Məhkəmə qərarları › İş №2-1(103)-332/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-332/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-332/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və "xxxx" MMC) “Sərəncamın etibarsız sayılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-1032/2021 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08/03 saylı qərarı ilə ona satılmış və bu günədək həmin torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsi xx.xx.2016-cı il tarixindən "xxxx" MMC-nin qanuni təmsilçisi X7 ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən 10 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. "xxxx" MMC-nin müraciəti əsasında xx.xx.2017-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyətinin başçısı tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində "xxxx" MMCyə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi barədə 53 saylı Sərəncam qəbul edilmişdir. Sonradan "xxxx" MMC aralarında bağlanmış müqavilə şərtlərini pozaraq uzun müddət icarə haqqını ödəməmiş, bu vəziyyət 3 aydan artıq davam etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.7-ci maddəsinin tələblərini rəhbər tutaraq icarə müqaviləsini xx.xx.2018ci il tarixdə birtərəfli qaydada ləğv etmişdir və bu barədə "xxxx" MMC-yə rəsmi şəkildə yazılı bildiriş təqdim etmişdir. Lakin "xxxx" MMC icarə müqaviləsinin faktiki olaraq ləğv edilməsinə məhəl qoymayaraq torpaq üzərində istifadə və ya hər hansı digər əmlak hüququ olmadığı halda həmin torpaq sahəsində yaşayış binası tikmək üçün icazə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi isə "xxxx" MMC ilə onun arasında bağlanmış icarə müqaviləsinə xitam verildiyini, dolayısı ilə "xxxx" MMC-nin faktiki olaraq sözügedən torpaq sahəsi üzərində heç bir istifadə hüququnun olmadığını nəzərə almayaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında Sərəncamının əsasında xx.xx.2020-ci il tarixli 38 nömrəli tikintiyə icazə sənədi ilə sözügedən torpaq sahəsi üzərində "xxxx" MMC-yə yaşayış binasının tikilməsinə icazə vermişdir. "xxxx" MMC Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 38 nömrəli tikintiyə icazə sənədinin etibarsız olmasına baxmayaraq, onun əsasında hazırda mülkiyyətinə müdaxilə edərək qanunsuz olaraq həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamışdır. Bələdiyyə qərarı əsasında onun mülkiyyətinə verilmiş torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Belə olan halda artıq balansından çıxarılmış torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilməsi qanuna və hüquqa ziddir. Mübahisələndirilən sərəncamın verilməsi Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətində deyildir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 10 fevral 2017-ci il tarixli 53 nömrəli Sərəncamının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-1032/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 10 fevral 2017-ci il tarixli 53 nömrəli Sərəncamı etibarsız sayılmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, qanunvericiliyin birbaşa göstərişlərinin olmasına baxmayaraq yaşayış binalarının tikintisinə icazə verilməsi sahəsində iş üzrə mübahisələndirilən sərəncamın verildiyi vaxt buna Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətinin olmamasına əsaslanmaq yol verilməzdir və yanlışlıqdır. O da qeyd edilməlidir ki, yuxarıda sözügedən AR-nın Şəhərsalma və Tikinti Məcəlləsinin “Şəhərsalma və tikinti fəaliyyəti sahəsində bələdiyyələrin səlahiyyətlərindən bəhs edən 6-cı maddəsində də bələdiyyələrin tikintiyə icazə vermələri sahəsində hər hansı bir səlahiyyətləri nəzərdə tutulmamışdır. Bununla yanaşı o da qeyd edilməlidir ki, iş materiallarında iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasını təsdiq edən mötəbər sübuta məhkəmə istinad etməmişdir. Belə ki, məhkəmə iddiaçı ilə "xxxx" MMC-nin nümayəndəsi arasında bağlanan icarə müqaviləsinə istinad etsə də, həmin sənəddə (2-ci maddə) mülkiyyətə dair qeyd edilən məlumat həqiqəti əks etdirmir və həmin məlumat (tarix) Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08/03 saylı qərarının tarixidir ki, bu da yolverilməzdir, yəni bələdiyyə qərarı ilə mülkiyyət hüququna dair çıxarışın tarixlərinin eyni gündə olması qeyri-mümkündür. Digər tərəfdən, məhkəmə nəzərə almamışdır ki. Bakı Şəhər İcra Hakimiyyətinin 53 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə “MAP" MMC-yə 0.12 ha da deyil, 0.1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir və bu baxımdan həmin sərəncamın bütövlükdə etibarsız hesab edilməsi də yolverilməzdir. Ümumiyyətlə hazırkı halda Bakı Şəhər İcra Hakimiyyətinin 53 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsinə əsaslar olmamışdır və bu hal, yəni sərəncamın etibarsızlığının nədə ifadə olunması məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamış və buna hüquqi qiymət verilməmişdir. Eyni zamanda üçüncü şəxs “MAP" MMC qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin nümayədəsinin hazırkı işin varlığından xəbərləri olmamışdır. Belə ki, məhkəmə tərəfindən onlara nə poçt vasitəsi ilə, nə də ki, sms vasitəsi ilə məlumat verilməmişdir. İnzibati məhkəmənin icraatında paralel olaraq "xxxx" MMC-nin hazırkı iddiaçının qeyd edilən torpaq sahəsinin Bələdiyyə sənədi miibahisələndirilməsinə dair, eyni zamanda ayrı iddia ilə iddiaçının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı, və digər hakimlərin icraatında daha 3 işin olmasına, hakimə həmin işlər üzrə bəzi sənədlərin surətlərinin verilməsinə, hakimin onlara istinad etməsinə, həmin işlərdə onların ünvan, nömrə və digər məlumatlarının olmasına baxmayarq məhkəmə onlara məlumat verməyə cəhd belə etməmişdir. Məhkəmə bu nəticəyə gələrkən Bakı şəhər İcra Hakimiyyəti başçısının "Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında" xx.xx.2000-ci il tarixli 812 saylı Sərəncamının surətindən görünür ki. Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" xx.xx.1999-cu il tarixli fərmanına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501.26 ha torpaq sahəsinin sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə Bələdiyyəsinə təhvil verilməsi qərara alınmasına istinad etmişdir. Lakin iddiaçıya aid torpaq sahəsinin 3 1.08.2000-ci il tarixli 812 saylı Sərəncam üzrə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olub olmamasını müəyyən etməmişdir, belə bir ekspertiza keçirməmişdir. Bələdiyyənin qeyd edilən torpaq sahəsinin satılmasına mülkiyyət hüququnun olması müəyyən edilməmişdir. İddiaçıya aid torpaq sahəsinin "xxxx" MMC tərəfindən inşa olunan binanın yerləşdiyi torpaq sahəsi ilə üst üstə düşməsi müəyyən edilməmişdir. Həmçinin mübahisəli əmlaka dair sərəncam, ayrıc aktı, torpağın plan cizgisi, texniki pasport və digər sənədlər ekspert və mütəxəssislər tərəfindən tədqiq edilməmişdir. Eyni zamanda Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, bina inşa edilən torpaq sahəsi Dövlət torpaqlarının sərhədləri hüdudundadır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətlərinə etiraz edərək, onların təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə edərək, onların təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin nümayəndələri apellyasiya şikayətlərini müdafiə edərək, onların təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” xx.xx.2007-ci il tarixli 08/03 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1200 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı (icarəyə verən) ilə "xxxx" MMC adından X7 (icarəçi) arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən “icarəyə verən” Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini (tam hissə 1200 kv.m) “icarəçi” "xxxx" MMC adından X5 xx.xx.2026-cı il tarixədək icarəyə vermişdir. "xxxx" MMC-nin müraciəti əsasında xx.xx.2017-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyətinin başçısı tərəfindən torpaq sahəsində "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi barədə 53 saylı Sərəncam qəbul edilmişdir. "xxxx" MMC həmin torpaq sahəsində yaşayış binası tikmək üçün icazə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında Sərəncamının əsasında xx.xx.2020-ci il tarixli 38 nömrəli tikintiyə icazə sənədi ilə sözügedən torpaq sahəsi üzərində "xxxx" MMC-yə yaşayış binasının tikilməsinə icazə vermişdir. İddiaçı üçüncü şəxs tərəfindən mülkiyyətinə müdaxilə edərək qanunsuz olaraq həmin torpaq sahəsində tikinti işləri aparıldığını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək hesab etmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamına əsasən "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilən torpaq sahəsi bələdiyyə torpaqlarına aid olduğundan, həmin torpaq sahəsinə münasibətdə Bakı Şəhər İcra Hakimiyyəti sərəncam vermək səlahiyyətinə malik olmamışdır və həmin sərəncam səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hesab edildiyindən etibarsız sayılmalıdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin birbaşa göstərişi olmasına baxmayaraq yaşayış binalarının tikintisinə icazə verilməsi sahəsində iş üzrə mübahisələndirilən sərəncamın verildiyi vaxt Bakı şəhər İcra Hakimiyyətinin belə səlahiyyətə malik olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 4.11-ci maddəsinə əsasən Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində yerli icra hakimiyyəti organı 4.11.11. "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 7-ci və 12-ci maddələrinə əsasən 4.11.11.1. təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək; 4.11.11.2. memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək; 4.11.11.3. qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək; 4.11.11.4. tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək; 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; 4.11.13. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrə baxmaq səlahiyyətlərinə malikdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinın yaradılması ilə yaşayış binalarının layihələndirilməsi və tikintisinə dair səlahiyyətlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.2.5-ci maddəsinə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi və 4.2.6-cı maddəsinə əsasən şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin yaradılması (tikintinin texniki reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və təkmilləşdirilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas isiqamətlərindəndir. Həmin Məcəllənin 4.3-cü maddəsində isə təsbit olunur ki, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı (əsasnamələrinə uyğun olaraq AR Fövqəladə Hallar Nazirliyi, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətlərindən bəhs edən 5-ci maddəsində ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; tikintiyə icazə verilməsi; tikintiyə nəzarətin həyata keçirilməsi; şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; tikinti obyektlərinin istismarına icazə verilməsi və s. dövlətin səlahiyyətlərinə verilmişdir. Həmin Məcəllənin 5.2-ci maddəsinin tələbinə görə də, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı (əsasnamələrinə uyğun olaraq AR Fövqəladə Hallar Nazirliyi, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublkasının Şəhərsalma və Tikinti Məcəlləsinin “Şəhərsalma və Tikinti fəaliyyəti sahəsində bələdiyyələrin səlahiyyətlərindən” bəhs edən 6-cı maddəsində bələdiyyələrin tikintiyə icazə vermələri sahəsində hər hansı bir səlahiyyətləri nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi mübahisələndirilən sərəncam qəbul edilərkən tikintilərin layihələndirilməsi və icazə verilməsi səlahiyyəti Baki səhər İcra Hakimiyyətinə məxsus olmuşdur. İşin apellyasiya icraatı zamanı məhkəmənin 2-1(103)-2692/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: -1) Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsinin dövlət və ya bələdiyyəyə məxsus olub-olmaması müəyyən edilsin; -2) Bakı şəhər İcra Hakimiyyətinin başçısının 10 fevral 2017-ci il tarixli, 53 saylı Sərəncamına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən, "xxxx" MMC tərəfindən yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0,1567 ha torpaq sahəsinin dövlət və ya bələdiyyəyə məxsus olub-olmaması müəyyən edilsin; -3) Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 30 may 2018-ci il tarixli 1484 saylı icarə müqaviləsi əsasında icarəyə verilmiş, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi 3223-cü məhəllədə yerləşən 1458 kv.m torpaq sahəsi, Bakı şəhər Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən 15 mart 2007-ci il tarixli, 08/03 saylı Qərarı ilə İddiaçı satılmış Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsində yerləşən 1200 kv.m torpaq sahəsi ilə üstüstə düşürmü? xx.xx.2022-ci il tarixdə apellyasiya məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/344 saylı ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 30 may 2018-ci il tarixli 1484 saylı icarə müqaviləsi əsasında icarəyə verilmiş, Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi 3223-cü məhəllədə yerləşən 1458 kv.m torpaq sahəsinin və Bakı şəhər Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən 15 mart 2007-ci il tarixli, 08/03 saylı Qərarı ilə İddiaçı satılmış Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinin dövlət və ya bələdiyyəyə məxsus olub-olmamasını,eyni zamanda həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi müvafiq ekspert rəyi ilə hazırda tikinti aparılan torpaq sahəsinin bələdiyyə torpaqlarına məxsus olması, həmçinin iddiaçıya Bakı şəhər Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyasi aşağıda göstərilən sənədlərə qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən daxil olmuş № xx/xx-1131/1028 nömrəli 10 iyul 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində Rəsulzadə Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin mülkiyyət növünün araşdırılması barədə Binəqədi rayon İcra Hakimiyyətinə edilmiş xx.xx.2020-ci il tarixli xxxx/1128 saylı müraciətinə “Vətəndaşların müraciətləri haqqında” AR Qanununa uyğun olaraq baxılmışdır. Təqdim edilmiş sənədlərdən və yerində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Binəqədi rayon Rəsulzadə Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 08/03 saylı Qərara əsasən vətəndaş İddiaçı ünvan 1 ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsi çoxmənzilli binanın qarşı tərəfində ümumi istifadə üçün nəzərdə tutulmuş Dövlət torpaqlarının sərhədləri hüdudlarındadır. Bələdiyyələr mövcud qanunvericiliyin tələbləri gözlənilməklə yalnız mülkiyyətinə ayrılmış torpaqlar üzərində hüquqlarını həyata keçirə bilərlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası, habelə inzibati və çox mənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunverciliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə AR vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırmaq hüququna malikdir. AR Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin №09/5-93 saylı, xx.xx.2020-ci il tarzli məktubuna əsasən Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08/03 saylı qərarının X3 qeydiyyatdan keçməsi və Mərkəzə təqdim olunması barədə sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan qərar Mərkəzdə aşkar eidlməmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, qeyd olunan elektron baza məlumatlarına əsasən, mübahisələdirilən, iddiaçının nümayəndəsinin naturada göstərdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)05154/2020 nömrəli məktubu ilə təqdim edilmiş (Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamı ilə təsdiq edilmiş, Bakı şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş ayrıca aktına və ona əlavə edilmiş) koordinatlarda yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1 noyabr 2019-cu il tarixli 358 saylı sərəncamından göründüyü kimi Binəqədi Rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0,1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlı və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təsdiq edən hər hansı bir sübut yoxdur. İşə baxan məhkəmə iddiaçı ilə "xxxx" MMC-nin nümayəndəsi arasında bağlanan icarə müqaviləsinə istinad etsə də, həmin sənəddə mülkiyyətə dair qeyd edilən məlumat həqiqəti əks etdirmir və həmin məlumat Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08/03 saylı qərarının tarixidir. Digər tərəfdən məhkəmə nəzərə almamışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 53 saylı xx.xx.2017- ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə 0.12 ha deyil, 0.1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir və bu baxımdan həmin sərəncamın bütövlükdə etibarsız hesab edilməsi də qanunsuz olmuşdur. Yuxarıda qeyd edilən hallarla razılaşan məhkəmə kollegiyası cavabdeh Bakı şəhər İcra Hakimiyyətnin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, məhkəmə qərarında mübahisəli torpaq sahəsinə münasibətdə Bakı şəhəri İcra Hakimiyyətinin sərəncam vermək səlahiyyətinin olmadığıni bildirsə də, yuxarıda istinad edilmiş qanunvericilik normalarından və sadalanan sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən sərəncamın verildiyi tarixdə yaşayış binalarının tikintisinə icazə verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid olmuşdur və sərəncam qəbul edilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlili olan məhkəmə iclasları barədə məlumatlı olmamalarına münasibətdə qeyd edir ki, işin birinci instansiya icraatı materiallarına əsasən müəyyən edilir ki, "xxxx" MMC-yə ünvanlanmış məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri mövcud olsa da, həmin bildirişlərin göndərilməsi və üçüncü şəxs tərəfindən alınmasını təsdiq edən hər hansı sənəd-sübut əlavə edilməmişdir. Nəticədə üçüncü şəxs "xxxx" MMC-nin məhkəmə iclaslarında iştirakı təmin edilməmiş və dinlənilmə hüququ kobud surətdə pozulmuşdur. Birinci instansiya məhkəməsi sərəncamın ləğv edilməsi qənaətinə gələrkən qərarında qeyd etmişdir ki, “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 363 saylı sərəncamından çıxarışın surətindən görünür ki. Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binasına dair tərtib olunmuş şəhərsalma əsaslandırması təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 02 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 363 saylı 11,06.2018-ci il tarixli sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir.” Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli, 358 №-li Sərəncamında göstərilmişdir ki, “Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22ci dağlıq küçəsi, 3223-cü məhəllədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 53 saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0,1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.” Həmçinin Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubunda da Bakı şəhər Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən 15 mart 2007-ci il tarixli, 08/03 saylı Qərarı ilə İddiaçı ayrılmış Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsində yerləşən 1200 kv.m torpaq sahəsi Dövlət torpaqlarının sərhədləri hüdudunda olması qeyd olunmuşdur. Bundan əlavə iş materiallarında olan 30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə dəyişikliklər haqqında 19 noyabr 2019-cu il tarixli məktuba əsasən bir tərəfdən Bakı şəhər İcra Hakimiyyəti, digər tərəfdən "xxxx" MMC, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli, 358 saylı sərəncamı və 19/64 saylı, xx.xx.2019-cu il tarixli cizgiyə əsasən, xx.xx.2018-ci il tarixli, 1484 saylı torpaq icarə müqaviləsinin 1.1,7.3 və 7.4 bəndlərinin dəyişməsi ilə bağlı ümumi razılığa gəlinmiş və həmin bəndlərin 1458 (min dörd yüz əlli səkkiz) kv.m; 2462 (iki min dörd yüz altmış iki) kv.m kimi oxunması; icarə haqqının xx.xx.2019-cu il tarixindən hesablanması; “İcarəçi” tərəfindən hər il 9226 (doqquz min iki yüz iyirmi altı) manat 67 qəpik hüquqi şəxsin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödənilməsi qərara alınmışdır. Dəyişikliklər xx.xx.2018-ci il tarixli, 1484 saylı torpaq icarə müqaviləsinin ayrılmaz hissəsidir. Göründüyü kimi "xxxx" MMC tərəfindən icarəyə götürülən və bina inşa edilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqların hüdudlarında olmuşdur. Birinci instansiya icraatı zamanı işin bu halları araşdırılmamış və əsassız olaraq yalnız iddiaçı tərəfindən istinad edilən hallar əsasında iddia tələbinin təmin edilməsi barədə yanlış nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əssasız olduğundan ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94 -cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhər İcra Hakimiyyətin və üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)- 1032/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 10 fevral 2017-ci il tarixli 53 nömrəli Sərəncamının etibarsız sayılması” barədə tələbi rədd edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar