Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3332/2025 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi vəkil X2 iştirakları ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin müəyyən edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçıya ##.##.2017-ci ildə Şmorle düyünləri ([yırtıqları), Şmorle düyünləri (yırtıqları). Boyun fəqərələrinin osteoxondrozu. C3- 4, C4-5 fəqərələrarası disk çıxarılması. PEEK cagenin qoyulması (2 dəfə təkrar) əməliyyatdan sonrakı vəziyyət. Boyun tam hərəkət məhdudluğu ağrı sindromu ilə. Diabetik retinopatiya (E10—E14 ümumi dördüncü 3 işarəsi ilə), Diabetik retinopatiya, Sol yuxarı ətrafın monoparezi." Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya E10 Insulindən asılı şəkərli diabet, Şəkərli diabet orta ağır forma II tip, insulindən asılı forma" diaqnozu üzrə "2.2 Ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg." meyarı ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Iddiaçının əlillik müddəti bitdikdən sonra ##.##.2023-cü ildə 1 il müddətinə ##.##.2022-ci ildən Insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet II tip, ağır forma. Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın monoparezi, hərəki funksiyasının pozulması" diaqnozu üzrə ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti ##.##.2023-cü ilə kimi müəyyən edilmişdir. Işdən görünür ki, əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində növbəti ##.##.2024-cü il tarixli göndəriş verilmiş, göndərişdə "Əsas diaqnoz- M51.1- Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, C3-C4-C5 fəqərəarası disklərin yırtıqlarının çıxarılması və metal konstruksiyadan sonrakı vəziyyət (4 səviyyə vida+2 səviyyə pektkeyc), Ağırlaşma G54.2- Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, Boyun radikulopatiyası ağrı sindromu ilə", G83.2- Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın monoparezi, Hərəki funksiyanın pozulması, Yanaşı xəstəliklər -E11.7- Insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II tip, Yanaçı xəstəliklər I20.8- Stenokardiyanın digər formaları, ÜIX Stabil gərginlik stenokardiyası İ f.s., Yanaşı xəstəliklər Z95.5 – Koronar angioplastik implantatın və transplantatın olması, koronar angioqrafiyadan sonrakı vəziyyət, yanaşı xəstəliklər – I11.9 – (Durğunluq) üzrək çatmamazlığı olmadan, əsasən ürəyi zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, Arterial hipertoniya xəstəliyi II dərəcə" diaqnozu qoyulmuşdur. Həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və ##.##.2024cü il tarixli qərarla diaqnozun əlillik əlaməti təyin etməməsi əsasında iddiaçıya imtina cavabı verilmişdir. Iş materiallarına əlavə edilmiş həmin ##.##.2024-cü il tarixli əyani müayinə aktından (nevrologiya) görünür ki, həmin akt Bakı şəhəri Suraxanı rayonu Qara-Çuxur qəsəbəsi Şadlinski küçəsi ev 14 sakini İddiaçı (*******) barəsində *********** saylı məktuba cavab olaraq, * saylı TSEK-in iş otağında əyani müayinə nəticəsində tərtib edilmiş, Səhiyyə müəssisəsinin göndərişində əsas diaqnoz: C3-C4-C5- C6-C7- fəqərəarası disklərinin yırtığının çıxarılmasından sonrakı vəziyyət PEEK-cage qoyulması (2 dəfə). Sol yuxarı ətrafların hərəkət pozğunluğu ilə. Boyun fəqərələrinin osteoxondrozu. Diabetik polineyropatiya. ÜIX. Arterial hipertenziya II dərəcə. Koronar angioplastikadan sonrakı vəziyyət. Şəkərli diabet xəstəliyi II insulin tələbli ağır forma qoyulmuşdur. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edilmişdir. - Şikayətləri: boyunda, ətraflarda ağrıdan, boyunun, sol çiyin qurşağının, yuxarı ətrafın hərəkət məhdudluğundan, Ətraflarda keylik hissiyatındandır. Dəri və görünən selikli qişaları- solğundur. Dərialtı piy qatı- normal dərəcədədir. Periferik limfa düyünləri- əllənmir. Sümük-əzələ sistemi- boyunda, sol çiyin qurşağı və yuxarı ətrafda hərəkət məhdudluğu var. Tənəffüs sistemi- ağciyərlərdə vezikulyar tənəffüs eşidilir. Ürək-qan damar sistemi A/T 140/90 mm c. st., nəbz 80 vurğu/dəq. Cor tonları karlaşıb. Həzm sistemi- Palpasiya zamanı qarnı köpdür. Defekasiya sərbəstdir. Sidik-cinsiyyət sistemi- Döyəcləmə simptomu hər iki tərəfdə mənfidir. Diurez sərbəstdir. Status lokalis (status prezent) - xəstə orta boylu, düzgün bədən quruluşludur. Xəstənin deməsinə görə 2016-cı ildə boyun fərərələrarası diskin yırtığı əməliyyatı keçirilib, 2017-ci ildə boyun fəqərələrinə implantın qoyulması əməliyyatı aparılıb. Hazırda xəstə başın ancaq önə və arxaya doğru hərəkət etdirir, sağa - sola hərəkəti mümkün deyil. Sol çiyin qurşağı sallanmış vəziyyətdədir, hərəkəti məhduddur. Sol yuxarı ətrafda əzələ gücü 4 baldır. Xəstənin vəziyyətin obyektiv dəyərləndirmək üçün "Mürəkkəb ekspertiza"ya göndərilir. Işdə olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, vətəndaşa dair dövlət tibb müəssisəsi tərəfindən U********YTG nömrəli göndəriş rəsmiləşdirilmiş və şəxsin qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zərurəti yaranmışdır. Bu səbəbdən İddiaçı ##.##.2024-cü il tarixində ** nömrəli Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X4-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, əlilliyin dayandırıldığı vaxtdan orqanizmin funksiyalarının pozulmasının dərəcəsi müəyyən edilərək, müddətsiz olaraq əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçıya Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2017-ci il tarixli göndərişi əsasında 5 il müddətinə ümumi xəstəlik səbəbindən 2-ci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə Bakı Baş Səhiyyə Idarəsinin ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və 1 il müddətinə ümumi xəstəlik səbəbindən OFP 50 faiz əlillik müəyyən edilmişdir. Sonuncu dəfə həmin tibb müəssisəsinin ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı İddiaçı ##.##.2023-cü ildən əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində növbəti göndəriş verilmiş, göndərişdə "Əsas diaqnoz- M51.1- Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, C3-C4-C5 fəqərəarası disklərin yırtıqlarının çıxarılması və metal konstruksiyadan sonrakı vəziyyət (4 səviyyə vida+2 səviyyə pektkeyc), Ağırlaşma G54.2- Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, Boyun radikulopatiyası ağrı sindromu ilə", G83.2- Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın monoparezi, Hərəki funksiyanın pozulması, Yanaşı xəstəliklər -E11.7- Insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II tip, Yanaçı xəstəliklər I20.8- Stenokardiyanın digər formaları, ÜIX Stabil gərginlik stenokardiyası İ f.s., Yanaşı xəstəliklər Z95.5 – Koronar angioplastik implantatın və transplantatın olması, koronar angioqrafiyadan sonrakı vəziyyət, yanaşı xəstəliklər – I11.9 – (Durğunluq) üzrək çatmamazlığı olmadan, əsasən ürəyi zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, Arterial hipertoniya xəstəliyi II dərəcə" diaqnozu qoyulmuşdur. Həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyəti ##.##.2024-cü ildə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya imtina cavabı vermişdir. Iş materiallarına əlavə edilmiş həmin ##.##.2024-cü il tarixli əyani müayinə aktından (nevrologiya) görünür ki, həmin akt Bakı şəhəri Suraxanı rayonu Qara-Çuxur qəsəbəsi Şadlinski küçəsi ev 14 sakini İddiaçı (*******) barəsində *********** saylı məktuba cavab olaraq, * saylı TSEK-in iş otağında əyani müayinə nəticəsində tərtib edilmiş, Səhiyyə müəssisəsinin göndərişində əsas diaqnoz: C3- C4-C5- C6-C7- fəqərəarası disklərinin yırtığının çıxarılmasından sonrakı vəziyyət PEEKcage qoyulması (2 dəfə). Sol yuxarı ətrafların hərəkət pozğunluğu ilə. Boyun fəqərələrinin osteoxondrozu. Diabetik polineyropatiya. ÜIX. Arterial hipertenziya II dərəcə. Koronar angioplastikadan sonrakı vəziyyət. Şəkərli diabet xəstəliyi II insulin tələbli ağır forma qoyulmuşdur. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edilmişdir. - Şikayətləri: boyunda, ətraflarda ağrıdan, boyunun, sol çiyin qurşağının, yuxarı ətrafın hərəkət məhdudluğundan, Ətraflarda keylik hissiyatındandır. Dəri və görünən selikli qişalarısolğundur. Dərialtı piy qatı- normal dərəcədədir. Periferik limfa düyünləri- əllənmir. Sümükəzələ sistemi- boyunda, sol çiyin qurşağı və yuxarı ətrafda hərəkət məhdudluğu var. Tənəffüs sistemi- ağciyərlərdə vezikulyar tənəffüs eşidilir. Ürək-qan damar sistemi A/T 140/90 mm c. st., nəbz 80 vurğu/dəq. Cor tonları karlaşıb. Həzm sistemi- Palpasiya zamanı qarnı köpdür. Defekasiya sərbəstdir. Sidik-cinsiyyət sistemi- Döyəcləmə simptomu hər iki tərəfdə mənfidir. Diurez sərbəstdir. Status lokalis (status prezent)- xəstə orta boylu, düzgün bədən quruluşludur. Xəstənin deməsinə görə 2016-cı ildə boyun fərərələrarası diskin yırtığı əməliyyatı keçirilib, 2017-ci ildə boyun fəqərələrinə implantın qoyulması əməliyyatı aparılıb. Hazırda xəstə başın ancaq önə və arxaya doğru hərəkət etdirir, sağa - sola hərəkəti mümkün deyil. Sol çiyin qurşağı sallanmış vəziyyətdədir, hərəkəti məhduddur. Sol yuxarı ətrafda əzələ gücü 4 baldır. Xəstənin vəziyyətin obyektiv dəyərləndirmək üçün "Mürəkkəb ekspertiza"ya göndərilir. Göründüyü kimi, * saylı TSEK iddiaçının əlilik vəziyyətini qiymətləndirərək, onun sol yuxarı ətrafda əzələ gücünün 4 bal olmasını müəyyən etmiş və vəziyyətinin obyektiv dəyərləndirilməsi üçün "Mürəkkəb ekspertiza"ya göndərmişdir. Lakin işdə mürəkkəb ekspertizanın nəticələrinə dair hər hansı məlumat mövcud deyil. Iş materiallarından görünür ki, cavabdeh * saylı TSEK-in bu aktına əsasən "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 6.5.1-ci bəndinə əsasən: G81-G83 - serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya): Qiymətləndirmə 6.5.1.1.- ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə) – 40 faiz orqanizmin funksiyalarının pozulması əsası ilə 1 il müddətinə əlilliyin müəyyən edilməsinə əsas verir. Göründüyü kimi, tibb müəssisəsi tərəfindən iddiaçıya digər diaqnozlarla yanaşı G83.2- Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın monoparezi, Hərəki funksiyanın pozulması diaqnozu qoyulmuş, * saylı TSEK isə iddiaçının sol yuxarı ətrafda əzələ gücünün 4 bal olmasını qəbul etmişdir. Bundan əlavə, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ##.##.2024-cü il tarixli T***/**** nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən "Əsas diaqnoz - M51.1. - Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, C3-C4-C5 fəqərəarası disklərin yırtıqlarının çıxarılması və metal konstruksiyadan sonrakı vəziyyət (4 səviyyə vida + 2 səviyyə pektkeyc); G54.2 - Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, Boyun radikulopatiyası ağrı sindromu ilə; G83.2- Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın monoparezi. Hərəki funksiyanın pozulması" diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmiş, şəxsin əyani müayinəsində diaqnozdakı göstərilənlər klinik olaraq öz təsdiqini tapsa da, hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən olunmadığından, ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nm hər hansı bir bəndini aid etmək mümkün olmadı. Həmin rəy cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edildiyindən mötəbər hesab olunmasa da, Agentliyin nümayəndəsinin diaqnozda qoyulan xəstəliklərin iddiaçıda mövcud olmasının təsdiq edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Işdən görünür ki, iddiaçının əlilliyi ##.##.2023-cü ildə bitmiş, iddiaçı 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi üçün göndəriş təqdim etmiş, lakin cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Belə olan halda aydındır ki, iddiaçının əlilliyi əvvəlki əlilliyin müddətinin bitdiyi ##.##.2023-cü ildən müəyyən edilməlidir. Iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti"nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. Şəxsin həyat fəaliyyəti kateqoriyalarının hansı dərəcə məhdudlaşmasının qiymətləndirilməsi cavabdeh orqanın diskresion səlahiyyəti olduğundan və iddiaçıya qoyulan diaqnozlar müxtəlif dərəcəli orqanizmin funksiyalarının pozulması faizinə uyğun gəldiyindən məhkəmə hesab edir ki, iddia tələbi ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində təmin edilməməlidir. Bundan əlavə, "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Qaydanın 4.3-cü bəndinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Iddiaçı bu müddətlərə dair tələbi ödəmədiyindən, həmçinin ona qoyulmuş diaqnoz Meyralara əsasən müddətsiz əlillik təyininə imkan vermədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əlilliyin müddətsiz müəyyən edilməsi hissəsində də təmin edilməməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-sosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları və orqanizmin funksional pozuntuları mövcud olmalıdır ki, ona əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf göndərişdə qeyd edilmiş XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" haqqında Əsasnamədə nəzərdə tutulmasına istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, dərəcənin təyini zamanı ##.##.2022-ci il tarixli *** nömrəli Qərarla təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın hər hansı bəndinin tətbiqi mümkün olmamışdır. Belə ki, iddiaçının göndərişində əsas diaqnoz kimi göstərilmiş M51.1 – bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, C3-C4-C5 fəqərəarası disklərin yırtıqlarının çıxarılmasından və metal konstruksiyanın yerləşdirilməsindən sonrakı vəziyyət (4 səviyyə vida və 2 səviyyə peek-cage) diaqnozuna münasibətdə əlillik təyin olunması üçün Əsasnamənin 6-cı bəndində nəzərdə tutulmuş meyarların mövcudluğu tələb olunur. Həmin bəndə əsasən, xəstəlik nəticəsində orqanizmin davamlı pozuntularının təzahür dərəcəsi klinik forma, hərəkət pozuntularının xarakteri və dərəcəsi, əşyaları tutub saxlamaq bacarığının pozulması, dayaq-hərəkət funksiyalarının məhdudlaşması, dil və nitq pozuntularının mövcudluğu, psixi pozuntuların dərəcəsi, epileptik tutmaların olması və digər funksional çatışmazlıqlar nəzərə alınmaqla qiymətləndirilir. Qiymətləndirmə sadalanan ağırlaşmalardan birinin və ya bir neçəsinin mövcudluğu halında aparılır. Lakin göstərilən patoloji əlamətlər və ağırlaşmalar iddiaçının sağlamlıq vəziyyətində heç bir instrumental müayinə ilə təsdiq edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz özlüyündə əlillik təyin olunması üçün kifayət etmir. Buna baxmayaraq, məhkəmə xüsusi tibbi bilik tələb edən məsələyə dair müvafiq ekspert qiymətləndirməsi olmadan nəticəyə gələrək inzibati orqanın diskresion səlahiyyətlərinə əsassız müdaxilə etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı və iddiaçının nümayəndəsi vəkil X2 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Işə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. TƏTBIQ EDILƏN HÜQUQ: "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu: 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı" və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı" əsasında müəyyən edilir; 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydaları": 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə Tibbi-Sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-Sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9-cu bəndinə görə bu qərardan "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası": 1.1-ci bənd. Bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FIN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Inzibati işin hallarından görünür ki, iddiaçı barəsində ##.##.2024-cü il tarixli göndəriş verilmiş, göndərişdə "Əsas diaqnoz- M51.1- Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, C3-C4-C5 fəqərəarası disklərin yırtıqlarının çıxarılması və metal konstruksiyadan sonrakı vəziyyət (4 səviyyə vida+2 səviyyə pektkeyc), Ağırlaşma G54.2- Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, Boyun radikulopatiyası ağrı sindromu ilə", G83.2- Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın monoparezi, Hərəki funksiyanın pozulması, Yanaşı xəstəliklər -E11.7- Insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II tip, Yanaçı xəstəliklər I20.8- Stenokardiyanın digər formaları, ÜIX Stabil gərginlik stenokardiyası İ f.s., Yanaşı xəstəliklər Z95.5 – Koronar angioplastik implantatın və transplantatın olması, koronar angioqrafiyadan sonrakı vəziyyət, yanaşı xəstəliklər – I11.9 – (Durğunluq) üzrək çatmamazlığı olmadan, əsasən ürəyi zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, Arterial hipertoniya xəstəliyi II dərəcə" diaqnozu qoyulmuşdur. Daha sonra həmin göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmiş, cavabdeh orqan tərəfindən ##.##.2024-cü ildə diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya imtina cavabı verilmişdir. Cavabdehin apellyasiya şikayətinin əsası kimi o hala istinad edilir ki, Bakı Inzibati Məhkəməsinin qərarında göstərilən patoloji əlamətlər və ağırlaşmalar iddiaçının sağlamlıq vəziyyətində heç bir instrumental müayinə ilə təsdiq edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz özlüyündə əlillik təyin olunması üçün kifayət etmir. Buna baxmayaraq, məhkəmə xüsusi tibbi bilik tələb edən məsələyə dair müvafiq ekspert qiymətləndirməsi olmadan nəticəyə gələrək inzibati orqanın diskresion səlahiyyətlərinə əsassız müdaxilə etmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı barəsində tibbi-sosial ekspertiza müayinəsinə sonuncu göndərişdə məlumatlar aşağıdakı kimidir: - Əsas diaqnoz: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, C3- C4-C5 fəqərəarası disklərin yırtıqlarının çıxarılması və metal konstruksiyadan sonrakı vəziyyət (4 səviyyə vida + 2 səviyyə pektkeyc). - M51.1 - Ağırlaşma: Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi. Boyun radikulopatiyası ağrı sindromu ilə - G54.2 - Ağırlaşma: "Yuxarı ətrafların moniplegiyası. Sol yuxarı ətrafın monoparezi. Hərəki funksiyanın pozulması - G83.2 Müəyyən edildi ki, iddiaçı İddiaçı qoyulmuş həmin əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na Əlavə olan "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti"nin "digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri" adlanan 6.6.3-cü yarımbəndində nəzərdə tutulmuşdur. , Iddiaçıya əlilliyin təyin edilməsi məsələsinin həlli üçün həmin yarımbənddə nəzərdə tutulmuş halların (ağırlaşmaların) mövcud olub-olmaması məqsədilə kollegiya tərəfindən məhkəmə-tibbi ekspertiza təyin edilmiş və ekspertizanın qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Iddiaçı İddiaçı qoyulmuş aşağıdakı əsas diaqnoz təsdiq olunurmu: - M51.1 - Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, C3-C4-C5 fəqərəarası disklərin yırtıqlarının çıxarılması və metal konstruksiyadan sonrakı vəziyyət (4 səviyyə vida + 2 səviyyə pektkeyc); 2) Iddiaçı İddiaçı qoyulmuş aşağıdakı ağırlaşma diaqnozları təsdiq olunurmu: - G54.2 - Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, Boyun radikulopatiyası ağrı sindromu ilə. - G83.2 - Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın monoparezi. Hərəki funksiyanın pozulması. 3) Iddiaçı İddiaçı aşağıda göstərilən hallardan (ağırlaşmalardan) hansı müəyyən olunur: - Mülayim ikitərəfli motor və hissiyyat pozuntuları ilə onurğa sütununun natamam zədələnməsi, cüzi tetraparez ilə (sidik kisəsinin və düz bağırsağın fəaliyyəti pozulmadan). - Aşağı ətrafların təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının mülayim pozuntusu ilə onurğa sütununun döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri. - Əhəmiyyətli təzahür edən tetraparez, paraplegiya və ya aşağı ətrafların və yuxarı ətrafın əhəmiyyətli təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının təzahür edən dərəcədə pozuntusu ilə onurğa sütununun boyun, döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri. - Aşağı ətrafların və yuxarı ətrafın tam iflici - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının əhəmiyyətli dərəcədə təzahür edən pozuntusu ilə onurğa sütununun boyun hissəsinin tam zədələnməsi. - Aşağı ətrafların tam iflici (plegiya) - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının əhəmiyyətli təzahür edən dərəcədə pozuntusu ilə onurğa sütununun döş, bel və ya büzdüm səviyyəsində tam zədələnmələri ##.##.2026-cı il tarixli T***/**** nömrəli ekspert rəyində ilk iki suala ətraflı cavab verilərək qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən "XBT10 kodu ilə: Əsas diaqnoz: M51- Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, C3-C4-C5 fəqərəarası disklərin yırtıqlarının çıxarılması və metal konstruksiyadan sonrakı vəziyyət (4 səviyyə vida + 2 səviyyə pektkeus). Ağırlaşmalar: G54.2-Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi. Boyun radikulopatiyası ağrı sindromu ilə. G83.2-Yuxarı ətrafların monoplegiyası. Sol yuxarı ətrafın monoparezi. Hərəki funksiyanın pozulması. Yanaşı xəstəliklər: E11.7-Insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet II tip. 120.8- Stenokardiyanın digər formaları. ÜIX-Stabil gərginlik stenokardiyası If.s. Z95.5- Koronar angioplastik implantın və transplantatın olması. Koronar angioqrafiyadan sonrakı vəziyyət. I11.9-(Durğunluq) ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (yi). Arterial hipertoniya xəstəliyi II dərəcə diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Şəxsin ##.##.2024-cü ildə * saylı TSEK-in iş otağında nevrologiya sahəsi üzrə əyani xəstənin hazırda ancaq başının önə və arxaya doğru hərəkət etdirməsi, sağa-sola hərəkətinin mümkün olmaması izlənilmiş, sol çiyin qurşağı sallanmış vəziyyətdədir, hərəkəti məhduddur. Sol yuxarı ətrafda əzələ gücü 4 baldır. ##.##.2026-cı ildə isə məhkəmə-tibbi müayinəsi zamanı aşağı ətrafların təzahür edən paraparezi, tam iflici, əhəmiyyətli təzahür edən tetraparezi müşahidə edilmədi. - Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilmiş və 26.02 və ##.##.2026-cı il tarixlərdə mütəxəssislər tərəfindən ona "XBT 10 kodu üzrə M50.3, Z98.8, G83.2, G83.8, M50.8, G55.1-Boyun fəqərələrinin degenerativ dəyişikliyi, Şmorl düyünləri. Keçirilmiş cərrahi əməliyyatlardan (2016, 2017) C3- C4, C4-C5 diskektomiya PEEK-cage qoyulmasından sonrakı vəziyyət. Sol yuxarı ətrafın monoparezi. Hərəki funksiyanın pozulması. Osteopeniya. C3-C5 səviyyəsində fəqərəarası disklərin ossifikasiyası.C2-C3, C3-C4, C4-C5 fəqərəarası disklərin protruziyaları. Kökcük ağrı sindromu" diaqnozu qoyulmuşdur. - Vətəndaş İddiaçı müvafiq ixtisaslaşmış tibb müəsissəsinə stasionar müalicəyə yerləşdirilməklə, onun tərəfindən düz bağırsaq və sidik kisəsi funksiyaların mülayim və əhəmiyyətli dərəcədə təzahür edən pozuntusu ilə onurğanın boyun, döş, bel və ya büzdüm səviyyəsində hissəvi və ya tam zədələnməsinin olub-olmaması uroloji və nevroloji xəstəliklər üzrə həkim-mütəxəssislərin müşahidəsi altında təyin edilə bilər. Göründüyü kimi, ekspert rəyi "Əlilliyin qiymətləndirilməsi Meyarları"nın "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti" adlanan Əlavəsinin 6.6.3.2-ci və 6.6.3.3-cü yarımbəndlərində göstərilən qiymətləndirmə ağırlaşmalarını istisna etmiş, 6.6.3.5ci və 6.6.3.6-cı yarımbəndlərində göstərilən qiymətləndirmə ağırlaşmalarının müəyyən edilməsi üçün iddiaçının müvafiq ixtisaslaşmış tibb müəsissəsinə stasionar müalicəyə yerləşdirilməklə uroloji və nevroloji xəstəliklər üzrə həkim-mütəxəssislərin müşahidəsi altında qalmasının zəruri olduğunu bildirmiş, 6.6.3.1-ci yarımbəndində göstərilən qiymətləndirmə ağırlaşmalarına isə dəqiq münasibət bildirməmişdir. Iddiaçı stasionar müalicəyə yerləşdirilməsinə razı olmadığına görə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıda ekspertiza zamanı aşkar edilmiş xəstəliklərin Meyarların 6.6.3.1-ci yarımbəndində göstərilən qiymətləndirmə ağırlaşmalarına uyğun olub-olmaması araşdırılmalıdır. Bu məqsədlə rəyi imzalamış ekspertlərdən biri olan X3 ilə məhkəmə iclası zamanı "WhatsApp" tətbiqi vasitəsilə əlaqə yaradılaraq ona suallar verildi. Ekspert bildirdi ki, iddiaçıda aşkar edilmiş xəstəliklər mülayim ikitərəfli motor və hissiyyat pozulması kimi qiymətləndirilə bilər. Belə olan halda, iddiaçının hazırkı sağlamlıq vəziyyəti Meyarların 6.6.3.1-ci yarımbəndində göstərilən qiymətləndirmə ağırlaşmalarına uyğundur. Bu ağırlaşmaya görə isə iddiaçıya orqanizmin funksiyalarının pozulması 40 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas verməsə də, apellyasiya şikayəti qismən təmin edilməli və qərar dəyişdirilməlidir. Iddiaçının orqanizmin funksiyalarının pozulması faizi 40 faiz olmaqla əlilliyin 2 il müddətinə təyin edilməsi müəyyən edilməlidir. Əlilliyin təyin edilməsi tarixi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq ##.##.2023-cü il müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi 40 faiz, müddəti isə 2 il olmaqla əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3332/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3332/2025
05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver