Məhkəmə qərarları › İş №2-1(103)-3336/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3336/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3336/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Apellyantın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(82)-2814/2015 saylı 19 iyun 2025-ci il tarixli qərardaddan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “iddiaçıya xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Neftqaztikinti” Trestinin idarələrində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, xx.xx.1993-cü il), “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2007-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)-2814/2015 saylı qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Neftqaztikinti” Trestinin idarələrində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, xx.xx.1993-cü il), “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2007-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli icra məktubu əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)- 2814/2015 saylı qərarı icra olunması üçün cavabdeh orqana göndərilmişdir. Sonradan cavabdehin hüquqi varisi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2025-ci il tarixli ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə icraatının təzələnməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona xx.xx.1979- xx.xx.2006-cı il tarixədək “Neftqaztikinti” Trestinin idarələrində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən heablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra Fond) Suraxanı rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015ci il tarixli 2-1(82)- 2814/2015 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Naziyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət işi üzrə həbs edilmiş və sonuncu iş yeri olan Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsinin (bundan sonra - şöbə) sabiq əməkdaşı X10 ofisindən və mənzilindən əməliyyataxtarış tədbirləri zamanı kompüterlər və xeyli vətəndaşa aid sənədlər maddi sübut kimi götürülərək istintaq materiallarına əlavə edilmişdir. Həmin kompüterlərdə elektron fayllarda İddiaçı adından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış iddia ərizəsi, şöbənin adından vətəndaşa göndərilməsi nəzərdə tutulmuş məktub aşkar olunmuşdur. Bu xüsusda vətəndaşla Vüsal Əliyev və digər şəxslər arasında sövdələşmənin olduğuna və pensiya təyinatına şübhələr yaranmışdır. İddiaçı pensiya işi və uçot vərəqinə tikilmiş sənədlərinin araşdırılması ilə ehtimal olunur ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2007-ci ildən 50 yaşından (2004- 2005-ci illərin əməkhaqqısı ilə) yenidən hesablanması və ödənilməsi bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırılmış və sözügedən vətəndaşla qabaqcadan razılaşdırılmaqla sövdələşmə aparılmış, habelə məhkəmə qərarları əsasında pensiyanın yenidən hesablanması, yaranan məbləğ fərqinin birdəfəlik plastik karta köçürülməsindən vətəndaş məlumatlı olmuş, bankdan alınmış pensiya plastik kartı müəyyən müddətdə M.Ağayevə təhvil verilməmiş, həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Pensiya işi və təqdim olunmuş sənədlərin surətlərinə əsasən məlum olmuşdur ki, xx.xx.1957-ci il təvəllüdlü, Ağsu rayonunda doğulmuş, yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 16A, mənzil 16 olan İddiaçı ünvan aidiyyəti üzrə şöbəyə xx.xx.2015-ci il tarixli ərizə ilə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün müraciət etmiş, şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2015-ci il tarixli 88 №-li qərarı ilə xx.xx.2014-cü il tarixdən 57 yaşının tamam olduğu gündən Qanunun 9.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan şərtlərinə əsasən Güzəştli Siyahıya, ARDNŞ “Neftqaztikinti” Trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsinin xx.xx.2014-cü il tarixli (güzəştli) arayışına, əmək kitabçasının həmin müəssisənin ştampı ilə təsdiq edilmiş surətinə və hərbi biletin surətinə istinad edilməklə 2006-cı ilədək toplanmış 28 il 7 ay sosial sığorta stajına müvafiq hesablanmış 62,60 manat sığorta, 100,0 manat baza hissəsi nəzərə alınmaqla 162,60 manat məbləğində güzəştli şərtlərlə yaşa görə 418086 №-li əmək pensiyası təyin edilmişdir. Pensiya kapitalı barədə şöbəyə daxil olmuş müvafiq arayış üzrə məlumatlar əsasında yenidən hesablanma aparılmış və şöbənin xx.xx.2015-ci il tarixli sərəncamı ilə aylıq pensiyanın məbləği xx.xx.2015-ci il tarixdən 228,87 manat müəyyən olunmuş, xx.xx.2015-ci il tarixdən sonuncu məbləğlə ödənişinə başlanılmışdır. Şöbə tərəfindən ötən dövrlərə görə hesablanmış fərq məbləği cari və növbəti ayın pensiyası ilə birlikdə hissələrlə (224,49 manatla) 6 ay ərzində xx.xx.2015-ci il tarixədək vətəndaşın plastik kartına köçürülmüşdür. Pensiya təyinatı barədə qərar layihəsini şöbənin əməkdaşı X6 tərtib etmişdir. Pensiya sənədlərinə tikilmiş məhkəmə qərarının tarixinə görə müəyyən edilmişdir ki, İddiaçı qanunvericiliyə uyğun təyin edilmiş pensiyasının ötən dövrlərdən yenidən hesablanmaqla yüksək məbləğə çatdırılması ilə bağlı işlərə pensiya təyinatı aparıldıqdan sonra dərhal başlanılmış, 6 ay müddətində xeyrinə 1 instansiya məhkəməsinin qərarının alınmasına və ötən dövrlərdən daha yüksək miqdarda aylıq pensiya məbləğinin təyin edilərək ödənilməsinə nail olunmuşdur. Beləliklə, uçot vərəqinə tikilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (sədr - X11) xx.xx.2015-ci il tarixli 2-1(82)-2814/2015 №-li qərarında qeyd olunanlardan məlum olmuşdur ki, İddiaçı şöbəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Neftqaztikinti” Trestinin idarələrində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, xx.xx.1993-cü il) “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2007-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)- 2814/2015 №-li qərarı ilə iddia tələbi tam təmin olunmuş, həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında iddiaçının özü deyil, şöbənin əməkdaşı olmuş X6 iştirak etmiş, cavabdeh şöbəni X15 təmsil etmişdir. Pensiya işinə tikilmiş “Neftqaztikinti” Trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsinin xx.xx.2014-cü il tarixli (güzəştli) arayışında, əmək kitabçasının həmin müəssisənin ştampı ilə təsdiq edilmiş surətində, habelə araşdırmaya təqdim edilmiş əmək kitabçasında qeyd olunanlara əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1975-xx.xx.1976cı il dövr ərzində Ağsu 118 №-li kənd texniki peşə məktəbində təhsil almış, xx.xx.1976xx.xx.1978-ci il dövr ərzində hərbi xidmətdə olmuş, xx.xx.1979-xx.xx.1979-cu il dövr ərzində Ağsu rayon “Pravda” sovxozunda fəhlə, xx.xx.1979-xx.xx.2001-ci il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin 5 №-li Tikinti Quraşdırma İdarəsində (sonradan 2 №-li Tikinti Quraşdırma İdarəsi adlandırılıb) polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı, xx.xx.2001- xx.xx.2003-cü il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı, xx.xx.2003-xx.xx.2007-ci il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında (2007-ci ildə “Neftqaztikinti” Trestinin 8 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb) polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı, xx.xx.2007-xx.xx.2022ci il dövr ərzində “Neftqaztikinti” Trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı. Pensiya işinə tikilmiş hərbi biletin surətində qeyd olunanlara əsasən İddiaçı xx.xx.1976-xx.xx.1978-ci il dövr ərzində hərbi xidmətdə olmuşdur. Bunlardan əlavə, pensiya sənədlərinə əlavə edilmiş AZFEN B.M.-nin xx.xx.2016cı il tarixli arayışla təsdiq edilmişdir ki, İddiaçı xx.xx.2001-xx.xx.2007-ci il dövr ərzində həmin müəssisədə santexnik və quraşdırıcı peşələrində çalışmışdır. Sözügedən müəssisə 2004- 2005-ci illər üzrə İddiaçı hesablanmış əməkhaqqı məbləğləri barədə eyni tarixli arayış təqdim etmiş, həmin arayış pensiya sənədlərinə tikilmişdir. Məhkəmə qərarına baxılarkən məlum olmuşdur ki, məhkəmədə vətəndaşın istinad edilən iş yerindən onun dəniz şəraitində xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən işlədiyi peşə və vəzifələrin 1 №-li Siyahıya uyğunluğu barədə güzəştli arayışın alınması təmin və tələb edilməmiş, həmin işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, zərərli əmək şəraitində işlədiyi barədə əsaslı sənədlər olmadan ümumi mülahizələr əsasında iddia tələbi təmin edilmişdir. Şöbə tərəfindən vətəndaşa pensiya təyin olunarkən təqdim edilmiş “Neftqaztikinti” Trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsinin xx.xx.2014-cü il tarixli (güzəştli) arayışında yalnız İddiaçı hazırda həmin idarədə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işlədiyi, əmək kitabçası üzrə ümumi iş stajının 35 il 3 ay 17 gün, zərərli şəraitdə güzəştli şərtlərlə iş stajının 34 il 11 ay 4 gün təşkil etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, 6 saylı Tikinti Quraşdırma İdarəsinin arayışda heç bir normativ hüquqi aktlara istinad olmadığı halda sözügedən məhkəmənin qərarında nöqsanlara yol verilərək Güzəştli siyahı, 1 və 2 №-li Siyahılara istinad edilmədən İddiaçı iddiasının təmin olunması istiqamətində xeyrinə əsaslandırmalar aparılmış, həmin normativ hüquqi aktlara zidd olaraq polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı peşəsi 1 №-li Siyahıya uyğun hesab edilərək xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmışdır. Qeyd olunmalıdır ki, polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı peşəsi əvvəllər qüvvədə olmuş 2 №-li Siyahının 27-ci bölməsində 2290000a-14612 kodu ilə konkret müəyyən edilmiş, bu kodla İddiaçı güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ 50 deyil, Qanuna müvafiq olaraq 57 yaşdan, yəni 2014-cü ildən yaranır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəmə qərarı qəbul edilərkən hansı təşkilatın əməkhaqqı məbləğlərinin nəzərə alınması və hesablanması barədə məhkəmə tərəfindən ümumiyyətlə heç bir məlumat və öhdəlik qeyd edilməmişdir. Göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən təyin edilmiş əmək pensiyasının aylıq miqdarının yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Bununla belə, pensiyanın yenidən hesablanması barədə məhkəmə qərarının rəsmiləşdirildiyi 2015-ci il tarixədək İddiaçı 8 il əvvəl, yəni 2007-ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. İddia tələbinin vətəndaşın xeyrinə təmin edilməsinə nail olunduqdan sonra məhkəmə qərarı və digər sənədlər, o cümlədən “Neftqaztikinti” Trestinin xx.xx.2015-ci il və AZFEN B.M.-nin xx.xx.2016-cı il tarixli 2004-2005-ci illərin əməkhaqqı arayışlarında qeyd edilmiş məbləğlər nəzərə alınmaqla 2016-cı ilin oktyabr ayında şöbənin tarixsiz sərəncamı əsasında İddiaçı aylıq pensiya məbləği əvvəlcə 228,87 manatdan 962,07 manata artırılmış, həmin məbləğ indeksləşdirmə nəticəsində xx.xx.2016-cı ildən 1006,56 manata çatdırılmış, şöbənin digər tarixsiz sərəncamı ilə 2016-cı ilin may ayından aylıq pensiya məbləği yenidən hesablanaraq 1006,56 manatdan 2076,19 manata artırılmış və ödənişə göndərilmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, pensiyanın 962,07 manata çatdırılması ilə bağlı şöbənin tarixsiz sərəncam və onun arxasına tikilmiş vərəqdəki, habelə pensiya işi üzrə açılmış “Pensiyaçının uçot vərəqi”nin iç hissəsinin 3-14-cü sətirlərindəki bütün qeydlər bilavasitə Vüsal Əliyev tərəfindən əlyazma qaydasında aparılmışdır. Nazirliyin əvvəlki pensiya proqramı və hazırki “Pensiya” altsistemi proqramında mövcud məlumatlara əsasən müəyyən olunmuşdur ki, şöbənin müvafiq tarixsiz sərəncamları ilə vətəndaşın 50 yaşının tamam olduğu xx.xx.2007-ci il tarixdən 1152,48 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə pensiyanın baza hissəsi artırılmaqla, istehlak qiymətləri indeksinin illik səviyyəsinə və ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirilməklə xx.xx.2016-cı il tarixdən 2076,19 manata, xx.xx.2017-ci il tarixdən 2319,99 manat, 6 il və daha çox işlədiyi üçün şöbənin xx.xx.2017-ci il tarixli sərəncamı əsasında xx.xx.2017-ci il tarixdən 2429,20 manat, xx.xx.2018-ci il tarixdən 2567,67 manat, xx.xx.2019-cu il tarixdən 2644,70 manat, 01.01,2020-ci il tarixdən 3083,72 manat, 01.01,2021-ci il tarixdən 3435,26 manat, xx.xx.2022-ci il tarixdən 3552,06 manat, xx.xx.2023-cü il tarixdən 4052,52 manat və xx.xx.2024-cü il tarixdən 4506,40 manata çatdırılmaqla pensiya ödənişi davam etdirilmişdir. Nazirliyin pensiya proqramlarında mövcud olan məlumatlardan müəyyən olunmuşdur ki, məhkəmə qərarları nəzərə alınmaqla İddiaçı ötən dövrlər üçün cəmi 141.040,08 manat fərq məbləği hesablanaraq ödənilmişdir. Həmin məbləğin 36000,0 manatı 2015-ci ilin oktyabr, cəmi 5719,98 manatı 953,33 manatla xx.xx.2015- xx.xx.2016- cı il dövr-6 ay ərzində, cəmi 8184,84 manatı 2046,21 manatla xx.xx.2016- xx.xx.2016-cı il dövr- 4 ay ərzində, 4092,42 manatı 2016-cı ilin iyul, 19000,0 manatı oktyabr, 14000,0 manatı noyabr, 4000,0 manatı dekabr, 738,32 manatı 2017-ci ilin yanvar, 7000,0 manatı fevral, cəmi 6959,97 manatı 2319,99 manatla xx.xx.2017xx.xx.2017-ci il dövr-3 ay ərzində, 1000,0 manatı aprel, 5000,0 manatı iyul, 3284,05 manatı avqust, cəmi 4800,66 manatı 2400,33 manatla xx.xx.2017-xx.xx.2017-ci il dövr- 2 ay ərzində, cəmi 4800,0 manatı 2400,0 manatla xx.xx.2018-xx.xx.2018-ci il dövr-2 ay ərzində, 2671,24 manatı 2018-ci ilin mart, cəmi 4788,60 manatı 2394,30 manatla xx.xx.2018xx.xx.2018-ci il dövr2 ay ərzində, cəmi 9000,0 manatı 500,0 manatla xx.xx.2018xx.xx.2019-cu il dövr-18 ay ərzində aylıq pensiyanın üzərinə əlavə olunmaqla vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Məhkəmə qərarının şöbə tərəfindən icrası da daxil olmaqla xx.xx.2007-ci ildən yenidən hesablama nəticəsində xx.xx.2025-ci il tarixədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş cəmi vəsait 490.155,91 manat təşkil etmişdir. Pensiya işinə tikilmiş zəruri sənədlərin, o cümlədən əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyətinin araşdırılması nəticəsində yuxarıda da qeyd edildiyi kimi, şöbənin xx.xx.2015-ci il tarixli 88 №-li qərarı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qanunvericiliyə müvafiq olaraq 57 yaşından xx.xx.2014-cü il tarixdən düzgün müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, vətəndaşın pensiyasının 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablanması qüvvədə olan qanunvericiliyə ziddir. Həmçinin, polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı peşəsinin qüvvədə olan Güzəştli siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmuşdur. Əmək pensiyası hüququnun və məbləğinin müəyyən edilməsi üçün pensiya işinə tikilmiş sənədlərə əsasən əmək fəaliyyətinin araşdırılması nəticəsində xx.xx.2006-cı il tarixədək İddiaçı faktiki ümumi sosial sığorta stajının 29 il 07 ay təşkil etdiyi məlum olmuşdur. Məhkəmə qərarı nəzərə alınmadan, təyinat tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və sığorta stajına, habelə xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün fərdi hesabında qeydə alınmış pensiya kapitalına əsasən yenidən hesablanmaqla İddiaçı aylıq pensiya məbləği xx.xx.2014-cü ildən 287,02 manat, müvafiq dövrlər üzrə indeksləşdirilməklə və baza hissəsi artırılmaqla xx.xx.2015-ci ildən 289,63 manat, xx.xx.2016-cı ildən 297,21 manat, xx.xx.2016-cı ildən 307,21 manat, xx.xx.2017-ci il tarixdən 331,66 manat, xx.xx.2018-ci il tarixdən 350,56 manat, xx.xx.2019-cu il tarixdən 361,07 manat, xx.xx.2020-ci il tarixdən 421,0 manat, xx.xx.2014-cü il tarixdən 6 il və daha çox işləməsi nəzərə alınaraq xx.xx.2020-ci il tarixdən 636,26 manat, xx.xx.2021-ci il tarixdən 708,79 manat, xx.xx.2022ci il tarixdən 732,88 manat, işdən çıxdığı xx.xx.2022-ci il tarixdən 801,14 manat, xx.xx.2023-cü il tarixdən 938,02 manat, xx.xx.2024-cü il tarixdən 1043,07 manat təşkil etməlidir. Qeyd olunan hesablamalar və dəqiqləşdirmələr, habelə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli 3135 nömrəli Sərəncamına əsasən 2022-ci il üzrə verilməli olan 200 manat məbləğində maddi yardım nəzərə alınmaqla xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üzrə İddiaçı qanunvericiliklə cəmi ödənilməli pensiya məbləği 69014,24 manat təşkil etmişdir. Göründüyü kimi, xx.xx.2025-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 1043,07 manata qarşı 4506,40 (3463,33 manat artıq fərqlə) manatla təyin olunmasına və ödənilməsinə nail olunmuşdur. Qeyd edildiyi kimi, vətəndaşın əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmiş, hazırda aktiv olan əmək müqaviləsi və ya rəsmi məşğuliyyəti yoxdur. Beləliklə, xx.xx.2007ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarı nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsinin müvafiq sərəncamları ilə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2025-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 421.141,67 manat (490155,91 - 69014,24) təşkil etmişdir. Belə ki, DSMF X13 İdarə Heyətinin xx.xx.2020 tarixli, **********1 №li qərarı ilə Xüsusi Şərtlərlə Təyinat üzrə X5 təsdiq edilmiş və həmin Əsasnamənin 1.1. maddəsinə əsasən Filial “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumdur. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(82)-2814/2015 saylı 19 iyun 2025-ci il tarixli qərardadla ərizənin rədd olunması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının “yeni açılmış hallarla” bağlı ərizəsinin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Apellyantın nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İşə birinci instansiya qaydasında baxmış məhkəmə ərizəçi tərəfindən ərizənin İnzibati Prosessual Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verilməsinə dair sübutların əlavə olunmamasına və müddətin ötürülməməsini təsdiq edən sübutların iş materiallarına əlavə olunmamasına istinad edərək ərizənin rədd olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi aşağıdakılara əsasən ərizə üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103, 104,106). Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)-2814/2015 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilmiş, qərar qanuni qüvvəyə minərək xx.xx.2015-ci il tarixdə icra olunması üçün cavabdeh orqana göndərilmişdir. Cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunla nəzərdə tutulmuş 3 illik müddət ötürülməklə, yəni 10 il keçdikdən sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir ki, bu da ərizə üzrə icraatın təzələnməsi barədə ərizənin verilməsini qeyri-mümkün edir. İş üzrə birinci instansiya məhkəməsi həmin halları qeyd etməklə, bunun ərizənin rədd edilməsi üçün əsas olduğu qənaətinə gəlsə də, məhkəmə kollegiyası bununla razılaşmır və oxşar işlər üzrə vahid məhkəmə təcrübəsinin mövcudluğunu, konkret bu işdə sadalanan halların ərizənin məhz qeyri-mümkün sayılması üçün əsas verdiyini nəzərə alaraq hesab edir ki, “yeni açılmış hallar” barədə ərizə məhz müddət məsələsinə əməl olunmadığına görə qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(82)-2814/2015 saylı 19 iyun 2025-ci il tarixli qərardadı ləğv edilməli və ərizə qeyri-mümkün sayılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2814/2015 saylı 19 iyun 2025-ci il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “yeni açılmış hallar üzrə icraatın təzələnməsi” barədə ərizə qeyri-mümkün sayılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X14 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar