Məhkəmə qərarları › İş №2-1(103)-3314/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3314/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3314/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1863/2017 nömrəli, 08 may 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx/xx/2024cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrün dəniz şəraitində olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla və “Nexus” şirkətində xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan iş stajının sosial sığorta stajına daxil edilməklə xx.xx.2007-ci ildən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işin icraatının təzələnməsi və ərizəçi Fondun Suraxanı rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, ona xx.xx.1978-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək işlədiyi dövrün dəniz şəraitində olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla və “Nexus” şirkətində xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixədək olan iş stajının sosial sığorta stajına daxil edilməklə xx.xx.2007-ci ildən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-1863/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)- 1568/2017 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. X2 dair Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(102)-2220/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)- 1568/2017 nömrəli qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. İş üzrə icraatın təzələnməsi üçün əsaslar: “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi”ndə (İAMAS) mövcud olan məlumatlar üzrə aşkar edilmiş eyni seriyalı və nömrəli şəxsiyyət vəsiqəsində (FİN 4KB28QG) yaşayış yeri ünvan 3 ünvanı olan, Tovuz rayonunda doğulmuş, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixli ərizəsi ünvan aidiyyəti üzrə Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsində eyni tarixdə 655 nömrəsi ilə qeydiyyatdan keçirilməklə həmin şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2010-cu il tarixli 655 N-li qərarı ilə həmin dövrdə Qanunun 9 və 27-ci maddələri üzrə qüvvədə olmuş tələblərinə müvafiq olaraq hərbi biletin surəti, “Qum adası” X22 idarəsinin dairəvi möhürü və künc ştampı ilə təsdiq edilmiş xx.xx.2010-cu il tarixli HH 03/04 Nə-li arayışı üzrə xx.xx.1997-ci ilədək hesablanmış 21 il 05 ay iş stajı nəzərə alınmaqla və Nazirlər Kabinetinin hazırda qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 N-li siyahısına istinad edilməklə İddiaçı 52 yaşının tamam olduğu gündən xx.xx.2009-cu il tarixindən 75,0 manat, xx.xx.2010-cu il tarixdən 113,42 manat, xx.xx.2010-cu il tarixindən 123,42 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və ödənişi aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə əmək pensiyalarının illər üzrə baza hissəsinin artırılması və sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində İddiaçı pensiyasının aylıq məbləği xx.xx.2011-ci il tarixindən 125,61 manata, xx.xx.2012-ci il tarixindən 128,83 manata, xx.xx.2013-cü il tarixindən 129,31 manata, xx.xx.2013-cü il tarixindən 144,31 manata, xx.xx.2014-cü il tarixindən 145,38 manata, xx.xx.2015-ci il tarixindən 146,01 manata, xx.xx.2016-cı il tarixindən 147,85 manata, xx.xx.2016-cı il tarixindən 157,85 manata, xx.xx.2017-ci il tarixindən isə 163,79 manata çatdırılmış və pensiya təyinatlarını və ödənişlərini həyata keçirən Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixinədək ödənilmişdir. İddiaçı yuxarıda qeyd olunan pensiya işinə baxış zamanı onun əmək kitabçasının əsli və ya surətinin pensiya işində olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaşla əvvəlcədən sövdələşmiş maraqlı şəxslərin ehtimal olunan göstərişi ilə İddiaçı 2017-ci ilin oktyabr ayınadək ünvan 3 ünvanından “Xəzər rayonu, Binə qəsəbəsi, X14” ünvanı üzrə qeydiyyata alınmasına nail olunmuş, Fondun keçmiş Xəzər rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 01/301 N-li sorğusuna əsasən Fondun keçmiş Suraxanı rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 332 N-li məktubu ilə 322805 Nə-li pensiya işi üzrə açılmış uçot vərəqi tələbkara göndərilmişdir. Məktubda vətəndaşın yaşa görə təyin olunmuş 163,79 manat məbləğində aylıq pensiyasının xx.xx.2017-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. Məktub, üzərinə daxilolma ştampı vurulmaqla Fondun keçmiş Xəzər rayon şöbəsində xx.xx.2017-ci il tarixində 863/03 N-si ilə qeydiyyata alınmışdır. 2021-ci ilin aprel ayında İddiaçı Abşeron rayonunun 118, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 8 ünvanına qeydiyyata düşmüşdür. Araşdırma zamanı aşkar edilmişdir ki, İddiaçı pensiyasının məbləğinin artırılması ilə əlaqədar məhkəmə işlərinə pensiya təyinatından 6 il sonra, yəni 2017-ci ildə, onun Suraxanı rayonunda qeydiyyatda olduğu və pensiyasının ödənişinin Fondun Suraxanı rayon şöbəsi tərəfindən aparıldığı dövrdə başlanılmışdır. Belə ki, vətəndaşın “Pensiyaçının uçot vərəqi”nə tikilmiş sənədlərin araşdırlması zamanı İddiaçı adından kompüterdə “Yazıb Sizdən xahiş edirəm ki, mənə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8 maddəsinə əsasən 50 yaşdan əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablayaraq təyin edəsiniz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.4 maddəsinə əsasən əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə ərizəçiyə göndərməlidir” məzmununda yazılmış, yazılma tarixi qeyd edilməyən və işə tikilən ərizədəki imzanın vətəndaş tərəfindən deyil, kənar şəxs tərəfindən imza edildiyi aşkar olunmuşdur. Həmin imzanın İddiaçı aid olmadığı və saxtalaşdırıldığı ehtimal olunur. Eyni zamanda, Fondun keçmiş Suraxanı rayon şöbəsinin vətəndaşa ünvanlanmış xx.xx.2017-ci il tarixli 18/04 N-li cavab məktubunda İddiaçı xx.xx.2016-cı il tarixində (2017 əvəzinə səhvən 2016 qeyd olunmuşdur) daxil olmuş ərizəsinə şöbənin pensiya təyin edən komissiyası tərəfindən baxıldığı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə(istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğu, Qanunun 9.8-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, tam əmək stajı olan şəxslərə pensiyanın yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyini, onun köhnə qanunvericiliyin (xx.xx.1997-ci il) tələblərinə uyğun 20 il ümumi stajı olmadığından ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin pensiya işinə tikilmiş məhkəmə qərarında qeyd olunanlardan məlum olmuşdur ki, imtina məktubu əldə edildikdən sonra İddiaçı “xx.xx.1978-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək işlədiyi dövrün dəniz şəraitində olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla və “Nexus” şirkətində xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan iş stajının sosial sığorta stajına daxil edilməklə xx.xx.2007- ci ildən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə şöbəyə qarşı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya pensiya təyin olunmuş, lakin iddiaçı hesab edir ki, onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx.xx.2007-ci il tarixindən yaranmışdır. Belə ki, xx.xx.1978-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək dəniz şəraitində işləmişdir. xx.xx.2006-cı il tarixinədək 19 ildən çox zərərli və 25 ildən artıq ümumi iş stajı vardır. İddiaçı 50 yaşdan pensiyanın təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, iddiaçı ümumi və xüsusi staj toplamadığından pensiyanın xx.xx.2007-ci il tarixdən təyin olunmasından imtina edilmişdir. İddiaçı həmin imtinanı mübahisələndirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı şöbəyə qarşı qaldırdığı iddiaya baxılaraq 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1 (82)- 1863/2017 qəbul etdiyi qərarı ilə iddia təmin edilmişdir. İddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək işlədiyi dövr dəniz şəraitində olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla və “Nexus” şirkətində xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan iş stajının sosial sığorta stajına daxil edilməklə xx.xx.2007-ci ildən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarında qeyd olunanlara baxılarkən Fondun Suraxanı rayon şöbəsinin xx.xx.2017-ci il tarixli məhkəməyə