Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3350/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər qismində X18, X9, X12 və X10 göstərilməklə “cavabdehin hərəkətlərinin qanunsuz sayılması və s.” tələbinə dair iş üzrə 3-cü şəxslərin cəlb edilməsi ilə bağlı vəsatətə münsibətdə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2in(82)-727/2013 saylı qərarına əsasən X3 adına Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və verilmiş çıxarışın, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsi üzərində verilməsindən ibarət cavabdehin hərəkətlərinin qanunsuz sayılması; cavabdeh tərəfindən X3 adına ilkin olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış, hal-hazırda X4 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha torpaq sahəsinin, İddiaçı mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və İddiaçı mülkiyyətindəki torpaq sahəsinin naturada yerinin dəyişdirilməsi ilə bağlı aparılmış qeydlər etibarsız hesab edilməsi və etibarsızlıqla bağlı bütün hüquqi nəticələrin reyestrdə qeydə alınması vəzifəsi cavabdeh İdarəyə tapşırılması; İddiaçı mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha torpaq sahəsinin xx.xx.2011-ci il tarixli AA 035122 nömrəli plan-ölçüsünə əsasən sərhədlərinin və döngə nöqtələri koordinatlarının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəsatət qaldıraraq hazırki inzibati iş üzrə ünvan 5 ünvanında yaşayan X16, X5, X11, X14 və X1 3-cü şəxslər qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2022 saylı, 11 avqust 2022-ci il qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, ləğv edilməsi və vəsatətin təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunıa əsaslandırılmışdır ki, İddiaçı iddia tələbinin həmin şəxslərin hüquqlarına və qanuni maraqlarına toxunub-toxunmama, həmçinin prosessual hərəkətləri həyata keçirməyə hüquqi marağının olmaması məsələsinə məhkəmə deyil, həmin şəxslərin özləri qiymət verə bilərlər. Bu həmin şəxslərin prosessual hüququdur. Cavabdeh İdarə İddiaçı məxsus torpaq sahəsinin ilkin mülkiyyətçisinin (Elsel Novruzi) torpaq sahəsinin koordinatlarını məhz vəsatətdə xahiş edilən üçüncü şəxslərin torpaq sahəsinin üzərində verilməsini vəkil sorğusuna verdiyi cavabında etiraf etmişdir. Bu yolla cavabdeh İdarə iddiaçıya məxsus torpaq sahəsinin üzərində hazırda 3-cü şəxs olan Xədicə Əzimovanm torpaq sahəsinin qeydiyyata almasını hüquqi cəhətdən əsaslandırmağa çalışır. Çünki, cavabdeh tərəfin və 3- cü şəxsin də mövqeyi odur ki, İddiaçı torpaq sahəsinin üzərində Xədicə Əzimovanın torpaq sahəsi ona görə qeydiyyata alınmışdır ki, İddiaçı torpağının ilkin yeri-ərazisi (əvvəlki mülkiyyətçi Elsel Novruzinin adına olarkən) hazırda vəsatətdə adları çəkilən X8 və qeyrilərinin paylı mülkiyyətində olan ərazidir-yerdir. Bu mövqeyi qətiyyən qəbul etmirik və absurd hesab edirik. Hər bir halda hesab edirik ki, həm cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin, həm də 3-cü şəxs Xədicə Əzimovanın yuxarıda qeyd edilən mövqeyinin qanunsuz olduğunu sübut etmək üçün X16 və digərləri məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilməlidirlər. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, vəsatətin təmin olunaraq X16, X5, X11, X14 və X1 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti üzrə məsələnini həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız və birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Həmin qərardadın 48-ci bəndində qeyd olunur ki, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Həmin qərardadın 49-cu bəndində qeyd olunur ki, “məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPM-in 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazanmış olur.” Hazırki işdə iddiaçının vəsatətində üçüncü şəxslər qismində X16, X5, X11, X14 və X2 göstərməsinə münasibətdə Məhkəmə kollegiyası hesab edir ki, X16, X5, X11, X14 və X1 iş üzrə üçüncü şəxslər qismində cəlb olunması məqsədəmüvafiq deyildir. Belə ki, iddia tələbi məhz 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2in(82)-727/2013 saylı qərarına əsasən X3 adına Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və verilmiş çıxarışın, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsi üzərində verilməsindən ibarət cavabdehin hərəkətlərinin qanunsuz sayılması; cavabdeh tərəfindən X3 adına ilkin olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış, halhazırda X4 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha torpaq sahəsinin, İddiaçı mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və İddiaçı mülkiyyətindəki torpaq sahəsinin naturada yerinin dəyişdirilməsi ilə bağlı aparılmış qeydlər etibarsız hesab edilməsi və etibarsızlıqla bağlı bütün hüquqi nəticələrin reyestrdə qeydə alınması vəzifəsi cavabdeh İdarəyə tapşırılması; İddiaçı mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha torpaq sahəsinin xx.xx.2011-ci il tarixli AA 035122 nömrəli plan-ölçüsünə əsasən sərhədlərinin və döngə nöqtələri koordinatlarının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasından ibarətdir. İşin araşdırılmış hallarından da görünür ki, iş üzrə cavabdehin məhz X19, X9, X12 və X6 münasibətdə hərəkətləri mübahisələndirilmiş və həmin şəxslər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Hazırki vəsatətdə qeyd edilən üçüncü şəxslərə münasibətdə isə qəbul ediləcək məhkəmə aktının hazırki məqamda onlarının hüquqlarına və ya qanuni mənafeyinə toxunma halları müəyyən edilmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3350/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3350/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver