Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3338/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5596/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli, 2-1(112)-5596/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2- 1(103)- 809/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-1100/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)-809/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin icraat zamanı yeni sübutların ondan aslı olmayan səbəblərə görə təqdim edə bilmədiyinin nəzərə alınıb, inzibati məhkəmə icraatının təzələnməsi və ona “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının birdəfəlik təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir Ərizə bununla əsaslandırılmışdır ki, iddiaçı Bakı Komvol Kombinatının Hamarlayıcı sexinə hamarlayıcı şagirdi kimi daxil olaraq xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1983-cü il tarixdən öz xahişi ilə həmin işdən azad olunmuşdur. xx.xx.1984-cü ildən xx.xx.1995-ci ilədək “Azərelektomaş” İB-də, indiki "xxxx" ASCdə işləmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də xadimə, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" ASC-də fəhlə vəzifəsində çalışmışdır. xx.xx.2012-xx.xx.2014-cü illərdə Ekspedisiyanın Texniki Xidmət Sahəsində 3-cü dərəcə fəhlə peşəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi lə bağlı inzibati orqana müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Zərərli iş üzrə 13 il 10 ay xüsusi iş stajı vardır. Ümumi stajı isə 20 ildən çox təşkil edir. Lakin, məhkəmə qərarında “hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir” - kimi qeyd edilmişdir. Ərizəyə əlavə etdiyi xx.xx.2023-ci il tarixli, 09 №-li güzəştli arayışa əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1984-ci il tarixədək Bakı-Komvol Kombinatında işləmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş” "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı’nın Yüngül sənaye bölməsinin səh. 188 Hamarlayıcı sexində əl işləri ilə məşğul olan keçə məmulatını hamarlayanlar. Bu peşələr üzrə 2 il 2 ay 30 gün güzəştli əmək stajı təşkil edir. Ərizəyə əlavə etdiyi xx.xx.2022-ci il 59-18/06 №-li güzəştli arayışdan da görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək “Azərelektromaş” İB-də işləmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin səh.21.bənd.3.3.səh, sətir 19. Bu peşə üzrə 11 il 2 ay 5 gün güzəştli əmək stajı təşkil edir. Ştamplama dəmirçi sexində səsin təzyiqi 95,0-98,0 d BA olmuşdur ki, bu da normadan 15- 18 d BA çoxdur. Göstərilən faktor iş gününün 90%-dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Göründüyü kimi, işlədiyi peşələr üzrə 13 il 10 ay güzəştli əmək stajı mövcuddur. xx.xx.2018-ci ildə iddiaçının artıq 55 yaşı tamam olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5596/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin: - 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. - 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. - 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. - 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. - 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: - 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; - 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; - 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; - 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. - 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Göründüyü kimi yeni açılmış hallarla bağlı məhkəmə icraatının təzələnməsi üçün aşağıdakı şərtlər tələb olunur:
1. Qəbul edilmiş qərar qanuni qüvvəyə mindikdən sonra yeni sübutların və ya halların aşkar edilməsi;
2. həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması;
3. sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində ərizənin verilməsi. Hazırkı iş üzrə iddiaçı ərizəsinin əsası kimi xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli arayışlara istinad edərək, bu arayışların ilkin məhkəmə icraatı zamanı təqdim edilə bilmədiyini, həmin arayışlara əsasən güzəştli şərtlərlə yaşa görə görə pensiya hüququnun yarandığını iddia edir. Ərizəyə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı-Komvol Kombinatında işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Yüngül sənaye bölməsinin səh. 188 Hamarlayıcı sexində əl işləri ilə məşğul olan keçə məmulatını hamarlayanlar peşəsinə əsasən iddiaçının 2 il 2 ay 30 gün güzəştli əmək stajı var. Eyni zamanda "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək “Azərelektromaş” İB-də işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin səh.21.bənd.3.3.səh, sətir 19. Bu peşə üzrə 11 il 2 ay 5 gün güzəştli əmək stajı təşkil edir. Ştamplama dəmirçi sexində səsin təzyiqi 95,0-98,0 d BA olmuşdur ki, bu da normadan 15-18 d BA çoxdur. Göstərilən faktor iş gününün 90%- dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli güzəştli arayışı ilkin məhkəmə icraatı zamanı təqdim etməsə də, sonuncu arayışı təqdim etmiş, işə baxan məhkəmələr tərəfindən həmin arayışda qeyd olunanlara artıq qiymət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-1100/2022 saylı qərarında qeyd olunmuşdur ki, “işin halları ilə iddiaçının 55 yaşının tamam olduğu 11 dekabr 2018-ci il tarixə 20 il 11 gün ümumi sığorta stajı olsa da, o, bu müddətin 1 il 2 ay 5 gün müddətində ödənişsiz məzuniyyətdə olması müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda isə 20 ildən az (18 il 2 ay 16 gün) təşkil edir. Həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş hazırkı qərarın 20-ci bəndində göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır... "xxxx" ASC məhkəməyə və cavabdehə təqdim etdiyi izahlı arayışda həmin vəzifənin ikinci siyahıya uyğun pensiya almaq hüququ verdiyini təsbit etsə də, istinad etdiyi kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda göstərilən koda uyğun olmuş, həm həmin kod, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda istinad etdiyi kod yığıcı deyil, ştamplayıcı dəmirçilər peşəsinə aid olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığından, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda istinad olunan peşə ştamplayıcı dəmirçi peşəsinə uyğun gəldiyindən, iddiaçı isə yığıcı kimi işlədiyindən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz.” Göründüyü kimi iddiaçı tərəfindən yeni hal kimi təqdim edilmiş arayışda göstərilənlər artıq ilkin məhkəmə icraatı zamanı məhkəməyə məlum olmuş, həmin sübut qiymətləndirilməklə iddiaçının tələbi təmin olunmamışdır. "xxxx" ASC tərəfindən verilmiş arayışa gəldikdə orada iddiaçının cəmi 2 il 2 ay 30 gün güzəştli əmək stajının olması göstərildiyindən məhkəmə həmin sübutun məhkəmə icraatının təzələnməsi üçün kifayət hesab etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. - 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. - 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 35, 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5596/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.