Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-333/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “İşlədiyi illərin sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5961/2023 saylı 24 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1950-ci il təvəllüdlüdür. İddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 1161 saylı qərarı ilə xx.xx.2013-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı ona əmək pensiyası təyin edildikdən sonra xx.xx.2014-xx.xx.2015-ci illərdə TRİb-nin Bakı Radio- Televiziya Filialında elektrik mexaniki vəzifəsində işləmişdir. Bununla bağlı İddiaçı xx.xx.2023-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, onun pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, onun pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq xx.xx.2021-ci il tarixdən 347.65 manata çatdırılmışdır. Həmin məktubdan narazı qalan İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilədək hərbi xidmətdə olduğu və xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək Salma Sazlama İdarəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi, xx.xx.2015-ci ildə işdən azad olunanda, onun pensiyasının yenidən hesablandığı vaxt az hesablanan (57 manat artırılmalı olduğu halda 17 manat az, yəni 40 manat artırılmışdır) 17 manatın 2015-ci ildən aldığı pensiyanın üzərinə əlavə edəndən sonra, 2016-cı il tarixdən illik artım tempinə uyğun olaraq indeksləşdirməklə yenidən hesablanması və ödənilməyən məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, staja daxil edilməyən hərbi xidmət və işlədiyi bəzi dövrlərin staja daxil edilməsinə, 17 manatı 2015-ci ildən aldığı pensiyanın üzərinə əlavə edəndən sonra, həmin tarixdən illik artım tempinə uyğun olaraq indeksləşdirməklə yenidən hesablamasına və ödənilməyən məbləğin ona ödənilməsinə dair 2016-cı ildən dəfələrlə, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə Azərpoçt vasitəsilə cavabdeh inzibati orqana müraciət etmişdir. iddiaçı xx.xx.1950-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş,. xx.xx.1968-ci ildən hərbi xidmət də daxil olmaqla xx.xx.2002-ci ilədək müxtəlif peşələrdə işləmişdir. Həmin tarixədək ümumi stajı 34 il təşkil edir. Lakin, cavabdeh xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilədək hərbi xidmətdə olduğu və xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək Sazlama İdarəsində işlədiyi dövrləri staja daxil etməmişdir. Bundan əlavə, iddiaçı xx.xx.2006-cı ildən Teleqüllədə işləmiş, xx.xx.2013-cü ildə ona 63 yaşından yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda işləməyə davam etmiş, xx.xx.2015-ci ildə işdən azad olunmuşdur. Qanuna əsasən pensiyası yenidən hesablanmışdır. Lakin həmin vaxt səhvə yol verilmişdir. Pensiyasının məbləği 57 manat artırılmalı olduğu halda, 17 manat az, yəni 40 manat artırılmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi xx.xx.1969- cu il tarixində tərtib olunmuş əmək kitabçasının surətinə əsasən xx.xx.2006-ci il tarixədək 30 il 21 gün əmək fəaliyyəti müəyyən edilmişdir. Belə ki, xx.xx.1968-ci il tarixindən xx.xx.1969-cu il tarıxinədək, xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək olan dövr hərbi xidmət illəri, xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, 25 10 1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən 02.01 2002-ci il tarixinədək olan dövrlər iddiaçıya sığorta stajı kimi nəzərə alınmışdır. Vətəndaşın 30 il sığorta stajına əsasən xx.xx.2006-cı il tarixə pensiya sığorta kapitalı: (30 il tam iş stajı x 170 manat) = 5100 manat təşkil edir. Vətəndaşın xx.xx.2006-cı il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5100 manat pensiya kapitalının xx.xx.2013-cü il tarixinədək indeksləşdirilmiş məbləği müvafiq olaraq aşağıda verilmiş cədvələ əsasən hesablanmışdır: İllər İstehlak qiymətləri indeksinin illik İndeksləşdirmə nəzərə səviyyəsi (faizlə) alınmaqla ilin əvvəlinə pensiya kapitalı (manatla) xx.xx.2006 - 5100 xx.xx.2007 8,3 5523,30 xx.xx.2008 16,7 6445,69 xx.xx.2009 20,8 7786,39 xx.xx.2010 1,5 7903,19 xx.xx.2011 5,7 8353,67 xx.xx.2012 7,9 9013,61 xx.xx.2013 1,1 9112,76 xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək isə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3707,86 manat pensiya sığorta kapitalı nəzərə alınmışdır. Beləliklə, əmək pensiyasının sığorta hissəsinin məbləği cəmi 12820,62 manat (9112,76+3707,86=12820,62 manat) pensiya sığorta kapitalına əsasən 89,03 manat hesablanmışdır. Nəticə etibarilə, iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği 89,03 manat, baza hissəsi isə 85 manat olmaqla pensiyanın ümumi məbləği 174,02 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təym olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdi həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya öuənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. İddiaçının xx.xx.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1623,88 manat pensiya sığorta kapitalı əsasında yenidən hesablanmış və 196,14 manatdan 210,26 manata çatdırılmışdır (1623,88 : 115 = 14,12 manat; 196,14 manat + 14,12 manat= 210,26 manat) Əmək pensiyasının baza hissəsinin məbləğinin artırılması ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2016-cı il tarixindən 220 manata çatdırılmışdır. Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2017-ci il tarixindən 233,9 manata, xx.xx.2018-ci il tarixindən 247,23 manata, xx.xx.2019-cu il tarixindən 254,65 manata, 01,01,2020-ci il tarixindən 296,92 manata, xx.xx.2021-ci il tarixindən 330,77 manata çatdırılmışdır. "Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən ən çoxu 3 il əvvələ olmaqla xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin istifadə olunmamış pensiya sığorta kapitalına əsasən xx.xx.2018-ci il tarixindən yenidən hesablanmışdır. Əmək pensiyasının məbləği xx.xx.2018-ci il tarixindən 259,85 manata, xx.xx.2019- cu il tarixindən 267,65 manata, xx.xx.2020-ci il tarixindən 312,08 manata, xx.xx.2021-ci il tarixindən 347,65 manata çatdırılmışdır. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək və xx.xx.2013cü il tarixindən xx.xx.2015 ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin istifadə olunmamış pensiya sığorta kapitalına əsasən xx.xx.2020-ci il tarixindən yenidən hesablanmışdır. İddiaçının əmək pensiyasının məbləği, 19.01 2020-ci il tarixindən 315,48 manata, xx.xx.2021-ci il tarixindən 351,44 manata xx.xx.2022-ci il tarixindən 363,39 manata xx.xx.2023-cü il tarixindən 380,05 manata çatdırılmışdır. ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1969-cu il tarixindən xx.xx.1971-ci il tarixinədək hərbi xidmət illəri xx.xx.2006-cı il tarixinədək olan ümumi iş stajına daxil edilməklə əmək pensiyasının məbləği xx.xx.2020- ci il tarixindən yenidən hesablanmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Əlavə olaraq, xx.xx.2006-xx.xx.2015-ci il tarixinədək vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin istifadə olunmamış pensiya sığorta kapitalı texniki texniki səhv nəticəsində pensiyanın hesablanmasında istifadə olunmamış pensiya kapitalıdır. Bundan əlavə İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyası xx.xx.2023-cü il taixli 3-171/1-B-14202/2023 nömrəli qərarla yenidən hesablanmışdır. Onun 435.92 manat məbləğində aldığı əmək pensiyası yenidən hesablanaraq 444,63 manata çatdırılmış vu xx.xx.2023-cü il tarixindən etibarən ödənilmişdir. Ümumilikdə isə 2020-2023-cü illər üzrə bu yenidən hesablanma əsasında İddiaçı 306.67 manat məbləğin də əskikvermə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5961/2023 saylı 24 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.1969-xx.xx.1971-ci illərdəki hərbi xidmət dövrü və xx.xx.2013-cü ildə əmək pensiyası təyin edildikdən sonra xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması və yenidən hesablama nəticəsində yaranmış fərq məbləğinin xx.xx.2021-ci il tarixdən əvvəlki üç il də daxil olmaqla xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki işdə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyindən məhkəmə qərarının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edildiyi hissədə yoxlanılır. Çünki iddianın təmin edilmədiyi hissədə məhkəmə qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin məktubun iddaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “onun xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilədək hərbi xidmətdə olduğu və xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək X10 İdarəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi, xx.xx.2015-ci ildə işdən azad olunanda, onun pensiyasının yenidən hesablandığı vaxt az hesablanan (57 manat artırılmalı olduğu halda 17 manat az, yəni 40 manat artırılmışdır) 17 manatın 2015-ci ildən aldığı pensiyanın üzərinə əlavə edəndən sonra, 2016-cı il tarixdən illik artım tempinə uyğun olaraq indeksləşdirməklə yenidən hesablanması və ödənilməyən məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İddiaçı həmin tələblə cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbi təmin edilməmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İşin faktiki hallarına görə, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 1161 saylı qərarı ilə xx.xx.2013-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı həmin tarixdən sonra xx.xx.2014-xx.xx.2015-ci illərdə TRİb-nin Bakı Radio-Televiziya Filialında elektrik mexaniki vəzifəsində işləmişdir. Buna görə də iddiaçı hesab edir ki, onun xx.xx.1969-xx.xx.1971-ci illərdəki hərbi xidmət dövrü və xx.xx.2013-cü ildə əmək pensiyası təyin edildikdən sonra xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmalı və yenidən hesablama nəticəsində yaranmış fərq məbləği ona ödənilməlidir. İşdən görünür ki, iddiaçıya əmək pensiyası təyin edilərkən xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək X10 İdarəsində işlədiyi dövrlər nəzərə alınmış, lakin hərbi xidmət dövrü nəzərə alınmamış, məhkəməyə müraciət etməsi nəticəsində həmin dövr də onun sığorta stajına daxil edilərək əmək pensiyası yenidən hesablanmışdır. İşin birinci istansiyası məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş cavabdehin iş üzrə icraata xitam verilməsi barədə ərizəsindən, xx.xx.2023-cü il tarixli məktubundan və əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən ən çoxu 3 il əvvələ olmaqla xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin istifadə olunmamış pensiya sığorta kapitalına əsasən xx.xx.2018-ci il tarixindən yenidən hesablanmış, əmək pensiyasının məbləği xx.xx.2018- ci il tarixindən 259,85 manata, xx.xx.2019-cu il tarixindən 267,65 manata, xx.xx.2020-ci il tarixindən 312,08 manata, xx.xx.2021-ci il tarixindən 347,65 manata çatdırılmışdır. Daha sonra isə iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək və xx.xx.2013cü il tarixindən xx.xx.2015 ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin istifadə olunmamış pensiya sığorta kapitalına əsasən xx.xx.2020-ci il tarixindən yenidən hesablanmışdır. Nəticədə iddiaçının əmək pensiyasının məbləği, 19.01 2020-ci il tarixindən 315,48 manata, xx.xx.2021-ci il tarixindən 351,44 manata xx.xx.2022ci il tarixindən 363,39 manata xx.xx.2023-cü il tarixindən 380,05 manata çatdırılmışdır. Göründüyü kimi, məhəmə icraatı gedişində iddiaçının tələbi təmin edilmiş, lakin yenidən hesablama nəticəsində ona əksik ödənilmiş pensiya məbləği xx.xx.2023-cü il tarixli müraciətinə əsasən müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün – xx.xx.2020ci il tarixdən hesablanmaqla ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi bununla razılaşmayaraq qeyd etmişdir ki, işdə olan iddiaçının xx.xx.2021-ci il tarixli cavabdehə ünvanlanmış ərizəsində görünür ki, o, hərbi xidmət və işlədiyi bəzi dövrlərin staja daxil edilməsini, 17 manatın 2016-cı ildən aldığı pensiyanın üzərinə əlavə edilməsi, həmin tarixdən sonra illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə əmək pensiyasının yenidən hesablanmasını və ödənilməyən məbləğin ona ödənilməsini xahiş etmişdir. İşə baxmış məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə müraciət etdiyi həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 32.1- 1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı müvafiq tələblə cavabdehə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 3 illik müddət həmin tarixdən hesablanmalı və iddiaçıya keçmiş dövr üzrə ödənilməli məbləğ həmin tarixdən başlanmaqla hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının mübahisələndirilən tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının həmin tələbinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edildiyi- xx.xx.1969-xx.xx.1971-ci illərdəki hərbi xidmət dövrü və xx.xx.2013-cü ildə əmək pensiyası təyin edildikdən sonra xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması və yenidən hesablama nəticəsində yaranmış fərq məbləğinin xx.xx.2021-ci il tarixdən əvvəlki üç il də daxil olmaqla xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin 2-1(112)-5961/2023 saylı 24 noyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən – iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5961/2023 saylı 24 noyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-333/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-333/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver