Məhkəmə qərarları › İş №2-1(103)-3325/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3325/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3325/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin xx.xx.2024-cü il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçının xx.xx.2024-cü il tarixli, **********9 saylı qərarı əsasında siyahıya alınmış cavabdehə məxsus nəqliyyat vasitələrinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müəyyən etdiyi orqan (qurum) tərəfindən satılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4860/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixə olan borc məbləğindən dövlət büdcəsinə 75000.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 75000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədilə ona bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2-1(112)-4860/2025 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********9 saylı qərarı əsasında siyahıya alınmış cavabdehə məxsus «X3 1844LS» yük markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı və «KRONE SD YARİMQOŞQU», **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müəyyən etdiyi orqan (qurum) tərəfindən satılması, göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2-1(112)-4860/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən görülmüş tədbirlər nəticəsində yaranmış borc Cavabdeh tərəfindən 16 aprel 2025 il tarixində tam şəkildə ödənilmişdir. Məhz bunun nəticəsində iddiaçının 17 aprel 2025 il tarixli, 3-21-2- 8/212096/2025 saylı qərarı ilə Cavabdeh rəhbəri olan X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülmüşdür. Bununla yanaşı göstərilən məhkəmə qərarı ilə məcburi satılması nəzərdə tutulan “X3 1844LS” yük markalı 99YJ552 dövlət nömrə nişanlı və “Krone SD” yarımqoşqu markalı 99ZJ552 dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin üzərindən iddiaçının 18 aprel 2025-ci il tarixli, 3-21-2-3/2-467868/2025 saylı məktubu ilə məhdudiyyətlər götürülmüşdür. Göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən dəfələrlə iddiaçının nümayəndələrinə müraciət olunmuşdur ki, iddiadan imtina edilsin və həmin nümayəndələr hər dəfə söz verirdilər ki, müvafiq ərizə məhkəməyə göndəriləcək. Lakin bu günədək iddiadan imtina edilməsi üçün konkret heç bir addım atılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 67.2-ci maddəsinə görə, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə ünvanlanmış 30 iyun 2025-ci il tarixli, 3-21-2-3/2-Ə-75xx-xx/2025 saylı məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Dövlət büdcəsinə borcun olub-olmadığı barədə müvafiq arayışın verilməsini haqqında müraciətinizə xx.xx.2025-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********998500 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə baxılmışdır. Bildiririk ki, cəmiyyətin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə vergi borcu mövcud deyildir. Eyni zamanda “siyahıya alınmış əmlakın satılması” işi üzrə xx.xx.2025-cü il tarixli, e-2-1(112)-4860/2025 nömrəli qəqar üzrə borc ödənilmiş və icraat vərəqəsi bağlanmışdır”. Beləliklə, məhkəmə kollegiyası borcun tam ödənilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu (yəni istəyinə nail olduğu) işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı, yuxarıda istinad olunan normalara əsasən iş üzrə məhkəmə icraatına xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin xx.xx.2024-cü il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçının xx.xx.2024-cü il tarixli, **********9 saylı qərarı əsasında siyahıya alınmış cavabdehə məxsus nəqliyyat vasitələrinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müəyyən etdiyi orqan (qurum) tərəfindən satılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar