Məhkəmə qərarları › İş №2-1(103)-334/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-334/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-334/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndələri X5 və X2 iştirakı ilə, İddiaçı RTPS İddiaçıiyinin 38 №-li mağazasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinə (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1369/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı RTPS İddiaçıiyinin 38 №-li mağazası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi hesab vərəqəsindən 4821,20 manat əsas borc, 105,27 manat penya məbləğinin silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 43 ünvanda yerləşən RTPS “GEYİM" Birliyinin 38 №-li Mağazası xx.xx.1992-ci il tarixdə 301 sayla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış, xx.xx.2004-cü il tarixdə (VÖEN: **********) Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 2 saylı Filialında qeydiyyata alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 43 ünvanda yerləşən RTPS “GEYİM" Birliyinin 38 №-li Mağazasının yerləşdiyi daşınmaz əmlak hərracda satıldığından, həmin tarixdən, yəni xx.xx.2017-ci il tarixdə fəaliyyətini dayandırmış və bu haqda aidiyyəti vergi orqanına rəsmi məlumat verilmişdir. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə X18 İdarəsi cavabdeh “RTPS Geyim Birliyinin” 38 №-li mağazasına qarşı 3911,45 manat (əsas borc 3111,20 manat, penya 800,25 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Narazı tərəfin verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı ilə Bakı Apellyasiya Məhkməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Sonradan Azərbaycan Respublikası İN yanında DVX-nin Bakı şəhəri X15 üzrə Baş İdarəsi (əvvəlki adı Azərbaycan Respublikası VN yanında Bakı şəhəri X15 Departamenti) tərəfindən RTPS İddiaçıiyinin 38 saylı Mağazasının dövlət büdcəsinə 101,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 4926,48 manat borcun ödənilməsini təmin etmək üçün icra orqanın rəhbəri, xx.xx.1963- cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X3 ölkədən getmək hüququnun vergi öhdəliklərinin tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmasına dair iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda məhkəmə qərarından narazı qalan tərəfin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İş materiallarından göründüyü kimi, iddianın qaldırıldığı dövrdə qüvvədə olan qanunvericilik iddiaçı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yalnız qanunun müəyyən etdiyi müddətlərdə və qaydada borcun tələbi vəzifəsini təsbit etmiş, lakin onun tərəfindən həmin qanunların tələbləri pozulduğundan iddia tələbi üzrə normaların tətbiqinə hüquqi don geyindirmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İN yanında DVX-nin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən isə qanun normaları kobud şəkildə pozularaq, müəyyən edilmiş müddətlərdə və qaydada qərar və bildiriş vermək əvəzinə "guya borclunun məlumatlandırılması” barədə sadəcə “görüntü üçün", nə qeydiyyat nömrəsi, nə də qeydiyyat tarixi təqdim etmə prinsipinə zidd şəkildə, borcun yaranma tarixi göstərilmədən, beləliklə də tələbin müddəti ötürülməklə, yanlış olaraq dövlət büdcəsinə xx.xx.2021-ci il tarixə ümumilikdə 5027,76 manat borcun yaranmasına dair xəbərdarlıq təqdim etmişdir. xx.xx.2019-cu il tarixli **********021600 saylı və xx.xx.2019-cu il tarixli **********348900 saylı bildirişlərin qanunla müəyyən edilmiş təqdim edilməsi barədə məlumatlar isə yalan və iftiralardan başqa bir şey deyildir. Bununla bağlı “borcun yaranma səbəbləri, yaranmış borcların silinməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması” barədə Azərbaycan Respublikası İN yanında DVX-nə edilmiş xx.xx.2022-ci il tarixli müraciətə, vergi orqanı tərəfindən mücərrəd və “süni şəkildə yaradılmış problemin” hər hansı şəkildə həllinə yönəldilməyən, bilərəkdən hüquq müstəvisində həllinə nail olmasına maneələr yaratmaqla əsassız və qanunsuz cavab verilmişdir. Beləliklə, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” qanunun müddəaları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən göstərilən yerinə yetirilmiş və istinad edilən xüsusatlar tamamilə qanunsuz və əsassızdır. Bundan başqa, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş metodların hansından istifadə etdiyi, ümumiyyətlə, qərarı hansı əsaslı və mötəbər sübutlara istinad edərək qəbul etdiyi bəlli deyil. Ümumilikdə qəbul edilmiş prinsip və qaydalara zidd şəkildə aparılmış araşdırma və bunlara istinadən qəbul edilmiş qərarlar özü-özlüyündə qanunsuz hesab olunur. Qərardan müəyyən edildiyi kimi vergi orqanının analoji fəaliyyətə istinad etmə metodundan istifadə edərək belə bir qərar qəbul etdiyi qənaətinə gəlinir. Halbuki, vergi orqanı belə metoddan digər imkanlar tükəndikdə istifadə etməlidir. Buna qədər isə vergi orqanı ilk növbədə sənədlərin və məlumatların təqdim edilməsi tələbi ilə vergi ödəyicisinə sorğu göndərməli, əgər qanunla müəyyən edilmiş müddət ərzində vergi ödəyicisi tərəfindən sorğu cavablandırılmazsa, digər metodlardan istifadə etməlidir. Bununla belə, vergi orqanı Vergi Məcəlləsinin 65.1-ci maddəsini əsas tutaraq borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmişdir. Qeyd olunan bu məsələ Vergi Məcəlləsinin 67.4-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Eyni zamanda cavabdeh Vergi Məcəlləsinin 24.0.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəni (vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək) yerinə yetirməmişdir. Belə olan halda iddiaçının vergi orqanına təqdim edəcəyi izahata və yaxud sənədlərə qiymət vermədən cavabdeh vergi orqanının gəldiyi nəticə tutarlı sübutlara istinad edilmiş hesab oluna bilməz. Beləliklə, sadalanan hallardan aydın şəkildə görünür ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanı vergi yoxlamasının həyata keçirilməsi nəticəsində mübahisələndirilən qərar əsasında iddiaçıya əlavə vergi məbləğinin hesablamasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlər mövcud deyildir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-1369/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, RTPS İddiaçıiyinin 38 №-li mağazasının şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 4821,20 manat əsas borc, 105,27 manat penya məbləğinin silinməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin ikinci hissəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının 2.3-cü bəndində Qanunun 18-ci maddəsinin ikinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi (hazırda Dövlət Vergi Xidməti) nəzərdə tutulur. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir. RTPS "Geyim" Birliyinin 38 №li mağazasının xx.xx.2019-cu il tarixə saldo keçən “Sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsi”nə əsasən 4821,20 manat sosial sığorta haqları üzrə, 105,27 manat isə penya borcu mövcuddur. Həmin borc sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi səlahiyyətinin (xx.xx.2019-cu il tarixdən etibarən) vergi orqanına həvalə edilməsindən əvvəl yaranmışdır. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Araşdırma zamanı məhkəmə borc məbləğinin yaranma tarixi və əsasları barədə məlumatın təqdim edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli sorğu ilə adı çəkilən quruma müraciət etmiş, üçüncü şəxs tərəfindən xx.xx.2023-cü il tarixli məktubla sorğu cavablandırılmışdır. Bununla belə, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən öz qərarında qeyd etmişdir ki, «məhkəmə araşdırması zamanı istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun ödənilməsi ilə bağlı informasiya sisteminə məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, lakin borcun yaranma əsaslarına dair sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır». Qeyd olunana münasibətdə bildirirlər ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-53842/2023 nömrəli məktubunda Fondun elektron məlumat bazasında olan məlumatlara əsasən RTPS “GEYİM" birliyinin 38№-li mağazasının 2018-ci ilin 1 oktyabr tarixinə MDSS üzrə 4821,20 manat, maliyyə sanksiyaları və inzibati cərimə üzrə isə 103,28 manat olmaqla, ümumilikdə 4924,48 manat borcu qaldığı bildirilmiş və həmin borcun açıqlaması barədə cədvəl əlavə olunmuşdur. Cədvəldən də göründüyü kimi, 2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçıya məcburi dövlət sosial sığorta haqqları üzrə cəmi 7102,53 manat hesablama aparılmış, bu hesablamalardan 845,40 manat ödənilmiş, habelə 1332,64 manat hissəsi isə silinmişdir. Silinmə ilə bağlı qeyd edirlər ki, Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042- VQ nömrəli Qanununa əsasən iddiaçının 2015-ci il 1 yanvar tarixinə olan penya və maliyyə sanksiyası üzrə 160,38 manat borcu 2018-ci il 13 iyun tarixində tam şəkildə, eyni zamanda müəssisə tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində penya və maliyyə sanksiyası üzrə olan borcun 10%-i ödənildiyindən adı çəkilən Qanuna əsasən 90% penya borcu, yəni 1172 manat 26 qəpik 2018-ci il 13 iyun tarixində silinmişdir. Beləliklə, vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən saldo ilə keçən və xx.xx.2019-cu il tarixə dövlət sosial sığorta haqları üzrə borcu ümumilikdə 4924,48 manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə 4821,20 manat əsas borc və 103,28 manat penya borcu mövcuddur. Təqdim edilmiş cədvəldə iddiaçıya 2012-2018-ci illər ərzində hesablanmış sosial sığorta haqqı məbləğləri öz əksini tapmış olduğu halda, birinci instansiya məhkəməsi borcun yaranma əsasları barədə məlumatın mövcud olmaması kimi qiymətləndirmişdir. Halbuki mübahisələndirilən məbləğin mövcudluğu, hansı dövrlərdə hesablanması kimi iddia tələbinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən faktlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq məktubu ilə tam sübut edilir. Hal-hazırda iş materiallarında mövcud olan sənədlər belə iddiaçının iddia tələbinin əsassız olduğu qənaətinə gəlmək üçün yetərli olduğu halda, birinci instansiya məhkəməsi işin obyektiv araşdırılması, zərurət yaranacağı təqdirdə aparılmış hesablama ilə bağlı əlavə sübutların təqdim edilməsi barədə qanunvericiliyin imkan verdiyi hədlər çərçivəsində öz imkanlarından istifadə etməmişdir. Eyni zamanda həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana qarşı iddia qaldıraraq şəxsi hesab vərəqəsindən 4821,20 manat əsas borc, 105,27 manat penya məbləğinin silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında göstərmişdir ki, RTPS İddiaçıiyinin 38 №-li nağazasının xx.xx.2019-cu il tarixə saldo keçən “Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsi”nə əsasən 4821,20 manat sosial sığorta haqları üzrə, 105,27 manat isə penya borcu mövcuddur. Belə ki, həmin borc sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi səlahiyyətinin (xx.xx.2019-cu il tarixdən etibarən) vergi orqanına həvalə edilməsindən əvvəl yaranmışdır. Bununla yanaşı, xx.xx.2019-cu il tarixə sosial sığorta haqları üzrə borcu olan vergi ödəyiciləri barədə məlumatlar üçüncü şəxs tərəfindən cavabdeh orqana rəsmi qaydada təqdim edilmişdir. Üçüncü şəxs bildirmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemində “X12”da RTPS İddiaçıiyinin 38 nömrəli mağazasının xx.xx.2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 4821,20 manat sanskiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 103,28 manat olmaqla ümumilikdə 4924,48 manat üçüncü şəxsə borcu yaranmışdı. Bu barədə sübut Bakı İnzibati Məhkəməsinə təqdim edilsə belə, məhkəmə iddiaçının mövqeyindən çıxış edərək borcun yaranma səbəbinin göstərilməməsini əsas gətirərək iddianı təmin etmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat)" altsistemində “X12"da RTPS “Geyim" Birliyinin 38 nömrəli mağazasının 1 oktyabr 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 4821,20 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 103,28 manat olmaqla ümumilikdə 4924,48 manat Fonda borcu qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri X10 və X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətlərinin təmin edilməməsini, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Bununla əlaqədar məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2019-cu il tarixdən əvvəlki dövrdə yaranmış 4821,2 manat əsas borcun, 105,27 manat penya məbləği vergi orqanına inteqrasiya edilmiş və şəxsi hesab vərəqəsinə işlənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla sığortaedən RTPS İddiaçıiyinin 38 №-li mağazası (VÖEN **********) tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilədək olan dövrlər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabat məlumatlarından görünür ki, ödənilmiş və silinmiş məbləğlər nəzərə alınmaqla sığortaedənin 4821,20 manat MDSS haqqı və 103,28 manat maliyyə sanksiyaları (o cümlədən penya) olmaqla cəmi 4924,48 manat borcu vardır. Həmin məktubla iddiaçının 2012-ci ilin İV rübü, 2013-cü il İ-İV rübü, 2014-cü ilin İ-İV rübü, 2015-ci ilin İ-İV rübü, 2016-cı ilin İ-İV rübü, 2017-ci ilin İ-İV rübü, 2018-ci ilin İ-İİİ rübü üzrə məcburi dövlət sosial sığorta üzrə rüblük hesabatlar məhkəməyə təqdim edilmişdir. Həmin hesabatlar iddiaçı tərəfindən elektron qaydada təqdim edilmişdir. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti. 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 3-cü maddəsinə əsasən sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi sosial sığortanın prinsiplərindən biridir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. xx.xx.2018-ci ildə qəbul edilmiş (421 nömrəli) və xx.xx.2019-cu ildən qüvvəyə minmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.4-cü bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır. 2.0-ci maddəsinə əsasən fərdi uçotun məqsədləri aşağıdakılardır: 2.0.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatlardan ibarət informasiya bazasının yaradılması; 2.0.2. əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi; 2.0.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması; 2.0.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarında əks olunmasına nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması; 2.0.5. sığortaolunanlara əmək pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi; 2.0.6. hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə sığortaçıya daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması. 3.0-cü maddəsinə əsasən fərdi uçot aşağıdakı prinsiplər əsasında təşkil edilir: 3.0.1. dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması; 3.0.2. hər bir sığortaolunanın özü barəsində sığortaçıda olan fərdi uçot məlumatlarını əldə etməsi; 3.0.3. sığortaolunanlar barədə məlumatlardan əmək pensiyası təyinatı və qanunvericilikdə nəzərdə tutulan digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün istifadə olunması; 3.0.4. bu Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulan informasiya bazasından sığortaçının razılığı olmadan digər məqsədlər üçün istifadənin yolverilməz olması; 3.0.5. sığortaolunanın dövlət sosial sığorta sistemində uçota alındığı vaxtdan fərdi uçotun həyata keçirilməsi. xx.xx.2018-ci ildə qəbul edilmiş və xx.xx.2018-ci ildən qüvvəyə minmiş «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 3-cü maddəsinə əsasən bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı RTPS İddiaçıiyinin 38 №-li mağazasının məcburi dövlət sosial sığorta haqqı üzrə 4821,20 manat, maliyyə sanksiyaları (o cümlədən penya) üzrə 105,27 manat borcu mövcuddur. Hazırda iddiaçı həmin borcun silinməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf uzun müddət fəaliyyət göstərmədiyini, hazırda ondan tələb edilən borcunun olmamasını, bu borcun ona əsassız hesablandığını bildirsə də, Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə təqdim edilmiş hesabat məlumatlarından görünür ki, sığortaedən (iddiaçı) RTPS İddiaçıiyinin 38 №-li mağazası tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilədək olan dövrlər üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmiş, həmin hesabat məlumatlarına əsasən də mübahisələndirilən borc məbləği hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən 2012-ci ilin İV rübü, 2013-cü il İ-İV rübü, 2014-cü ilin İ-İV rübü, 2015-ci ilin İ-İV rübü, 2016-cı ilin İ-İV rübü, 2017-ci ilin İ-İV rübü, 2018-ci ilin İ-İİİ rübü üzrə məcburi dövlət sosial sığorta üzrə rüblük hesabatlar təqdim edilmişdir, həmçinin həmin hesabatlar iddiaçı tərəfindən elektron qaydada təqdim edilmişdir. Təqdim edilmiş hesabatlara əsasən qeyd olunan dövrlər üzrə müvafiq ödəmələr nəzərə alınmaqla və qanunvericiliyin tələblərinə uyğun olaraq silinmələr həyata keçirilməklə hazırda mübahisələndirilən borc məbləği hesablanmışdır, lakin bu günədək iddiaçı tərəfindən ödənilmir. Göründüyü kimi, iddiaçı ondan tələb edilən borcunun olmamasını, bu borcun ona əsassız hesablandığını bildirsə də, hazırda mübahisələndirilən borc iddiaçıya məhz onun göstərilən dövrlərdə hər rüb üzrə elektron qaydada təqdim etdiyi məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən hesablanmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinin tələblərinə əsasən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların silinməsinə yol verilmir. Qeyd olunan normada həmin borcların silinməsi istisna edilmişdir. Bundan başqa, işçilərin pensiya və digər sosial təminat hüquqlarının həyata keçirilməsi (pensiyanın təyin edilməsi, məbliğ və sair) məcburi dövlət sosial sığorta haqqının ödənilməsi və onun məbləği ilə əlaqədar olduğu üçün məcburi dövlət sosial sığorta haqqı üzrə borcların silinməsi həmin hüquqların pozulmasına səbəb olar. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən borcun silinməsi tələbi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1369/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar