Məhkəmə qərarları › İş №2-1(103)-3323/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3323/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3323/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı QƏRARİ İş № 2-1(103)-3323/2023 (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 05 dekabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3864/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ-i Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

3. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək daşıyıcı, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək daşıyıcı, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək quraşdırıcı, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək operator, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək maşınçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək operator, xx.xx.2004-cü il tarixdən elektrik çilingər, xx.xx.2007-ci il tarixdən eskalator maşinisti vəzifəsinə keçirilmiş və halhazıradək həmin vəzifədə işləmişdir.

4. Elektron çıxarışa əsasən iddiaçının PSK-sı 45.770,17 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehin pensiya təyinatından imtinası barədə məktubun əsassız hesab edilməsi, İddiaçı güzəştli şərtlərlə pensiya təyininin qanunamüvafiq qaydada həyata keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 26 oktyabr 2021-ci il tarixdən pensiya təyin olunması və həmin tarixdən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

7. İddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 20 ildən çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının olmadığını qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışlar mövcuddur.

8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı qanunvericilikdə tələb olunan ümumi stajının azı 12 il 06 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmamışdır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair 08 sentyabr 2022-ci il tarixli A/277 nömrəli arayışında xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındaki dövr ərzində Bakı Metropoliteninin Elektromexanika Xidmətində elektrik çilingəri, xx.xx.2007-ci il tarixindən bügünədək Eskalator distansiyasında eskalator maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü adıçəkilən şəxsin işlədiyi elektrik çilingəri vəzifəsi yuxarıda qeyd olunan avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri vəzifəsinə uyğun deyil. Eyni zamanda onun işlədiyi eskalator maşinisti vəzifəsi yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. M.X1 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 15 il 10 ay 20 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1995-ci il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındaki dövrlər) təşkil edir, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 15 il 09 ay 25 gün sığorta stajı vardır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3864/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə yaş şərti ilə bağlı bildirir ki, iddiaçı 26.1.1961-ci il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur ki, bu da onun yaş ilə bağlı şərtin ödənilməsini göstərir.

11. Ümumi iş stajı ilə bağlı qeyd edir ki, hər nə qədər ümumi iş stajı ilə bağlı şərtin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilməsə də, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq ümumi iş stajının nə qədər təşkil etdiyinə münasibət bildirilməsini zəruri hesab edir.

12. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir.

13. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun işlədiyi “elektrik çilingər” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingəri peşəsinə uyğun olmadığı, digər “eskalator maşinisti” peşənin isə həmin siyahıda nəzərdə tutulmadığına istinad etmişdir. Halbuki iddiaçının işlədiyi peşələrin siyahıda olan peşələrə uyğunluğu "xxxx" QSC tərəfindən təqdim olunmuş güzəştli arayışda öz təsdiqi tapmışdır.

14. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci, 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3864/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, M.X3 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 15 il 10 ay 20 gün (xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1995-ci il, xx.xx.2004xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2021ci il tarixədək 15 il 9 ay 25 gün sığorta stajı vardır. İş üzrə məhkəmə sorğusu əsasında təqdim edilən Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 23 fevral 2023-cü il tarixli 13-19/2-288/2023 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı ağır və zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 18 il 10 ay 24 gün təşkil edir və onun çalışdığı elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdig edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hügugu verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 saylı Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) və 1.4.1-ci bəndlərinin yarımbəndi altında yer alan eskalatora xidmət göstəilməsi və təmiri üzrə elektrik çilingəri sətrinə aiddir. İddiaçının əmək kitabçasında isə iddiaçının xx.xx.2004-cü il tarixdə elektrik çilingəri vəzifəsinə qəbul olunduğu, xx.xx.2007ci il tarixdə eskalator maşinisti keçirildiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamışdır. Məhkəmə yuxarıda qeyd olunan arayışı əsas hesab edərək iddia tələbini təmin etmişdir. Hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki,məhkəmə iddiaçının gördüyü iş, tutduğu v&zife və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyi) müəyyən etməmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

e) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ...

23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

30. İddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən qanunvericilik normalarının (Bu qərarın 20-25-ci bəndləri) təhlili göstərir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün iki əsas gətirmişdir: 1. İşlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulması; 2. İddiaçının 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının olmamasıdır.

31. Məhkəmə Kollegiyası vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa mübahisələndirilən vəzifələrin Siyahıda nəzərdə tutulub-tutulmadığına qiymət verilməlidir.

32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunmur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir.

33. Məhkəmə yaş şərti ilə bağlı bildirir ki, iddiaçı 26.1.1961-ci il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur ki, bu da onun yaş ilə bağlı şərtin ödənilməsini göstərir.

34. Ümumi iş stajı ilə bağlı qeyd edir ki, hər nə qədər ümumi iş stajı ilə bağlı şərtin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilməsə də, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq ümumi iş stajının nə qədər təşkil etdiyinə münasibət bildirilməsini zəruri hesab edir.

35. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: -iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

36. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır.

37. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

39. Mübahisəyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir.

40. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək daşıyıcı, (01 il 01 ay) -xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək daşıyıcı, (02 il 01 ay 19 gün) xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək quraşdırıcı, (01 il 04 ay) -xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək operator, (02 il 03 ay 02 gün) -xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək maşınçı, (02 ay 14 gün) -xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək operator, (05 il 06 ay 01 gün) -xx.xx.2004-cü il tarixdən elektrik çilingər, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə eskalator maşinisti vəzifəsində işləmişdir. (17 il 06 ay 26 gün)

41. Məhkəmə Kollegiyası diqqətə çatdırır ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək daşıyıcı və xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək quraşdırıcı vəzifəsində işlədiyi müddətin bir hissəsi üst-üstə düşür. Bu səbədən Məhkəmə, “Əmək pensiyaları haqqında Qanunun” 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının razılığı əsasında həmin dövrü kəsintisiz, yəni xx.xx.1983-xx.xx.1987 dövrü kimi nəzərə alır.

42. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir.

43. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur ki, həmin müddət ümumilikdə 01 il 11 ay 19 gün təşkil edir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu, həmçinin əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun 60 yaşı tamam olduğu vaxtadək ümumi iş stajı 25 ildən (xx.xx.1980-xx.xx.1982 xx.xx.1982- xx.xx.1983; xx.xx.1983- xx.xx.1987; xx.xx.1987-xx.xx.1989; xx.xx.1989-xx.xx.1989; xx.xx.1989xx.xx.1995; xx.xx.2004-xx.xx.2021 = 31 il 09 ay 04 gün ) çox təşkil edir.

44. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonraki dövrlər üzrə məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsi mübahisə predmetini təşkil etmir. Bu səbəbdən də həmin dövrlər ümumi sığorta stajına daxil edilməlidir. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini arzuladığından, ona tələb olunan ümumi iş stajı 25 il təşkil edir ki, iddiaçı tələb olunan ümumi iş stajını toplamışdır.

45. Məhkəmə cavabdehin imtina məktubunda və apellyasiya şikayətində göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. 46.Məhkəmə Kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

47. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun işlədiyi “elektrik çilingər” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingəri peşəsinə uyğun olmadığı, digər “eskalator maşinisti” peşənin isə həmin siyahıda nəzərdə tutulmadığına istinad etmişdir.

48. Halbuki iddiaçının işlədiyi peşələrin siyahıda olan peşələrə uyğunluğu "xxxx" QSC tərəfindən təqdim olunmuş güzəştli arayışda öz təsdiqi tapmışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş son güzəştli arayışda qeyd olunmuşdur ki: -xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək Bakı metropoliteninin Elektromexanika xidmətində ağır əmək şəraiti ilə elektrik çilingəri, xx.xx.2007-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək ağır əmək şəraiti ilə eskalator maşinisti peşələrində çalışmış, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" QSC-nin Elektromexanika xidmətinin Eskalator distansiyasında eskalator maşinisti (12 % zərərli və yeraltı əmək şəraiti ilə), xx.xx.2016-cı il tarixdən hal-hazıradək Eskalator xidmətinin 1 saylı Eskalator distansiyasının “28 May” st.İİ çıxış – “C.Cabbarlı” stansiyalarının maşın zalında eskalator maşinisti (12 % zərərli və yeraltı əmək şəraiti ilə) peşəsində işləyir. İddiaçı ağır və zərərli əmək şətaitində çalışdığı peşələr üzrə əmək stajı 18 il 10 ay 24 gün təşkil edir. Onun çalışdığı elektrik çilingərləri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 saylı Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) və 1.4.1-ci (21.5.1-ci yarımbənd) bəndlərinin (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) yarımbəndi altında yer alan eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri sətrinə aiddir. Bundan başqa sorğuya cavab məktubunda (güzəştli arayışda) qeyd olunmuşdru ki, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi, bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımın göstərilməsi və s. ibarət olması; eskalatora xidmət göstərilməsi və təmiri üzrə çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlamaquraşdırma üsullarını bilməli olması, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirilməli olması, hər iki peşənin məqsədinin xidmət etdiyi avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılması, normal və fasiləsiz işləməsi təmin etmək və əmək şəraiti, xarakteristikası və funksiyaları eynilik təşkil etdiyindən bərabər tutula bilər. Göründüyü kimi, "xxxx" QSC iddiaçının güzəştli iş stajının xx.xx.2021-ci il tarixə 18 il 10 ay 24 gün olduğunu təsdiq etmişdir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2022-ci il tarixli qərarından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na dəyişiklik edilmiş və 21 Nəqliyyat bölməsinin 21.5.1 Metropolitenlər bəndində güzəştli pensiya hüququ verən peşələr aşağıdakilar olmuşdur: Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: -metropoliten müəssisələrinin briqadirləri -drezinaların sürücüləri -Drenajçılar -hidroqaldırıcıların maşinistləri -zumif aqreqatlarının maşinistləri -daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri -geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər -dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər) -bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri) -qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri -elektrik qatarlarının (seksiyalarının) maşinistləri -elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri -motovoz maşinistləri -motovoz maşinistlərinin köməkçiləri -kompressor qurğusunun maşinisti -drezin sürücüsünün köməkçisi -yol nəzarətçisi -tunel fəhlələri -süni qurğular təmirçisi -süni qurğular baxıcısı -yol baxıcısı -yol montyoru metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstəril-məsi üzrə elektrik çilingərləri -avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri -metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərləri -metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri -eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri -rezin məmulatların təmirçisi -markşeyder işlərində dağ-mədən fəhləsinəzarət vaqonunun tənzimləyicisi -çəkiclə işləyən dəmirçi -kontakt qaynaq maşınının qaynaqçısı -yol, maşın və mexanizmlərin tənzimləyiciləri -daxili sanitar-texniki sistem və avadanlıqların montajçısı -ultrasəsli defektoskop aparatının operatorları və operator köməkçiləri -ultrasəs nəzarəti üzrə defoktoskopçular -izoləedicilər -kabel lehimləyicisi -əl ilə qaynaqda elektrik qaynaqçısı.

49. Apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi "xxxx" QSC-nin iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğuna dair A/431 saylı, 29 noyabr 2023-cü il tarixli Arayışında qeyd edilmişdir ki, “verilir, xx.xx.1961-ci il təvəllüdlü, İddiaçı ondan ötrü ki, o heqiqətən xx.xx.2004-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək Bakı metropoliteninin Elektromexanika xidmətində ağır əmək şəraiti ilə elektrik çilingəri, xx.xx.2007-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək ağır əmək şəraiti ilə eskalator maşinisti peşələrində çalişmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamina 3870/23 29.05 23 esasən Baki Metropoliteni və "Azərtunelmetrotikinti" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlate məxsus "xxxx" QSC yaradilmişdir. xx.xx.2014-cü il tarixindən xx.xx.2016-c il tarixinədək İddiaçı "xxxx" QSC-nin Elektromexanika xidmətinin Eskalator distansiyasında eskalator maşinisti (12% zererli və yeralti emək şəraiti ilə), xx.xx.2016-ci il tarixindən hal-haziradək Eskalator xidmətinin 1 saylı Eskalator distansiyasının "28 May" st. İl çixiş - "C.Cabbarli" stansiyalarinın maşın zalında eskalator maşinisti (12% zərərli və yeraltı əmək şəraiti ilə) peşəsində işləyir. M.Fetullayevin ağir və zərərli əmək şəraitində çalişdığı peşələr üzrə əmək staji 19 il 08 ay (on doqquz il səkkiz ay) (xx.xx.2023-cü il tarixinə) təşkil edir. Onun çalişdiği elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömreli Qərari ila təsdiq edilmiş "Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatlarin, peşalərin vəzifələrin və göstəricilərin Siyahisı"nda deyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 saylı Qərarın 1.4 (21.5.Metropolitenlər bəndi üzrə) və 1.4.1-ci (21.5.1-ci yarimbənd bəndlərinin (yalniz gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fehlələr) yarımbəndi altında yer alan eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri sətrinə aiddir.Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri avadanliqlarin istismari və təmiri prosesində yoxlama zamani qüsurların aşkarlanmasi və 04.10.23 14:45 99 13-17 aradan qaldirılması, təmir olunmus avadanliqlarin quraşdırırlması, sınağı ve təhvili, eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandirılmasını həyata keçirən işlərin görülməsi, bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardimın gösterilməsindən və s. İbarətdir. Eyni zamanda eskalator maşinisti peşəsinin xüsusiyyətləri də sadalanan işlərdən ibarətdir.Eskalatora xidmət göstərilməsi ve təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlamaquraşdırma üsullarinı bilməli, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirməlidir.Hər iki peşənin məqsədi xidmət etdiyi avadanliq və qurğularin saz vəziyyətdə saxlanılması, normal ve fasiləsiz işləməsini təmin etməkdir və əmək şəraiti, xarakteristikası və funksiyaları eynilik təşkil etdiyindən bərabər tutula bilər.Qeyd edək ki, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərin yüksələ biləcək vezifə (2 il işlədikdə) eskavator maşinistidir.”

50. Göründüyü kimi, "xxxx" QSC iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmiş, həmin peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2022-ci il tarixli qərarından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na dəyişiklik edilmiş və 21 Nəqliyyat bölməsinin 21.5.1 Metropolitenlər bəndində eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingər peşəsinə uyğun olduğunu, əmək funksiyalarının ieynilik təşkil etdiyini qəbul etmişdir.

51. Belə olduğu halda məhkəmə Kollegiyası mövcud olan sənədləri tətbiq olunan qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2021-ci il tarixədək güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyini müəyyən edir. (18 il 10 ay 24 gün).

52. Məhkəmə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı ilə bağlı şərtin ödənilməsi ilə bağlı aşağıdakiları bildirir.

53. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 05 noyabr 2022-ci il tarixədək olan redaksiyasına görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.

54. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur.

55. Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci yarımbəndinə görə, 01 iyul 2021 – 30 iyun 2022 dövr üzrə kişilər üzrə pensiya yaşı 65 yaş müəyyən olunmuşdur.

56. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 40.800 manat təşkil etməlidir. Məhkəmə məhz “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq, imtina məktubu verilən tarixə kişilər üzrə pensiya yaşının 65 olmasını, güzəştli şərtlə pensiya çıxma yaşını, qanunvericilikdə nəzərdə tutulan pensiya ödənişi müddətini və əmək pensiyasının minimum məbləği nəzərə alaraq bu nəticəyə gəlmişdir. Hesablama qaydası: 65 yaş – 60 yaş (güzəştli şərtlə pensiya çıxma yaşını) =5 x 12= 60 ay +144 ay (gözlənilən pensiya ödənişi müddəti ) = 204 ay x 200 manat (2021-ci ilə olan minimum pensiya məbləği) = 40.800 manat. Cavabdeh tərəfindən təqdim olunmuş pensiya kapitalından görünür ki, iddiaçının topladığı pensiya kapitalı 45.770,17 manat təşkil edir ki, bu da kapital ilə bağlı şərtin ödənildiyini göstərir. 57.Beləliklə, qanunvericilikdə tələb olunan şərtlər iddiaçı tərəfindən ödənildiyindən, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

58. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir.

59. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

60. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir.

61. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2022ci il tarixdə (imtina məktubunda göstərilən ilkin tarix) cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

62. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

63. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, qanuni və əsaslıdır, odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3864/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3864/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar