Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-335/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3846/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. 10158 saylı xx.xx.N tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasınin Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli 1065 nömrəli qərarında göstərilir ki, “Bakı ş. Qaradağ RHK tərəfindən N-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş X3 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N-cü ildə aldığı və xx.xx.N-cü ildən xx.xx.N-cü ilə kimi 5 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və xəstəlik - diaqnoz: «Sol baldırın orta 1/3-nin dəlib keçən odlu silah yaralanması. Xroniki xolesisititin kəskinləşməsi. Öd kisəsinin diskineziyası. Əlvan dəmrov, pəncələrin mikozu. Nevrasteniya» (Qaradağ RHK-nın xx.xx.2010-cu il tarixli 1347 nömrəli göndərişi. xx.xx.2010-cu il tarixli 609 nömrəli arayışı, 5 nömrəli şəhər xəstəxanasından verilmiş xx.xx.N-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. N saylı Hərbi Hissə Komandirinin N may N-cü il tarixli 131 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı hərbi mükələfiyyətlilərin 12.05.94-cü il tarixdə Tərtər rayonu ərazisində gedən döyüşlərdə yaralandıqları üçün təminatlardan azad edilmişdir. Əmrdə atasının adı Əlisahib yazılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 9/2-450 nömrəli arxiv arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, 701№-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas:kitab: xx.xx.N-xx.xx.N; səh.-88,sıra-178; qeyd: məlumatda soyadı Qoçuyev, atasının adı Əlisahib yazılmışdır) Qaradağ RHK-dan çağırılmış, 1964-cü il təvəllüdlü X2 xx.xx.N-cü il tarixli 116 №li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və yaralanaraq hospitalda olduğu üçün xx.xx.N-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 123 №-li əmrində (əsas: səh.- 64, §1, sıra-20; qeyd: əmrdə soyadı Yolçuyev, atasının adı Əlisahib yazılmışdır) “Nizami” təlim mərkəzindən göndərilmiş, Qaradağ RHK-dan çağırılmış, sıravi X1 xx.xx.N-cü il tarixdən hesab olunmaqla 6-cı taborun şəxsi heyətinin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin olunması barədə məlumat vardır. xx.xx.N-cü il tarixdə Tərtər rayonu ərazisində gedən döyüşlərdə yaralandığı üçün X4 N №-li hərbi hissə komandirinin xx.xx.Ncü il tarixii 131 №-li əmrilə (əsas: səh.-85, §7; qeyd: əmrdə soyadı Qoçuyev, atasının adı Əlisahib yazılmışdır) bütün növ təminatlardan azad edilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin aprel, oktyabr N2-ci il, aprel N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il 1/Q-14104 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq təkrar bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il və təkrar xx.xx.2020-ci il tarixli iclaslarında baxılmış və 645,679 nömrəli protokollar ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, 9/2-10263 saylı arxiv arayışında göstərilmişdir ki, o, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “04.04.94-27.04.94”, sıra 178, səh 89, məlumatda soyadı Qoçuyev və atasının adı Əlisahib yazılmışdır) 1964-cü il təvəllüdlü X2 Qaradağ RHK-dan çağırılması, komandirin 27 aprel N-cü il tarixli 116№-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və yaralanaraq hospitalda olduğu üçün N may N-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-İi hərbi hissə komandirinin N may N-cü il tarixli 123 №-li əmrində “Nizami” təlim mərkəzindən göndərilmiş, Qaradağ RHK-dan çağırılmış, sıravi X1 (əsas: § 1, sıra 20, səh 64, əmrdə soyadı Yolçuyev və atasının adı Əlisahib yazılmışdır, vəzifəsi göstərilməyib) xx.xx.N-cü il tarixdən hesab olunmaqla 6-cı taburun şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. xx.xx.N-cü il tarixdə Tərtər rayonu ərazisində gedən döyüşlərdə yaralandığı üçün X4 N №- İi hərbi hissə komandirinin N may N-cü il tarixli 131 №-li əmrilə (əsas: § 7, sıra 17, səh 85, əmrdə soyadı Qoçuyev və atasının adı Əlisahib yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) bütün növ təminatlardan azad edilmişdir. Qeyd edilmişdir ki, N №-İi hərbi hissə komandirinin aprel, iyun N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilmişdir ki, 5 №- li şəhər xəstəxanasının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.2019-cu il tarixli 9/2-17012 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya və xx.xx.2020-ci il tarixli 9/2-450 №-li məktubla vətəndaşın ünvanına cavab göndərilmişdir. NZ seriyalı ******* saylı iyun 1982-ci il tarixli hərbi biletdən görünür ki, soyad və ad xanalarında İddiaçı sözləri əvvəlcə kiril əlifbası ilə yazılsa da, sonradan üzərindən xətt çəkilərək latın əlifbası yazılmışdır. Hərbi biletin 4, 6 və 7-ci səhifələrində qeydlərə düzəlişlər edilmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsiyyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 1/Q-6122 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-450 nömrəli arayışında soyadı müxtəlif göstərildiyindən məlumatın ona aid olub-olmaması bilinmədiyindən və hərbi biletin 4-cü və 6-cı vərəqələrində olan məlumatlarda düzəlişlərə yol verildiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N-cü ildə Qaradağ rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N-cü il tarixdə yaralandığı üçün xx.xx.N-cü tarixdən xx.xx.N-cü ilə kimi 5 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciət etdikdə bildirilmişdir ki, iddiaçının Qaradağ RHK-dan çağırılmağı, komandirin 27 aprel N-cü il tarixli 116 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməyi və yaralanaraq hospitalda olduğu üçün N may N-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılmağı barədə məlumat vardır. Bundan əlavə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, Bakı şəhəri, Qaradağ RHK tərəfindən N-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N-cü ildə aldığı və xx.xx.N-cü ildən xx.xx.N-cü ilə kimi 5 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və xəstəlik-diaqnoz: “Sol baldırın orta 1/3-nin dəlib keçən odlu silah yaralanmasıdır. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”. Belə ki, veteranlıq statusunun alınması ilə bağlı təqdim etdiyi sənədlərdə ata adı ilə bağlı uyğunsuzluq iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, hərbi hissədə iddiaçının hərbi xidmət keçməyi ilə bağlı qəbul edilmiş əmrlərdə səhvən atasının adı Əlisaab əvəzinə Əlisaat göstərilmişdir. Nəticədə ata adının səhv göstərilməsinə görə iddiaçıya veteranlıq statusunun verilməsindən imtina edilmişdir. Lakin qeyd olunmalıdır ki, cavabdehin iddiaçıya veteranlıq statusunun verilməsindən imtina etməsi qanunsuzdur. Belə ki, iddiaçı N saylı hərbi hissə komandirinin oktyabr N2-ci il və aprel N-cü il tarixli nizami hissə üzrə əmrlərində olan səhvlərin düzəldilməsini tələb edə bilmir, nə də ki, həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilir. Əslində mülkiprosessual qanunvericilik hüquqmüəyyənedici sənədlərin hər- hansı şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Lakin hərbi sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi istisnadır. Hərbi sənədlərə münasibətdə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda həmin sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə yol verilmir. Belə olan halda əgər həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi mümkün deyilsə, bu halda inzibati orqan həmin uyğunsuzluğu özü müəyyən etməlidir. Həmin səhv iddiaçının səhvi olmayıb və bu səhvə görə hər hansı öhdəlik daşıya bilməz. Lakin göründüyü kimi, cavabdeh N saylı hərbi hissə komandirinin oktyabr N2-ci il və aprel N-cü il tarixli nizami hissə üzrə əmrlərində texniki səhv ucbatından ata adının düzgün göstərilməməsi aydın şəkildə göründüyü halda, ona qanunla verilmiş statusu tanımaqdan qanunsuz imtina etmişdir. Hesab edir ki, inzibati orqanın həmin imtinası tam əsassız və qanunsuzdur və qanunla müəyyən edilmiş hüquqlarını pozur. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-450 nömrəli arayışına əsasən İddiaçı “soyadı” müxtəlif göstərildiyindən məlumatın ona aid olub-olmaması bilinmədiyindən və hərbi biletinin 4-cü və 6-cı vərəqlərində olan məlumatlarda düzəlişlərə yol verildiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Sonda iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3846/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N-cü ildə yaralandığı üçün xx.xx.N-cü ildən xx.xx.N-cü ilə kimi 5 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunmuşdur. Bütün bunlara dair sənədləri vardır. Lakin məhkəmə göstərilən sənədlərin heç birinə qiymət verməyərək tez-tələsik olaraq iddianı əsassız olaraq təmin etməmişdir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə İddiaçı xidməti barədə N saylı hərbi hissə komandirinin aprel, oktyabr N2-ci il, aprel N-cü il tarixli nizami hissə üzrə əmrlərində məlumatın aşkar olunmaması, Mərkəzi Arxivin 9/2-450 saylı xx.xx.2020-ci il tarixli arayışında onun “soyadı”nın müxtəlif göstərildiyindən həmin məlumatın iddiaçıya aid olub-olmamasının müəyyən edilə bilinməməsinə, iddiaçıya məxsus hərbi biletin 4 və 6-cı vərəqələrində edilmiş düzəlişlərin və həmin düzəlişlərin düzgünlüyü barədə qeydin olmamasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasınlan imtina edən cavabdeh inzibati orqan sənədlərdə iddiaçının soyadının müxtəlif göstərilməsinə görə məlumatların ona aid olub-olmamasının bilinmədiyinə və hərbi biletin 4 və 6-cı vərəqələrində olan məlumatlarda düzəlişlərə yol verildiyinə istinad istinad edir. Qeyd olunmalıdır ki, iddiaçının xx.xx.N-cü ildə Tərtər rayonu ərazisində gedən döyüşlərdə yaralanmasına dair faktlar müvafiq arayışlarla öz təsdiqini tapsa da, inzibati icraatda və məhkəmə icraatında onun xx.xx.N-cü il tarixdən sonrakı dövrdə xidmətini, o cümlədən qanuni əsaslarla tərxis olunmasını təsdiqləyən nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməmişdir. Hansı ki, mövcud qanunvericilik aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərləri veteran adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsini şərtləndirir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfin də bildirdiyi kimi (iddiaçı bu halı təkzib etməmişdir), iddiaçının N may N-cü il tarixli 131 saylı əmrlə bütün növ təminatlardan çıxarılması əks olunsa da, N nömrəli hərbi hissə komandirinin aprel, oktyabr N2-ci il, aprel N-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkarlanmamışdır. Apellyasiya baxışı zamanı 2-1(103)-335/2022 saylı 19 yanvar 2022-ci il tarixli qərardadla iş üzrə İddiaçı müharibə veteranı statusunun verilməsi ilə bağlı müraciəti üzrə cavabdeh tərəfindən yenidən araşdırılmanın aparılması və bunun üçün cavabdeh inzibati orqana 2 (iki) ay müddətin təyin edilməsi qərara alınmışdır. Həmin qərardadın icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubla Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 03 iyun 2022-ci il tarixli 4/2-3619 nömrəli arayışı ilə təqdim olunan əmrdən çıxarışlarda “soyadları” və “atasının adı” müxtəlif göstərildiyindən və ərizəçiyə aid olmadığına, hərbi biletinin 4-cü, 6-cı və 7-ci səhifələrində düzəlişlərə yol verildiyinə, habelə müalicə müəssisəsindən xidmət yerinə qayıtması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə 06 sentyabr 2022-ci il tarixli iclas protokoluna əsasən vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunması bildirilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, İddiaçı adının 131 saylı xx.xx.N-cü il tarixli əmrlə bütün növ təminatlardan çıxarılması onun Tərtər rayonu ərazisində gedən döyüşlərdə yaralanması səbəbindən baş vermişdir ki, bu da onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması kimi qəbul edilə bilməz. Odur ki, hazırki işdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri- şəxsin qanuni əsaslarla tərxis olunması halı iş materialları ilə təsdiq olunmur, iddiaçı isə həmin halın əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. O ki qaldı iddiaçının ad və soyadının bəzi sənədlərdə düzgün yazılmaması məsələsinə, bu barədə qeyd olunmalıdır ki, iddiaçının adı və soyadı müxtəlif sənədlərdə müxtəlif cür yazılmasaydı belə, yəni sənədlərdəki məlumatın iddiaçıya məxsus olması şübhə doğurmasaydı belə, yenə də təkcə bu hal onun hazırki iddiasının təmin olunması üçün yetərli deyildir. Çünki bir daha qeyd olunur ki, iddiaçıya müharibə veteranı adının verilməsi üçün onun qanuni əsaslarla ehtiyata buraxılması halı baş verməliydi ki, bu hal da baş verməmişdir. Yəni iş materiallarında olan sənədlər iddiaçının qanuni əsaslarla ehtiyata buraxıldığını deməyə əsas vermir. Odur ki, iddiaçı onun tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcud olduğunu sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3846/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3846/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-335/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-335/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver