Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3342/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən təkrar İİ dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Mirzəyevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən təkrar İİ dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6479/2022 saylı 17 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya ilk dəfə xx.xx.2014-cü il tarixli göndəriş əsasında 1 il müddətinə, sonradan xx.xx.2015-ci il tarixli göndəriş əsasında 1 il müddətinə, daha sonra xx.xx.2016-cı il tarixdə beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonradan iddiaçı əlillik müddətinin başa çatması ilə əlaqədar onun əlillik vəziyyətinin təkrar müəyyən olunması üçün Bakı şəhər 4 nömrəli şəhər poliklinikasına müraciət etmişdir. Poliklinika tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0100003AADFL saylı göndərişdə “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: TSEK-ə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz İ25.2 Əvvəllər keçirilən miokard infarktı, Miokrad-infarktdan sonrakı kardioskleroz (2013-cü il) Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30) Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], tez-tez baş verən hipertonik krizlərlə İİİ mər Risk İV Yanaşı xəstəliklər K80.0 Kəskin xolesistitlə birgə öd kisəsi daşları, Yanaşı xəstəliklər H52.4 Presbiopiya, Yanaşı xəstəliklər F48.0 Nevrasteniya qeyd olunmuşdur. 0100003AADFL saylı xx.xx.2021-ci il tarixli göndəriş üzrə Tibbi Sosial Ekspert Komissiyasının cavabında İddiaçı əlilliyin təyin olunmadığı qeyd olunmuş və imtina edilmənin səbəbi kimi “əlavə müalicəyə ehtiyacın olması; sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicənin yetərli olmadığı (2013-2021-ci illər ərzində 11 gün), müalicəni ixtisaslamış stasionarda davam etdirmək qərarı verildiyi” qeyd olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən təkrar İİ dərəcə əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə Naxçıvan MR Şərur rayonunda doğulmuşdur. Uzun illər bundan öncə səhhətində yaranmış narahatçılıqlarla əlaqədar uzunmüddətli müayinələrdən keçmiş və müalicələr almışdır. Səhhətindəki yaranmış narahatçılıqlarla bağlı almış olduğu müalicələr tam şəkildə sağalmağına imkan vermədiyindən, ona xx.xx.2014-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin müddəti 1 il olmaq üzrə müəyyən edilmiş və diaqnoz olaraq “ÜİX.Gərginlik Stenokardiyası ll-lll F.S. İİ X3 QDÇ-İİ Dərəcə” qeyd olunmuşdur. Həmin əlillik müddəti bitdikdən sonra yenidən müayinədən keçdikdən sonra əlillik müddəti ilk dəfə 1 il, daha sonra isə xx.xx.2016-cı il tarixdə yenidən 5 il müddətinə artırılmışdır. Sonuncu təyinat zamanı ona təyin olunmuş diaqnoz “ÜİX. Gərginlik Stenokardiyası İİİ fs. ÜÇ-Ğ İİ fs. Hipertoniya Xəstəliyi İİİ mərhələ Nevrasteniya” qeyd olunmuşdur. 2021-ci ilin oktyabr ayında təyin olunmuş əlillik dərəcəsinin müddəti bitdiyindən yenidən Forma 88 göndərişinin tərtib edilməsi üçün qeydiyyatda olduğu 4 №-li şəhər Poliklinikasına müraciət etmişdir. Həmin müraciəti əsasında Poliklinika tərəfindən xx.xx.2021-ci il tarixdə 0100003AADFL №-li Forma 88 tərtib edilərək TSERAS sisteminə elektron qaydada yüklənmişdir. Adıçəkilən Forma 88 göndərişi cavabdeh inzibati orqan tərəfindən araşdırıldıqdan sonra əlillik təyinatından imtina edilmişdir. İmtinanın səbəbi kimi aşağıdakılar qeyd olunmuşdur: “Əlavə müalicəyə ehtiyacın olması. Sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicə yetərli deyil (2013-2021-ci illər ərzində 11 gün). Müalicəni ixtisaslaşmış stasionarda davam etdirmək qərarı verilir. Hesab edir ki, cavabdeh inzibati orqanın barəsində qəbul etdiyi qərar qanuni olmadığından ləğv edilməli və ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Belə ki, cavabdeh inzibati orqan öz imtinasını yalnız stasionar müalicənin yetərli olmaması ilə əsaslandırmışdır. Halbuki cavabdeh inzibati orqan onun müraciətini ilkin əlillik yox, təkrar əlillik təyinatı olduğunu nəzərdən qaçırmışdır. Xidmət tərəfindən onun hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 1 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ü.İ.X. gərginlik stenokardiyasi İİ f.s. hipertoniya xəs-yi İİ mər. tez-tez ağrı tutmalari ilə. Aterosklerotik kardioskleroz.. .q.d. çat-ği. İİ dər; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: Ü.İ.X. qərginlik stenokardiyasi İİ f.s. hipertoniya xəs-yi İİ mər. tez-tez ağrı tutmalari ilə. Aterosklerotik kardioskleroz.. .q.d. çat-ği. İİ dər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibbi sanitar hissənin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] =>120.8 Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Gərginlik stenokardiyası İİİ fs. ÜÇ-ğı İİ fs. Hipertoniya xəstəliyi İİİ mər. Nevrasteniya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX.Gərginlik stenokardiyası İll fs.ÜÇ-ğı İİ fs.Hipertoniya xəstəliyi İİİ mər. Nevrasteniya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 4 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0100003AADFL saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: TSEK-ə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz İ25.2 Əvvəllər keçirilən miokard infarktı, Miokrad-infarktdan sonrakı kardioskleroz (2013-il) Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30) Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], tez-tez baş verən hipertonik krizlərlə İİİ mər Risk İV Yanaşı xəstəliklər K80.0 Kəskin xolesistitlə birgə öd kisəsi daşları, Yanaşı xəstəliklər H52.4 Presbiopiya, Yanaşı xəstəliklər F48.0 Nevrasteniya; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər stasionar müalicə yetərli deyil. (2013-2021-ci illər ərzində 11 gün). Müalicəni ixtisaslaşmış stasionarda davam etdirmək qərari verilir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6479/2022 saylı 17 avqust 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı İİ qrup əlillik dərəcəsiin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İddiaçı Forma 88 arayışında mütəxəssis həkim kordioloq tərəfindən 125.2 əvvəllər keçirilən miokar infarktı, miokard-infarkdan sonrakı kardioskleroz (2013) qeyd edilsə də. xəstənin klinik vəziyyəti təsvir edilməmiş, xəstənin vəziyyəti ağır qeyd edilsə də, dinamikada pisləşmə ilə bağlı heç bir qeyd aparılmamış və bio-kimyəvi müayinələrdə ürək əzələsində də qaraciyərdə dəyişiklik səviyyəsi qeyd edilməmişdir. İddiaçı 2013-cü ildən xəstə olmasına baxmayaraq 2021-ci ilə qədər, yəni 8 il ərzində heç bir ixtisaslaşmış tibb müəssisəsində stasionar müalicədə olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 2.5-ci bəndinə göndərişlər görə həmin qaydaların 2.3cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. İddiaçının ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Naziriər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq həyata keçirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, İddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixdə imtina etmişdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyətinə gəldikdə isə hazırki işin hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixli göndəriş əsasında 1 il müddətinə, sonradan xx.xx.2015-ci il tarixli göndəriş əsasında 1 il müddətinə, daha sonra xx.xx.2016cı il tarixdə beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmış, bundan sonra iddiaçı əlillik müddətinin başa çatması ilə əlaqədar yenidən Poliklinikaya müraciət etmiş, xx.xx.2021-ci il tarixdə eyni diaqnozlarla (xəstəliklərlə) səhiyyə orqanı tərəfindən göndərilmiş Forma 088 göndərişi əsasında əlilliyi qiymətləndirilmiş və “əlavə müalicəyə ehtiyacın olması, sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicənin yetərli olmaması (2013-2021-ci illər ərzində 11 gün), müalicənin ixtisaslaşmış stasionarda davam etdirilməli olması” əsası ilə əlillik dərəcəsinin təyinatından imtina olunmasına dair qərar qəbul edilmişdir. Hazırda iddiaçı sonuncu dəfə əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini və ona həmin tarixdən təkrarən ikinci dərəcə əlillik dərəcəsinin təyin olunmasını istəyir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqanın iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməməsinə, iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etməsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 16 yanvar 2020-ci tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinn 99 saylı 29.08.197-ci il tarixli “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və “İnzibati İcraat haqqında” Qanuna istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Həmin Qaydanın 2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı 470010 saylı arayışına əsasən iddiaçının əlillik vəziyyətinə 1 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ü.İ.X. gərginlik stenokardiyasi İİ f.s. hipertoniya xəs-yi İİ mər. tez-tez ağrı tutmalari ilə. Aterosklerotik kardioskleroz.. .q.d. çatği. İİ dər; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: Ü.İ.X. qərginlik stenokardiyasi İİ f.s. hipertoniya xəs-yi İİ mər. tez-tez ağrı tutmalari ilə. Aterosklerotik kardioskleroz.. .q.d. çatği. İİ dər” səbəbi ilə bir il müddətinə, yəni xx.xx.2015-ci il tarixədək əlillik dərəcəsi verilmişdir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibbi sanitar hissənin xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] =>120.8 Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Gərginlik stenokardiyası İİİ fs. ÜÇğı İİ fs. Hipertoniya xəstəliyi İİİ mər. Nevrasteniya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə məlumatından görünür ki, xx.xx.1964-cü il təvəlllüdlü İddiaçı ümumi xəstəliklə bağlı xx.xx.2016-cı il tarixdə beş il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək ikinci dərəcəli əlillik dərəcəsi təyin olunmuş, əlilliyin müəyyən olunması meyarı: ÜİX.Gərginlik stenokardiyası İİİ fs.ÜÇ-ğı İİ fs.Hipertoniya xəstəliyi İİİ mər.Nevrasteniya.” göstərilmişdir. Sonradan iddiaçı əlillik müddətinin başa çatması ilə əlaqədar onun əlillik vəziyyətinin təkrar müəyyən olunması üçün Bakı şəhər 4 nömrəli şəhər poliklinikasına müraciət etmişdir. Poliklinika tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0100003AADFL saylı göndərişdə “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: TSEK-ə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz İ25.2 Əvvəllər keçirilən miokard infarktı, Miokrad-infarktdan sonrakı kardioskleroz (2013-cü il) Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30) Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], tez-tez baş verən hipertonik krizlərlə İİİ mər Risk İV Yanaşı xəstəliklər K80.0 Kəskin xolesistitlə birgə öd kisəsi daşları, Yanaşı xəstəliklər H52.4 Presbiopiya, Yanaşı xəstəliklər F48.0 Nevrasteniya qeyd olunmuşdur. 0100003AADFL saylı xx.xx.2021-ci il tarixli göndəriş üzrə Tibbi Sosial Ekspert Komissiyasının cavabında İddiaçı əlilliyin təyin olunmadığı qeyd olunmuş və imtina edilmənin səbəbi kimi “əlavə müalicəyə ehtiyacın olması; sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicənin yetərli olmadığı (2013-2021-ci illər ərzində 11 gün), müalicəni ixtisaslamış stasionarda davam etdirmək qərarı verildiyi” qeyd olunmuşdur. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmənin 2-1(112)-6479/2022 saylı 13 aprel 2022-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 168/2022 saylı (ekspertizanın başlanma tarixi 20 aprel 2022-ci il, başa çatma tarixi 04 may 2022-ci il) rəydə qeyd olunmuşdu ki, ekspertlərin nəticəsinə görə, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0100003AADFL №-li TQS 088 saylı tibbi arayışda şəxsin səhhətini əks etdirən “əvvəllər keçirilən miokard infarktı, miokrad infarktından sonrakı kardioskleroz (2013). Ağırlaşma: 120.8-stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla; 150.0- durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30)” diaqnoz kliniki, laborator-instrumental müayinələr əsasında müəyyən olunmuş, xəstəliyin dinamikası, müalicə tədbirləri, səmərəliliyi və proqnozu düzgün əsaslandırılmışdır. Həmin diaqnozda olan əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar son 8 il ərzində şəxsin stasionar müalicəsi olmadığından onun ixtisaslaşmış tibb müəssisəsində stasionar qaydada müayinə və müalicəsi aparılmalı və nəticədən asılı olaraq yeni Forma 088 rəsmiləşdirilməlidir. Bu səbəbdən də onun xəstəliklərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də olubolmaması barədə fikir söyləmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Əsasnamənin 2.2.1-ci bəndinə görə ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33). Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, dövlət səhiyyə müəssisəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq iddiaçıda əlillik müddətinin bitməsindən sonra həmin Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin (əvvəllər keçirilən miokard infarktı, Miokrad-infarktdan sonrakı kardioskleroz (2013-cü il) Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30)) davam etməsi müəyyən edildiyi üçün əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş təqdim olunmuşdur (göndərilmişdir). Məhkəmə tibbi ekspertizasının rəyindən də göründüyü kimi, ekspertiza zamanı iddiaçının canlı müayinəsi keçirilmiş və ekspertlər belə nəticəyə gəlmişlər ki, sonuncunun iş materiallarında olan əlillik vəziyyəti tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli TQS 088 saylı tibbi arayışda şəxsin səhhətini əks etdirən müayinələr əsasında müəyyən olunmuş, xəstəliyin dinamikası, müalicə tədbirləri, səmərəliliyi və proqnozu düzgün əsaslandırılmışdır. Beləliklə, iddiaçıya qoyulmuş “əvvəllər keçirilən miokard infarktı, Miokrad-infarktdan sonrakı kardioskleroz (2013-cü il) Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30)) davam etməsi” diaqnozu adı qeyd edilən Meyarların 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik dərəcəsi təyinatına uyğun gəlir. Məhkəmənin keçirdiyi ekspertiza ilə bağlı verilmiş ekspert rəyində iddiaçının diaqnozu bir daha təsdiqlənməklə yanaşı, həmin diaqnoz üzrə ağırlaşmaların da mövcud olduğu qeyd edlilmişdir. Buna baxmayaraq şəxsin həmin ağırlaşmış xəstəlik diaqnozu ilə əlaqədar 8 il ərzində stasionar müalicəsinin olmadığına (cəmi 11 gün) istinad olunaraq onun ixtisaslaşmış tibb müəssisəsində stasionar qaydada müayinə və müalicəsinin aparılması və nəticəsindən asılı olaraq yeni Forma 088-in rəsmiləşdirilməsi göstərilmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina olunarkən işin yuxarıda qeyd olunan halları, o cümlədən iddiaçının müraciətinin ilkin deyil, təkrar əlillik təyinatı ilə bağlı olduğu, qanunvericiliyin (“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.5.3-cü bəndi - əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndəriş verilməsi üçün əsasdır) tələbləri, xəstəliyi ilə bağlı müalicələrə cəlb olunmuş olsaydı belə, bu xəstəliyin müalicəsi olmadığı üçün ötən illər ərzində həmin müalicələrin də heç bir nəticə verməyəcəyi, yəni şəxsin təkrar müayinəsi aparılarkən ona əvvəllər qoyulmuş diaqnozun təsdiq edilməsi ilə yanaşı, vəziyyətində ağırlaşmaların da olması nəzərə alınmamış, odur ki, ona formal, yəni “əlavə müalicəyə ehtiyacın olması, sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicənin yetərli olmaması (2013-2021-ci illər ərzində 11 gün), müalicənin ixtisaslaşmış stasionarda davam etdirilməli olması” əsası ilə təkrar əlillik təyinatından əsassız imtina olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı barəsində tərtib olunmuş tibbi göndərişlərdə onun əsas diaqnozu dəyişməmiş, hətta iddiaçıya qoyulmuş diaqnoz sonuncu dəfə məhkəmə ekspertizası zamanı da öz təsdiqini tapmaqla yanaşı, bu xəstəlik üzrə şəxsin vəziyyətində ağırlaşmaların da olması ekspert tərəfindən göstərilmişdir. Məhkəmə kollegiyası bir daha xüsusilə vurğulayır ki, iddiaçının dəyişməyən xəstəliyi və ötən müddət ərzində ağırlaşmış vəziyyəti ilə bağlı cavabdehə müraciəti “təkrar əlilliyin verilməsi” ilə bağlı olduğu üçün yuxarıda adı çəkilən Qaydanın 1.5.1-ci bəndinə əsasən son bir ildə iddiaçı barəsində ambulator və ya stasionar müalicə müddətlərinə dair tələb məhz bu məqamda iddiaçının ziyanına təfsir və tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki işdə iddiaçının iddia tələbi “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən təkrar ikinci dərəcə əlilliyin təyin olunması” ilə bağlı olsa da, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən qərarının nəticəvi hissəsində yalnız “iddiaçıya ikinci qrup əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı göstərmişdir. Qeyd olunan hal texniki səhv kimi qəbul edilərək, kobud pozuntu hesab olunmadığı üçün Kollegiya hesab edir ki, bu hal ümumilikdə qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Lakin aparılmış məhkəmə araşdırmaları ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, “iddiaçıya təkrar ikinci dərəcə əlilliyin təyin olunması barədə” tələbin təmin olunması özü-özlüyündə həmin əlilliyin təyin olunmasından imtina edilməsi ilə bağlı cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarın ləğv olunmasını zəruri edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 2-1(112)-6479/2022 saylı 17 avqust 2022-ci il tarixli qərarı “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və təkrar ikinci qrup əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılmalı, bununla da cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6479/2022 saylı 17 avqust 2022-ci il tarixli qərarı “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və təkrar ikinci qrup əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3342/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3342/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver