna əsasən tələb olunan 25 il sığorta stajı və 28800 manat pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun 1992-1999-cu illərdə “Şəhriyar qəsəbəsi Təmir Təshizat və İstehsalat Xidməti Stansiyasın”da traktorist işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən 25 il sosial sığorta stajı olmaması səbəbindən tələbin təmin edilməsindən imtina edilmişdir. O, 2 noyabr 1992ci il tarixli 12 saylı əmrlə Tərtər rayonunun Şəhriyar qəsəbəsində yerləşən TT və İXS-də (Təmir Təchizat və İstehsalat Xidmət Stansiyasında) traktorçu vəzifəsinə təyin olunmuş və 4 yanvar 1999-cu il tarixli 01 saylı əmrlə ərizəsi əsasında işdən azad olunmuşdur. Onun 2 noyabr 1992-ci il tarixdən 4 yanvar 1999-cu il tarixədək TT və İXS-də işləməsi əmək kitabçasında da qeyd olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz və ona əlavə verilərək bildirilmişdir ki, İddiaçı iddia ərizəsində 2 noyabr 1992-ci il tarixdən 4 yanvar 1999-cu il tarixədək Şəhriyar qəsəbəsi Təmir Təchizat və İstehsalat Xidmət Stansiyaslnda işlədiyini iddia edir və həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.1-ci maddəsinə əsasən sıqortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sıqortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyası 64,5 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyasına hüququ «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64,5 yaşda, yəni 1 yanvar 2020-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq onun həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: iddiaçının 1 sentyabr 1970-ci il tarixdən 18 iyul 1972-ci il tarixədək (1 il 10 ay 17 gün) və 1 sentyabr 1976-cı il tarixdən 27 avqust 1977-ci il tarixədək (11 ay 27 gün) dövr ərzində təhsil aldığı dövrlər; iddiaçının 19 may 1974-cü il tarixdən 4 may 1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr; iddiaçının 21 iyul 1972-ci il tarixdən 25 aprel 1974-cü il tarixədək, 28 may 1976-cı il tarixdən 29 iyun 1976-cı il tarixədək, 8 iyul 1976-cı il tarixdən 1 iyul 1977-ci il tarixədək, 11 iyul 1977-ci il tarixdən 21 yanvar 1981-ci il tarixədək, 2 fevral 1981- ci il tarixdən 1 sentyabr 1982-ci il tarixədək, 1 sentyabr 1982-ci il tarixdən 10 oktyabr 1989- cu il tarixədək, 3 noyabr 1989-cu il tarixdən 1 fevral 1990-cı il tarixədək və 9 fevral 1990-cı il tarixdən 30 sentyabr 1992-ci il tarixədək işlədiyi dövrlər. 1 oktyabr 1956-cı ildə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət pensiya təminatı» haqqında SSRİ Qanununun 1-ci maddəsinin V bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Sözügedən Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sözügedən Qanunun 21.2.11-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət dövrüdür (1992-ci il yanvarın 1-dək keçmiş SSRl-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafig icra hakimiyyəti organına məcburi dövlət sosial sığorta hagları ödəmək şərtilə) və eləcə də müvafiq ganunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) gullug keçdiyi dövrdə almadıgları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haggının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi ganunun tələblərinə uyğun deyildir. Yuxanda qeyd edilən qanunvericilik normalarının tələbləri əsas götürülməklə İddiaçı təhsil aldığı müddətlər, hərbi xidmətdə olduğu müddət, həmçinin 21 iyul 1972-ci il tarixdən 30 sentyabr 1992-ci illər ərzində işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməlidir. Onun mübahisələndirilməyən sosial sığorta stajı 21 il 7 ay 29 gündür. İşin mübahisələndirilən halı iddiaçının 2 noyabr 1992-ci il tarixdən 4 yanvar 1999-cu il tarixədək olan dövr ərzində “Şəhriyar qəsəbəsi Təmir Təchizat və İstehsalat Xidmət Stansiyası"nda işlədiyi dövrün sığorta stajına daxil edilməsidir. İş üzrə icraat materiallarının araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçının adına tərtib olunmuş əmək kitabçasında iddia olunan iş illərinə dair qeydlər öz əksini tapmışdır. Lakin həmin iş illərinin qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmamışdır. Belə ki, həmin iş illərinin qarşılıqlı yoxlanılması məqsədilə Tərtər rayon Dövlət Arxivinə sorğu edilmiş, 15 sentyabr 2021-ci il tarixli 30 nömrəli cavab məktubunda “Şəhriyar qəsəbəsi Təmir Təchizat və İstehsalat Xidmət Stansiyası’nın əmr kitabları və əmək haqqı sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Digər tərəfdən, iddiaçı iş üzrə hazırlıq iclasında 1992 – 1999-cu illərə dair qeydlərin 2020- ci ildə əmək kitabçasına əlavə edildiyini bildirmişdir. Həmin qeydlərin aparılmasına səbəb olan sənədlər isə cavabdeh inzibati orqana və məhkəməyə təqdim edilməmişdir. Əmək kitabçasında qaralamalara yol verilmişdir. Bu da həmin əmək kitabçasının iş stajını təsdiq edən sübut kimi mötəbərliyini şübhə altına alır. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 64,5 yaşda, yəni 1 yanvar 2020-ci il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28.800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edilir ki, iddiaçının sözügedən müəssisədə – Şəhriyar gəsəbəsi Təmir Təchizat və İstehsalat Xidmət Stansiyasında işlədiyi 2 noyabr 1992-ci il tarixdən 4 yanvar 1999-cu il tarixədək olan dövr ərzində əmək haqqı cədvəllər aşkarlanmadığından, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-885/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı onun 2 noyabr 1992-ci il tarixdən 4 yanvar 1999-cu il tarixədək Tərtər rayonunun Şəhriyar qəsəbəsində yerləşən Təmir Təchizat və İstehsalat Xidməti Stansiyasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraz və ona əlavənin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “onun 1992-1999-cu illərdə “Şəhriyar qəsəbəsi Təmir Təshizat və İstehsalat Xidməti Stansiyasın”da traktorist işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun sığorta stajının 25 ildən az olması, yəni xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti ilə məşğul olması faktının araşdırılmasının mümkün olmaması, həmçinin pensiya kapitalının olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajının olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1955-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun 64 yaş 6 aydan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil haqqında sənədləri və əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus diplomdan və hərbi biletdən görünür ki, o, xx.xx.1970xx.xx.1972-ci illərdə Mir-Bəşir adına 3 saylı texniki peşə məktəbində təhsil almış, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmət keçmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Bununla yanaşı, qanunvericiliyin yuxarıda bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Beləliklə, iddiaçının təhsil (1970-1972) və hərbi xidmətdə olduğu müddət (1974- 1976) də nəzərə alınmaqla, ümumilikdə iş stajı 25 ildən artıq təşkil edir. Lakin iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir halın olmadığı halda 1992-1999-cu illər üzrə olan dövrü qəbul etmir, yeganə dəlil olaraq həmin dövrdə iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin Arxivə təhvil verilmədiyinə istinad edir. Beləliklə, hazırda cavabdeh inzibati orqan iddiaçının onun işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi səbəbindən xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu tarixədək işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması, bu səbəbdən onun ümumi iş stajının 25 ildən az olması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********85 saylı 8 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Tərtər rayonunda fəaliyyət göstərmiş Şəhriyar qəsəbəsi Təmir Təchizat və İstehsalat Xidməti Stansiyası dövlət əmlakının Registrində qeydiyyata alınmış və balansında olan daşınmaz dövlət əmlakları Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq 24 noyabr 2006-cı il tarixdə özəlləşdirilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə mövcud olmuş və 2006-cı ildə özəlləşdirilmişdir. Cavabdehin istinad etdiyi hal- iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin Arxiv İdarəsinə təhvil verilməməsi barədə gətirdiyi dəlillə bağlı qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin müvafiq müddəalarına düzgün olaraq istinad etmişdir. Bununla yanaşı, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasının, sorğuya cavab məktubunun məzmunundan aydın olur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu tarixədək işlədiyi müəssisə mövcud olmuşdur. Buna görə də iddiaçının iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək, xx.xx.1992-xx.xx.1999-cu illər üzrə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi, iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövr (1992- 1999) ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu tarixədək olan dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu tarixədək işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixə ümumilikdə 25 ildən artıq iş stajı vardır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərtinin ödənildiyi anlamına gəlir və buna görə də qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gəlsə də, məhkəmə qərarının nəticəvi hissəsində iddiaçıya hansı yaşdan və tarixdən yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu dəqiq olaraq göstərməmişdir. Lakin bu hal kobud pozuntu hesab olunmadığı üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğv olunması üçün də əsas yaratmır. Odur ki, məhkəmə qərarı iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunduğu tarix onun 64 yaş 6 ayının tamam olduğu, yəni xx.xx.2020-ci il tarix göstərilməklə dəyişdirilmədən saxlanılmalı, bununla da cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-885/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunduğu tarix onun 64 yaş 6 ayının tamam olduğu, yəni xx.xx.2020-ci il tarix” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3311/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3311/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver