Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3335/2025 12.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışda edilmiş düzəlişin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6596/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 29 noyabr 2024 tarixli 321330/2-48108/2024 **********08 nömrəli bildirişin etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə əsasında aparılmış düzəlişin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh Dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi barədə 29 noyabr 2024 tarixli 321330/2-48108/2024 **********08 nömrəli bildirişə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1492/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı icra olunması üçün 1 saylı Bakı Ərazi idarəsinə daxil olmuşdur. Qeyd olunan qərarın icrası zamanı araşdırma aparılarkən məlum olmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)- 4500/2017 nömrəli qərarı ilə ünvan 1 ünvanındakı fərdi yaşayış evinin 115.9 kv.m. ölçüdə tikintialtı torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi dövlət reyestrində qeydiyyata alınması qərara alınmışdır. Lakin, qərar icra olunduğu zaman fərdi yaşayış evinin sahəsi ilə bağlı texniki səhvə yol verilmiş, çıxarışda evin ümumi sahəsi 306,7 kv.m olaraq göstərilmişdir. Odur ki, Bakı inzibati Məhkəməsinin 2-1(112)-1492/2023 nömrəli qərarı nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin müddəalarına əsasən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə əsasında texniki səhv aradan qaldırılmışdır. Bildirişdə Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə istinad olunmuşdur həmin qanunun 16.1. maddəsində “Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırılmışdır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir” qeyd olunmuşdur. Qanunda 48 saat müddətində qeyd olunsa da, iddiaçıya icra edildikdən 22 gün sonra bu barədə bildiriş göndərilmişdir. Həmçinin həmin qanunun 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılmışdır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz, edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılmışdır. Göründüyü kimi hüquq sahibinə zərər vurulmadığı halda həmin düzəlişlərin icra orqanı tərəfindən aparılması qanunda əksini tapmışdır. Lakin həmin düzəlişin aparılması iddiaçıya olduqca böyük zərər vurmuş, 306.7 kv.m kimi qüvvədə olan Çıxarışı heç bir əsas olmadan ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6596/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: Bakı Şəhər İcra Hakimiyyəti baçısının xx.xx.2001-ci il tarixli 800 nömrəli Sərəncamı və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyanın xx.xx.2001-ci il tarixli 08 nömrəli protokolundan çıxarışdan görünür ki, Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 96,7 kv.m olan, ümumi sahəsi 175,8 kv.m torpaq sahəsindən ibarət fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ tanınmış və adına Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı 011730 nömrəli xx.xx.2002-ci il tarixdə Qeydiyyat Vəsiqəsi verilərək rəsmiləşdirilmişdir. “Bakı Torpaq” Lahiyə Smeta Bürosu tərəfindən “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi”nə dair İddiaçı adına xx.xx.2017-ci il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin eskiz layihəsi hazırlanmış və Nərimanov Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmişdir. R.Axundov küçəsi 43 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı ərizə ilə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, özünə məxsus fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud vəziyyətdə öz adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmiş, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 479 saylı sərəncamı ilə R.Axundov küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş İddiaçı adına sənədləşdirilməsinə dair qərar verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4500/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il qərarından görünür ki, İddiaçı iddiası təmin edilmiş, iddiaçının ünvan 5 ünvandakı evin 115,9 kv.m. ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(82)-4500/2017 saylı qərarın icrası təmin olunaraq Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsi,ev 43H ünvanına dair İddiaçı adına RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış hazırlanmış, çıxarışda fərdi yaşayış evinin ümumi sahəsi 306,7 kv.metr, torpaq sahəsinin ölçüsü 0,01159 ha göstərilmişdir. Ərizəçilər E.Həsənov, K.Əmrəhova, Ə.Həsənzadə və İ.Həsənzadə Bakı İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4500/2017 nömrəli, xx.xx.2017-ci il qərarı maraqlarına toxunduğundan onların hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmalarını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Ərizəçilər xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(82)- 4500/2017 nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2 1(103)-1325/21 nömrəli qərardadı ilə ərizəçilərin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərardadının ləğv edilməsi, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2 1(103)- 1325/2021 nömrəli qərardadından narazı qalan iddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102) 1568/2021 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1325/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. Təzələnmiş icraat üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ünvan 7 ünvanındakı evin 115.9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və iddiaçıya xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarış verilmiş, çıxarışda fərdi yaşayış evinin ümumi sahəsi 175,8 kv.metr, torpaq sahəsinin ölçüsü 0,0116 ha göstərilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarından müəyyən edilir ki, təzələnmiş icraat üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ünvan 7 ünvanındakı evin 115.9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və iddiaçıya xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarış verilmiş, çıxarışda fərdi yaşayış evinin ümumi sahəsi 175,8 kv.metr, torpaq sahəsinin ölçüsü 0,0116 ha göstərilmişdir. Hazırda iddiaçı bu çıxarışla razılaşmayaraq, fərdi yaşayış evinin sahəsinin RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışda göstərilən uyğun 306,7 kv.metr göstərilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının mübahisəli sahəli ilə bağlı iddia irəli sürməkdə subyektiv hüququ mövcuddur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyasl apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6596/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6596/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışda edilmiş düzəlişin ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-3335/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3335/2025
12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver