Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-332/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X10 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X29, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “torpaq sahəsinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasporun (plan-ölçü) verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-397/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar X14, İddiaçı və digərləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahələrinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışların verilməsi tələblərini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişlər. İşə mahiyyəti üzrə 1 may 2012-ci ildə baxılmış və 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin həmin tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sözügedən 1 may 2012-ci il tarixli qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 8 iyun 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 1 may 2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materialları 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin 26 fevral 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və X29 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-29/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçıların cavabdehə qarşı “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan-ölçülərin) verilməsi” barədə iddia tələbləri üzrə işdən İddiaçı cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X3 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X23 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X7 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X8 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X15 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (planölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X16 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X27 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X9 cavabdehə qarçı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X6 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X11 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbləri üzrə icraatlar ayrılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən X24 məxsus olan torpaq sahəsini almışdır. Alqı-satqı həyata keçirildikdən sonra o yeni mülkiyyət hüququ haqqında çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin ona ünvanlanmış məktubu ilə ona çıxarışın verilməsindən imtina edilmişdir. Həmin torpaq sahəsi elə həmin cavabdeh orqan tərəfindən verilmiş çıxarışa əsasən satıcıya məxsusdur. Ümumiyyətlə, alqı-satqı müqaviləsini təsdiqləyən notariat orqanı mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmadığı üçün müqaviləni təsdiqlədiyi halda cavabdeh heç bir əsaslı və qanuni səbəb olmadan ona mülkiyyət hüququnu təsdiq edən çıxarışı verməkdən imtina etmişdir. Hesab edir ki, inzibati orqanın hərəkətsizliyi, yəni ona aldığı torpaq sahəsi üzərinə müvafiq hüquqmüəyyənedici çıxarışın verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Qanunvericiliklə yeni çıxarışın alınması üçün nəzərdə tutulan bütün sənədlər cavabdehə təqdim edilsə də, müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-397/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərarı ilə (hakim: M.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9, 10, 22, 23-cü maddələrinə, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportun (plan ölçü) verilməsi barədə iddia tələbi rədd edilməlidir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən "NİKA" adlı şirkətinə məxsus (rəhbəri X25r) 120 kv.metr torpaq sahəsini notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almışdır. 2 saylı Bakı İnzibati-İqatisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və X32 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Lakin onlar bəlli olmayan səbəbdən məhkəmə proseslərində iştirak etməmişlər. Vicdanlı alıcı kimi, iddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası və mülki qanunverilicilik aktları ilə qorunur. 9 ilə yaxın müddətdir ki, iddiaçı kirayədə yaşayaraq maddi və mənəvi əziyyət çəkir. Eyni zamanda qeyd olunmuşdur ki, iddiaçı ilə bərabər 18 iddiaçıdan 7-si mübahisəli torpaq sahəsində fərdi yaşayış evlərini tikərək orada yaşayırlar. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-136/2022 saylı 09 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-397/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1023/2022 saylı 04 iyul 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2022-ci il tarixli, 2-1(103)-136/2022 saylı qərarı ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə müdafiə edərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1023/2022 nömrəli qərarındakı göstərişlər: - aidiyyəti olan səlahiyyətli orqanlara sorğu göndərilməklə, mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin hansı hüquqi əsaslara görə Müdafiə Nazirliyinin faktiki istifadəsində olmasını tədqiq edilməli, həmçinin Müdafiə Nazirliyinin özündən həmin torpaq sahəsinə aid bütün mötəbər hüquqi sənədlər tələb edilməli, eyni zamanda həmin torpağın təyinatı haqqında Nazirlər Kabinetindən məlumat alınması təmin edilməli. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul olunmalıdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Göründüyü kimi, notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslardan biri hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, bununla əlaqədar Konstitusiya Məhkəməsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin, eləcə də həmin müqavilənin bağlanılmasına hüquqi zəmin yaratmış daşınmaz əmlakın dövlət əmlakı kimi özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisələndirilməmiş sərəncamı və alqı-satqı müqaviləsinin mötəbərliyinə dair Qərarlarında nəzərdə tutulan mövqenin qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Müdafiə Nazirliyinin də tərəf olduğu hazırkı mübahisə üzrə oxşar mübahisəyə dair Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı sərəncamına əsasən bağlanmış alğı-satqı müqaviləsinə etimad göstərilməli və vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında əldə etdiyi mülkiyyət hüququ qorunmalıdır. Mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı tərəfindən mübahisəli əmlakın məhz müdafiə və sərhəd qoşunlarının operativ istifadəsində olmasını təsdiqləyən hər hansı sübut təqdim edilmədiyi halda apellyasiya instansiyası məhkəməsi yalnız mübahisəli əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu qənaətinə gələrək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31-ci maddəsinə istinad edərək bağlanmış alğı-satqı müqavilələrini etibarsız hesab etmişdir. İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir. X37 9.1-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin “İ.Əhmədov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 iyun 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – Müdafiə Nazirliyi) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Əmlak Məsələləri Dövlət Komitəsi), Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – "xxxx" MMC), G.Tahirli, Q.Qafarov və qeyrilərinə qarşı alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarı). Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən 2019-cu il 11 oktyabr tarixli Qərarında dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlaka dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin əsasları göstərilmiş, belə müqavilələrə etimadın, habelə vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiqlənmiş mülkiyyət hüququnun qorunması xüsusilə vurğulanmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarındakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları nəzərə çatdırır. İşin hallarından görünür ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən X24 məxsus olan torpaq sahəsini almışdır. Alqı-satqı həyata keçirildikdən sonra o yeni mülkiyyət hüququ haqqında çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin ona ünvanlanmış məktubu ilə ona çıxarışın verilməsindən imtina edilmişdir. Həmin torpaq sahəsi elə həmin cavabdeh orqan tərəfindən verilmiş çıxarışa əsasən satıcıya məxsusdur. Ümumiyyətlə, alqı-satqı müqaviləsini təsdiqləyən notariat orqanı mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmadığı üçün müqaviləni təsdiqlədiyi halda cavabdeh heç bir əsaslı və qanuni səbəb olmadan ona mülkiyyət hüququnu təsdiq edən çıxarışı verməkdən imtina etmişdir. İmtinanın əsası sözügedən torpaq sahəsinin “N” saylı hərbi hissənin yerləşdiyi hərbi təyinatlı torpaq sahəsi olması ilə bağlı olmuşdur. İşin araşdırılmış hallarında da göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən məhkəmələrə ünvanlanmış məktublara əsasən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 34/37 ünvanında yerləşən torpaq sahəsinin Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin təminatında olan “H.Aslanov-8” hərbi şəhərciyinin ərazisinə aid olduğu və hərbi təyinatlı olduğu bildirilmişdir. xx.xx.2014-cü il tarixdə tərtib edilmiş Binaların, Qurğuların və Hərbi şəhərciyin ərazisinin təhvil (təslim) verilməsi haqqında Aktına əsasən, H.Aslanov-8 nömrəli hərbi şəhərciyi N saylı hərbi hissə təhvil vermiş və Abşeron MİH-nin 4 saylı Evlər İdarəsi təhvil almışdır. Həmçinin, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)- 229/2016 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı torpaq sahələrinin zəbt edilməsinə son qoyulması, torpaq sahələrinin yerləşdiyi ərazilərə keçilməsi üçün qoyulan hər bir maneənin götürülməsinə dair iddia ərizələri təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçıların iddia etdikləri torpaq sahələri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur, həmin torpaq sahəsi hərbi şəhərciyin ərazisi olmaqla orada hələ 1950-1966-cı illərdə inşa olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus binalar yerləşir və hal-hazırda da həmin sahə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur. Yəni iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrini əldə edərkən həmin sahələrin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsində və sahibliyində olmasını, bu sahələrin mühafizə olunmasını, bu sahələrə girişin yalnız müvafiq icazələr alındıqdan sona mümkün olduğunu bildikləri və gördükləri halda indi mülkiyyətlərində olan torpaq sahələrinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən zəbt olunmasını iddia etmələri əsassızdır. Beləliklə, sözügedən torpaq sahəsinin məhz hazırda Abşeron MİH-nin 4 saylı Evlər İdarəsi tərəfindən təhvil alınmış torpaq sahəsi daxilində olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı həmin torpaq sahəsinin məhz müdafiə təyinatlı torpaq sahəsi olub-olmaması ilə bağlıdır. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq olaraq aidiyyəti orqanlara sorğular ünvanlanmış, iş üzrə araşdırmaya xidmət edən materiallar iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 13 oktyabr 2022-ci il tarixli **********02 saylı məktub əsasında göndərilən sorğuya cavabda Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsində yerləşən 0.3628 ha torpaq sahəsinə dair X24 verilmiş Şəhadətnamə ilə bağlı arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin (şəhadətnamə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi, ərizə, torpaq sahəsinin bölgü sxemi) təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 03 oktyabr 2022-ci il tarixili xx/xx-6284/11 saylı məktub əsasında göndərilən sorğuya cavabda Bakı şəhəri 31 saylı dövlət notariat ofisində 05 noyabr 2008-ci il tarixdə 4Ə/2-214 və 4Ə/2-215 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işinin kserosurəti təqdim edilmişdir. Təqdim olunan sənədlərə əsasən: - Mülkiyyət hüququ haqqında 006317 nömrəli xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, ünvan 4 ünvanında yerləşən 1179,25 kvm qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X25r. - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 001314 nömrəli xx.xx.2008-ci il tarixli “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Şəhadətnamədən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572.8 kv.m olan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada X1. - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 004307 nömrəli xx.xx.2009-cu il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamədən görünür ki, ünvan 4 ünvanında yerləşən əmlak kompleksi qanunvericiliklə müəyyən edilmiş qaydada X1. - 05 noyabr 2008-ci il tarixli, AN–İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsində X18 mülkiyyətində olan 0,3628 ha torpaq sahəsindən X4 200 kv.m, X19 400 kv.m, X33 130 kv.m, İddiaçı 120 kv.m, X12 300 kv.m, X20 100 kv.m və X26 400 kv.m olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışlar. Həmçinin, sözügedən torpaq sahəsinin təyinatı ilə bağlı araşdırma nəticəsində müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 08 sentyabr 2022-ci il tarixli **********31 saylı məktub əsasında göndərilən sorğuya cavabda ünvan 5 ünvanda yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsi ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 01 noyabr 2022-ci il tarixli **********36 saylı məktub əsasında göndərilən sorğuya cavabda Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəxsi, 34/37 ünvanında yerləşən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mühafizə olunan torpaq sahəsinin təyinatı ilə bağlı bildirilmişdir ki, vahid elektron kadastr məlumat bazası “NECAS” (TEKUİS) sisteminə əsasən, qeyd olunan ərazi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı göstərilsə də, “N” saylı hərbi hissə kimi qeyd olunmuşdur. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 34/37 ünvanında yerləşən torpaq sahəsinin hansı kateqoriya torpaq sahələrinə aid olması ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, qeyd olunan ərazi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir, “müdafiə təyinatlı” torpaq deyildir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs AR Müdafiə Nazirliyinin vəsatəti təmin edilərək iş üzrə icraat dayandırılmış, icraatın dayandırılması əsası iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdehlər İddiaçı və X24 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaya baxılması olmuşdur. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(011)- 725/2023 saylı qərardadına əsasən, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdeh İddiaçı və X24 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Odur ki, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı mübahisəli hal mövcud deyildir. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun verilmiş sorğulara cavab məktublarına əsasən, məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin notarial qaydada alqı-satqı müqaviləsi yolu ilə iddiaçının mülkiyyətinə verilməsi işin mübahisəsiz halıdır. İşin araşdırması nəticəsində müəyyən edilir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı cavabdehin üst qurumu tərəfindən sərəncam və alqı-satqı müqaviləsi bağlanılır, həmin müqavilə və sərəncam cavabdeh və Müdafiə Nazirliyi tərəfindən mübahisələndirilmir, mötəbərliyi məhkəmə qaydasında yoxlanılmır, lakin həm cavabdeh, həm Nazirlik hesab edir ki, notarius tərəfindən müqavilənin bağlanılması qanunsuz olmuşdur, çıxarış verilməməlidir. Göründüyü kimi, iki inzibati orqan arasında torpaq sahəsinə dair hüquqi müstəviyə çıxarılmamış, faktiki xarakterli mübahisə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin mötəbərliyinə şübhənin yaranmasına yönəlmiş hərəkətlərin edilməsi ilə nəticələnir. Qeyd edilməlidir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həminQanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, həmin qərarda nəzərdə tutulmuş hüquqi mövqe nəzərə alınmalıdır. Belə ki, iddiaçı alqı-satqı müqaviləsini imzalayarkən satıcının həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa etibar etmişdir. Nəinki, alıcı, eləcə də notariat hərəkətləri həyata keçirmək kimi inzibati publik səlahiyyətə malik olan və qanuni əsaslar olduğu təqdirdə müqavilələri təsdiq etməkdən imtina etmək hüququna malik olan notarius da həmin sənədlərin mötəbərliyinə etibar etmişdir. Hazırkı halda, notarius və alıcıdan sənədlərin mötəbərliyinə şübhə edilməsinin gözlənilməsini də məhkəmə kollegiyası işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, mülkiyyət hüquqlarının bir şəxsdən digər şəxsə keçməsinə yönələn əqdlərin bağlanılması ilə bağlı zəruri sənəd qismində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış çıxış edir ki, alıcı və notarius da həmin sənədə istinad etməklə hərəkət etmişdir. Beləliklə, hazırkı halda nə qədər ki satıcının adına olmuş mülkiyyət hüquqlarının dövlət qeydiyyatına əsas olmuş sənədlər ləğv edilməmiş, eyni zamanda alıcı və satıcı arasında alqı-satqı müqaviləsi etibarsız hesab edilməmişdirsə iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanın qanuni əsasından söhbət gedə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin müqaviləyə istinad etməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iddiası qanuni və əsaslı hesab edildiyindən cavabdehin imtinası onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Konstitusiya Məhkəməsinin qərarlarından da göründüyü kimi hətta alqı-satqı müqavilələrin və özəlləşdirmənin Müdafiə Nazirliyi tərəfindən mübahisələndirildiyi həmin işlər üzrə Məhkəmə alqı-satqı müqaviləsinin mötəbərliyinə xüsusi qiymət vermiş, Avropa Məhkəməsinin present hüququnun tələbləri də nəzərə alınmaqla bir inzibati orqanın ehtimal olunan səhv qərarının sıravi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmaması ilə bağlı mövqe nümayiş etdirmişdir ki, Konstitusiya Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etmələrini nəzərə alınmalı olması göstərilmişdir. Hazırkı mübahisə isə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini baxımından daha tutarlı əsaslara malikdir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-397/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) İddiaçı verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov