Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3325/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “64 yaş 6 aydan, yəni xx.xx.2021-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “64 yaş 6 aydan, yəni xx.xx.2021-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5546/2022 saylı 20 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1655-ci il təvəllüdlüdür. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1978-xx.xx.1992-ci il tarixədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin milis orqanlarında, xx.xx.1992-xx.xx.2002-ci il tarixədək AR Ali Dövlət Hakimiyyəti və X1 İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2008-ci il tarixədək Dövlət Mühafizə Xidmətində, xx.xx.2008- xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı 17 dekabr 2021-ci il tarixli dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (13 il 7 ay 16 gün (xx.xx.2008-xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “64 yaş 6 aydan, yəni xx.xx.2021-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edir ki, onun dövlət qulluğu stajı 15 ildən azdır. Halbuki, onun 45 ildən artıq dövlət qulluğu stajı mövcuddur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının xx.xx.2008-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində işlədiyi dövr dövlət qulluğu stajına daxil edilmişdir. Lakin onun xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan SSRİ Daxili İşlər Nazirliyinin milis orqanlarında, xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və X1 İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2008-ci ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyi dövrlərin dövlət qulluqçusu kimi iş stajına daxil edilməli olduğunu iddia etsə də, həmin dövrlər dövlət qulluğunda qulluq stajına daxil deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5546/2022 saylı 20 iyun 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı 64 yaş 6 aydan, yəni 16 may 2020-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlillləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti əsassızdır, təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, o, xx.xx.1978-xx.xx.1992-ci il tarixədək Azərbaycan SSR-i Daxili İşlər Nazirliyinin milis orqanlarında, xx.xx.1992xx.xx.2002-ci il tarixədək AR Ali Dövlət Hakimiyyəti və X1 İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2008-ci il tarixədək Dövlət Mühafizə Xidmətində, xx.xx.2008-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. “Dövlət qulluğu haqqında” Qanunun 23.1.-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2.-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Bakı İnzibati Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının 1978-2008-ci il tarixlərdə xüsusi dövlət qulluğunda tutduğu vəzifələr üzrə qulluq stajı dövlət qulluğu stajına aid edilməlidir. “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilir. Buna görə də, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş 15 illik qulluq müddəti ilə bağlı şərt ödənilmişdir. Onun “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan SSR-i Daxili İşlər Nazirliyinin milis orqanlarında, AR Ali Dövlət Hakimiyyəti və X1 İdarəsində və Dövlət Mühafizə Xidmətində xüsusi dövlət qulluğu stajı ümumi dövlət qulluğu stajında nəzərə alınan dövr hesab edilir. Belə olduğu təqdirdə isə iddiaçının dövlət qulluğu stajı 1978-2021-ci il tarixləri arasındakı dövrü əhatə edir ki, həmin müddət 15 illik qulluq müddətindən bir neçə dəfə artıqdır. Yuxarıdakıları nəzərə alaraq, apelyant apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5546/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı onun dövlət qulluqçusu kimi kifayət qədər iş stajının olmasına əsaslanaraq cavabdeh orqandan ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Cavabdeh isə iddiaçının dövlət qulluğu stajının 15 ildən az, yəni 13 il 7 ay 16 gün olması əsası ilə tələbinin təmin olunmasından imtina edir, qeyd edir ki, iddiaçının xx.xx.1978-xx.xx.1992-ci il tarixədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin milis orqanlarında və xx.xx.1992-xx.xx.2002-ci il tarixədək AR Ali Dövlət Hakimiyyəti və X1 İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2008-ci il tarixədək Dövlət Mühafizə Xidmətində müxtəlif vəzifələrdə çalışdığı dövr dövlət qulluğuna daxil edilə bilməz, çünki həmin dövr dövlət qulluğunun xüsusi növü ilə bağlıdır. Beləliklə, һazırki işdə mübahisə iddiaçının işlədiyi həmin vəzifələrin dövlət qulluğu vəzifəsi olubolmaması ilə bağlıdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 15 ildən çox dövlət qulluğu stajının olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Sadalanan normaların tələbindən də müəyyən edilir ki, şəxsə dövlət qulluqçusu kimi pensiya təyini üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajının mövcud olması mütləqdir. İddiaçının isə mübahisələndirilməyən dövlət qulluğu stajı müddəti xx.xx.2008-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində tutduğu dövlət qulluğu vəzifələri ilə bağlıdır ki, həmin dövrün 15 ildən az olması bəllidir. Lakin iddiaçı dövlət qulluqçusu kimi ona pensiyanın təyin edilməsi üçün onun 1978-2008-ci il tarixlərdə xüsusi dövlət qulluğunda tutduğu vəzifələr üzrə də qulluq stajının nəzərə alınmasını istəyir və һazırda qarşıda duran məsələ һəmin dövrün dövlət qulluğu stajı kimi nəzərə alınmasının mümkün olub-olmamasından asılıdır. Hansı ki, cavabdeh həmin dövrlərin dövlət qulluğu stajına aid olmaması, xüsusi dövlət qulluğu hesab edilməsi qənaətindədir. “Dövlət qulluğu һaqqında” Qanunun 22.7-ci maddəsinə əsasən dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Həmin Qanunun 22.7-2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Qeyd olunmalıdır ki, “Dövlət qulluğu һaqqında” Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri şəxsin dövlət qulluğu stajına daxil edilir. Bu hal onu deməyə əsas verir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş 15 illik qulluq müddəti ilə bağlı şərt ödənilmişdir. Belə ki, iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan SSR-i Daxili İşlər Nazirliyinin milis orqanlarında, AR Ali Dövlət Hakimiyyəti və X1 İdarəsində və Dövlət Mühafizə Xidmətində xüsusi dövlət qulluğu stajı ümumi dövlət qulluğu stajında nəzərə alınan dövr hesab edilir. Belə olan һalda iddiaçının dövlət qulluğu stajı 1978-2021-ci il tarixləri arasındakı dövrü əhatə edir ki, həmin müddət də qanunla tələb olunan 15 ildən artıqdır. Məhkəmə, həmçinin onu da qeyd edir ki, cavabdehin mövqeyi dövlət qulluqçularının bərabərliyi prinsipləri də uzlaşmamaqdadır. Belə ki, adı çəkilən Qanunun 2.3-cü maddəsindən görünür ki, xüsusi və ya inzibati vəzifə tutan dövlət qulluqçuları üçün dövlət qulluğunun Qanunla müəyyən edilən prinsiplərinə aid müddəalarının nəzərə alınmalı olması mütləq şərt kimi nəzərdə tutulmuşdur. Qanunun 4.1-ci maddəsində isə dövlət qulluqçularının hüquq bərabərliyi prinsipi konkret olaraq müəyyən edilmişdir. Bu bərabərlikdən çıxış edərək qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”na əsasən fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə aşağıdakı dövrlər hesablanır: dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı. Göründüyü kimi, polis orqanlarında xidmət edən və ya etmiş şəxsin dövlət qulluğu vəzifəsində qulluq stajı fasiləsiz xidmət illərinə hesablansa da, cavabdeh hesab edir ki, iddiaçının 1978-1992-ci illərdəki polis orqanlarındakı xidmət illəri dövlət qulluğu stajına aid edilməməlidir. Qeyd olunmalıdır ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərinin yerinə yetirməsidir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X6 tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı 1978-2008-ci illərdə Azərbaycan SSRİ Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və X1 İdarəsində, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyi müddətə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən xüsusi dövlət mühafizə xidməti və daxili işlər orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Qeyd edilənlərə əsasən İddiaçı qeyd edilən yerlərdə işlədiyi müddət dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxildir. İddiaçının 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Prezident İqamətgahı”nda baş mühəndis-böyük məsləhətçi vəzifəsində işlədiyi müddətlə bağlı bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sturukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 886 saylı 11 iyul 2005-ci il tarixli Sərəncamına əsasən Prezident İqamətgahı, “Ulduz” sarayı daxil olmaqla “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarln siyahı”nda nəzərdə tutulmuşdur. İddiaçı 2009-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Ulduz” Qonaq Evində baş mühəndis–böyük məsləhətçi və 2019-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Ulduz” Qonaq evinin texniki məsələlər üzrə direktor müavini vəzifələrində işlədiyi müddətə münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sturukturunun təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 404 saylı 22 iyul 2009-cu il tarixli Sərəncamına əsasən “Ulduz” Qonaq Evi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin söbəsi statusuna malik olan təşkilatların Siyahısı”nda nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı Siyahıda adı göstərilən vəzifələrdə işləməklə 15 ildən artıq dövlət qulluğu stajına malik olmuşdur. Buna görə də iddiaçının 64 yaş 6 aydan, yəni xx.xx.2021-ci il tarixdən qüvvədə olan qanunvericiliyin tələbinə əsasən dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququ da yaranmışdır. Odur ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının xx.xx.2008-xx.xx.2021-ci illərdə işlədiyinə dair X3 məktubunda göstərilən məlumatları mötəbər sübut saymış və hesab etmişdir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə, məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir və hesab edir ki, həmin dəlillər iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmin edilməməsi üçün əsas yaratmır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5546/2022 saylı 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5546/2022 saylı 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3325/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3325/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver