Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3346/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9362/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı təyin edilmiş əlilliyin ləğvi barədə qərarın etibarsız hesab edilməsi, Həsən Samil oğlunun əlillik statusunun ömürlük olaraq bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və zərurət yarandığı təqdirdə, məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək hazırkı inzibati iş üzrə orqanizminin funksiyasının 50-60% pozulmasının xx.xx.2024-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 may 2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya üçüncü dərəcəli əlillik təyin edilmişdir (Forma 88 № A00096742PRJ). Diaqnoz: dəqiqləşdirilməmiş anadangəlmə ixtioz, orqanizmin funksiyalarının pozulması 50%, təyinat müddəti isə 30 noyabr 2024-cü il tarixinədək müəyyən edilmişdir. Lakin, heç bir əsaslı tibbi dəyişiklik olmadan və xəstəliyin xroniki xarakterini nəzərə almadan, Həsənin əlillik statusuna xitam verilmişdir. Bu qərar onun mövcud sağlamlıq vəziyyəti və gündəlik həyat fəaliyyətinə ciddi təsir göstərmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan vəsatətdə bildirilir ki, iddiaçının əlillik təyinatı ilə bağlı sonuncu müraciəti Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında yoxlanmış və göndərişin natamam doldurulması səbəbilə tibb müəssisəsinə geri göndərilmişdir. Göründüyü kimi, iddiaçının əlillik vəziyyəti ilə əlaqədar TSEK yekun qərar qəbul edə bilməmişdir. Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2-1(112)-9362/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi təmin edilərək, İddiaçı orqanizmin funksiyalarının 50 faiz pozulmasının xx.xx.2024-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizanın aparılmasını təmin etməmişdir. Həmçinin tibb müəssisəsinin natamam göndərişi səbəbilə yekun qərar qəbul etmək mümkün olmamasını nəzərə almayaraq şəxsin əyani müayinə olunması barədə vəsatətə ümumiyyətlə məhəl qoymamışdır. Bununla məhkəmə mübahisənin məhkəmədən kənar həlli üçün şərait yaratmaqdan imtina etmişdir. Eyni zamanda məhkəmə göndərişin natamam doldurulma səsəbilə tibb müəssisəsinə geri göndərilməsinə və imtina barədə gərar mövcud olmamasına baxmayarag iddiaya məcbuertmə növündə iddia kimi qiymət vermişdir. Həmçinin məhkəmə öz qərarında qeyd edir ki, “Məhkəmə həmin xəstəliklərin hazırda onda olub-olmamasının müəyyən edilməsinə zərurət olduğunu hesab etmir”. Bununla da məhkəmə mövcud məhkəmə praktikasını və qanunvericiliyin normalarını heçə sayaraq öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdəki diaqnozun-XBT kodunun Əsasnamədə mövcud olması heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəlik tibbi müayinələrlə təsdiq edilməlidir ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının xəstəliyi irsi xarakter daşıyır. 2025-ci ildə müvafiq xəstəxanada iddiaçı müayinədən keçmiş və xəstəliyin sağalmaz xəstəlik olduğu bir daha təsdiqlənmişdir. Qarşı tərəf sənədlərdə uyğunsuzluq (natamamlıq) olduğunu bildirsə də, iddiaçının əyani müayinəsi zamanı cavabdeh inzibati orqan tərəfindən sənədlər protokollaşdırılmış elektron sistemə yüklənməmişdir. Xəstəlik iddiaçının vizual görünüşünə də təsir edir. Müəyyən fəsillərdə ağırlaşmalar daha da artır. İddiaçı dərman qəbul etmədən yaşaya bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - İddiaçının əlillik vəziyyətinə TSEK-in xx.xx.2014-cü il tarixində aparılmış ilkin qiymətləndirmə nəticəsində “Diaqnozun mətni: “Anadangəlmə ixtioz”. Meyar: 2. İki il müddətinə:=> Digər: Anadangəlmə anomaliya. X1: XVİİ Sinif – Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 – Digəranadangəlmə anomaliyalar (inkişaf qüsurları) => Q80 – Anadangəlmə ixtioz => Q80.. .” 2 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçının əlillik vəziyyətinə TSEK-in xx.xx.2016-cı il tarixində aparılmış təkrar qiymətləndirmə nəticəsində “Diaqnozun mətni: “Anadangəlmə ixtioz”. Meyar: 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.17. dəri örtüyünün və ya selikli qişanın genişhəcmli zədələnmələri (xoraları, eritrodermiya, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiy.. X1: XVİİ Sinif – Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 – Digəranadangəlmə anomaliyalar (inkişaf qüsurları) => Q80 – Anadangəlmə ixtioz => Q80.. .” 3 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçının əlillik vəziyyətinə TSEK-in xx.xx.2019-cu il tarixində aparılmış təkrar qiymətləndirmə nəticəsində “Diaqnozun mətni: “Anadangəlmə ixtioz”. Meyar: 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.17. dəri örtüyünün və ya selikli qişanın genişhəcmli zədələnmələri (xoraları, eritrodermiya, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiy.. X1: XVİİ Sinif – Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 – Digəranadangəlmə anomaliyalar (inkişaf qüsurları) => Q80 – Anadangəlmə ixtioz => Q80.. .” 3 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçının əlillik vəziyyətinə TSEK-in xx.xx.2023-cü il tarixində aparılmış təkrar qiymətləndirmə nəticəsində “Diaqnozun mətni: “Dəqiqləşdirilmiş Anadangəlmə ixtioz”. Bənd: 12.7.8.1. Meyar: Q80.9 – Əsas Dəri və dəralltı toxumanın xəstəlikləri => Dəri və dərialtı toxumaların vərəmi => İxtioz => Digər orqan və sistemlər cəlb edilməklə yayılmış, kəskinləşmiş proses.” 2 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçının əlillik vəziyyətinə TSEK-in xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində “Diaqnozun mətni: “Digər anadangəlmə ixtioz”. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin”. - Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilən, xx.xx.2024-cü il tarixdə imzalanan C00239003XEF saylı göndərişə əsasən İddiaçı müayinə nəticəsində XBT10 kodu Q80.8 “Anadangəlmə ixtioz” və Q80.8 “Dəqiqləşdirilməmiş anadangəlmə ixtioz” xəstəlikləri aşkar edilmişdir. Həkim müayinələri nəticəsində qeyd olunur: Q80.8 Digər anadangəlmə ixtioz, Uşaq ananın İV hamiləlik, İİ doğuşdandır. Hamiləlik anemiya fonunda keçib. Doğuş normal olub. Çəki 3.900 qr. Erkən psixofiziki inkişafı yaşina uyğun olub. Valideynlər yaxın qohumdur. Ailədə irsi ixtioz qeyd olunur (uşağın doğma bacısında, ananın dayısı və dayısı oğlunda). Uşaq anadan olandan xəstədir. Dəfələrlə ambulator və stasionar müayinə və müalicə olunub. Vəziyyəti orta ağırdır. Dəri səthində patoloji proses yayılmış xarakterlidir. Uşağın bütün dəri örtüyü diffuz olaraq qurudur, ağ-boz rəngdə qabıqlarla örtülüdür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanununun 3.2-ci maddəsinə görə, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. ... Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 saylı Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarların 3.1-ci maddəsinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Meyarların 3.2-ci bəndinə görə, xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 12.7.8.1. bəndinə uyğun olaraq 2 il müddətinə orqanizmin funksiyasının 50% pozulması müəyyən edilmişdir. Daha sonra, yəni iki il müddətdən sonra cavabdeh tərəfindən qiymətləndirilmə aparılaraq göndərişin natamam doldurulması əsas gətirilərək əlilliyin təyinatından imtina olunmuşdur. Bununla razılaşmayan iddiaçı yenidən cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin C00239003XEF saylı göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Müraciəti əsasında İddiaçı xx.xx.2025-ci il tarixində Agentlikdə qəbulda iştirak edib. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq səhhətində əlillik təyinatına əsas verən ağırlaşmalar müəyyən olunmamışdır. Sonuncu qiymətləndirmə nəticəsindən narazı qalan iddiaçı orqanizminin funksiyasının 50% pozulmasının imtina edildiyi tarixdən etibarən müddətsiz müəyyən edilməsini xahiş edir. Cavabdeh tibb müəssisəsi tərəfindən tərtib edilən C00239003XEF saylı göndərişin natamam doldurulması səbəbindən, yəni iddiaçıda olan ağırlaşmalar və yanaşı xəstəliklərin qeyd edilməməsini əsas gətirərək əlilliyin müəyyən olunmasından imtina etmişdir. Göründüyü kimi, cavabdeh əsas diaqnozun əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmamasını əsas gətirməmiş, bununla belə iddiaçıda müəyyən olunan əsas diaqnoz (xəstəliyi) ilə kifayətlənməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan xəstəliklərin hazırda onda olub-olmamasının müəyyən edilməsinə zərurət olduğunu hesab etmir. Belə ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan C00239003XEF saylı göndəriş Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilərək qanunvericiliyə uyğun qaydada altsistemə daxil edilməklə, iddiaçının müayinə və müalicələri, müalicə aldığı tibbi müəssisələr, hazırda mövcud olan xəstəlikləri (XBT10 kodu göstərilməklə), eləcə də həmin xəstəliklərin əlamətləri dəqiq və əhatəli təsvir olunmuşdur. Forma 88-in düzgün tərtib olunması (etibarlılığı) mübahisə doğurmur. İddiaçıda olan yanaşı xəstəliklərin və ya ağırlaşmaların tibb müəssisəsinin göndərişində əks olunması mütləq deyil. Həmin göndəriş əsasında müəyyən olunur ki, iddiaçı “Anadangəlmə ixtioz” xəstəliyindən xx.xx.2008-ci ildən, doğulduğu vaxtdan əziyyət cəkir, həmin xəstəlik onda irsidir, xəstəliyin gedişi xronikidir və xəstənin vəziyyəti orta ağırdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 saylı Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 12-ci bənd - Dəri və dərialtı toxumanın xəstəlikləri, 12.7.8-ci bənd – anadangəlmə ixtioz (Q80): digər orqan və sistemlər cəlb edilməklə yayılmış, kəskinləşmiş proses əlillik (orqanizmin funksiyalarının 50-60 faiz müddətsiz pozulması) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Beləliklə, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı anadangəlmə əlildir, 10 ildən çox “Anadangəlmə ixtioz” xəstəliyindən əziyyət çəkir, xəstəliyi irsidir. Lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmiş, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamış və belə olan halda birinci instansiyası məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2-1(112)-9362/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3346/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3346/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver