Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3324/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3581/2014 nömrəli, 30 aprel 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-3581/2014 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-3581/2014 №-li qərarına əsasən ünvan aidiyyəti üzrə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin (bundan sonra-şöbə) tarixi qeyd edilməyən 1509 №-li qərarı ilə xx.xx.2006-cı il tarixdən 52 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonraQanun) 9.8 və 01.01,2010-cu il tarixədək qüvvədə maddələrinin tələblərinə, o cümlədən vaxtilə qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na istinad etməklə və 2006-cı ilədək əmək kitabçası üzrə hesablanmış 25 il 9 ay əmək stajına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya işinə tikilmiş və notarial qaydada təsdiq edilmiş AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindəki məlumatlara əsasən o, ünvan 4 ünvanında qeydiyyatdadır. Pensiya işinə və müvafiq olaraq “Pensiyaçının uçot vərəqi”nə tikilmiş və “X3 Company”-nin (BEOCL şirkətinin Azərbaycan nümayəndəliyi) dairəvi möhürü ilə təsdiq edilmiş seriya nömrəsi ******* olan əmək kitabçasının surətlərinə və BEOCL şirkətinin xx.xx.2015-ci il tarixli 557 №-li əmrin surətinə əsasən İddiaçı xx.xx.1979-xx.xx.1979-cu illər üzrə Lenin rayon (inidiki Sabunçu) Qaz istismarı kontorunda çilingər işləmiş, VT 040817 №-li diploma əsasən 1977-1980-ci illərdə Bakı Neft Texnikumunda təhsil almış, xx.xx.1980-xx.xx.2004cu illər üzrə Serebrovski adına Neft-qaz çıxarma idarəsində (hazırda “Qum adası” Neftqaz çıxarma idarəsi) qaz kompressor sexinin neftqaz əməliyyatları məntəqəsində texnoloji qurğuların əmtəə operatoru, xx.xx.2004- xx.xx.2010 həmin idarənin yeni yaradılmış qazın yığılması, hazırlanması və nəqli sexində 4-cü dərəcəli əmtəə operatoru, xx.xx.2010xx.xx.2010-xx.xx.2011-ci, xx.xx.2011- xx.xx.2012-ci və xx.xx.2014-xx.xx.2015-ci illərdə “BEOCL” şirkətində Qazın yığılması, hazırlanması və nəqli sexində 4-cü dərəcəli əmtəə operatoru vəzifələrində çalışmışdır. Bundan əlavə, cavabdehin pensiya işinə Azərbaycan Dövlət Neft Şirkəti Baş ofisin Mərkəzi Arxivi tərəfindən verilmiş 2006-2010-cu illərə aid əməkhaqqı barədə xx.xx.2014-cü il tarixli ARDNŞ/14- 1000/xx-xx-000017 №-li, 2004- 2005-ci illərə aid əməkhaqqı barədə xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/xx-xx-000012 №-li və 1980-2010-cu illərdə keçmiş Serebrovski, hazırki “Qum adası” NQÇİ-dəki iş stajı barədə xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/xx-xx-000018 №-li arayışlar əlavə olmuşdur. Lakin, sonuncu arayışda cavabdehin həmin illərdə çalışdığı peşənin ağır və zərərli istehsalatlar və peşələrə aid olması, eləcə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olması barədə tələb olunan məlumatlar qeyd edilməmişdir. Araşdırma zamanı pensiya işində cavabdehin məhkəməyə müraciət etməsi, məhkəmənin şöbə ilə yazışması, şöbənin məhkəməyə göndərdiyi müvafiq etiraz sənədləri aşkar edilməmiş, yalnız 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarının pensiya işinə tikildiyi məlum olmuşdur. Göstərilənlərlə yanaşı, şöbənin qərarının aşağı hissəsində məsləhətçimühasib tərəfindən qeyd edilmiş “29.İX.2014” qeydinə əsasən müəyyən edilmişdir ki, məhkəmənin tərəflərdən hansının xeyrinə qəbul edəcəyi (xx.xx.2014-cü il tarixli) qərarının gözləmədən təxminən 1 ay əvvəldən güzəştli iş stajı barədə araşdırma aparılmadan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zəruru sənədlər alınmadan İddiaçı xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin orta aylıq əməkhaqqı məbləği nəzərə alınmaqla güzəştli şərtlərlə pensiya təyin olunması barədə şöbənin müvafiq qərarı rəsmiləşdirilmiş və ödənişə göndərilmişdir. Məhkəmənin qərarında qeyd edilənlərə görə cavabdeh İddiaçı xx.xx.2006-cı il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehə xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, lakin pensiya hesablanarkən 01.01,2010- cu il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilmişdir. İddiaçı hesab etmişdir ki, əmək pensiyası hüququnu xx.xx.2006- cı il tarixdən qazanmış və həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq olunmalı, əmək pensiyası 52 yaşdan 2004- 2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə təyin edilməlidir. Cavabdehin dəniz şəraitində zərərli işlərdə işlədiyi və 01.01,2006-cı il tarixədək ümumi iş stajının 25 ildən çox olduğunu bildirməklə ona xx.xx.2006- cı ildən 52 yaşdan pensiya təyin edilməsi ilə bağlı şöbəyə müraciət etməsinə baxmayaraq cavabdeh orqan tərəfindən ona qanunamüvafiq olaraq pensiyasının düzgün hesablandığı bildirilmişdir. Belə ki, məhkəmənin keçirildiyi gün, yəni “Məhkəmənin xx.xx.2014-cü il tarixli sərəncamı ilə İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi cavabdehə təqdim edilmiş və ondan iddiaya dair öz münasibətlərini (etiraz) məhkəməyə bidirmək tələb olunmuşdur.” Lakin bu tələbin icrası və ya etirazın alınıb-alınmaması barədə məhkəmə qərarında heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə qərarının 5-ci səhifəsində İddiaçı aid olmayan belə bir qeydlər aşkar edilmişdir: -“Beləliklə, məhkəmə toplanmış sübutlarla məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 50 yaşdan xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməli və həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablama qaydası ilə yenidən hesablanaraq ödənilməmiş məbləğ fərqinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.” Bu abzasın altından isə növbəti mətn yazılmışdır: -“Beləliklə, məhkəmə toplanmış sübutlarla məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçiya xx.xx.2006-cı il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanmalı və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.” Məhkəmənin hüquqi sənədi olan belə bir qərarda qeyd edilmiş ciddi səhvlərin buraxılması yolverilməzdir. Məhkəmə qərarından göründüyü kimi, 1980-2015-ci illər ərzində işlədiyi müddət zərərli əmək stajı kimi nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, məhkəmədə cavabdehin istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, nəzərə alınmış dövrün zərərli əmək stajı hesab edilməsi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Birinci instansiyanın qərarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, habelə Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamış, hansı bölmə və ya kodla müəyyən olunduğunu qeyd edilməmiş, ümumi mülahizələr əsasında qərar qəbul edilmişdir. Qeyd edilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşın əmək pensiyası hüququnun müəyyən edilməsi deyil, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Bununla belə, məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi”nin pozulması ehtimal olunur. Həmin maddədə nəzərdə tutulmuşdur ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutlar toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə görə məhkəmə natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göstərilənlərlə yanaşı, şöbə tərəfindən də cavabdehin iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, bu işdə maraqlı olan şəxslərin təsiri ilə birinci instansiyanın qərarından müvafiq məhkəmə orqanına apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında cavabdeh şöbə tərəfindən vətəndaşın iddiasına qarşı etibarlı müdafiə təşkil edilməmiş və məhkəməyə qanunvericilik təqdim olunmamışdır. Nümayəndə izahat verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı, zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan siyahı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda və azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən isə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01,2006-cı ilədək bu şərtlər daxilində 52 yaşından əmək pensiyası hüququ yarandığından iddiaçının müraciəti əsasında xx.xx.2011-ci ildən 52 yaşından əmək pensiyası təyin edilmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, nümayəndənin məhkəmədə verdiyi izahatında xx.xx.2011 -ci ildən pensiya təyin edilməsi barədə qeyd etdiyi faktını təsdiq edən hər hansı bir rəsmi sənəd pensiya işində mövcud deyildir. Bununla belə, məhkəmə İddiaçı iddiasının əsaslı olduğunu hesab edərək iddiasını təmin etməklə qərar qəbul etmiş, İddiaçı xx.xx.2006- cı il tarixdən (52 yaş) güzəştli şərtlərlə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsini Fondun Suraxanı rayon şöbəsinə həvalə etmişdir. Belə ki, təyin olunmuş və ödənişi aparılan pensiya işi ilə əlaqədar izahat verməsi üçün İddiaçı əmək kitabçası və digər zəruri sənədlərin əsilləri ilə birlikdə Nazirliyə dəvət olunmuş, vətəndaş Nazirliyə gələrək yazılı izahat təqdim etmişdir. Məhkəmə qərarında qeyd olunanlara əsasən məhkəmə baxışında iştirak etmiş iddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Lakin, İddiaçı isə təqdim etdiyi izahatda onun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi yazmadığını, məhkəmədən onun yaşadığı ünvana məhkəmə bildirişinin və məhkəmə qərarının daxil olmadığını, ona xx.xx.2006-cı il tarixdən əmək pensiyasının təyin olunması barədə məhkəmə qərarının mövcudluğundan və şöbə tərəfindən həmin tarixdən pensiya təyin edilməsi barədə qərar qəbul olunmasından, həmçinin plastik kartına köçürülmüş məbləğlərdən xəbərsiz olduğunu bildirmişdir. Bunlardan əlavə, vətəndaş izahatında güzəştli əmək pensiyasının təyin olunmasında ona şöbənin Vüsal adlı işçisi tərəfindən köməklik olunduğunu, pensiya təyin olunduqdan sonra bankdan aldığı plastik kartını, kartdakı 2600 manat pulu çıxarmadan Vüsala verdiyini, həmin kartın ona Vüsal tərəfindən 2 həftədən sonra qaytarıldığını, eyni zamanda məhkəmə qərarını şöbədən götürdüyünü bildirmişdir. Araşdırma zamanı əldə olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı Qanunun 9-cu maddəsinin tələblərinə zidd olaraq Fondun Suraxanı rayon şöbəsi tərəfindən aparılmışdır. Belə ki, həmin şöbənin qərarı ilə xx.xx.2006-cı il tarixdən hesablanmaqla təyinat aparılmış, xx.xx.2006-cı il tarixdən 30,0 manat məbləğində müəyyən olunmuş pensiyanın aylıq məbləği pensiyanın baza hissəsi artırılmaqla və müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə 01,10.2006-cı il tarixdən 35,0 manat, 01.01,2007-ci il tarixdən 170,28 manat, 01,02.2007-ci il tarixdən 180.28, xx.xx.2008-ci il tarixdən 212,04 manat, xx.xx.2008-ci il tarixdən 227,04 manat, 01.01,2009-cu il tarixdən 258,67 manat, 01.01,2010-cu il tarixdən 261,43 manat, 01,09.2010-cu il tarixdən 271,43 manat, xx.xx.2011-ci il tarixdən 282,06 manat, xx.xx.2012-ci il tarixdən 297,63 manat, xx.xx.2023-cü il tarixdən 299,97 manat, xx.xx.2013-cu il tarixdən 314,97 manat, xx.xx.2014-cü il tarixdən 320,13 manat məbləğində müəyyən edilmiş və 2014-cü il oktyabr ayından ödənişə başlanılmışdır. Pensiyanın məbləği sonrakı dövrlərdə pensiyanın baza hissəsinin artırılması və sığorta hissənin indeksləşdirilməsi nəticəsində xx.xx.2015-ci il tarixdən 323,21 manat, xx.xx.2015-ci il tarixdən 415,55 manat, xx.xx.2016-cı il tarixdən 428,27 manat, 01,02.2016-cı il tarixdən 438,27 manat, 01.01,2017-ci il tarixdən 478,86 manat, xx.xx.2018-ci il tarixdən 506,16 manat, xx.xx.2019-cu il tarixdən 521,34 manat, xx.xx.2020-ci il tarixdən 607,89 manat məbləğində hesablanaraq vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Ümumilikdə, Qanunun tələblərinə zidd güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi nəticəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək cəmi 57345,88 manat məbləğində vəsait ödənilmişdir. Belə ki, İddiaçı plastik kart hesabına köçürülən məbləğlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, şöbə tərəfindən xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilədək olan dövr üzrə 24650,13 manat ötən dövrlər üçün fərq məbləği hesablanmış və həmin məbləğ aylıq pensiya məbləği 320,13 manatla birlikdə (cəmi 24970,26 manat) xx.xx.2014-cü il tarixdə vətəndaşın plastik kart hesabına birdəfəlik köçürülmüşdür. Lakin aşkar olunan hallar İddiaçı verdiyi izahatda qeyd olunanlarla ziddiyyət təşkil edir. Belə ki, vətəndaş plastik kartında 2600,0 manat olduğunu bildirsə də, həmin dövrdə onun kartında olan vəsait 24970,26 manat təşkil etmişdir. Aşkarlanmış faktlar Vüsal Əliyevin İddiaçı qanunsuz pensiya təyinatının aparılmasında onunla birgə iştirakına və əvvəlcədən sövdələşmələrinə əsaslı şübhələr yaratmış, İddiaçı təqdim etdiyi izahatında qeyd etdiklərinin həqiqətə uyğun olmadığı və baş verənlərin gizlədildiyi ödəniş sənədləri ilə təsdiq edilmişdir. Məlumat üçün bildirirlər ki, əvvəlki araşdırmalar nəticəsində 2006-2015-cü illərdə Fondun Səbail və Suraxanı şöbələrinin Pensiya təyinatı sektorunda işləmiş X4 tərəfindən bilavasitə saxtalaşdırıldığı ehtimal edilən sənədlər əsasında öz yaxın ailə üzvlərinə və digər şəxslərə yüksək məbləğdə əsassız əmək pensiyalarının təyin olunaraq ödənilməsinə və mənimsənilməsinə nail olunması halları müəyyən edilmiş, aşkarlanmış faktlara hüquqi qiymət verilməsi məqsədi ilə toplanmış müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Cavabdehin əmək pensiyası hüququnun müəyyən edilməsi üçün təqdim etdiyi zəruri sənədlərin, o cümlədən əmək kitabçasına əsasən əmək fəaliyyətinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, onun faktiki ümumi sosial sığorta stajı 01.01,2006-cı il tarixədək 25 il 9 ay təşkil etmiş, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə xüsusi iş stajına malik olmamışdır. Qeyd olunanlar nəzərə alındıqda Qanunun 9.1 -ci maddəsinə əsasən vətəndaşın 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən vətəndaşın 01.01,2006-cı il tarixədək 20 il ümumi və 10 il xüsusi iş stajı olmalıdır. Beləliklə, şöbə tərəfindən məhkəmə qərarları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində İddiaçı plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 36 541,58 manat (57345,88-20804,30) təşkil etmişdir. Eyni zamanda bildirirlər ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-15mat-21 /684 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib (surəti əlavə olunur). Həmçinin, qeyd edirlər ki, hazırki iş üzrə ərizəçi olan Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3581/2014 nömrəli, 30 aprel 2024-cü il tarixli qərardadı (hakim A.Abdullayeva) ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və “yeni açılmış hallarla” bağlı ərizənin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, şöbə tərəfindən məhkəmə qərarları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində İddiaçı plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 36 541,58 manat (57345,88-20804,30) təşkil etmişdir. Eyni zamanda araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-15mat-21 /684 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib. Yuxarıda qeyd olunanlara əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-3581/2014 nömrəli qərarının ləğv edilərək işə yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmasına baxmayaraq, məhkəmə tərəfindən ərizə mümkün hesab edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla” bağlı ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İş materiallarından, o cümlədən “yeni açılmış hallarla bağlı icraatın təzlənməsinə dair” ərizədən məlum olur ki, 2 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2-1(82)- 3581/2014 nömrəli 20 oktyabr 2014-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2006-cı il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə edilmişdir. Məhkəmənin sözügedən qərarı qanuni qüvvəsini almışdır. Nəzərə alınmalıdır ki, formalaşmış inzibati praktikaya görə ərizəçi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müvafiq inzibati mübahisə üzrə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı səlahiyyətlərini hazırda həyata keçirən qurumdur. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsi məhkəməyə 19 fevral 2024-cü il tarixdə – ona qarşı ərizə verilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən 9 ildən artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin verilməsini müvafiq məhkəmə hökmünün (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü) ləğv edildiyi hal istisna olmaqla, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır və ərizənin verilməsi üzrə buraxılmış həmin müddətin bərpasını istisna edir. Hazırkı iş üzrə ilkin icraat zamanı məhkəmə hər hansı məhkəmə hökmünə istinad etməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3581/2014 nömrəli, 30 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3324/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3324/2024
09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver