Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3329/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qıızı və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə cavabdehin prosessual hüquq varisi DSMF-nin («PHŞ») Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5099/2017 saylı xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçı Muradov E Bəndəli oğlunun əmək kitabçasına əsasən «Neftqaztikinti» trestinin idarələrində işlədiyi iş stajını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun B-93-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-492/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1878/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-492/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə,də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı qanuni qüvvəsini almış və həmin məhkəmənin 25 yanvar 2019-cu il tarixli məktubu ilə qərar icra edilməsi üçün Fondun Suraxanı rayon şöbəsinə göndərilmişdir. Suraxanı rayon şöbəsi məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı şöbə tərəfindən icra olunmuşdur. 04.xx.xx.2024-cü il tarixdə cavabdehin prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsini məhkəmədən xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: “...İddiçıya xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda, məhkəmə qərarları nəzərə alınmaqla orta aylıq əmək haqqı əsasında Fondun keçmiş Suraxanı rayon şöbəsinin müvafiq sərəncamları ilə yüksək məbləğlərdə əmək aylıq əmək pensiyası plastik kart hesabına köçürülmüşdür. Araşdırma nəticəsində qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Sözügedən orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-2822çıx-22 nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub (surəti əlavə olunur). Həmçinin, hazırki iş üzrə ərizəçi olan Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər…" Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5099/2017 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Ərizəçi apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin ediləsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apelyasiya mümkün hesab edilmişdir.). Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir (Daha sonra, ərizənin məzmununa uyğun əsaslandırma ifadə olunur.) ...” Məhkəmə kollegiysının iclasında iştirak edən ərizəçinin (prosessual hüquq varisinin) nümayəndəsi N.Hacıyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış icraat proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən o halda təzələnə bilər ki, sonradan, yeni sübutlar və ya hallar aşkar edilsin və həmin sübutlar və ya hallar ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilmiş olsun. Konkret halda, birincisi, Məcəllənin qeyd olunan 100-cü maddəsinin tələbləri baxımından ərizəçi tərəfindən qeyd olunan hallar yeni açılmış hallar kimi qiymətləndirilə bilməz. Çünki, cavabdeh qürumun əməkdaşlarının əməlində cinayət xarakterli əlamətlərinin mövcudluğuna istinad olunsa da, bununla bağlı, qanuni qüvvəsini almış ittiham hökmü mövcud olmadığı, iddiaçının özünün isə hüquqa zidd hərəkətləri və ona qarşı ittiham irəli sürülmədyi və cinayət məsuliyyətin cəlb edilmədiyi halda, cavabdehin istinad etdyi həmin dəlilləri yeni açılmış hallar kimi qiymətləndirilməsi imümkünsüzdür. Əslində, ərizəçinin həm ərizəsində, həm də olduğu kimi mətnin köçürdüyü apellyasiya şikayətində istinad etdiyi hallardan aydın görünür ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarını tanımaq istəmir, iddiaçının güzəştli şərtlərələ əmək pensiyası hüququnun mövcud olmadığını həmin qərarların qanunsuz olduğunu mübahisələndirərək hesab edir ki, həmin qərarlar qanunsuzdur. Halbuki, İPM-in 78-ci maddəsinin tələbinə görə qanuni qüvvəsini almış qərar cavabdeh və onun hüquq varisləri üçün məxburidir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında Plenum tərəfindən bir sıra qərarlarına istinadən bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. İkinci bir tərəfdən, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair 3 ay və 3 il iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin müddətlər isə ərizəçi tərəfindən həddindən artıq ötürülmüşdür. Belə ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixdən qanuni qüvvəsini aldıqdan sonra, məhkəmənin 25 yanvar 2019-cu il tarixli məktubu ilə qərar icra edilməsi üçün Fondun Suraxanı rayon şöbəsinə göndərilmiş və sonuncu tərəfindən həmin qərarın icra olunması barədə məhkəməyə xx.xx.2017-ci il tarixli 15/6056 nömrəli məktub da ünvanlanmışdır. Həmin tarixdən 7 il keçdikdən sonra pensiya və məhkəmə tədqiqatı üzrə araşdırma obyektini təşkil etmiş halların, yeni açılmış halların predmeti kimi istfadə olunaraq iş üzrə icraatın təzələnməsi barədə ərizənin nəinki məhkəmə icraatı mümkün ola bilməz, hətta, İPM-in 24.4-cü maddəsinin tələbi baxımından, buraxılmış müddətin bərpası barədə ərizə bəelə berilə bilməz. Beləliklə də İPM-in 100 və 103.1-ci maddələrinin tələbləri baxımından, ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsasların mövcud olmadığını nəzərə alan məhkəmə kollegiyası, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2109/2017 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinin mümkün sayılmaması barədə gəldiyi nəticəni işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin, həmin qərardadın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5099/2017 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5099/2017 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3329/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3329/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver