Məhkəmə qərarları › İş №2-1(103)-3348/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3348/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3348/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X8) “sərəncamların ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X2 ibarət tərkibdə, Mirzəzadə Mehri qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X8) “sərəncamların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4193/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Xəzər rayon Məhkəməsinin 2(003)-7004/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X6 qarşı “tikililərin özbaşına tikinti hesab edilərək zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2017-ci il tarixli 2(103)-3717/2017 saylı qətnaməsinə əsasən Xəzər rayon Məhkəməsinin 2(003)- 7004/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli 2(102)- 7475/17 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2017-ci il tarixli 2(103)-3717/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin qərarlarda Cavabdeh xx.xx.2008-ci il tarixli 793 nömrəli və Əzizbəyov rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1712 nömrəli sərəncamları göstərilərək münasibət bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı torpaq sahəsinin cavabdehə ayrılmasına, həmin torpaq sahəsinin və üzərindəki tikilinin cavabdehlə birgə ailə üzvlərinin adına qeydə alınmasına əsas olmuş Əzizbəyov rayon İcra Hakimiyyətinin 1712 saylı 30 dekabr 1999-cu il tarixli və 793 saylı xx.xx.2008-ci il tarixli sərəncamlarını qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirməmiş, həmin qərarlar hazırda da qüvvədədir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il tarixli 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli, 1712 nömrəli sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati iş üzrə məhkəmə icraatına cəlb edilmişdir

7. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ƏMDX İdarəsinə (bundan sonra cavabdeh) qarşı ******* nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi və bunun icraasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə X4 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi məsələsinə yenidən baxılması və İddiaçı qanuni istifadəsində olan torpaq sahəsinə dair hüquqların təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş İddiaçı məxsus olan torpaq sahəsində X4 adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmiş və icrası cavabdehə həvalə edilmişdir. Hesab edir ki, yeni araşdırmada torpağın İddiaçı məxsus olması sübuta yetiriləcəkdir. İddiaçı və 2 qardaşına hazırkı mübahisəli ərazidə Əzizbəyov rayon XDS nin 1991-ci il tarixli qərarı sahəsi 750 kv.m olmaqla 3/979, 3/980, 3/981 sıra sayı ilə torpaq sahələri ayrılmışdır. Bundan əlavə, həmin ərazidə ancaq Əzizbəyov XDS-nin qərarı ilə sahəsi 750 kv.m olan torpaqlar ayrılmışdır. X10 və onun ailə üzvlərini iddia etdiyi torpaq sahəsi 30 dekabr 1999-cu il tarixli Əzizbəyov rayon İH-nin sərəncamı ilə torpağın verilməsini bildirmiş və sahəsi 0.12 ha-dır, buna dair xx.xx.2005-ci il tarixli JN23098D nömrəli şəhadətnamə verildiyi qeyd etmişdir, onun əsasında isə xx.xx.2010-cu il tarixli ********** nömərli çıxarış Mirzəyev Samir və digərləri əldə etdiklərini qeyd edirlər. Bundan başqa, həmin 3/979 nömrəli torpaq sahəsinin yanında 3/980 nömrəli torpaq sahəsi vardır, ona dair 2 dəfə ekspertiza keçirilmişdir, bundan başqa torpaq sahəsinin plan və ölçüsü DTXK tərəfindən xx.xx.2007-ci ildə verilmişdir, həmin plan ölçüsü mövcuddur. Əlavə olaraq hazırki mübahisəli torpaq sahəsinin daxilində iddiaçıya məxsus olan 22 nömrəli 1991-ci il tarixli Əzizbəyov XDS nin qərarı ilə ayrılmış 3/979 saylı 750 kv.m torpaq sahəsi vardır. ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Bakı Apellyasiya Məhkəməsinin sorğusu əsasında cavab verərək Mirzəyev Samirə aid sənədləri məhkəməyə təqdim etmişdir. Həmin sənədləri rəsmi olaraq xx.xx.2023-cü il tarixində qəbzə imza ataraq apellyasiya məhkəməsinin inzibati binasından əldə etmiş və ərizə ilə müraciət edir ki, 1999-cu il və 2008-ci il tarixli sərəncamı ləğv edilsin. Cavabdeh bundan imtina etmişdir. İddiaçı həmin vaxt bilmişdir ki, belə bir sərəncam vardır və sərəncama dair İcra hakimiyyəti tərəfindən qanunsuz cizgi Mirzəyev Samirə verilmişdir.

8. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi, Cavabdeh xx.xx.2008-ci il tarixli, 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 1712 nömrəli sərəncamları ilə ayrılmış torpaq sahələrinə vətəndaşların mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və Çıxarış verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 22 saylı xx.xx.1991-ci il tarixli qərarından görünür ki, həmin qərar əsasında İddiaçı və X5 Mərdəkan (Şağan) qəsəbəsində 3/979 və 3/981 nömrəli sahələrdə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Qərarda evin tikintisinin qərarın çıxarıldığı tarixdən bir il ərzində başlanılması və üç il müddətində qurtarması nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarında iddiaçıya fərdi yaşayış evinin tikintisinə başlanması və bitməsi müddətləri konkret olaraq nəzərdə tutulmuşdur. İddiaçı həmin müddətlər ərzində torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş və həmin sahədə fərdi yaşayış evi inşa etməmişdir. İddiaçıya torpaq sahəsi ayrılması barədə qərar 1991-ci ildə qəbul edildiyindən mübahisə həmin dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin normalarına istinad edilməklə həll edilməli idi. 1970-ci ildə qüvvəyə minmiş və xx.xx.1991ci il taixədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. İstinad edilən normaların tələbindən görünür ki, fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması prosesi sahənin naturada (yerində) hüdudlarının müəyyən edilməsi, mərzlə ayrılaraq təhvil verilməsi, bundan sonra dövlət kadastrında qeydiyyatı ilə başa çatmalı idi. Torpaq sahəsinin naturada (yerində) hüdudlarının müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməməsi torpaq sahəsi üzərində istifadə hüququnun yarandığını istisna edir. Bundan əlavə, iddiaçının 1991-ci ildən istifadələrində olduğunu iddia etdiyi torpaq sahəsinin məhz Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı əsasında ayrılmış torpaq sahəsi olduğuna dair mötəbər sübut mövcud deyildir. Hesab edirik ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı əsasında torpaqayırma prosesi qanunla nəzərdə tutulmuş qaydada tamamlanmadığından və torpaq sahəsindən nəzərdə tutulmuş müddət ərzində təyinatı üzrə istifadə edilmədiyindən həmin qərarın hazırda hüquqi qüvvəsi yoxdur. İddiaçı torpaq mübahisəsi ilə bağlı iddiası üzrə işlərə müxtəlif məhkəmə instansiyalarında baxılmış və təmin olunmamışdır. Qeyd olunanlara əsasən İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2008-ci il tarixli, 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 1712 nömrəli sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilir.

9. İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək buraxılmış müddətin üzrlü hesab edilərək müddətin bərpa edilməsi və işə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4193/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim L.Musayeva) iddia tələbi mümkün sayılmamışdır.

11. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4193/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərardadının ləğv olunması və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddət ötürürülməmişdir. Belə ki, 3-cü şəxslər Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək işə cəlb edilmələrini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə həmin şəxslər işə cəlb edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan vaxt iş yenilənmiş və müvafiq olaraq sorğular verilmişdir. ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi Bakı Apellyasiya Məhkəməsinin sorğusu əsasında cavab verərək Mirzəyev Samirə aid sənədləri məhkəməyə təqdim etmişdir. Həmin sənədləri iddiaçı rəsmi olaraq xx.xx.2023-cü il tarixində qəbzə imza ataraq apellyasiya məhkəməsinin inzibati binasından əldə etmişdir. Ərizə ilə hazırki Cavabdehnə müraciət edərək, xahiş etmişdir ki, 1999-cu il və 2008 ci il tarixli sərəncamı ləğv etsinlər, ancaq cavabdeh bundan imtina etmişdir. Bakı şəhər Cavabdeh xx.xx.2008-ci il tarixli 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1712nömrəli sərəncamlarının qanunsuz və əsassızdır və buna görə də ləğv olunmalıdır. Yuxarıda mübahisələndirilən sərəncamlardan Bakı Apellyasiya Məhkəməsində iş icraatda olan vaxt məlumatlı olmuş və dərhal ərizə verərək Cavabdeh xx.xx.2008-ci il tarixli 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1712 nömrəli sərəncamları və iş materiallarının surətlərini istəmişdir. xx.xx.2023-cü il tarixində qəbzə imza ataraq almış, bundan sonra Cavabdehnə müraciət etmiş və icra hakimiyyəti bundan imtina etmişdir, dərhal iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə

Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Maddə 24.4. Fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

19. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır:

20. Hazırda iddiaçı Cavabdeh xx.xx.2008-ci il tarixli, 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1712 nömrəli sərəncamlarının ləğv edilməsini tələb edir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

23. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir.

24. Nəzərə almaq lazımdır ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

25. Həmçinin qeyd edilməlidir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. Hazırki işdən müəyyən olunur ki, iddiaçı Cavabdeh xx.xx.2008-ci il tarixli, 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1712 nömrəli sərəncamlarını mübahisələndirir.

27. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 16 və 25 il əvvəl qəbul etdiyi inzibati aktları mübahisələndirir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər.

29. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

30. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.

31. Hazırki iddiada iddiaçı inzibati aktın etibarsızlığını tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın ləğvi ilə bağlıdır və iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır.

32. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).

33. Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə).

34. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı sərəncamlar 1999-ci və 2008-ci ildə qəbul edilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi.

35. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

36. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimləndiyindən iddia müddətinin tətbiq edilməli olmamasına dair iddiaçının dəlilləri əsaslı sayıla bilməz.

37. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

38. Beləliklə, hər bir halda iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.

39. Beləliklə də hazırki iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4193/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (gün) müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Nigar Nəbizadə Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar