Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3330/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Məmmədova (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və X2 ibarət tərkibdə, , Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(82)-4153/2018 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1977-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi iş dövrünün iş stajını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 Nə-li 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2006- cı il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Fondun Nizami rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, ona “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1977-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi iş dövrünün iş stajını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 Nə-li 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1 (82)-4153/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-3041/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)- 1156/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1 (103)-3041/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə icraatın təzələnməsi üçün əsaslar: Adıçəkilən şəxsin, pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə olan sənədlərə, eləcə də “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi”ndə (İAMAS) mövcud olan məlumatlara əsasən məlum olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixli ərizəsi ünvan aidiyyəti üzrə Fondun Bakı şəhəri Nizami rayon şöbəsində (bundan sonraşöbə) qeydiyyatdan keçirilməklə həmin şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2013-cü il tarixli 3347 nömrəli qərarı əsasında xx.xx.2013-cü il tarixdən 57 yaşının tamam olduğu gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin şərtlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına istinad etməklə, əmək kitabçası və hərbi bilet üzrə 2006-cı ilədək hesablanmış 30 il 3 ay sosial sığorta stajı, həmçinin 01 yanvar 2006-ci il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 39,57 manat pensiya kapitalı nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdən 203,38 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləğinin xx.xx.2013-cü il tarixdən ödənişinə başlanılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı pensiyasının yüksək məbləğdə yenidən hesablanması ilə əlaqədar işlərə pensiya təyinatından 5 il sonra - 2018-ci ilin sentyabr ayından başlanılmışdır. Belə ki, İddiaçı adından kompüterdə yazılmaqla şöbəyə ünvanlanmış, müraciət tarixi qeyd edilməmiş, şöbənin daxilolma ştampı vurulmamış və qeydiyyata alınması barədə müvafiq qeydlər edilməmiş, şöbənin rəhbərinin dərkənarı yazılmamış, “Pensiyaçının uçot vərəqi”nə tikilmiş ərizədə Qanunun 9.8-ci maddəsinə əsasən 50 yaşdan əməkhaqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablayaraq təyin edəsiniz” xahiş edilmişdir. Uçot vərəqinə tikilmiş, şöbə tərəfindən vətəndaşa ünvanlanmış xx.xx.2018-ci il tarixli 15/**********9 N°- li cavab məktubunun surətində qeyd olunanlara əsasən Qanunun 9.1-ci maddəsinə əsasən 57 yaşının tamam olduğu tarixdən əmək pensiyasının düzgün təyin edilərək ödənildiyi və müvafiq icra hakimiyyəti orqanından güzəştli şərtlərlə pensiya təminatına hüquq verən arayış təqdim edəcəyi halda müraciətinə yenidən baxılacağı barədə məlumat verilmişdir. Həmin məktub əsasında qısa müddət ərzində İddiaçı adından kompüterdə yazılmaqla tarixi qeyd olunmayan iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, həmin ərizənin surəti uçot vərəqinə əlavə olunmuşdur. Qeyd olunmalıdır ki, müvafiq ərizələrdə İddiaçı tərəfindən çəkilən imzaların ona məxsus olmadığı, imzaların bu işdə maraqlı olan şəxslər tərəfindən saxtalaşdırıldığı, vətəndaşın isə bu ərizələrdən ümumiyyətlə məlumatsız olduğu ehtimal olunur. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin “Pensiyaçının uçot vərəqi”nə tikilmiş qərarında, həmçinin vətəndaşın iddia ərizəsinin surətində qeyd olunanlara əsasən İddiaçı şöbəyə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun "Neftqaztikinti” trestinin idarələrində xx.xx.1977-ci il tarixdən 31,08.1994-cü il tarixədək işlədiyi iş dövrünün iş stajını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 Nə-li 21 iyun 1993cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2006cı il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şöbədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Ona pensiya hesablanarkən 01.01,2010-cu il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilmiş və xx.xx.2013-cü il tarixdən pensiya təyin edilmişdir. Lakin iddiaçının hüququ xx.xx.2006-cı il tarixdən yaranır. Bununla da onun xx.xx.2006-cı ildən qüvvədə olan Qanunun 9.8, 10 və 27-ci maddələri üzrə hüquqları pozulmuşdur. Belə ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.2003-cü il tarixdən halhazıradək “Neftqaztikinti” trestinin idarələrində dənizdə xüsusilə zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işləmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu xx.xx.2006- cı il tarixdə qazanmış və ona münasibətdə həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq olunmalı və 50 yaşdan əmək pensiyası təyin edilməlidir. Belə ki, iddiaçı dəniz şəraitində xüsusi zərərli işlərdə xx.xx.1997- ci il tarixədək 10 ildən çox işləmiş və ümumi iş stajı da 20 ildən çoxdur. İddiaçı xx.xx.1975-xx.xx.1977-ci il dövr ərzindəki hərbi xidmət, xx.xx.1973- xx.xx.1974-cü illər üzrə peşə təhsili müddəti nəzərə alınmaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu xx.xx.2006-cı il tarixdən qazandığı qeyd edilmiş, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi xahiş edilmişdir. İddiaçı şöbəyə qarşı qaldırdığı iddiaya baxılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli (iş 2-1(82)-4153/2018) qəbul etdiyi qərarı ilə - “İddia təmin edilsin. İddiaçı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1977-ci il tarixdən 31,08.1994-cü il tarixədək işlədiyi dövrün iş stajını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 Nə-li 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulsun” - vətəndaşın iddiası təmin edilmişdir. Şöbə tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarına qarşı apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı (İş Nə 2-1 (103)-3041 /2018) ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə (İş 2-1(102)-1156/2019) şöbənin şikayəti təmin olunmamışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarlarında qeyd olunanlara əsasən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və iddiaçı məhkəmə iclasına gəlməmiş, bununla belə onların iştirakı olmadan iddiaya baxılmışdır. “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin möhürü və səlahiyyətli şəxslərinin imzası ilə təsdiq edilməklə təqdim olunmuş və pensiya işinə tikilmiş təqdimata (3 nömrəli əlavə), habelə müvafiq idarənin ştampı və möhürü ilə təsdiq edilmiş və “Pensiyaçının uçot vərəqi”nə əlavə olunmuş seriya nömrəsi olmayan əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1974- xx.xx.1975-ci il dövr ərzində Trolleybus parkında 1, 2 və 3-cü dərəcəli elektrik montyoru, xx.xx.1977-xx.xx.1980-cı il dövr ərzində “Azərdəniznefttikinti” trestinin 5 Nə-li Tikinti Quraşdırma İdarəsində polad və dəmirbeton konstruksiyalarının quraşdırıcısı, xx.xx.1980- 31,08.1994-cü il dövr ərzində “Xəzərdənizneftqaztikinti” trestinin 3 Nə-li Tikinti Quraşdırma İdarəsində 4 və 5-ci dərəcəli polad və dəmirbeton konstruksiyalarının quraşdırıcısı, xx.xx.1995-xx.xx.1997-ci il dövr ərzində Bakı Taksimotor parkında mühərrikçi, xx.xx.1997- xx.xx.2001-ci il dövr ərzində “Xəzərdənizneftqazinşaat” trestinin Səyyar mexanikləşdirilmiş dəstəsində 5-ci və 6-cı dərəcəli quraşdırıcı, xx.xx.2001-xx.xx.2003-cü il dövr ərzində “Xəzərdənizneftqaztikinti” trestinin 2 və 3 saylı İxtisaslaşdırılmış tikinti quraşdırma filiallarında texnoloji boru kəmərlərinin quraşdırıcısı, xx.xx.2003-xx.xx.2003-cü il dövr ərzində polad və dəmirbeton konstruksiyalarının quraşdırıcısı, xx.xx.2003-xx.xx.2006-cı il və xx.xx.2006-xx.xx.2007-ci il dövr ərzində texnoloji boru kəmərlərinin quraşdırıcısı, xx.xx.2007-xx.xx.2007-ci il dövr ərzində “Neftqaztikinti” trestinin Gürcüstan nümayəndəliyində texnoloji boru kəmərlərinin quraşdırıcısı, “xx.xx.2007-xx.xx.2009-cu il dövr ərzində Neftqaztikinti” trestinin 2, 3, 4 və 8 saylı tikinti quraşdırma idarələrində polad və dəmirbeton konstruksiyaların quraşdırıcısı, xx.xx.2009-xx.xx.2010-cu il dövr ərzində texnoloji boru kəmərlərinin quraşdırıcısı, xx.xx.2010-cu il tarixdən əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2013-cü il tarixədək polad və dəmirbeton konstruksiyaların quraşdırıcısı peşələrində işləmiş və halhazırda həmin trestdə işləməkdə davam edir. Pensiya işinə və uçot vərəqinə tikilmiş, notarial qaydada təsdiq olunmuş hərbi biletin surətlərinə əsasən İddiaçı xx.xx.1975xx.xx.1977-ci il dövr ərzində hərbi xidmətdə olmuşdur. Məhkəmə qərarlarından göründüyü kimi, xx.xx.1977-ci il tarixdən 31,08.1994-cü il tarixədək işlədiyi müddətlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərarlar qəbul edilmişdir. Lakin hər 3 instansiya məhkəməsində vətəndaşın xüsusilə zərərli və xüsusilə ağır işlərdə işləməsi və işlədiyi peşələrin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli siyahı”da göstərilmiş peşələrə uyğunluğu barədə zəruri tədqiqat işləri aparılmadan, zərərli şəraitdə işlədiyini təsdiq edən əsaslı sənədlər alınmadan iddia tələbi təmin edilərək ümumi mülahizələr əsasında vətəndaşın xeyrinə qərarlar qəbul edilmişdir. Eyni zamanda, məhkəmə instansiyaları tərəfindən Azərbaycan Respublikası İPM-nin 12- 14-cü maddələri ilə müəyyən edilmiş tələblərə tam riayət edilmədiyi müşahidə olunmuşdur. Birinci instansiyanın qərarının əsaslandırma hissəsində qeyd olunanlardan məlum olmuşdur ki, məhkəmə iddiaçının işlədiyi peşələrin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, şlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li siyahısı” üzrə 11000000-X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı11000000a-11587- qüllə quraşdırıcıları” koduna və peşəsinə uyğun hesab etməklə əsaslandırma aparmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası da birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları təkrarlamaqla şöbənin apellyasiya və kassasiya şikayətlərini əsaslı hesab etməyərək vətəndaşın xeyrinə müvafiq qərarlar qəbul etmişdir. Göstərilənlərlə yanaşı, İddiaçı iddiasında qeyd olunanların heç bir dəyişiklik olunmadan eynilə birinci instansiya məhkəməsinin qərar hissəsinə köçürüldüyü aşkar edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən yenidən hesablanmaqla vətəndaşa təyin edilmiş əmək pensiyasının aylıq məbləğinin yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Araşdırma zamanı vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində qeyd olunmuş polad və dəmirbeton konstruksiyalarının quraşdırıcısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 Nə-li Siyahısına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, polad və dəmirbeton konstruksiyalarının quraşdırıcısı peşəsi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 2 N°-li Siyahısında 2290000a14612 kodu ilə konkret müəyyən edilmiş, bu kodla İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ 50 deyil, 57 yaşdan, yəni 2013-cü ildən yaranır. Bundan əlavə, Azərbaycan Respublublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” tresti tərəfindən İddiaçı adına tərtib olunmuş 23 sentyabr 2013-cü il tarixli N° AA-03- 02/430 arayışında müvafiq illərdə işlədiyi peşələrin “Güzəştli siyahı”nın 29-cu bölməsində göstərilən peşələrə uyğun olduğu qeyd olunmaqla güzəştli şərtlərlə pensiya hüququnun olduğu bildirilmişdir. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2019- cu il tarixədək İddiaçı 13 il əvvəl, yəni 2006cı ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Qeyd olunanlardan əlavə, məhkəmə qərarları ilə vətəndaşın pensiyasının yenidən hesablanmasının xx.xx.2006-cı il tarixdən aparılması öhdəliyinin qoyulmasına baxmayaraq şöbə tərəfindən müvafiq sərəncamla xx.xx.2007-ci il tarixdən rəsmiləşdirilmiş və icra edilmişdir. Məhkəmələrdə proses vətəndaşın xeyrinə başa çatdıqdan sonra məhkəmə qərarları və digər sənədlərə, o cümlədən “Neftqaztikinti” tresti tərəfindən təsdiq və təqdim edilmiş xx.xx.2018-ci il tarixli SQCAR**********30020123X00104 nömrəli 2004-2005-ci illər üzrə əməkhaqqı arayışı əsas götürülməklə şöbənin Pensiya təyin edən komissiyasının (şöbə müdiri və Pensiya sektorunun müdiri imzası ilə) tarixi olmayan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin sərəncamı əsasında İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məhkəmə qərarında qeyd olunmuş xx.xx.2006-cı il tarixdən deyil, xx.xx.2007-ci il tarixdən Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 33 il sosial sığorta stajı nəzərə alınmaqla yenidən hesablanmışdır. xx.xx.2007-ci il tarixdən 441,39 manat məbləğində müəyyən olunmuş pensiyanın aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla 01,02.2007-ci il tarixdən 451,39 manat, xx.xx.2008-ci il tarixdən 528,42 manat, xx.xx.2008-ci il tarixdən 543,42 manat, xx.xx.2009-cu il tarixdən 640,85 manat, xx.xx.2010-cu il tarixdən 649,34 manat, xx.xx.2010-cu il tarixdən 659,34 manat, xx.xx.2011-ci il tarixdən 692,08 manat, xx.xx.2012- ci il tarixdən 740,04 manat, xx.xx.2013-cü il tarixdən 747,25 manat, 01,09.2013-cu il tarixdən 762,25 manat, xx.xx.2014-cü il tarixdən 778,14 manat, 01.01,2015-ci il tarixdən 787.64 manat, xx.xx.2016-cı il tarixdən 815,14 manat, xx.xx.2016- cı il tarixdən 825,14 manat, xx.xx.2017-ci il tarixdən 913,82 manat, xx.xx.2018-ci il tarixdən 965,91 manat, xx.xx.2019-cu il tarixdən 994,88 manat, əmək pensiyası təyin edildikdən sonra İddiaçı əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 illik pensiya kapitalı əsasında yuxarıda qeyd olunan “ərizəsi” (saxtalaşdırıldığı ehtimal edilən) nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən pensiyasının aylıq məbləği yenidən hesablanaraq 1529,38 manat məbləğində müəyyən edilmiş, lakin xx.xx.2019-cu il tarixdən ödənişə başlanılmış, xx.xx.2020-ci il tarixdən 1783,26 manata çatdırılmaqla ödənilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, məhkəmə qərarları əsasında şöbə tərəfindən yenidən hesablama aparıldıqdan və 3 ay yeni aylıq məbləğlə ödəniş aparıldıqdan sonra İddiaçı adından kompüterdə yazılmaqla şöbəyə ünvanlanmış, müraciət tarixi qeyd edilməmiş, şöbənin daxilolma ştampı vurulmamış və qeydiyyata alınması barədə müvafiq qeydlər edilməmiş, “Pensiyaçının uçot vərəqi”nə tikilmiş ərizədə onun şöbədən xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası aldığı, onun pensiyasının Qanunun 37-ci maddəsinə əsasən pensiya təyin olunduğu gündən 6 ildən çox işlədiyinə görə həmin dövr üzrə toplanmış pensiya kapitalının sığorta və yığım hissələrinin yenidən hesablanmasına sərəncam verilməsi xahiş edilmişdir. Həmin ərizənin üzərinə şöbə tərəfindən “xx.xx.2019”, **********2” qeydləri aparılmışdır. Qeyd olunmalıdır ki, müvafiq ərizədə də İddiaçı tərəfindən çəkilən imzanın ona məxsus olmadığı, həmin imzanın bu işdə maraqlı olan şəxs(lər) tərəfindən saxtalaşdırıldığı, vətəndaşın isə bu ərizədən ümumiyyətlə məlumatsız olduğu ehtimal olunur. Şöbə tərəfindən İddiaçı ödənilməsi üçün xx.xx.2007-ci ildən xx.xx.2019-cu ilədək olan dövr üzrə 91266,90 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğindən xx.xx.2019-xx.xx.2019-cu il aralığı üzrə 8 ay ərzində 986,22 manatla cəmi 7889,76 manat aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmiş, xx.xx.2019-cu il tarixdə isə 91266,90 manat məbləğdən qalan 83377,14 manat vəsait vətəndaşın plastik kart hesabına birdəfəlik köçürülmüşdür. Yenidən hesablanma ilə ödənişin başlanıldığı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş aylıq pensiyanın cəmi məbləği isə 23114,36 manat təşkil etmişdir. Qeyd olunmalıdır ki, vətəndaşın pensiyasının 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablanması qüvvədə olan qanunvericiliyə ziddir. Eyni zamanda, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyə müvafiq olaraq şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2013-cü il tarixli 3347 N°-li qərarı ilə xx.xx.2013-cü il tarixdən düzgün təyin olunmuş, həmin tarixdən xx.xx.2019-cu il tarixədək (yəni məhkəmə qərarları əsasında pensiyanın yenidən hesablanaraq ödənişə başlanılan) vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş aylıq pensiyanın cəmi məbləği 18009,94 manat təşkil etmişdir. Bu barədə yuxarıda müvafiq məlumat verilmişdir. Eyni zamanda, İddiaçı yazılı müraciəti və Qanunun 37-ci maddəsinin şərtlərinə görə 6 illik pensiya kapitalı əsasında onun pensiyası xx.xx.2019-ci il tarixdən yenidən hesablana bilər. Beləliklə, ötən dövrdən güzəştli şərtlərlə əmək pensiyası hüququ olmadan orta aylıq əməkhaqqı əsasında şöbə tərəfindən məhkəmə qərarları əsasında İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılması və xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 106831,44 manat təşkil etmişdir. Eyni zamanda bildiririk ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-122mat-21/2066 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib (surəti əlavə olunur). Həmçinin, qeyd edirik ki, hazırki iş üzrə ərizəçi olan Fondun Nizami rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-4153/2018 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(82)-4153/2018 saylı qərardadı ilə ərizə mümkün sayılmamışdır. Cavabdehin nümayəndəsi həmin qərardaddan ərizənin məzmununa uyğun apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət. Hazırki işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ödənilir. Digər mümkünlük şərti yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlərə əməl edilməsidir. Belə ki, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Göründüyü kimi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir İşin hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2-1(82)-4153/2018 saylı qərarı xx.xx.2019-cu il tarixdən qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2019-cu il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş, DSMF Nizami rayon şöbəsinin **********0 nömrəli xx.xx.2019-cu il tarixli məktubu ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2-1(82)- 4153/2018 saylı qərarının icra edildiyi bildirilmişdir. Eyni zamanda cavabdeh özü yeni açılmış hallarla bağlı ərizəsində iddiaçıya məhkəmə icraatı getdiyi dövrdə xx.xx.2019cu il tarixdən etibarən pensiya ödənişinə başladığını bildirmişdir. Cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni 5 il keçdikdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Beləliklə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir. Həmin müddətin bərpasını isə İPM-in 103.3-cü maddəsi istisna edir. Beləliklə, yeni açılmış hallarla bağlı ərizə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət daxilində verilmədiyindən mümkün sayılmamalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 100 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(82)-4153/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3330/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3330/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver