Məhkəmə qərarları › İş №2-1(103)-334/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-334/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-334/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X7 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-5428/N24 saylı, xx.xx.N24-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sağlamlığının bərpasını, eləcə də bu müddət ərzində keçirdiyi psixoloji və mənəvi zərərin müqabilində ona dövlət vəsaiti hesabına on min manat məbləğində təzminat ödənməsi haqqında qərar çıxarılması xahiş edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmət Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayonu idarəsi tərəfindən xx.xx.N23-cü ildə hərbi xidmətə çağırılmışdır. Müayinə aktı ilə qeydiyyatda olduğu poliklinikadan tibbi müayinədən keçdiyi zaman ayağında yastıdabanlıq aşkar edilmişdir. Yastıdabanlığın dərəcəsini müəyyən etmək üçün hərbi komissiya dəfələrlə müraciət etməyinə əhəmiyyət verməyərək, iddiaçını hərbi xidmətə yararlı sayıb xx.xx.N23-cü ildə hərbi hissəyə yola salmışdırlar. Xidmət dövründə ayağında şişkinlik və ağrılar şiddətlənmişdir. Andiçmə mərasimində sırada ola bilməmişdir. Bu vəziyyəti görən valideynləri Müdafiə Nazirliyinə və Quru Qoşunları komandanlığına xx.xx.N23-cü il tarixində məktub ünvanlamışdır. Buna əsasən onu xx.xx.N23-cü il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına hərbi-həkim komissiyasına yönləndirmişdirlər. Müayinə zamanı iddiaçının hərbi xidmətə yararsız olduğu aşkar edilmiş və 10898 nömrəli xəstəlik haqqında tibbi şəhadətnamə təqdim edilmişdir. Komissiyanın qərarı xx.xx.N23-cü ildə təsdiq olunmuşdur. Komissiyanın qərarına əsasən xx.xx.N23- cü ildə ordu sıralarından təxris olunmuşdur. Beləliklə, xəstə ola-ola iddiaçı 4 ay hərbi xidmətdə olmuşdur. Çoxsaylı sıra təlimləri onun sağlamlığına həm fiziki, həm mənəvi, həm də maddi zərər vurmuşdur. Görmə qabiliyyəti zəifləmiş, çəkisi kəskin azalmış, ayağındakı ağrılar şiddətlənmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində qeydiyyatda olan hərbi vəzifəli xx.xx.N02-ci il təvəllüdlü İddiaçı N23-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar olaraq hərbi həkim komissiyasını keçmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin ç bəndi ilə MD-3 hərbi xidmətə yararlı hesab olunmuşdur. İddiaçı adı “Tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış, çağırışçıların dəqiqləşdirilmiş siyahısı”na salınaraq xidmətin aparatına təqdim olunmuşdur. Bundan sonra o, xidmət rəisinin sərəncamı ilə N1 saylı komandaya təyin edilmiş və xx.xx.N23-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq N1 saylı komandaya təhvil verilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.N23-cü il tarixli göndərişinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”, “ümumi xəstəlikdir” qərarı ilə şəhadətləndirilmiş və 10898 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.N23-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis edilmişdir. Qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi tərəfindən İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə çağırılmasında heç bir qanuna uyğunsuzluğa yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini əsassız və qanunsuz hesab edir, iddianın rədd edilməsi barədə qərar çıxarmağı məhkəmədən xahiş edir. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində Cavabdeh nəzərə alınmasını xahiş etmiş, məhkəmənin hazırki iş üzrə xx.xx.N24-cü il tarixli Qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl olan cavabdeh Azərbaycan Respublikası Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin maddi zərərə görə 4000 manat, mənəvi zərərə görə 6000 manat kompensasiyanın ödənilməsi kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.N24-cü il tarixli Qərardadı ilə iddia tələbi “maddi zərərə görə 4000 manat, mənəvi zərərə görə 6000 manat məbləğin Cavabdehndən tutulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-5428/N24 saylı, xx.xx.N24-cü il tarixli qərarı ilə ddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.N23-cü il tarixdə hərbi xidmətə çağırılması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərəkətləri qanunsuz hesab edilmiş, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən 1600 manat məbləğində maddi zərər və 1000 manat məbləğində mənəvi zərər tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(N2)-5428/N24 saylı, xx.xx.N24-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.N23-cü il tarixli Çağırışçının uçot kartasına əsasən İddiaçı 68ç hərbi xidmətə yararlı hesab edilmişdir. - N oktyabr N23-cü il tarixli, 10898 nömrəli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən İddiaçı N nömrəli hərbi hissənin komandirinin xx.xx.N23-cü il tarixli, N nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: qanın ümumi kliniki analizi (xx.xx.N23): Hgb-149q/l, Leyk7,64x109/l, RBC-5,18x106/l, EÇS-8 mm/saat. Qanda (xx.xx.N23): HbsAg-mənfi (-) mənfi, Anti-HCV İgG-mənfi (-), QİÇS-1HİV 1+2-mənfi (-), Sifilis Screen mənfi (-). Sidiyin ümumi analizi (xx.xx.N23): xüsusi çəkisi-l015, rəngi-sarı, reaksiyası-turş, zülal-yoxdur, şəkəryoxdur. EKQ (xx.xx.N23): sinus ritmi, ÜEO şaquli vəziyyətdir. Abdominal USM (xx.xx.N23): mədəaltı vəzi, böyrəklər, dalaq, öd kisəsi, qaraciyər patologiyasızdır. Sidik kisəsi boşdur. DQOF (xx.xx.N23): ürək, ağciyərlər norma daxilindədir. Hər iki pəncənin Rsı (xx.xx.N23); Sağ pəncə L=168 mm, a=159°, H=16 mm, Sol pəncə L-163 mm, a-152° H-N mm Sağ pəncənin üçüncü dərəcəli, sol pəncənin ikinci dərəcəli boylama yastıayaqlılığı var. aşıq-qayıqvari oynaqlarda osteoartroz birinci mərhələdə var. Diaqnoz Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış, sağ ayağın İİİ (üçüncü) sol ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı. Hər iki gözün miopiyası M 2, OD nəticəsində görmə itiliyinin 0.6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Vazomotor rinit. Xroniki tonzillit, kompensə olunması müəyyən edilmişdir. Ümumi xəstəlikdir. “Xəstəliklər cədvəli”nin 68c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. - SX seriyalı ******* nömrəli hərbi biletin Qeydiyyat Kartasına əsasən Ağayev X2 rayon çağırış komissiyası tərəfindən maddə 68ç A-3 h/x yararlı sayılaraq xx.xx.N23-cü ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.N23-cü il tarixdə N №- li hərbi hissədə hərbi and içmişdir. xx.xx.N23-cü ildə AR MN MHP-nın HHK-sı tərəfindən xəstəliklər cədvəlinin İİ qrafası 68C maddəsinə (AR NK-nin xx.xx.N08-ci il tarixli 59 №-li qərarı) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. xx.xx.N23-cü il tarixdə SQ-dən ehtiyata buraxılmışdır (tərxis edilmişdir) (Əsas: AR MN-nin xx.xx.N08-ci il 123 №-li əmri). - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N1 nömrəli hərbi hissə tərəfindən ünvanlanan xx.xx.N23-cü il tarixli, N3N nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı 17 oktyabr N23-cü il tarixdə hərbi xidmətə yararlılıq dərəcəsinin təyin olunması üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasına təqdim olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N1 nömrəli hərbi hissə tərəfindən ünvanlanan xx.xx.N23-cü il tarixli, 12817 nömrəli məktubda qeyd olunmuşdur ki, X1 Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı əsasında xəstəliyi ilə əlaqədar olaraq Ordu sıralarından təxris olunmuşdur. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.N24-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı Yasamal rayon idarəsi tərəfindən N23-ci ilin iyul çağırışına cəlb edilərək xx.xx.N23-ci il tarixdə Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinə təhvil verilmişdir, lakin həmin Nazirliyin Mərkəzi Hərbi Poliklinikasın hərbi-həkim komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək hərbi xidmətdən vaxtından əvvəl tərxis edilmişdir. Müayinələri əhatəli şəkildə təşkil etmədiklərinə görə Yasamal rayon idarəsinin aidiyyəti tibb personalı haqda tədbir görülməsi üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin qarşısında vəsatat qaldırılmışdır. Müraciətdə göstərilən məsələ ilə bağlı kompensasiyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.N23-cü il tarixli məktubda bildirilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il N may tarixli 296-İQ nömrəli Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinə əsasən sığortaolunanın həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə hərbi xidmətə yararsız hesab edilərək xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi, habelə hərbi xidmətdə olduğu zaman ağır, az ağır, yüngül xəsarət alması sığorta hadisələri hesab edilir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçının xəstəliyi Qanunun 5-ci maddəsi ilə müəyyən edilmiş hər hansı müvafiq hala uyğun gəlmədiyindən, sığorta hadisəsi hesab edilmədiyi üçün sözügedən Qanunun 8.1.3-cü maddəsinə əsasən iddiaçıya sığorta ödənişinin verilməsi mümkün hesab edilmir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.N24-cü il tarixli, 01/24 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.N22- ci il tarixindən xx.xx.N23-cü il tarixinədək Supertoys MMC-də Sosial Media Marketinq mütəxəssisi vəzifəsində çalışıb. Supertoys MMC-nin XN uyğun olaraq əmək haqqı 400 (dörd yüz) manat məbləğində təşkil etmişdir. - İddiaçı məxsus hərbi biletin əslində məhkəmə iclasında baxış keçirilmiş və hərb biletin surəti iş materiallarına əlavə olunmuşdur. İddiaçı SHXÇDX-nin Bakı şəhəri Yasamal rayon komissiyası tərəfindən maddə 68ç A-3 h/x yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və 25 iyul N23-cü il tarixdə hərbi hissəyə təhvil verilmişdir. xx.xx.N23-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N08-ci il tarixli 123 №-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Yasamal Rayon idarəsinə göndərilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.2. sağlamlıq vəziyyətinə görə; N.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Hazırkı işin hallarından görünür ki, İddiaçı N23-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar olaraq hərbi həkim komissiyasını keçmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin ç bəndi ilə MD-3 hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və 26 iyul N23-cü il tarixdə hərbi hissəyə təhvil verilmişdir. Lakin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasın hərbi-həkim komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək hərbi xidmətdən vaxtından əvvəl tərxis edilmişdir. Həmçinin işin birinci instansiya icraatı zamanı iddiaçının nümayəndəsi (atası) izahatında qeyd etmişdir ki, xx.xx.N23-cü il tarixdə andiçmə mərasimində getdikdə oğlunun (iddiaçının) andiçmə sıralarında olmadığı, bunun səbəbinin isə ayağındakı şiddətli ağrılar və şişkinlik olduğunu müəyyən etmişdir. Bu barədə N1 №-li hərbi hissə komandirinə müraciət etdikdən sonra oğlu (iddiaçı) Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasına dəvət olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyası tərəfindən iddiaçının “hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməsi barədə qərar xx.xx.N23-cü il tarixdə qəbul edilsə də, İddiaçı 1 ay sonra xx.xx.N23- cü il tarixdə hərbi hissədən tərxis olunmuşdur. Göründüyü kimi işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmamış, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib olmamışdır. Tələb olunan maddi zərər məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.N24-cü il tarixli, 01/24 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.N22-ci il tarixindən xx.xx.N23-cü il tarixinədək Supertoys MMCdə Sosial Media Marketinq mütəxəssisi vəzifəsində çalışıb və Supertoys MMC-nin XN uyğun olaraq əmək haqqı 400 (dörd yüz) manat məbləğində təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində hərbi xidmətdə olduğu dövr (4 ay) ərzində məhrum qaldığı əmək haqqı məbləği (1600 manat) iddiaçıya maddi zərər kimi ödənilməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.N08-ci il tarixli qərarı: “... 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel NN-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir... Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-5428/N24 saylı, xx.xx.N24-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-5428/N24 saylı, xx.xx.N24-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, N93cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar