Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3345/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 20 iyul 2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM, m.33.1). İddianın əsaslarına görə xx.xx.1963-cü il təvəllüdlü iddiaçının xüsusilə zərərli iş şəraitində ona 52 yaşından pensiya təyin edilməsi üçün 20 ildən çox ümumi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00-kod altında göstərilən peşəyə uyğun olan “X10” Birliyində 10 ildən çox güzəştli stajı vardır. O, 52 yaşından pensiya təyin edilməsi məqsədi ilə 20 iyul 2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda həmin müəssisədəki fəaliyyəti(işə daxil olma əmri barədə məlumatın Birliyin əmrlər kitabında aşkar edilmədiyi, 1996-cı ildən sonrakı illlərin arxivə təhvil verilmədiyi bildirilərək pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, imtina məktubuna uyğun əsaslarla iddianın rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə xx.xx.2019-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırmamış, qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, ciddi prosessual pozuntulara yol verilmişdir. Belə ki, iddiaçının “X10 Birliyində xx.xx.1987-xx.xx.2005-ci illərdə əmək fəaliyyəti araşdırılarkən, X6 19 dekabr 2022-ci il tarixli məktubuna əsasən Birliyin əmr kitabında işə qəbul əmri aşkar edilmədyi, həmçinin 1996-cı ildən sonrakı dövrə aid əmək haqqı və əmr kitablarının arxivə verilmədiyi aşkar olunmuşdur. Sözügedən xüsusatlar iddiaçının həmin müəssisədə işləməsini şübhə altına alır.İddiaçının həm də 1 yanvar 2006-cı il tarixədək güzəştli stajı da yoxdur. Bundan başqa həmin tarixədək ümumi stajı da 25 ildən az (2 il 1 gün (xx.xx.1982xx.xx.1984) təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.İsayev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, İddiaçı isə “X10 Birliyində əmr kitabından çıxarıların işə əlavə olunduğunu qeyd edərək, həmin əmr kitabının əslini məhkəməyə baxış keçirilməsi üçün təqdim etmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərinı izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı görə dəyişdirilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən «a» bəndi üzrə 52 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «d» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, döktoanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, xx.xx.1963-cü il təvəllüdlü (ş.v.No:******** Asan1, xx.xx.2014) iddiaçının, iş materiallarına əlavə olunmuş 15 aprel 1982-ci il ******* N-li hərbi biletinin və ******* N-li əmək kitabçasınının surətlərinə əsasən xx.xx.2006-cı il tarixinə aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1982-05.1984 Sovet ordusunda hərbi xidmət – 2 il 1 ay 15 gün xx.xx.1987-xx.xx.2005 - X10 Birliyində zəhərli kimyəvi maddələr ambarında fəhlə -17 il 11 ay 07 gün. İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun 20 il 22 gün sığorta sıtajı toplanır ki, həmin stajın da 10 ildən çoxunu, xüsusilə zərərli iş şəraitində - X10 Birliyində zəhərli kimyəvi maddələr ambarında “fəhlə” kimi işlədiyi müəyyən olunur. Lakin cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, X6 19 dekabr 2022-ci il tarixli sorğuya cavab məktubuna istinadən mübahisələndirir ki, Birliyin əmr kitablarında iddiaçının işə daxil olması bparədə əmr aşkar olunmamış, əmr kitabı arxivə təhvil verilmədiyinə görə onun işdən azad olunmasını da müyyən etmək mümkün olmamış, habelə, 1996-cıi ildən sonra əmək haqqı və əmr kitablarının arxivə verilməmişdir ki, bütün bunlar onun həmin müəssisədə işlədiyini şübəhə altına alır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri aşağıdakılara görə əsassızdır. Birincisi, cavabdehin qeyd olunan mövqeyindən belə anlaşılır ki, iddiaçı xx.xx.1987xx.xx.2005-ci illərdə bütövlükdə işləməmiş, avara həyat tərzi keçirmişdir. Halbuki, ən azından, SSRİ dövründə, keçmiş Azərbaycan SSR Cinayət Məcəlləsinin 215-1-ci maddəsi ilə nəzərdə tutulurdu ki, avaralıqla və yaxud tufeyli həyat tərzi sürmə cinayət əmli hesab olunaraq bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə və ya eyni müddətə islah işləri ilə cəzalandırılır. İkincisi, iş mateiallarından görünür ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 07 aprel 2023-cü il trixli cavab məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 241 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir rayon “Kəndtəsərrüfatıkimya” Birliyinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 70 %-i özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. ..."xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla, səhmdar cəmiyyətinin maliyyəttəsərrüfat fəaliyyətindən irəli gələn məsələlər müəssisə tərəfindən sərbəst şəkildə həyata keçirilir...” “X10”Birliyinin isə işə əlavə olunmuş əmr və arayışlarına əsasən isə cavabdehin apellyasiya şikaytinin qeyd olunn dəlillərinin əsassız olduğu öz təsdiqini tapır. Belə ki, işə əlavə olunmuş və hazırkı apellyasiya mərhələsində də baxış keçirilərək müəyinə olunmuş “Şamkir Kənd kimya” Birliyinin “Əmrlər” kitabından çıxarışlara (i.v. 37-42, 51) əsasən müəyyən olunur iddiaçı, ərizəsi əsasında Birliyin 12.Vİİ.-87-ci il tarixli 39 nömrəli əmri ilə zəhərli gübrə ambarına fəhlə kimi qəbul olunmuş, 1987-ci ilin hesabına 17/Vİİ-88-ci il tarixli əmri ilə ona 11.Vİİİ.88-ci il tarixdək məzuniyyət də verilmiş, Əmək Komitəsinin və ÜİHİMŞ-nın 15 dekabr 1982-ci il tarixli 303-No-li qərarına əsasən 58,50 manat məbləğində pul mükafatı da verilmiş, 18/V-2005-ci il tarixdə isə X10 birdyi üzrə həmin Birlik özəlləşdirildiyinə görə, “fəhlə və qulluqçuların fəaliyyətinin dayandırılması və işdən azad olunmaları barədə 25 No-li əmr əmr verilmişdir (Kitabçada qeyd olunan həmin əmrlər “X10” Birliyinin sədri N.Qasımov tərəfindən imzalanmışdır. Şəmkir rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli birinci instansiya məhkəməsinə ünvanlnmış məktubuna və ona əlavə edilmiş sənədlərdən görünür ki, Birliyin sabiq sədri X3 28 oktyabr 2003-cü il tarixdə ölmüşdür.) Digər tərəfdən iş materiallarına əlavə olunmuş işəgötürən - X10 Birliyininin xx.xx.2022-ci il 19/1 nömrəli və xx.xx.2022-ci il tarixli 23 nömrəli (i.v.7,36) arayışlarında qeyd olunur ki: “İddiaçı M.Alllahverdiyev həqiqətən xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X10 Birliyinin ambarında fəhlə işləmişdir. “İşlədiyi dövrdəinsan sağlamlığına təhlükə yaradan zəhərli kimyəvi maddələrlə (fosforüzvi, xlor, pestisid) işləri icra etmişdir. Zəhərli kimyəvi maddələr dedikdə kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinə qarşı mübarizə aparmaq, həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə olunan mineral və ya bitki mənşəli, ya da sintetik-kimyəvi maddələr başa düşülür. Bu maddələrə fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, kükürd və ftor billəşmələri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının Vİİİ “Kimya istehsalatı” bölməsinin 1080A00-17541 kodu altında tam iş günü aşağıda sadlanan, istehsalatlarda, işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərin güzəştli şərtlərlə yaşa görə pensiya hüquqları olduğu göstərilmişdir: - fosfor, fosfor turşuları, onların törəmələri; bütün siniflərin freonları; frigitlər; ftor, onun birləşmələri; ftorxlor üzvü birləşmələr; kimyəvi preparatlar: rezin, kauçuk, kənd təsərrüfatı, bağçılıq, tibbi preparatlar, benzinlər, sürtkü yağı, toz ilə mübarizədə transformator yağı, flotoreagentlər, plastik kütlələr, süni liflər, rəngli, ağ-qara rəngli kinofoto lenti üçün, kino foto sənayesi üçün kağız; bitkilərin, zəhərlərin, qorxudan vasitələr, kimyəvi maddələr, onların əsasında alınan preparatlar; kimya uducular; xlor, onun birləşmələri; xlorvinil, onun polimerləri; polimer kimiləri; sellozolvlar; sian, rodan birləşmələri; sianatlar, diizosianatlar, onların törəmələri; ekstralin; element üzvi birləşmələr; emallar, qiymətli metallardan preparatlar; piy qarışıqlarının həlməşik məhlulları, onların yumşaldıcıları, etil mayesi; zəhərli kimyəvi preparatlar;” (1-ci hissənin 9-cu bəndi ) Beləliklə, iddiaçının X10 Birliyi üzrə kimyəvi maddələr ambarında işlədiyi fəhlə peşəsi 1 nömrəli Siyahının Vİİİ “Kimya istehsalatı” bölməsinin 1080A00-17541 kodu altında göstərilən peşəyə uyğundur. Bundan əlavə, ona zəhərli kimyəvi maddələr ilə işlədiyi üçün maaşdan əlavə ödənişlər həyata keçirilmişdir. X2 güzəştli iş stajı 17 il 07 ay 18 gün təşkil edir...” Eyni zamanda, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş Birliyin hazırkı sədri təfindən imzalanmış, Birliyin xx.xx.2005-ci il tarixli 25 nömrəli əmrindən (çıxarış) görünür ki, Birlik həmin tarixdən özəlləşdirildiynə görə fəhlə və qulluqçuların fəaliyyəti dayandırılaraq işdən azad olunmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, tədqiq olunan sübutlarla müəyyən edilən məlumatları sübut əhəmiyyətli mötəbər məlutamlar kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. “Qayda”nın qeyd olunan tələbindən göründüyü kimi, işəgötürənin arayışı işçinin əmək faliyyətini əks etdirən sənəd kimi qəbul edilir və iş stajının hesablanmasına əsasverici sənəd hesab olunur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının X10 Birliyi üzrə kimyəvi maddələr ambarında fəhlə kimi işlədiyi dövrün onun sığorta stajı kimi nəzərə alınmaması əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin göstərişlərinə əsasən:
1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunun qeyd olunan tələbləri baxımından, ən azından, cavabdeh tərəfindən mübahisələndirilən dövrün iddiaçının əmək stajı kimi nəzərə alınmaması onun hüquqlarını pozmuş olur. Beləliklə də iddiaçının 20 ildən çox ümumi və qeyd olunan stajın yarıdan çoxu 1 nömərili nömrəili Siyahıda nəzərdə tutulan, güzəştli pensiya hüquq verən peşə olduğu nzərə alınmaqla, onun 52 yaşından yəni, xx.xx.2010-cu ildən pensiya hüquq yaranmış olur. Belə olan halda da, Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017ci il tarixinədək qüvvədə olan redaksiyasına görə onun güzəştli şərtlərə pensiya təyinatında, minimum əmək pensiyası təminatın imkan verən pensiya kapitalına malik olması tələb olunmur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının tələb olunan pesiya kapitalının da mövcud olmadığını mübahisələndirən dəlilləri də əsassızdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının 52 yaşından güzətli şərtlərlə yaşa görə pensiya hüququ yaranır. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsi isə qərarından da görünür ki, Qanunun qeyd olunan tələbləriun uyğun olaraq iddiaçıya 52 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması cavabdehə həvalə edilmişdir Məhkəmə kollegiyası, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2155/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin cavabdehin apellyasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmadığını və qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, ciddi prosessual pozuntulara yol verildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 34, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.