ünvanlanmış və uçot vərəqinə tikilmiş etiraz məktubunun mətni ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarının həmin şöbənin etiraz məktubuna istinad hissəsinin (2-ci səhifədə) sonluğu arasında fərqlilik aşkar edilmiş, bu hal şöbə tərəfindən apellyasiya şikayəti zamanı nəzərə alınmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarında qeyd olunanlara əsasən məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli iclasında İddiaçı iştirak etməmiş, onun nümayəndəsi X18 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şöbə tərəfindən 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarına qarşı apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 2-1(103)-1568/17 ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə (iş N 2-1(102)-2220/2017) şöbənin şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarında qeyd olunanlara əsasən məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2017-ci il tarixdəki məhkəmə iclasında İddiaçı iştirak etməmiş, onun nümayəndəsi X18 şikayətə etiraz edərək qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarında qeyd olunanlara əsasən məlum olmuşdur ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). Araşdırma ilə şöbə tərəfindən İddiaçı adına açılmış pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə məhkəmələrin şöbə ilə bəzi yazışmaları, şöbənin məhkəmələrə göndərdiyi müvafiq şikayət sənədləri aşkar edilməmişdir. Məhkəmə qərarlarından göründüyü kimi, bütün məhkəmə kollegiyaları (2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyası) tərəfindən Qanunun 9.8-ci - “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.” maddəsi əsas götürülərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (qanun) tələblərinə uyğun olaraq mübahisələndirilmişdir. Belə ki, qeyd olunan qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin dəyişikliyə kimi 13-cü maddənin a) bəndində kişilər azı 20 il iş stajı olduqda, bu müdddətin azı 10 ilini həmin işlərdə (1 N-li Siyahı üzrə nəzərdə tutulmuş) çalışdıqları halda 50 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırdılar. Lakin xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1997-ci il tarixində 40 yaşı var idi və həmin tarixdə vətəndaşın pensiya hüququ yaranmırdı. Eyni zamanda, 1997-2000-ci il ərzində yaş həddinin artırılması ilə kişilərin pensiya yaşı 52 yaşına çatdırılmışdır. Əmək pensiyaları üzrə yaş həddinin artırılması isə qanunun təkcə 13-cü deyil, 12-ci, 15-ci 16-cı, 19-cu, 35-ci və 40- cı maddələrində, habelə sosial pensiyaların təyinində də tətbiq edilmişdir. Bunlardan əlavə, yaş həddinin artırılması 1 N-li Siyahı üzrə deyil, 2 N-li Siyahı üzrə nəzərdə tutulmuş kişi və qadınlara münasibətdə də tətbiq edilmişdir. Qanunun 9.8-ci maddəsinin şərtləri daxilində 40 yaşlı vətəndaşın pensiya hüququna 1997-ci ildəki qanunvericiliklə nəzərdə tutulmuş 50 yaşdan təyin edilməsi isə göründüyü kimi qanunvericiliklə ziddiyyət təşkil edir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnu müvafiq sosial sığorta stajı imkanları hesabına 52 yaşdan qazana bilir. Qeyd olunanlarla yanaşı, 2006-cı ilin 1 yanvar tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 2017-ci ilin 1 iyulundan Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli siyahı qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunan zaman tətbiq edilir. Güzəştli siyahıda nəzərdə tutulan işləri Qanunun 9.1-ci və 9.8-ci maddəsindəki şərtlər üzrə tam iş günü ərzində yerinə yetirən işçilər güzəştli şərtlərlə pensiya hüququ qazanırlar. Bununla belə, pensiyasının yenidən hesablanılması barədə Fondun Xəzər rayon şöbəsinin sərəncamının rəsmiləşdirildiyi 2017-ci il tarixinədək İddiaçı 10 il əvvəl, yəni xx.xx.2007-ci ildən güzəştli şərtlərlə pensiya hüququ 1 Nəli siyahıya uyğun yaranmışdırsa, pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Lakin məhkəmə qərarlarından göründüyü kimi, “Qum adası” X22 idarəsində işlədiyi müddətlər nəzərə almaqla İddiaçı (1 N-li siyahı üzrə - 50 yaşdan) güzəştli şərtlərlə pensiya məbləğinin yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən və ya 1 N-li siyahıya uyğun olması barədə yeni güzəştli arayış tələb və təmin edilməmiş, peşəsi barədə zəruri tədqiqat işləri aparılmadan iddia tələbi təmin edilmiş, ümumi mülahizələr əsasında qərarlar qəbul edilmişdir. Habelə, Ali və Bakı Apellyasiya Məhkəmələrinin qərarlarında qeyd olunanların birinci instansiyanın qərarının mətnində olduğu kimi təkrarlandığı müşahidə edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, İddiaçı əmək kitabçasında qeyd olunmuş və təyinat zamanı nəzərə alınmış iş stajlarının və hesablanma zamanı əsas götürülmüş əməkhaqqı arayışının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanılması həm şöbələr, həm də məhkəmələr tərəfindən bu işdə maraqlı olan şəxslərə görə təmin edilməmiş, pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmış 2004-2005-ci illərin əməkhaqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamışdır. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə olunmuş, məhkəmə predmeti vətəndaşa təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Şablon mətnlər dedikdə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərarının 1-ci səhifəsində İddiaçı nümayəndəsinin ünvan 12 ünvanında qeydiyyatda olan X11 qeyd edilsə də, 2-ci səhifənin 5-ci abzasında iddiaçının nümayəndəsi kimi X18 göstərilmişdir. Bundan əlavə, 3-cü səhifəsinin sonuncu abzası tamamilə aidiyyəti olmayan şəxs barədə məlumatlar qeyd edilmişdir - “İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı X6 uzun müddət neft hasilatı sahəsində dəniz şəraitində dəmir-beton konstruksiyaları quraşdırıcısı peşəsində çalışmışdır. İdiaçının 19 ildən artıq dəniz şəraitində xüsusi stajının olması və 25 ildən artıq ümumi əmək stajının olması əmək kitabçası ilə təsdiq olunur.” Qərarın 4-cü səhifəsinin 4-cü abzasında təkrar olaraq “X4” sözləri qeyd edilmişdir. Peşəsinə gəlincə, İddiaçı heç vaxt dəmir-beton konstruksiyaları quraşdırıcısı peşəsində çalışmamışdır. Bunlardan əlavə, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarının 3-cü səhifəsinin 1-ci abzasında İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Fondun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia qaldırıldığı, lakin öhdəliyin Fondun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərunə qoyulmasının xahiş edildiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, əmək kitabçasının əsli və ya surəti pensiya işində aşkar edilməmişdir. Uçot vərəqinə tikilmiş, nömrəsi olmayan, notarial qaydada surəti təsdiqlənməmiş, doldurulma tarixi “20 mart 1978” olan əmək kitabçasının surətində rus və azərbaycan dillərində aparılmış qeydlərdən, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X19” Trestinin xx.xx.2017-ci il tarixli SOCAR **********800201115X00260 N-li arxiv arayışının surətindən məlum olmuşdur ki, İddiaçı aşağıdakı peşələrdə işləmişdir: -xx.xx.1978-xx.xx.1979-cu il dövr ərzində “Pesçanıy” X22 İdarəsində neft-qaz quyularının istismarı və kəşfiyyatı üzrə qazmaçı köməkçisi; - xx.xx.1979-xx.xx.1997-ci il dövr ərzində həmin idarədə müxtəlif dərəcələr üzrə qazmaçı və qazmaçı köməkçisi. Qeyd olunan müddətlər üzrə ümumi iş stajı 19 il 03 ay 28 gün təşkil etmişdir. X24 və X15 111 saylı xx.xx.1991-ci il tarixli əmri ilə “Pesçanıy” MUBR idarəsinin adı tərcümə edilərək “Qum adası” X22 İdarəsi olmuşdur. Pensiya işinə tikilmiş və notarial qaydada təsdiqlənmiş hərbi biletin surətində qeyd olunanlara əsasən vətəndaş xx.xx.1975- xx.xx.1977-ci il dövr ərzində hərbi xidmətdə olmuşdur. Uçot vərəqinə tikilmiş digər nömrəsiz, notarial qaydada surəti təsdiqlənməmiş, doldurulma tarixi “xx.xx.1997” olan əmək kitabçasının surətində azərbaycan dilində aparılmış qeydlərə görə İddiaçı əlavə olaraq xx.xx.1997-xx.xx.2002-ci il dövr ərzində "xxxx" Dövlət Şirkətinin Avtomobil bazasında mexaniki təmir sexində avtomobil çilingəri, xx.xx.2002- xx.xx.2006-ci il dövr ərzində “Nexus” Group of Companies” sözlərinin həkk edildiyi möhür ilə təsdiq edilməklə həmin şirkətdə çilingər işlədiyi yazılmışdır. Qeyd olunanlardan əlavə, araşdırma zamanı Nazirliyin “Məşğulluq” altsistemində mövcud olan məlumatlardan müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsi əsasında həmin tarixdən N saylı hərbi hissədə əmək fəaliyyəti ilə məşğuldur. Bununla belə, Nazirliyin “Pensiya” altsistemində xx.xx.2006-cı il tarixindən hazıradək İddiaçı adına pensiya kapitalının mövcud olmadığı müəyyən olunmuşdur. Araşdırma zamanı İddiaçı “Nexus” şirkətində çilingər peşəsində işləməsi, eyni zamanda həmin şirkət tərəfindən onun adına verilmiş əməkhaqqı arayışının düzgünlüyü Nazirliyin tabeli qurumunun arxivində “Nexus” şirkətinə aid saxlanılan sənədlərlə qarşılıqlı yoxlanılmış, nəticədə şirkətin bütün əməkdaşlarına 2004-2006-cı il dövr ərzində əməkhaqlarının hesablanması barədə təqdim etdiyi cədvəllərində İddiaçı adı ümumiyyətlə aşkar edilməmişdir. Eyni zamanda, vətəndaşın “Nexus” şirkətində işlədiyinin və əməkhaqqı almasının həqiqiliyini gücləndirmək üçün bu işdə maraqlı olmuş şəxslər tərəfindən Fondun keçmiş Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentindən alınmış xx.xx.2017-ci il tarixli 88/xx/xx-10273 Ns-li arayışın əsli uçot vərəqinə tikilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı adına yazılmış əməkhaqqı arayışı, əmək kitabçasına və əməkhaqqı arayışına vurulmuş dairəvi möhür saxtalaşdırılmış, İddiaçı da müvafiq sənədlərində “Nexus” şirkəti üzrə imzalar və möhürlərdə tam uyğunsuzluqların mövcudluğu aşkar olunmuşdur. Bundan əlavə, verilmə tarixi yazılmayan əməkhaqqı arayışında qeyd olunmuş məbləğlərin 2006-cı ilədək dövriyyədə olmuş əvvəlki pul vahidi - AZM-lə qeyd olunmaması və ya bu barədə əlavə qeydlərin olmaması, müvafiq illər üzrə arayışda qeyd olunan əməkhaqlarının yüksək göstərilməsi həmin arayışın saxtalaşdırılması ehtimalını artırır. Göründüyü kimi, “Nexus” şirkətinin adından istifadə etməklə X7 və X5 əlavə İddiaçı da pensiyasının hesablanması zamanı həmin şirkətə məxsus saxtalaşdırıldığı ehtimal olunan sənədlərdən istifadə etməklə pensiya məbləğinin yenidən hesablanmaqla yüksək məbləğə çatdırılmasına və ödənilməsinə nail olunmuşdur. Ehtimal olunur ki, vətəndaşın adına açılmış ikinci əmək kitabçası da sonradan bu işdə maraqlı olmuş şəxslər tərəfindən saxtalaşdırılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında baxılacaq kassasiya şikayəti üzrə məhkəmə prosesi istisna olmaqla, digər əvvəlki məkəmə prosesləri İddiaçı xeyrinə başa çatdırıldıqdan sonra yuxarıda da qeyd edildiyi kimi, pensiya işinin Fondun keçmiş Xəzər rayon şöbəsinə köçürülməsinə, məhkəmə qərarları və digər sənədlərə, o cümlədən saxtalaşdırıldığı ehtimal olunan əmək kitabçası və “Nexus” şirkətinin saxtalaşdırıldığı möhürü ilə təsdiq olunmuş əmək haqqı arayışı əsasında Fondun keçmiş Xəzər rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 104 N-li qərarı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının aylıq məbləğinin qüvvədə olmuş qanunvericiliyin şərtləri nəzərə alınmaqla yenidən hesablanaraq xx.xx.2007-ci il tarixindən 50,0 manat, xx.xx.2008-ci il tarixindən 755,80 manat, xx.xx.2008-ci il tarixindən 770,80 manat, xx.xx.2009-cu il tarixindən 915,53 manat, xx.xx.2010-cu il tarixində 928,14 manat, 01,09.2010-cu il tarixindən 938,14 manat, xx.xx.2011-ci il tarixindən 986,77 manat, xx.xx.2012-ci il tarixindən 1058,01 manat, xx.xx.2013-cü il tarixindən 1068,71 manat, xx.xx.2013-cu il tarixindən 1083,71 manat, xx.xx.2014-cü il tarixindən 1107,32 manat, xx.xx.2015-ci il tarixindən 1121,42 manat, xx.xx.2016-cı il tarixindən 1162,28 manat, xx.xx.2016-cı il tarixindən 1172,28 manat, xx.xx.2017-ci il tarixindən 1304,0 manat məbləğinə çatdırılmasına və xx.xx.2017-ci il tarixindən yeni məbləğlə - 1304,0 manatla ödənişinə nail olunmuşdur. Göründüyü kimi, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kassasiya şikayətinə xx.xx.2017-ci il tarixində baxaraq qəbul edəcəyi 2-1(102)-2220/2017 nömrəli qərardan asılı olmayaraq ondan iki ay əvvəl, yəni xx.xx.2017-ci il tarixində Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli 104 N-li qərar rəsmiləşdirilərək vətəndaşın pensiyanın aylıq məbləği ötən dövrlərdən yenidən hesablanmış, 1304,0 manat miqdarında yeni aylıq məbləğin və 8500,0 manat fərq məbləğinin birdəfəlik xx.xx.2017-ci il tarixində İddiaçı plastik kart hesabına köçürülməsinə nail olunmuşdur. Araşdırma ilə müəyyən edilmişdir ki, məhkəmə qərarlarına istinad edilməklə və Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən İddiaçı adına açılmış 057312 N-li pensiya işi üzrə həmin şöbənin müvafiq qərarı ilə xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə 108146,19 manat ötən dövrlər üçün fərq məbləği hesablanmış, ondan 84 714,58 manatının ödənilməsinə nail olunmuşdur. Sonuncu qeyd olunan məbləğdən 2017-ci ilin oktyabr ayında 8500,0 manat, noyabr ayında 9000,0 manat, 2018-ci ilin yanvar ayında 7000,0 manat, fevral ayında 6000,0 manat, mart ayında 8000,0 manat, aprel ayında 9000,0 manat məbləğlər birdəfəlik (cəmi 47500,0), xx.xx.2018-xx.xx.2020-ci il aralığı üzrə 27 ay ərzində aylıq məbləğ civarında cəmi 37214,58 manat vəsait aylıq pensiyanın üzərinə əlavə olunmaqla vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Qeyd olunmalıdır ki, şöbənin qərarına əsasən xx.xx.2021-ci il tarixədək İddiaçı əlavə olaraq 23431,61 manat ötən dövrlər üçün fərq məbləği ödənilməli idi. Ehtimal olunur ki, pensiyanın aşağı məbləğinin məhkəmə qərarı əsasında yenidən hesablanaraq yüksək məbləğə çatdırıldıqdan sonra xx.xx.2017-ci il tarixindən başlayaraq ödənildiyi müəyyən müddət ərzində pensiya plastik kartı İddiaçı olmamış və onun plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Eyni zamanda, xx.xx.2017-ci il tarixindən müəyyən edilmiş 1304,0 manat pensiyanın aylıq məbləğinin sığorta hissəsinin müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi və pensiyasının baza hissəsinin artırılması nəticəsində xx.xx.2018-ci il tarixdən 1378,33 manat, 01.01,2019-cu il tarixdən 1419,68 manat, xx.xx.2020-ci il tarixdən 1655,35 manata çatdırılaraq ödənilmişdir. Ümumilikdə, yenidən hesablandığı və ödənişinə başlanıldığı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı plastik kart hesabına faktiki köçürülmüş cəmi vəsaitin məbləği 133513,13 manat olmuşdur ki, bunun da 48798,55 manatı aylıq pensiya məbləğləri təşkil etmişdir. Saxtalaşdırıldığı ehtimal olunan aşkar olunmuş sənədlər, həmçinin sözügedən məhkəmə qərarları istisna olmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olan İddiaçı Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən xx.xx.2009-cu ildən təyin olunmuş və xx.xx.2017- ci il tarixədək ödənilmiş aylıq pensiyasının miqdarı sonrakı dövrlərdə baza hissəsinin müvafiq dövrlər üzrə artımına uyğun olmaqla və sığorta hissəsinin müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə aşağıdakı məbləğlərdə təşkil etməlidir. xx.xx.2017xx.xx.2018-ci il dövr ərzində 163,79 manat; xx.xx.2018-xx.xx.2019-cu il dövr ərzində 173,12 manat; xx.xx.2019-xx.xx.2019-cu il dövr ərzində 178,31 manat; xx.xx.2019xx.xx.2020-ci il dövr ərzində 200,0 manat; xx.xx.2020-xx.xx.2021-ci il dövr ərzində 233,20 manat; xx.xx.2021-ci il tarixindən 259,78 manat. Araşdırma ilə əlaqədar İddiaçı təyin olunmuş əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Göründüyü kimi, xx.xx.2020-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 259,78 manata qarşı 1655,35 manatla (1395,57 manat artıq fərqlə və ya 6,3 dəfə çox) təyin olunmasına nail olunmuşdur. Qeyd olunan hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı qanunvericiliklə cəmi ödənilməli pensiya məbləği 6172,80 manat təşkil edəcəkdir. Nəticədə, saxtalaşdırıldığı ehtimal olunan sənədlərə əsaslanmaqla qəbul edilmiş məhkəmə qərarları nəzərə alınmaqla yenidən hesablanmış və faktiki ödənilmiş pensiya məbləğləri 133513,13 manat müəyyən edilmiş, qanunvericiliyə müvafiq yuxarıda qeyd olunan hesablanılmalı və ödənilməli olan pensiya məbləğləri 6172,80 manat, əsassız ödənilmiş məbləğ 127340,33 manat (133513,13 - 6172,80) təşkil etmişdir. Beləliklə, 322805 N-li əvvəlki pensiya işi üzrə, eləcə də xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarları nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Xəzər rayon şöbəsinin müvafiq qərarı ilə 057312 N°-li pensiya işi üzrə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 127 340,33 manat təşkil etmişdir. Eyni zamanda bildiririk ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-227mat21/4034 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib (surəti əlavə olunur). Həmçinin, hazırki iş üzrə ərizəçi olan Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2-1 (82)-1863/2017 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1863/2017 nömrəli, 08 may 2024-cü il tarixli qərardadı (hakim A.Əhədova) ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və “yeni açılmış hallarla” bağlı ərizənin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, 322805 N-li əvvəlki pensiya işi üzrə, eləcə də xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarları nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Xəzər rayon şöbəsinin müvafiq qərarı ilə 057312 №-li pensiya işi üzrə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 127 340,33 manat təşkil etmişdir. Eyni zamanda araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-227mat21/4034 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2-1 (82)-1863/2017 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla” bağlı ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İş materiallarından görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müarciət edərək iddiaçının 17 fevral 1978-ci il tarixdən 27 iyun 1997-ci il tarixədək işlədiyi dövrün dəniz şəraitində olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 sayıl Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla və "Nexus" şirkətində 16 sentyabr 2003-ci il tarixdən 01 fevral 2006-cı il tarixədək olan iş stajının sosial sığorta stajına daxil edilməklə 08 aprel 2007-ci ildən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1863/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı 17 fevral 1978-ci il tarixdən 27 iyun 1997-ci il tarixədək işlədiyi dövrün dəniz şəraitində olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 sayıl Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla və "Nexus" şirkətində 16 sentyabr 2003-ci il tarixdən 01 fevral 2006-cı il tarixədək olan iş stajının sosial sığorta stajına daxil edilməklə 08 aprel 2007-ci ildən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMFnin Suraxanı rayon Şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1568/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1863/2017 saylı, xx.xx.2017-ci tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 2220/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1568/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşin hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1863/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı xx.xx.2017-ci il tarixdən qanuni qüvvəsini aldıqdan sonra 15 fevral 2018-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş və qərar icra edilmişdir. Eyni zamanda cavabdeh özü yeni açılmış hallarla bağlı ərizəsində iddiaçıya məhkəmə icraatı getdiyi dövrdə xx.xx.2017-ci il tarixindən etibarən pensiya ödənişinə başladığını bildirmişdir. Nəzərə alınmalıdır ki, formalaşmış inzibati praktikaya görə ərizəçi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müvafiq inzibati mübahisə üzrə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı səlahiyyətlərini hazırda həyata keçirən qurumdur. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsi məhkəməyə 27 fevral 2024-cü il tarixdə – ona qarşı ərizə verilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən 7 ildən artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin verilməsini müvafiq məhkəmə hökmünün (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü) ləğv edildiyi hal istisna olmaqla, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır və ərizənin verilməsi üzrə buraxılmış həmin müddətin bərpasını istisna edir. Hazırkı iş üzrə ilkin icraat zamanı məhkəmə hər hansı məhkəmə hökmünə istinad etməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1863/2017 nömrəli, 08 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar